Bazar günü günü, 15 noyabr 2026
     

Orta məktəblərimizin təlim-tərbiyə konsepsiyası varmı?

Image


Nadir İsrafilov: “Bəzi məktəblərdə baş verən neqativ hallar bu konsepsiyanın qəbul edilməsini daha da aktuallaşdırır”

 

Təhsil cəmiyyətin özül daşlarından biridir. Bu sahə hər zaman fayda verməli, savadlı, bilikli, bacarıqlı vətəndaş yetişdirməlidir. Təhsilin müstəsna prinsiplərindən biri cəmiyyət üçün dəyərli şəxsiyyətlər yetişdirilməsidir. Doğrudur, bu məsələdə ailənin də, cəmiyyətin də çiyinlərinə böyük məsuliyyət düşür. Bu baxımdan, təlim-tərbiyə işində məktəblə ailə birgə fəaliyyət göstərməlidirlər.

Son illər ölkəmizin orta ümumtəhsil sahəsi kurikulum sisteminə keçib və bu proqramın da əsas məqsədi şagirdlərdə bilik və bacarıqlar formalaşdırmaqdır. Bu gün müasir təhsildən danışanda onunla paralel olaraq təlim-tərbiyə məsələsinin irəlilədiyini görmürük. Məktəblərin əksəriyyəti bəyan edir ki, şagirdlər nəzakət qaydalarını, davranışı, bir sözlə, tərbiyəni ailədən öyrənməlidirlər. Məktəb isə şagirdlərə bu keyfiyyətləri deyil, müxtəlif fənləri öyrədir.

Sözsüz ki, bu məsələ də təhsil ekspertləri tərəfindən müsbət qarşılanmır. Ekspertlər hesab edirlər ki, təhsilin yanında, birmənalı olaraq, təlim-tərbiyə də olmalıdır. Onlar bildirirlər ki, tərbiyə işinin təşkilinə əhəmiyyət verilmədiyi üçün, məktəblərdə şagirdlərlə, eləcə də müəllim və direktorlar arasında mövcud problemlər yaşanır. Məktəbdə təlim-tərbiyə işinə ciddi fikir verilsə, bu kimi hallar az da olsa baş verməz.

Qeyd edək ki, Sovet illərində təhsilə ancaq bilik mənbəyi kimi yanaşılmırdı, ona həm də təlim-tərbiyə ünvanı kimi baxılırdı. Hazırda Azərbaycanda təhsillə bağlı bütün standartlar qəbul edilib, təhsilin ayrı-ayrı sahələri ilə bağlı konsepsiyalar mövcuddur, lakin hələ də məktəblər üçün təlim-tərbiyə konsepsiyası yoxdur.

Məktəblinin təhsili ilə yanaşı, tərbiyəsinin də vacib olduğunu deyən ekspertlər hesab edirlər ki, təhsili təlim-tərbiyəsiz təsəvvür etmək çətindir.

Bu mövzuda bizimlə fikirlərini bölüşən tanınmış təhsil eksperti Nadir İsrafilov qeyd edir ki, məktəblər üçün təlim-tərbiyə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var. “Məktəblərdə şagirdlərə yalnız təhsil verilməsi, onlara ayrı-ayrı fənlərin öyrədilməsi azdır. Təhsil təlim-tərbiyə deməkdir. Ona görə də məktəblərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə böyük ehtiyac var. Ancaq biz bu gün təhslilə önəm veririk, məktəblərdə təlim-tərbiyə işi isə diqqətdən kənarda qalıb. Bizi ən çox şagirdin topladığı bal maraqlandırır. Elə bir mənzərə yaranıb ki, sanki tərbiyə işi məktəbin funksiyasına aid deyil: “Şagirdin təlim-tərbiyəsi ilə evdə valideyn məşğul olmalıdır, məktəb isə ancaq bilik verir” kimi fikirlər bildirən məktəblərə normal yanaşmaq olmur. Bu sözü deyənlər təlimdən, təhsildən, metodikadan xəbəri olmayan insanlardır.

Təhsilli, savadlı adamlar var, ancaq onların mədəniyyəti, qabiliyyəti yoxdur, belə adamlar cəmiyyətin nəyinə gərəkdir? Şagirdlərin hamısı tərbiyədən çox, bal arxasınca qaçır ki, daha çox bal yığıb ali məktəbə daxil olsun. Bilirsiniz, tərbiyə işinin arxa plana keçirilməsinin nəticəsidir ki, Milli Məclisdə intizam komissiyası yaradırıq, yaxud müəllimlər üçün etik davranış normaları işləyib hazırlayırıq. Ziyalı üçün etik norma hazırlanmamalıdır. Ziyalı öz davranışı ilə nümunə olmalıdır! Deyim ki, ziyalılarla bağlı bu qaydaların hazırlanması ondan irəli gəlir ki, bu gün məktəb pedaqogikadan, psixologiyadan uzaq düşüb. 

Təhsil bilik, bacarıq, vərdişlər sistemidir. Bu gün baxmayaraq ki, kurikuluma keçmişik, digər normativ sənədlər qəbul etmişik, amma yenə də kurslar var, repetitorlar fəaliyyət göstərir, uşaqlarımız bal dalınca qaçırlar. Hazırda məktəbin işinə neçə məzunun ali məktəbə daxil olması, nə qədər bal toplaması ilə qiymət verilir. Biz burada hansı vətəndaşın yetişməsindən danışa bilərik? Ona görə də biliyin ölçüyə gələn kriteriyaları var, amma şəxsiyyət yönümlü vətəndaşın kriteriyaları hazırlanmayıb. Biz məktəbin şəxsiyyət yönümlü vətəndaş hazırlamasına hansı kriteriya ilə qiymət verməliyik? Bu yoxdur. Məzunları yüksək bal toplayan məktəblərin adları hər yerdə çəkilir, alqışlanır, ancaq 5-6 şəhid verən məktəbin adı heç yerdə çəkilmir. Məktəblər şagirdlərdə Vətənə bağlılıq keyfiyyətini də aşılamalıdırlar. Əvvəllər bu, məktəblərin əsas vəzifələrindən biri idi”.

N.İsrafilov qeyd etdi ki, bu gün məktəbin tərbiyəvi aspektdə fəaliyyəti yoxdursa, bu olduqca mənfi haldır. Ekspertin sözlərinə görə, məktəblər üçün təlim-tərbiyə konsepsiyasının hazırlanması həm dünən aktual olub, həm də bu gün: “Bizim məktəblər üçün bütün konsepsiyalarımız, normative-hüquqi sənədlərimiz var, ancaq hələ də təlim-tərbiyə konsepsiyamız yoxdur. Bu məsələ dövlət müstəqilliyimizin ilk illərində də Təhsil Nazirliyində müzakirə edildi, lakin heç bir sənəd qəbul edilmədi. Mən o vaxt Bakı Şəhər Baş Təhsil İdarəsində işləyirdim. Hətta o vaxt bu konsepsiyanın hazırlanması ilə bağlı komissiya da yaradıldı, ancaq heç bir iş görülmədi. Konsepsiyasız bu kimi məsələləri tənzimləmək çətindir. Bizim ümumtəhsil konsepsiyamız var, bu kurikulumdur. Ancaq məktəblər üçün təlim-tərbiyə konsepsiyamız yoxdur. Orta ümumtəhsil məktəbləri üçün təlim-tərbiyə konsepsiyasının hazırlanmasına ciddi ehtiyac var. Bu gün məktəblərdə elə hadisələr baş verir ki… Məktəb direktorları ilə müəllimlər, müəllimlərlə valideynlər, şagirdlər arasında yaşanan qalmaqallardan hər kəsin xəbəri var. Bəzi məktəblərdə baş verən neqativ hallar bu konsepsiyanın qəbul edilməsini daha da aktuallaşdırır.

Sovet dövründə məktəblərdə bu məsələyə xüsusi diqqət vardı və məktəblərin foyesində “əxlaq kodeksi” qeyd edilirdi, “Uşaq Hüquqları Konvensiyası”ndan sitatlar yazılırdı. Bunlar məktəbin əsas atributları idilər. Şagirdə davranışına, əxlaqına görə qiymət verilirdi. Şagirdlər məktəbi bitirəndə onlara xasiyyətnamə verilirdi. Bilirsiniz, ənənələrə barmaqarası baxmaq olmaz. İnsanın ancaq savadlı və ali təhsilli olması kifayət etmir, onun cəmiyyətdə özünü aparması, tərbiyəsi, mədəniyyəti də əsasdır. Bu işlə isə əsasən məktəb məşğul olmalıdır. Məktəblər tərbiyə məsələsində özlərini kənara çəkməməlidirlər. Məktəblərdə tərbiyə prosesi düzgün qurulsa, bəzi gənclərimiz tarixi şəxsiyyətlərimizə,  şairlərimizə çamur atmaz. Məktəblərdə təlim-tərbiyə üzrə direktor müavini ştatı var. Eləcə də uşaq birlikləri fəaliyyət göstərir. Amma bu məsələyə ikinci dərəcəli məsələ kimi baxırlar. Bu isə belə olmalı deyil”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ