Bazar günü günü, 15 noyabr 2026
     

“Xatirə kitabı” redaksiyası AYB ilə birlikdə Nahid Hacızadənin xatirə gecəsini keçirdi - FOTO

Image


Elçin Hüseynbəyli: “Əslində, Nahid müəllim heç zaman unudulmur, hər gün adı çəkilir, xatırlanır”
Nəzakət Məmmədova: “Nahid müəllim üzünü bizə tutub dedi ki...”
Oqtay Rza: “N.Hacızadə ömrünün çox böyük hissəsini televiziyaya həsr etmişdi”

 

Əbədi yaşamaq haqqı olan insanları unutmağa haqqımız yoxdur. Görkəmli yazıçı-dramaturq, ustad jurnalist, respublika “Xatirə kitabı” redaksiyasının və “Yada düşdü” jurnalının sabiq baş redaktoru  Nahid Hacızadə unutmağa haqqımız olmayan uca şəxsiyyətlərdən, görkəmli ədəbi simalardan biridir.

Mayın 29-da Azərbaycan Yazıçılar Birliyi (AYB) və “Xatirə kitabı” redaksiyasının birgə təşkilatçılığı ilə AYB-nin “Natavan” klubunda N.Hacızadənin xatirəsinə həsr edilən tədbir keçirildi.

Qeyd edək ki, tədbirdə “Yada düşdü” jurnalının N.Hacızadənin unudulmaz xatirəsinə həsr edilən xüsusi buraxılışı da təqdim edildi.

Tədbir öncəsi düşünürdük ki, istiqanlı, mehriban, həlim təbiətli N.Hacızadənin xatirə gecəsində böyük qələbəlik yaşanacaq, hətta insanlar oturmağa yer belə tapmayacaqlar. Ancaq çox təəssüflər olsun ki, biz N.Hacızadənin xatirəsinə həsr edilən tədbirdə çox az adam görə bildik. Düzdür, kəmiyyət əsas deyil, vacib olan keyfiyyətdir. Bu belə olsa da, yenə də adamın gözü N.Hacızadənin qələm dostlarını, əlindən tutub yazmaq öyrətdiyi, fəaliyyətinə dəstək verdiyi adamları axtarır...

N.Hacızadənin xatirəsinə həsr edilən tədbirin aparıcısı, tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəyli bildirdi ki, Nahid müəllim, sözün əsl mənasında, işıqlı, xoşxasiyyət, eyni zamanda da ciddi və tələbkar qələm adamı, baş redaktor olub. “Əslində, Nahid müəllim heç zaman unudulmur, hər gün adı çəkilir, xatırlanır. Onunla çox sıx ünsiyyətimiz vardı. Mənə həmişə “dağlar oğlu” deyirdi. Əsl dağlar oğlu isə Nahid müəllimin özü idi. Tez-tez bir yerə yığışırdıq. Nahid müəllim ağır təbiətli, ağır oturan, ağır duran, özünəməxsus gülüşü olan adam idi. O, gözü-könlü tox adam olmaqla yanaşı, dostluğa da çox böyük dəyər verirdi. “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət xanım Məmmədova Nahid müəllimlə bağlı yazıları, xatirələri bir yerə toplayıb “Yada düşdü” jurnalında çap edib. Jurnalın bu sayı Nahid müəllimə həsr edilib. Qədirbilənliyinə, Nahid müəllimin ruhuna göstərdiyi dərin ehtirama görə Nəzakət xanıma təşəkkür edirəm” - deyə E.Hüseynbəyli bildirdi.

Sonra E.Hüseynbəyli sözü “Xatirə kitabı” redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru N.Məmmədovaya verdi. N.Məmmədova bildirdi ki, 17 il N.Hacızadə ilə çiyin-çiyinə işləyiblər: “Nahid müəllimlə birgə işlədiyim müddətdə onu yaxşı tanıya bilmişəm. Nahid müəllimin çoxlu dostları var idi və o dostlar tez-tez onun başına toplaşırdılar. Ancaq çox təəssüf ki, mən bu gün burada o dostları seyrək görürəm. İnanın ki, elə gün olmazdı Nahid müəllimin otağı boş olsun, ondan kimlərsə nə isə öyrənməyə gəlməsin. Təbii ki, hər şey ələkdən ələnib keçir. O deyirdi ki, dostlarım azalır. Nahid müəllimlə ilk dəfə onun “Qisas qiyamətə qalmaz” pyesinin tamaşası zamanı tanış olmuşuq. O vaxt “Xatirə kitabı”nın baş redaktoru Nəriman Həsənəli rəhmətə getmişdi. Mən də daxil olmaqla redaksiyada oturub yeni baş redaktoru gözləyirdik, hətta bəzi işçilər başqa yerdə özlərinə iş də axtarırdılar. O vaxt Nahid müəllim “Xatirə kitabı”na baş redaktor təyin edildi. Onu kollektivə Mədəniyyət Nazirliyinin əməkdaşı Tehran Vəliyev təqdim etdi. Tehran müəllim getdikdən sonra Nahid müəllim üzünü bizə tutub dedi ki, həmişə necə işləmisinizsə, indi də elə işləyəcəksiniz və mən bu sahədə yeniyəm, əl-ələ verib birgə işləyək. Nahid müəllimin həyatı televiziya ilə bağlı idi. O, ömrünün sonuna qədər özünü televiziyada hiss etdi. Çünki o, “Xatirə kitabı” redaksiyasına böyük auditoriyadan gəlmişdi”.

N.Hacızadənin yaxın dostu, tanınmış qələm adamı Əbülfət Bəşirli də N.Hacızadə haqqında xatirələrini bölüşdü. O qeyd etdi ki, N.Hacızadə ilə 50 il dostluq ediblər. Onun sözlərinə görə, N.Hacızadə həm yaxşı qələm adamı, həm də yaxı insan olub. “Yaxşı adamlar ölmür. Nahid müəllim, sözün əsl mənasında, həm yaxşı yazıçı, həm də yaxşı insan idi. 50 il dostluq etmişdik. Həm də ailəvi dost idik. Nahid müəllim xatirə xəzinəsi idi. O vaxt olun “Xatirələr” kitabı da işıq üzü görmüşdü. Sonradan Nəzakət xanımın təkidi ilə “Yada düşdü” jurnalı nəşr edilməyə başladı”.

Tanınmış şair Oqtay Rza isə dostunu xatırlayarkən bildirdi ki, vaxtilə onlar 4 dost olublar. Hər kəsin Nahid Hacızadə, Əlibala Hacızadə, İlyas Tapdıq və Oqtay Rzanın dostluğuna, sözün əsl mənasında, həsəd apardığını qeyd edən şair ömrünün və yaradıcılığının böyük bir hissəsini televiziyaya həsr edən N.Hacızadənin xatirə gecəsində televiziyaların iştirak etməməsindən narazı qaldığını bildirdi. “Biz dörd dost idik. Həmişə məni, İlyas Tapdığı, Nahid Hacızadəni və Əlibala Hacızadəni birgə görmək olardı. Əvvəlcə Əlibalanı “sonsuzluğa” yola saldıq, sonra İlyas getdi, Nahidi də  bir neçə ay əvvəl Biləcəri qəbiristanlığına çatdırdıq. Bircə mən qalmışam... Nahid Hacızadə ömrünün çox böyük hissəsini televiziyaya həsr etmişdi. Bəs hanı televiziyalar, niyə gəlib Nahidin xatirə günündən bir süjet hazırlamırlar? Nahidlə gənclik illərindən tanışam, mən gənc vaxtı  “Bibiheybət”də işləyəndə o məndən radio üçün müsahibə almışdı. Nahidin çox gözəl əsərləri olub və onun “Bir ana tanıyıram” əsərini heç cür unuda bilmirəm”.

Gözəl ailə başçısı, tanınmış yazıçı-dramaturq, ustad jurnalist N.Hacızadənin xatirəsi işığına yığışan insanlar onun ruhunu böyük ehtiramla andılar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ