Bazar günü günü, 15 noyabr 2026
     

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Image


Xalqımızın, dövlətimizin gələcəyi haqqında düşünəndə gözlərimizin qarşısına müasir gənclərimiz gəlir. Gənc nəsil elə tərbiyə olunmalıdır ki, o həqiqətən də sabahımızın etibarlı ünvanına çevirilə bilsin. Sözsüz ki, gənclərimizin vətənimizin sabahı üçün layiqli vətəndaş olması üçün dövlət tərəfindən kompleks işlər görülür, məqsədyönlü fəaliyyət göstərilir. 

Cəmiyyətimizdə gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Dövlətimizin, ana dilimizin, adət-ənənələrinizin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olması bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Bu indi də belədir, bundan sonra da belə olacaq. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir. Yetər ki, onun prinsipial əsaslarını qoruyub saxlaya, böyüməkdə olan gənc nəslə aşılaya, çatdıra, təməl prinsiplərini öyrədə biləsən. Ona görə də sözügedən məsələnin cəmiyyətə çatdırılmasında bütün vasitələrdən istifadə etmək lazımdır. Təbii ki, bunun üçün də başlıca olaraq gənclərə milli mənlik şüurunun aşılanmasını daha əhatəli şəkildə, məktəblərin, universitetlərin, elm mərkəzlərinin, elm xadimlərinin, fikir adamlarının iştirakı ilə həyata keçirmək lazımdır. Sözügedən məfhumun qavranması gənclərin milli dəyərlərə nə dərəcədə bağlı olması ilə ölçülür. Aydın məsələdir ki, bunun üçün də birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə müvafiq mühit yaradılmalıdır ki, biz gənclərdə milli mənlik şüurlarını, eləcə də ən ümdə olan vətənpərvərlik hisslərini formalaşdıra bilək. Çünki milli mənlik şüuru özünüdərk deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin tarixini bilməli və onu dərindən təhlil etməyi bacarmalıdır. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı mərhələlərindən keçdiyini bilməlidir.

Bu gün gənclərə milli mənlik şüurunu mənimsətmək üçün geniş təbliğat işləri aparılır və bu təbliğat dövlət xətti, dəstəyi ilə həyata keçirildiyi üçün konkret hədəfləri özündə birləşdirir. Milli mənlik şüurunun formalaşdırılması uşağın tərbiyəsində, xüsusən də gənclik dövründə çox mühüm şəkildə özünü büruzə verən məsələdir. Bu səbəbdən, sözügedən ideya gəncliyə beşikdən başlayaraq aşılanmalıdır. Məsələn, uşaq ailədə tərbiyə alır. Verilən tərbiyə gəncliyin formalaşmaqda olan dünyagörüşündə rol oynayır. Ancaq milli mənlik şüuru yeniyetməlik və gənclik dövründə xüsusilə formalaşan bir məfhumdur. Ona görə də bu, gəncliyə aşılanmalı və gənclik bu ideologiya ilə yüklənməlidir. Bəzən Azərbaycan ailələrində belə fikirlər səslənir ki, uşağa bəlli bir yaşdan sonra tərbiyə vermək lazımdır, hələ balacadır və s. Hər halda, bu cür yanaşma yanlışdır. Məsələn, yəhudilər deyir ki, uşaq doğulan kimi onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. O cümlədən, almanlarda da buna bənzər həyat tərzi var. Bəlkə də bu cür yanaşmanın təsirindəndir ki, alman xalqı bu gün dünyada dəqiqliyinə, səliqəliliyinə görə seçilir. Yaponların öz milli adət-ənənələrinə, tarixi keçmişinə necə hörmətlə yanaşdığı çoxlarına məlumdur. Bunun nəticəsidir ki, yapon xalqı keçmişlə müasirliyin uğurlu vəhdətini yaradıb. Cəmiyyət bu vəhdətdən ziyan görmür. Bu gün Azərbaycan əhalisinin mühüm bir hissəsi gənclərdən ibarətdir. Hər keçən gün onların cəmiyyətdə çəkisi və rolu artır. İndiki dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiya və kommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir.

Vətənpərvərlik hissi gənclərin hərtərəfli vətəndaş olmasını şərtləndirən vacib amillərdən biridir. Filosof və sosioloqlar qeyd edir ki, vətənpərvərlik bütövlükdə vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Fikir adamları hesab edir ki, bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi hallanır.

Mərhum prezident Heydər Əliyev hər zaman gənclərə vətənpərvər olmağı tövsiyə edirdi:” Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik”. Bu gün gənclər H.Əliyevin bu kəlamını özlərinə əsl nümunə hesab edir və onun tövsiyəsinə hər zaman əməl edirlər.

Bildiyimiz kimi, vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bu hiss uşaqlarda tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bütövlükdə, sözügedən hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır. Ona görə də nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə, məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Belə ki, burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinin formalaşmasında rol oynayan amillərdən birinin onların yüksək təhsil alması, intelektə, savada malik olmasıdır. Azərbaycan gənci həm elm-təhsil, həm mədəniyyət, həm idman, həm də digər sahələrdə özünü təqdim və təsdiq etməyi bacarır. Hər kəsə məlumdur ki, gənc və yeniyetmə idmançılarımızın sorağı beynəlxalq, dünya və Avropa, Olimpia çempionatlarından, olimpiadalarından gəlir. Şahmat, dama, voleybol, ağırlıqqaldırma, boks, taekvondo, karate, kiqboksinq və s. sahədə məşğul olan uşaqlar, gənclər, yeniyetmələr vətənimizin adını və bayrağını olimpiadalarda, müxtəlif yarışlarda yüksəklərə qaldırır.

Onu da vurğulayaq ki, gənclərin həyatı, taleyi, fəaliyyəti daim  Heydər Əliyevin diqqətində olub. O həmişə istedadlı gənclərə qayğını dövlət əhəmiyyətli bir işə çevirib, burada möhkəm hüquqi baza yaradıb. Onun “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” imzaladığı fərmanla gənc istedadların “Qızıl kitab”ı, eləcə də prezidentin xüsusi təqaüdü təsis edilib.

Onu da bildirək ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinin inkişaf etdirilməsi sahəsində Prezident İlham Əliyev də imzaladığı mühüm qərar və sərəncamlarla böyük töhfələr verib, bu gün də gənclər cənab Prezidentin diqqət və qayğısını yaxından hiss edir.

Ekspertlər qeyd edir ki, Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Onlar bildirir ki, Prezident İlham Əliyevin 2010-2015-ci il gənclər proqramı ilə bağlı imzaladığı sərəncam bütün Azərbaycan gəncliyinin ürəyindən xəbər verib. Hazırda Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə böyük üstünlüklər qazanıb, ölkə iqtisadiyyatının inkişafına töhfələr verir.

Ölkə başçısı hər bir gəncin ən böyük sərvətinin milli vətənpərvərlik hissi olduğunu dəfələrlə vurğulayıb:”Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu var. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz gənclik təmin etməliyik”.

Qeyd etdiyimiz kimi, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır.

Ekspertlər deyir ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. “Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. İstər-istəməz hər kəs bu vətənin övladıdır və hər kəs bu Vətənə borcludur”-kəlamının müəllifi Heydər Əliyevin bu fikri gənclər üçün böyük örnəkdir, həyat məktəbidir.

Gənclərimizin milli ruhda tərbiyəsi milli-mənəvi dəyərlərimizə əsaslanır

Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunması vacib bir məsələ kimi mövcuddur.

Xalq qəhrəmanlarımızın, Milli Qəhrəmanlarımızın, Sovet İttifaqı qəhrəmanlarımızın keçdiyi döyüş yolu, göstərdiyi şücaət gənclərimiz üçün gerçək örnəkdir.  Xalqımız şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edib və bunu uşaq və gənclərə də aşılayıb.

Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə daha çox diqqət yetirilir. Sözsüz ki, dövlət quruculuğu yolunda, dövlət müstəqilliyimizin qorunması məsələsində  gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər.

Torpaqlarının 20 faizdən artığı düşmən tapdağında olan Azərbaycan dövləti hər zaman öz mübariz gəncləri ilə fəxr edir.

Məlumdur ki, cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsi sahəsində işlər yüksək səviyyədə qurulması gənclərin milli şüurunun formalaşmasına böyük güc verir. Elə bu amilin nəticəsidr ki, bu gün gənclər əsgəri xidmətə könüllü gedir. Hər bir gənc istəyir ki, vətən qarşısındakı borcunu layiqincə, məsuliyyətlə yerinə yetirsin. Sözsüz ki, gənclərin əsgərliyə könüllü yollanması, Vətəni qorumaqda əzmli olması halları kütləvi xarakter alıb. Ordumuzun günü-gündən güclənməsi, qüdrətlənməsi gənc əsgərlərə böyük ruh yüksəkliyi bəxş edir. Bu gün ordumuzda əsgərlərin səhhəti hər gün yoxlanır, onların mənəvi və fiziki sağlamlığı diqqətdə saxlanır. Orduda aparılan məqsədyönlü tədbirlər sayəsində, əsgər və zabitlərə göstərilən qayğı, diqqət nəticəsində və ordumuzda güclü vətənpərvərlik ovqatı, ruhu yaradıldığı üçün bu gün Azərbaycan ordusunda fərarilik  yoxdur. Son illər hərbi xidmətdən yayınma hallarına, demək olar ki, rast gəlinmir. Ancaq bizimlə müqayisədə torpaqlarımızı işğal altında saxlayan Ermənistan ordusunda fəarilik baş alıb gedir, əsgər və zabitlər bu dövlətin ordusunda xidmət etmək istəmir.

Bu gün Azərbaycan gəncinin ən yüksək göstərici Vətənə, xalqa, torpağa bağlı olmasıdır. Gənclərimiz ölkə başçısının ətrafında sıx birləşib və Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrilə işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etməyə hər an hazırdır.

Namiq QULİYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ