Bazar günü günü, 15 noyabr 2026
     

Moskvanın Hərbi tarix muzeyində Bakı neftinə abidə qoyuldu…

Image


Vaqif Abışov: “Bakı neft qülləsi” abidəsinin açılması nəhayət ki, tarixin müəyyən bir dönəminin təsdiqidir”
Faiq Ələkbərli: “Gec də olsa, Rusiya belə bir abidə qoymaqla müharibədə Azərbaycanın oynadığı mühüm rolu təsdiqlədi”

 

İkinci Dünya Müharibəsində SSRİ-nin Hitler Almaniyasına qalib gəlməsində mühüm rol oynayan amillərdən biri Bakı nefti idi. Müharibənin bitməsinin üzərindən 73 il keçdikdən sonra Moskva vilayətində, Lenin-Sneqirevskiy Hərbi tarix muzeyinin ərazisində Bakının neft qülləsinə abidə qoyulub.

Qeyd edək ki, Rusiyada İkinci Dünya Müharibəsində əldə olunan qələbəyə Azərbaycanın verdiyi töhfəyə həsr olunan bu abidə mühüm əhəmiyyətə malikdir. Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir.

Onu da vurğulayaq ki, 1941-ci ildə SSRİ-də 33 milyon ton neft çıxarılıb ki, bunun da 23,5 milyon tonu Azərbaycan tərəfindən istehsal edilib.

Məlumatlara görə, "Neft qülləsi" abidəsinin açılışının təşəbbüskarı Moskva vilayətindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətidir.

Moskvada “Neft qülləsi” abidəsinin açılmasını yüksək dəyərləndirən tarixçi-alimlər hesab edirlər ki, bu, gec də olsa, Bakı neftinin və Azərbaycan xalqının İkinci Dünya Müharibəsinə verdiyi əməyin təsdiq edilməsidir. Onların bildirdiyinə görə, Bakı nefti olmasaydı, bəlkə də SSRİ müharibədən zəfərlə çıxmazdı.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bizimlə söhbətində “Neft qülləsi” abidəsinin açılımasının mühüm tarixi hadisə olduğunu bildirdi. Onun sözlərinə görə, bu abidənin açılması dünyaya sübut edir ki, Bakı nefti qələbənin əsas dayaqlarından olub: “Doğrudan da bu çox yaxşı xəbərdir. Tarixi sənədlərdən də tam məlumdur ki, Bakı İkinci Dünya Müharibəsində bilavasitə mühüm yanacaq bazası olub. Düzdür, başqa bazalar da olub. Tutalım, ərzaq məhsulları, əhalidən qiymətli əşyaların alınması, silah istehsalı və s. kimi məsələlər də olub. Ancaq neft aparıcı rol oynayıb. Bu baxımdan da 1941-1945-ci illərdə Sovet dövlətinin aparıcı neft bazası Bakı olub. Qroznıda da neft vardı, ancaq əsas Bakı nefti idi. Bakı nefti tərkibinin təmizliyinə görə seçilirdi. Burada güclü istehsal təşkil olunmuşdu. Məlumdur ki, müharibə dövründə Azərbaycan 75 milyon tondan artıq neft verib. Bu baxımdan, Azərbaycan  müharibədə aparıcı rol oynayıb. Tarixi sənədlərdə göstərilir ki, Hitler Almaniyası müharibəyə başlamamışdan əvvəl onun Qafqazı işğal etmək, Bakını tutmaq, Bakı neftini ələ keçirmək  kimi böyük planı olub. Almaniyanın müttəfiqlərinin də bu məsələdə marağı vardı. Ona görə də 1941-ci ilin avqust ayında Sovet qoşunları İrana yeridildi. Ondan bir müddət sonra İngiltərə, 1942-ci ildə isə ABŞ qoşunları İrana gəlmişdi. Bilirsiniz, Rza şah Pəhləvinin mövqeyi almanpərəst idi. Qoşunların yeridilməsi o demək idi ki, İran tərəfdən Sovetlərə hərbi müdaxilə olmasın. Bakı İkinci Dünya Müharibəsi dövründə Sovet artilleriya qüvvələri tərəfindən xüsusilə havadan müdafiə olunurdu ki, havadan hücum olmasın. Bakı nefti aparıcı mövqedə idi. O vaxt neft çənlərinin daşınması sahəsində çətinliklər olduğu üçün Azərbaycan neftçiləri belə bir ideya irəli sürdülər ki, məhz Xəzər dənizi vasitəsilə Stalinqrad cəbhəsinə göndərilsin. Bu xəbər Stalinə çatdırıldı ki, Azərbaycan neftçiləri belə bir ağır gündə bu müsbət işi gördülər”.

Azərbaycanın İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığın saysız-hesabsız olduğunu deyən V.Abışovun sözlərinə görə, respublikamız həm neftlə, həm də canlı qüvvə ilə qələbənin qazanılmasında mühüm rol oynadı. “Bu gün Moskvada “Bakı neft qülləsi” abidəsinin açılması nəhayət ki, tarixin müəyyən bir dönəminin təsdiqidir. Bir daha sübut olundu ki, Bakı nefti, Azərbaycan xalqı müharibəyə böyük töhfə verdi. Bu abidənin açılması Azərbaycana, Bakı neftinə, neftçilərə göstərilən böyük ehtiramdır və bunu ancaq müsbət qiymətləndirmək lazımdır”- deyə tarixçi-alim bildirdi.  

O, həmçinin, qeyd etdi ki, müharibədə qələbə qazanılmasında mühüm rol oynayan Bakıya “Qəhrəman şəhər” statusu verilməyib. Onun sözlərinə görə, halbuki, şəhərimiz, sözün əsl mənasında, bu statusu daşımağa layiqdir. 

Tarix elmləri üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də “Bakı-Xəbər”ə bildirdi ki, Moskvada Bakı neftinə abidə qoyulması müsbət bir haldır. O hesab edir ki, gec də olsa, SSRİ-nin varisi olan Rusiya Azərbaycanın İkinci Dünya Müharibəsində oynadığı rolu təsdiqlədi. “Bilirsiniz, mən “Neft qülləsi” abidəsinin açılmasını müsbət dəyərləndirirəm. Gec də olsa, Rusiya belə bir abidə qoymaqla müharibədə Azərbaycanın oynadığı mühüm rolu təsdiqlədi. Doğrudan da İkinci Dünya Müharibəsinin taleyini həll edən əsas məsələlərdən biri də, şübhəsiz ki, Bakı nefti olub. Əlbəttə, Bakı neftinin əhəmiyyətini dərk etmək Rusiya üçün gec oldu. Təbii, bunun da öz siyasi səbəbləri vardı. Deyim ki, müharibənin gedişini dəyişən əsas amillərdən biri əsgəri qüvvə deyil, Bakı nefti idi. Bilirik ki, İkinci Dünya Müharibəsində ən qızğın döyüşlər getdiyi 1942-1943-cü illərdə Stalinqrad döyüşlərində də ən vacib faktorlardan biri neft idi. O döyüşün də taleyini neft həll edirdi. Ümumiyyətlə, Bakı nefti müharibədə 70 faiz tankların və digər texnikanın hərəkət etməsində əhəmiyyətli rola malik olub. Ancaq uzun müddət Sovet Rusiyası bu işə göz yumdu. Bilirsiniz ki, dəfələrlə Bakıya “Qəhrəman şəhər” statusu verilməsi məsələsi meydana çıxsa da, öz həllini tapmadı. Son illər görünür ki, bu məsələyə Rusiyanın da münasibəti dəyişib. Bu abidənin açılmasını həm də Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə təkan verən amil kimi dəyərləndirmək olar. Düzdür, Rusiya bizim böyük qonşumuzdur. Hesab edirəm ki, indiki məqamda Rusiyada belə bir abidənin qoyulması da məhz bu münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edir. Əslində, biz də Rusiya-Azərbaycan münasibətlərinin dostluq, sülh şəraitində olmasının tərəfdarıyıq. Bu anlamda abidənin açılması da xeyirxah bir addımdır. Ancaq bizə elə gəlir ki, Rusiya bu addımları atmaqla yanaşı, Dağlıq Qarabağ məsələsində də obyektiv addım atarsa, biz bu münasibətlərin gələcəkdə daha da yaxşılığa doğru inkişafını görəcəyik” - deyən F.Ələkbərli buna ümid etdiyini bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ