Bazar günü günü, 15 noyabr 2026
     

Regional peşə tədris mərkəzləri və müasir əmək bazarının tələblərinə cavab verən peşə kadrlarının hazırlanması...

Image


Kamran Əsədov: “Hesab edirəm ki, peşə təhsili müəssisələri regionlarda daha çox açılıb istifadəyə verilməlidir”

 

Elə insanlar var ki, onlar ali təhsil ala bilmir, onların peşə təhsilinə cəlb edilməsi zəruri bir hal kimi meydana çıxır. Hər bir insanın istənilən sənətə, peşəyə yiyələnməsi təhsildən keçir. Son illər Azərbaycan təhsilinin vacib istiqamətlərindən birini peşə təhsili təşkil etməkdədir. Artıq bir neçə ildir Azərbaycanda peşə təhsilinin müasir dünya standatlarına uyğun şəkildə qurulması sahəsində işlər görülür.

Bu gün elə peşə və sənətlər var ki, dünya çapında onlara münasibət dəyişib, onlar ya sıradan çıxıb, ya da müasirləşdirilib. Məlum olduğu kimi, paytaxt Bakı da daxil olmaqla, respublikamızın bir neçə bölgəsində Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Artıq Göyçayda və Gəncədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional Peşə Tədris Mərkəzi son illər beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kadrların hazırlığını həyata keçirmək yolunu tutub.

Ekspertlər qeyd edirlər ki, peşə hazırlığı işinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müsbət qarşılanmalıdır. Onlar bildirirlər ki, Regional Peşə Tədris Mərkəzində ətraf rayonların sakinləri peşə, sənət öyrənir, bu sahədə təhsil alırlar. Qeyd edək ki, sözügedən mərkəzlərdə çilingər, qaynaqçı, xalçaçı, bərbər, plastik məmulatlardan yığıcı çilingər, çörəkçi, qənnadçı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir.

Ekspertlər hesab edirlər ki, bu isə, öz növbəsində, bölgədə iş axtaran şəxslərin yeni peşə bacarıqlarına yiyələnməklə əmək bazarına daha asan daxil olmalarında, əmək bazarında tələb və təklifin uyğunlaşdırılmasında öz müsbət rolunu oynayır. 

Vurğulanır ki, bu mərkəzlərdə yaradılan maddi-texniki baza sağlamlığı normal olan insanlarla yanaşı, əlilliyi olan şəxslərin də peşə hazırlığına cəlb edilməsinə şərait yaradır. Bu mərkəzlərin müxtəlif peşələr üzrə lazımi texniki və tədris vəsaitləri ilə təmin olunduğunu deyən ekspertlər bildirirlər ki, burada sinif otaqları, emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. yaradılıb. Bu mərkəzlərdə gənclərin tornaçı, əl ilə elektrik qaynaqçısı, suvaqçı, frezerçi, dərzi, katibə-makinacı, inşaatçı-rəngsaz, bənna, ərzaq malları satıcısı, elektrik-montyoru, dülgər və s. sənət və peşələrə yiyələndiyini deyən ekspertlər vurğulayırlar ki, bu proqramlar Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.

Təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, son illər regional peşə tədris mərkəzilərinin açılması və peşə təhsili alması üçün gənclərin bura cəlb edilməsi çox müsbət haldır. Ekspert bildirdi ki, bu, müasir əmək bazarının tələblərinə cavab verən peşə və sənət sahiblərinin hazırlanmasında mühüm rol oynayır. Bu mərkəzlərin regionlarda açılmasının müsbət tərəflərini qeyd edən K.Əsədov hesab edir ki, ali təhsil ala bilməyən gənclər öz rayonlarından kənara çıxmadan peşə və sənət öyrənirlər. Azərbaycanda peşə təhsilinin inkişaf dövründən danışan K.Əsədov qeyd etdi ki, əvvəlki illərdə də ölkəmizdə bu sahəyə böyük diqqət yetirilib: “XIX əsrin ortalarından ölkəmizin bir sıra bölgələrində müxtəlif sahələr üzrə peşə təhsili müəssisələri fəaliyyət göstərib və onların şəbəkəsi daha da genişlənib. Peşə təhsilinin inkişafının yüksəliş dövrü ulu öndər Heydər Əliyevin hakimiyyət illərinə təsadüf etmişdi.

1990-cı illərin əvvəllərində ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr bu sahənin inkişafına da mənfi təsir göstərdi, peşə təhsili müəssisələrinin maddi-texniki bazası sıradan çıxmağa başladı və peşə təhsili sistemi tamamilə dağılmaq təhlükəsi ilə üzləşdi.

Peşə təhsili və təlimi sistemində bir sıra problemlər mövcud olsa da, aparılan məqsədyönlü islahatlar və iqtisadiyyatda müşahidə edilən müsbət meyllər bu sistem qarşısında yeni tələblər qoyub. Bu baxımdan yeni inkişaf mərhələsində olan iqtisadiyyatın prioritet istiqamətləri üzrə məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun və statusunun artırılması ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasətdə mühüm yer tutur.

Hazırda Təhsil Nazirliyinin nəzdində 24 minə yaxın şagirdin təhsil aldığı 99 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 5,5 mindən çox işçi çalışır. Bundan başqa, digər qurumların da nəzdində peşə təhsili mərkəzləri fəaliyyət göstərirlər”.

K.Əsədov qeyd etdi ki, 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. “Ümumilikdə isə cəmi 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

Azərbaycanın peşə təhsili və təlimi sektorunun 2020-ci ilədək strateji baxışı ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına (kurikulumlara) və peşə standartlarına malik optimallaşdırılmış müəssisələrdən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasından ibarətdir” - deyən K.Əsədovun sözlərinə görə, bu sektorun 2025-ci ilədək dövr üçün uzunmüddətli strateji baxışı isə əmək bazarının tələblərinə cavab verən peşə standartları və təhsil proqramları (kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasıdır.

K.Əsədovun bildirdiyinə görə, artıq pambıqçı, baramaçı, tütün ustası ixtisaslarına kadr hazırlığı həyata keçirilir: “Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, əmək bazarının tələbatını daha dolğun təmin etmək məqsədilə cari tədris ilində “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na iqtisadiyyatın prioritet inkişaf istiqamətləri üzrə 15 yeni ixtisas əlavə edilib və təsnifatda mövcud olan, lakin hazırlanmasına yeni başlanan 10 ixtisasın adı da daxil olmaqla, 154 ixtisas üzrə şagird qəbulu planı müəyyən edilib. Həmçinin, rayonların ixtisaslaşması, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı keçən tədris ilindən pambıqçı, baramaçı, tütün ustası ixtisaslarına kadr hazırlığı həyata keçirilir. Hesab edirəm ki, peşə təhsili müəssisələri regionlarda daha çox açılıb istifadəyə verilməlidir. Bu həm yerli əmək bazarının peşəkar səviyyədə təşkil olunmasına, həm də gənclərin təhsilə cəlb olunmasına müsbət təsir göstərəcək. Həmçinin, məşğulluğun təmin edilməsinə geniş şərait yaradacaq. Çünki öz ətrafında çox böyük kontingenti toplaya biləcək. Bu gün regionlarda buna ciddi şəkildə ehtiyac var”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ