Bazar günü günü, 15 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Alfred Nobel

Image


Alfred Nobel 1833-cü il oktyabr ayının 21-də İsveçin Stokholm şəhərində anadan olub. 9 yaşı olanda anası və qardaşları ilə Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyətdə olan atası Emmanuelin yanına köçüblər.

Memar, inşaatçı və ixtiraçı olan Emmanuel Sankt-Peterburqda müdafiə silahlarının istehsalı ilə bağlı Rusiya hökuməti ilə olan müqavilələr sayəsində böyük uğurlar qazanıb. Atasının uğurları sayəsində Alfred 16 yaşına qədər evdə təhsil alıb. O, professor N.N.Zinindən kimya elmini öyrənib. Alfred təhsilli bir kimyaçı olmaqla yanaşı, ədəbiyyatı da çox sevirdi və ingilis, alman, fransız, isveç və rus dillərini də mükəmməl öyrənib

Alfred Nobel Fransaya gəldikdən sonra vaxtının çoxunu kimya laboratoriyasında işləməklə keçirir. O, 1862-ci ilin yayında nitroqliserin ilə təcrübələr aparmağa və bu sahədə əldə etdiyi maddələrlə ilk partlayışlarını həyata keçirməyə başlayır və bir il sonra, 1863 ilin oktyabr ayında kəşf etdiyi və “Nobel alışqanı” adlandırdığı partladıcı üçün İsveç patenti alır. Alfred öz ixtirası vasitəsilə atasına kömək etmək məqsədilə Stokholm yaxınlığında yerləşən Helenburqda nitroqliserin istehsalı üçün kiçik bir zavod təsis edir. Təəssüf ki, 1864-cü ildə onun zavodu partlayır və bir sıra insanla birlikdə qardaşı Emil də həlak olur. Buna baxmayaraq, bu partlayış Alfredin qarşısını ala bilmir və o, nitroqliserin istehsal edən başqa bir zavod təsis edir. Nəticədə, 1867-ci ildə yeni və idarəsi daha təhlükəsiz olan dinamit ixtira edir və qardaşları ilə birlikdə Krım müharibəsinə cəlb olunan çar ordusu üçün silah istehsal etməyə başlayır. Bu ona, dünya şöhrətilə bərabər, küllü miqdarda var-dövlət gətirir. Artıq onun hər şeyi vardı, həyatında çatışmayan isə xoşbəxtlik, sağlamlıq və məhəbbət idi... Alfred yazır: “Mən imkan daxilində iri şəhərlərdə yaşamaqdan qaçıram. Ümumiyyətlə, şəhərlərdə yaşanan həyat bacarıqsız rejissorun tamaşaya qoyduğu, ikrahla üz çevriləsi səhnə əsərinə çox oxşayır”. Lakin bu qənaətdə olmasına baxmayaraq, Alfred Nobel 1873-cü ildə Parisin Malaxoff-avenü adlı hissəsindəki dəbdəbəli imarətə köçür. Burada onun xarakterində qəfil bir dəyişiklik baş verir. Tənhalığa can atan, dərvişlərə bənzər həyat tərzi sürməyə adət edən Alfred böyük və təntənəli qəbul məclisləri təşkil etməyə başlayır. Bu məclislərdə o, özünü həmsöhbətinə xoş və itiağıllı tərəf-müqabili kimi göstərsə də, sonluq çox vaxt dəyişməz olaraq Alfredin çılğınlıqla kəskin sözlərin, ifadələrin köməyilə qarşısındakını susdurmasıyla tamamlanırdı. Burada o, “Cənab gələcək” adlı romanını yazıb tamamlayır. Alfred bu romanda əsasən ideal dövlət haqqında fikirlərini təqdim edir.

Artıq ixtiraçı bir elm adamı kimi tanınan Alfred Nobel 1889-cu ildə Ümumdünya sülh konqresində iştirak edir. Hamının onu “Qan üzərində qazanılan sərvət sahibi” adlandırmasına baxmayaraq, onun konqresdə səsləndirdiyi fikirlər sülhməramlı idi. O hesab edirdi ki, rəqiblərdə kütləvi qırğın silahı olarsa, onlar konflikti dayandırar.

O zaman Alfredin qardaşı Robert Azərbaycana gəlir. O, tüfəng qundağı üçün qoz ağacı axtara-axtara Lənkərandan Bakıya qədər gəlir və burada qaynayıb-qarışan bir şəhərlə qarşılaşır. Robert Nobel Bakıda neftə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. Nəticədə, Nobel qardaşları Abşeronun bir neçə neft mədəninin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Fəqət Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atırdı. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobel qardaşlarının milyonları, əlbəttə ki, batmır. Çünki onlar pullarını xarici banklara yatırırdılar. Hazırda məhz həmin pullar “Nobel mükafatı” formasında müxtəlif sahələrdə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur.

Alfred Nobel sağlığında sülh görməyib. Kimyaçı və ixtiraçı Alfred Nobel 10 dekabr 1896-cı ildə İtaliyada beyin qanamasından dünyasını dəyişib. Dəfn mərasimi keçirildikdən və Alfred Nobelin cəsədi yandırıldıqdan sonra onun vəsiyyətnaməsi oxunur. Alfred Nobel sağlığında bir neçə vəsiyyətnamə yazıb, sonuncusunu ölümündən 1 il əvvəl 27 noyabr 1895-ci ildə yazıb. Onun vəsiyyətnaməsi oxunduqdan sonra hər kəs təəccüb hissi keçirir. Çünki o, vəsiyyətnaməsində varidatının 94 faizini “İl ərzində bəşəriyyətə böyük töhvələr verən şəxslər” üçün 5 mükafatın (fizika, kimya, fiziologiya yaxud tibb, ədəbiyyat və sülh) təsisinə ayırmışdı. Baxmayaraq ki, Nobel vəsiyyətnaməsində mükafatlar üçün çox möhtəşəm planlar təklif edir, vəsiyyətnamə ilə bağlı bir sıra problemlər yaşanır. Alfred Nobelin qohumları çox təəccüblənmişdilər və onların çoxu vəsiyyətnaməyə etiraz etmək istəyir. Üstəlik, vəsiyyətnamənin quruluşunda Fransada ona etiraz etməyə səbəb ola biləcək rəsmi nöqsanlar var idi. Alfredin qanuni yaşayış yerinin hansı ölkə olması naməlum idi. O, 9 yaşına qədər İsveç vətəndaşı olmuşdu, lakin sonralar Rusiya, Fransa və İtaliyada bu ölkələrin vətəndaşı olmadan yaşamışdı. Nobel vəfatından sonra İsveçdə dəfn edilməsi üçün planlar hazırlamışdı. Vəsiyyətnamənin və əmlakın hansı ölkənin qanunları ilə idarə edilməsini yaşadığı yer müəyyənləşdirəcəkdi. Əgər Fransadırsa, vəsiyyətnamə qəbul edilməyə və vergi götürülə bilərdi. Nobel sülh mükafatını Norveç Parlamentinin seçməsini istəmişdi, buna görə də bir çoxları onu vətənpərvər olmamaqda günahlandırdı. Bu mükafatı həyata keçirəcək fond hələ də mövcud deyildi və təsis olunmalı idi. Vəsiyyətnamədə bildirilməmişdi ki, ilin qalibi olmayacağı təqdirdə nə edilməlidir. Alfredin vəsiyyətnaməsindəki natamamlıqlar və digər maneələr nəticəsində Nobel fondunun təsisinə və ilk mükafatın təqdim olunmasına qədər maneələrlə dolu 5 il keçir. Nəhayət Nobel fondu təsis edilir və 120 ilə yaxındır ki, bəşəriyyətə böyük töhfələr verən şəxslər Nobel mükafatı ilə təltif olunur.

Gənclik illərində Alfred Nobel qadın məclislərindən, mərkəz və cəmiyyətlərindən, qadınların şərəfinə təşkil edilən ziyafət salonlarından vahiməyə düşür və çox qorxurdu. Ancaq bir dəfə o, madam Derzinin salonuna boylanır və onun qızını, gənc Annanı görür. Annanı görən andan Alfred qəribə hallar keçirməyə başlayır, özünü-sözünü bilmir, dəymədüşər xasiyyəti daha da ağırlaşır. Onun özü anlayır ki, Annaya aşiq olub və bu sevda ona gələcəkdə xoş bir şey vəd etmir. Anna da Alfredin ona vurulduğunu anlayır. Gözəl olduğu qədər də incə bir ruha malik olan Anna Alfredin etirafına ara-sıra gülməklə cavab verir. Günlərin bir günü Anna qəfildən ondan üz döndərir. Sən demə, Anna çoxdan “ikibaşlı sevgi oyunu” oynayırmış.

Alfredi dəli gününə salan bu gənc gözəlçə onunla bərabər riyaziyyatçı Frans Lemarjla da görüşürmüş. Son anda Anna seçim qarşısında qalanda üstünlüyü Frans Lemarja verir. Onların toy günü Alfred dəhşətli bir vəziyyətə düşür, həkimlər belə nə edəcəklərini bilmirlər və o, bir neçə ay ölümlə-olum arasında yataqda çırpınır...

İllər sonra isə dünyanın məşhur riyaziyyatçıları təəccüblənirdilər ki, necə olub ki, Alfred Nobel özünün təsis etdiyi mükafatın – Nobel mükafatının verilməsi siyahısına bu cür lazımlı elmi – riyaziyyatı salmağı unudub? “Alfred yerli-yerində olaraq heç nəyi unutmadığı halda, bu mükafatın verilməsində “riyaziyyatı unutmuşdu.” Riyaziyyatçılar isə Alfreddən çox Frans Lemarjdan incisələr daha doğru olar,”– deyib Alfred Nobelin həkimi.

Bu əhvalatdan sonra uzun illər Nobel qadınlarla heç bir münasibətdə olmur. Hətta qadınlar ona hansısa şəkildə müraciət edəndə, yaxud onunla münasibət yaratmaq istəyəndə belə, “Vaxtım yoxdur, məni bağışlayın, xanım”– deyərək yaxasını kənara çəkir. Bu zaman Nobel yeni əsərlər üzərində işləyib. Bu əsərlər sonralar bədbin və ağır ruhlu olmaları ilə daha çox yaddaşlarda qalıb. “Mən xoşbəxtliyin nə olduğunu bilməyən və onu gələcəkdə tapacağını ağlına belə gətirməyən, özündən haqsız narazı, tamam yalqız, tənha, ailəsiz, ürəyimi aça biləcəyim dostlarsız, üstünə yeriməyə bəhanə gəzəcəyim düşmənlərsiz bir həyat yaşamaqdayam. Əslində, özüm dilsiz-ağızsız ağacların və kolların arasında yaşamağı arzulayan bir adamam. Ağaclar və kollar heç olmasa adamın əsəblərini yerindən oynatmır, nadanlıqlarını nümayiş etdirmirlər... Etiraf edirəm ki, çox yorulmuşam, dünyaya bu qədər “tamaşa” edəcəyimi heç vaxt ağlıma gətirməmişdim. Hər şey kimi bu dünya da ola bilər ki, uzaqdan daha gözəl görünsün. Onun içində isə adam özünü daha çox girov kimi hiss edir...”– deyib dünya şöhrətli elm xadimi. Tarixi şəxsiyyət Alfred Nobel həmin vaxtlar bu cür və bu ruhla yazmaqdaydı...

“Dinamit kralı,” çoxsaylı hərbi zavodların sahibi özünü “Allah adamı” sayırdı. Hətta bir dəfə sülh konqresində iştirak edərək tribunaya qalxaraq belə deyib: “Mənim dinamit zavodlarım sizin bu sülh konqreslərinizdən daha tez müharibələrə son qoyacaq. Günlərin bir günü üz-üzə gələn iki ordu bu dinamitin hesabına müxtəlif silahlarla bir neçə saat ərzində bir-birini məhv edəndən sonra inkişaf etmiş mədəni və mütərəqii xalqlar dəhşətə gələrək ordularını buraxacaqlar. Sonunda yer kürəsi ordusuz dövlətlər olan bir planetə dönəcək!” Alfred Nobel inanırdı ki, yer üzündə sülhü qorumağın yeganə yolu qorxunun gücləndirilməsindədir.

Qəzet yazarları Alfred Nobeli gah “dinamit kralı,” gah “ölüm alverçisi,” gah da “Avropanın ən varlı avarası” adlandırır, bununla da ürəkləri soyumayanda, onun adını daha kəskin epitetlərlə “bəzəyirdilər.” O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun daş kimi susub durması qəzet sahiblərini bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları qəzəbləndirirdi...

Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur şəxsiyyətin nələr çəkdiyindən kimsənin xəbəri olmayıb. Hamı elə fikirləşib ki, milyarderdisə, onun nə dərdi ola bilər? Amma o, bədbəxt bir milyarder idi və nə dostları vardı, nə də onu sevən bir xanım. O, dahi bir alim idi, amma kəşfi insanlara daha çox dərd gətirən bir kəşf idi. O, gözəl bir yazıçı, romantik şair, qəribə, möcüzəvi xarakterə malik olmaqla yanaşı, həm də siyasətdə mərkəzçi baxışlı bir insan idi. O, bütün bunlar azmış kimi, həm də ağır xəstəliyə düçar, əzabkeş bir adamdı... Bəli, bu adam Alfred Nobel idi...

Nobel hər dəfə şəxsi faciəsini yaşayandan sonra sanki ona ikiqat güc gəlir. Bütün ömrü boyu o, dünyanın iyirmi ölkəsində 93 müəssisə yaradır və kəşflərinə görə 355 patentə sahiblənir. Onun var-dövləti milyard dollardan yuxarı olan pul kütləsi demək idi. Bununla bərabər isə onun böyründə sona qədər kölgəsiz bir tənhalıq gəzdi... O, ömrünü böyük sarsıntılar və bitməyən bir darıxqanlıq içərisində keçirərək qazandıqlarından heç vaxt ləzzət almadan bu dünyadan köçdü.

Ruhu şad olsun!

Fazil QARAOĞLU
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ