Bazar günü günü, 15 noyabr 2026
     

Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyuldu…

Image


Qasım Hacıyev: “Nuh peyğəmbərə heykəl qoyulması erməni iddiasına verilən ən layiqli cavablardan biridir”
Həyat Məhərrəmova: “… dünyaya bir mesajdır ki, biz öz dəyərlərimizə sahib çıxmağı bacarmaqla yanaşı, adı bizim tariximizlə, torpağımızla bağlı olanların da ruhuna ehtiram bəsləyə bilirik”

 

Tarixi mənbələrdə 5 min ildən artıq yaşı olduğu qeyd edilən Naxçıvan ərazisində zəngin abidələr, arxeoloji nümunələr qorunub saxlanır. Bu gün Azərbaycanın bir parçası olan Naxçıvan dünyanın ən qədim məkanlarından biri kimi tanınır. Hətta əfsanələrə görə, bu diyarda Nuh peyğəmbərin də izləri yaşayır.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında Naxçıvan Duz Muzeyinin açılışı olub. Məlum olduğu kimi, Duzdağla və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeydə Nuh peyğəmbərin heykəli qoyulub. Naxçıvan Duz Muzeyində Nuh peyğəmbərə heykəl qoyulmasının mədəni, tarixi əhəmiyyətinin böyük olduğunu deyən ekspertlər hesab edirlər ki, bu, Naxçıvanın dünyada təbliğinin genişlənməsində rol oynayacaq.

Yeri gəlmişkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da mətbuata açıqlamasında Naxçıvan Duz Muzeyində Nuh peyğəmbərə heykəl qoyulmasına müsbət münasibət bildirib. Onun sözlərinə görə, Nuh və ya digər peyğəmbərlərin şəkilləri çəkilirsə, o zaman heykəl də qoyula bilər: "İsa, Musa peyğəmbərlərlə də bağlı şəkillər var. İslamda heykəl və şəkillə bağlı yanaşma fərqlidir. Amma Nuh peyğəmbər islama qədərki dövrdə olub".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasının əhəmiyyətli olduğunu dedi. Q.Hacıyev qeyd etdi ki, bu heykəlin qoyulması həm də saxta erməni təbliğatının qarşısının alınmasında mühüm rol oynayacaq. Ermənilərin Naxçıvan ərazisinə, buradakı tarixi abidələrə iddialı olduğunu xatırladan professor Hacıyev bildirdi ki, ermənilər nəinki Azərbaycan, bütövlükdə, regionun tarixinə aid nə varsa, öz adlarına çıxmağa cəhdlər göstərirlər: “Mən Naxçıvanda Duz Muzeyində Nuh peyğəmbərə heykəl qoyulmasını alqışlayıram. Bu mənada ki, Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulması ilə bağlı kifayət qədər əsaslarımız var. Hesab edirəm ki, bu heykəlin qoyulması zamanında atılan addımdır. Bilirsiniz ki, torpaqlarımızda yerləşən ermənilər bizim mədəniyyətimizə, tariximizə qarşı müxtəlif iddialar irəli sürür və nəyimiz varsa, öz adlarına çıxmağa cəhdlər edir, hətta bunu dünyaya da bəyan etməkdən çəkinmirlər. Əlbəttə, belə olduğu təqdirdə biz də onların yalanlarını ifşa edən işlər görməliyik, görürük də. Bir vaxtlar ermənilər Naxçıvan ərazisinə iddia irəli sürdükləri kimi, Nuh peyğəmbərə də iddialı idilər. Onlar qədim Ağrı dağını Ararat kimi qələmə verməklə Nuhun onlara bağlı olduğunu deyirdilər. Ancaq alimlərimizin çoxsaylı araşdırmaları, tədqiqat işləri erməni iddialarını yerlə-yeksan etdi. Naxşıvanda Nuh peyğəmbərə heykəl qoyulması həm də erməni iddiasının qarşısının alınması istiqamətində görülən uğurlu işlərdən biridir. Artıq bütün dünya bir daha biləcək ki, Nuhun gəmisi Naxçıvan ərazisində olub və bununla bağlı kifayət qədər faktlar var və s. Hətta Gəmiqaya abidəsində də Nuhla bağlı informasiya mövcuddur. Nuh peyğəmbərə heykəl qoyulması erməni iddiasına verilən ən layiqli cavablardan biridir” - deyə Q.Hacıyev bildirdi.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasında mənfi heç nə yoxdur. Onun sözlərinə görə, Nuh peyğəmbərin Naxçıvan ərazisində olması faktı qədim Şumer və yəhudi əfsanələrində də mövcuddur.

O qeyd etdi ki, tarixçilər, etnoqraf və arxeoloqlar Naxçıvan ərazisində tədqiqatlar apararkən burada əfsanələrdə adı çəkilən bir sıra nümunələrlə, abidələrlə rastlaşıblar: “Tədqiqatçılar qeyd edirlər ki, Azərbaycanda Nuhla bağlı əfsanələr Nuh tufanı haqqında qədim Şumer və yəhudi əfsanələrilə bu və ya digər dərəcədə səsləşir. Bu istiqamətdə tədqiqat aparan alimlərin fikrincə, Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində tufan baş verib. Belə məlum olur ki, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu, Naxçıvanın özündə də güclü daşqın baş verib. Alimlərimiz Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu dəfələrlə qeyd ediblər. Ümumilikdə, Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlər tərəfindən ilk dəfə yazıya alınıb. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə, bu, Naxçıvan şəhərinin salındığı tarixlə (e.ə.1539) eyni dövrə təsadüf edir”.

Tarixçi qeyd etdi ki, Naxçıvanda Nuh peyğəmbərin türbəsi də var. O vurğuladı ki, yerli əhali və tədqiqatçılar bu türbədə Nuh peyğəmbərin dəfn edildiyini bildirirlər. Onun sözlərinə görə, abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib.

Elmi araşdırmalar nəticəsində Nuh peyğəmbərin məzarüstü türbəsinin yerinin təyin edildiyini deyən tarixçinin sözlərinə görə, aparılan arxeoloji qazıntı zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanıb. Türbə 3 hissədən - sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib.

Müsahibimiz onu da bildirdi ki, “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2006-cı il 28 iyun tarixli sərəncamından sonra Naxçıvan şəhərində türbənin yeri dəqiqləşdirilib. Türbə muxtar respublikanın Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsi tərəfindən bərpa edilib.

Tarixçi vurğuladı ki, Nuh peyğəmbərlə bağlı Naxçıvanda saysız abidə, məlumatlar var və bu baxımdan qədim diyarda ona heykəl qoyulması tarixi hadisədir: “Mən bir tarixçi kimi Naxçıvanda Nuh peyğəmbərə heykəl qoyulmasını müsbət qiymətləndirirəm. Bu gərəkli bir addımdır. Qədim əfsanələrdə Nuh peyğəmbərin Naxçıvanla bağlılğı haqqında saysız fikir var. Burada Nuh peyğəmbərin heykəlinin ucaldılması dünyaya da bir mesajdır ki, biz öz dəyərlərimizə sahib çıxmağı bacarmaqla yanaşı, adı bizim tariximizlə, torpağımızla bağlı olanların da ruhuna ehtiram bəsləyə bilirik. Azərbaycan multikultural bir diyardır və burada mədəniyyətlərin gerçək harmoniyası mövcuddur”. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ