Bazar günü günü, 15 noyabr 2026
     

Unudulan qədim uşaq oyunlarımız…

Image


Təranə Allahverdiyeva: “Ulularımızın bizə miras qoyub getdiyi oyunların əksəriyyəti XXI əsrə gəlib çıxmaqda çətinlik çəkir”
Ənvər Çingizoğlu: “Xalq uşaq oyunlarını itirməməliyik, əksinə, onları daha geniş təbliğ etməli, uşaqlarımıza mənimsətməliyik”

 

Bu gün uşaqlarımız hansı uşaq oyunlarını oynayırlar? Ümumiyyətlə, onların bu oyunlardan xəbərləri varmı? Birmənalı olaraq deyə bilərik ki, müasir uşaqlar qədim uşaq oyunlarımızı nə bilir, nə də oynayırlar. Əvvəllər kənd yerlərində uşaqlar xüsusi oyunlar oynayardılar. Bu oyunlar uşaqların dünyagörüşündə, çevikliyinin artmasında, eləcə də yaddaşının möhkəmlənməsində əsaslı rol oynayırdı. Elə bir uşaq tapılmazdı ki, o oyunları oynamasın. Maraqlıdır ki, ulularımızın yaradıb sistemə saldığı bu oyunlar uşaqları özünə cəlb edirdi. Oğlanlar və qızlar üçün oyunlar eyni deyildi, fərqli idi. Qızlar qız oyunları, oğlanlar da oğlan oyunları oynayırdılar.

Bu gün isə uşaqlarımız, demək olar ki, oyunlar oynamırlar. Oynasalar da, “mafiya” oyunları oynayırlar. Müşahidə apararkən şahidi olduğumuz məsələlərdən biri həyətdə qız və oğlan uşaqlarının mobil telefonda “iqra” oynaması olur. Onlar həyətdə də “iqra” oynayırlar. Halbuki, uşaqlarımıza qədim folklor oyunlarımızı öyrədə bilərik.  

Vaxtilə mövcud olan və bu gün unudulmaq astanasında gördüyümüz, yalnız folklor kitablarında yaşayan Azərbaycan xalq oyunlarından “Bənövşə”, “Gizlənqaç”, “Dəsmal aldı qaç”, “Keçəl”, “Mətə-mətə”, “Sanama”, “Usta şagird”, “Şeşpər şeşpər”, “Eşşəkbeli”, “Pərdə-Pərdə”, “Qazan qara”, “Öcəşmə”, “Artırma”, “Baharbənd”, “Barmaq oyunu”, “Beş Daş”, “Çilinağac”, “Cıdır”, “Cıdır oyunu”, “Dirədöymə”, “Dəvə oyunu”, “Dəyirman oyunu”, “Dolama”, “Çatı götürdü”, “Çırtı, çırtı”, “Çiləmə”, “Çömçəbaşı bəzəmə”, “Çövkən”, “Evcik-evcik”, “Əlquşu ilə ov”, “Ənzəli”, “Fincan-fincan”, “Gözbağlıca”, “Gül-gül”, “Güleynari”, “Halay oyunu”, “Haxışta”, “Hoqqa”, “Hoppana hoppan”, “Hil-hil oyunu”, “Kos-kosa”, “Köşki balaban”, “Qərcimədaş”, “Qığ Mərəsi”, “Qurd-Qurd”, “Qurşaqtutma”, “Laldinməz”, “Mərə-mərə”, “Mərəköçdü”, “Molla, haray”, “Noxud çuxuru”, “Papaqatdı”, “Papaqqapdı”, “Pula-pula”, “Püşk (qürrə)”, “Say saymaq”, “Tapmaca”, “Tapın görək”, “Təkə”, “Təkləmə”, “Turnavurdu”, “Yeddi ağac”, “Yeddi daş”, “Yelləncək”, “Yoldaş, səni kim apardı?”, “Yumurta döyüşdürmə”, “Zorxana” və başqalarını qeyd edə bilərik. Onu da vurğulayaq ki, adlarını çəkdiyimiz oyunlar arasında həm uşaqlara, həm yeniyetmələrə, həm də gənclərə aid oyunlar var. Əlbəttə, bu oyunların müəyyən bir qismi müxtəlif bayram və mərasimlərdə oynanılardı, icra edilərdi. Onların çox az bir hissəsi bayram və mərasimlərdə yada salınır. Qalanlar isə illərin o üzündə qalıb. Bu oyunları yada salmaq, onları yenidən məişətimizə qaytarmaq, uşaqlarımıza öyrətmək vacibdir.

Folklorçu Təranə Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, qədim uşaq oyunlarının yaddan çıxması, unudulması onu narahat edir. O qeyd etdi ki, vaxtilə bu oyunlar uşaqların həyatında mühüm rol oynayırdı: “Folklor gələnəklərindən qaynaqlanan, ulularımızın bizə miras qoyub getdiyi oyunların əksəriyyəti XXI əsrə gəlib çıxmaqda çətinlik çəkir. Bunun da sözsüz ki, səbəbləri var. Bu səbəblərdən biri də texnologiyanın bu səviyyədə inkişaf etməsidir. Kompyuterlər, telefonlar uşaqlarımızı o qədər özünə cəlb edib ki, onları xalq oyunları maraqlandırmır. İllər əvvəl kəndlərdə, qəsəbələrdə uşaqlar maraqlı oyunlar oynayardılar. Oğlanlar daha çox döyüş, güc tələb edən oyunlar oynayar, qızlar da öz oyunlarını oynayardılar. Elə oyunlar da vardı ki, qız və oğlan uşaqları o oyunları birgə oynayardılar. “Qazlar-qazalar”, “Ördəkgölü”, “Qaçdı tutdu”, “Gizlənqaç”, “Bənövşə” və s. oyunlarda bütün uşaqlar iştirak edirdilər. Bu oyunlar uşaqlarda humanizm, dostluğa sədaqət, bir-birinə dəstək vermək kimi vərdişlər aşılayırdı. Bu gün uşaqlarımız dostluğa sədaqəti kitablardan öyrənirlər. Ancaq vaxt vardı ki, qədim xalq folklor oyunları təbii surətdə uşaqlarda bu xüsusiyyətləri formalaşdırırdı. Bilirsiniz ki, nağıllarımızın, dastanlarımızın da uşaqlar arasında təbliğinə ehtiyac var. Onlar da uşaqların dünyagörüşünə müsbət təsir edir. Onu da vurğulayım ki, qədim nağıl və dastanlarımızda xalq oyunları haqqında geniş məlumatlar var. Bundan başqa, klassiklərin əsərlərində də buna rast gəlmək mümkündür. Bu oyunlar xalqın zəngin tarixini, etnoqrafiyasını yaşatmaqla bərabər, insanların təbiətə, el-obaya bağlılığından xəbər verir. İlkin tamaşaların, şəbihlərin, xalq dramlarının yaranmasında da bunlar əvəzolunmaz əhəmiyyətə malikdir. Xalq oyunları öz dinamikliyi ilə gənclərdə yüksək humanist duyğuların inkişaf etdirilməsi, yaxşılığa, saflığa çağırış, xeyrin şər üzərində qələbəsi, mərdlik, mübarizlik, cəldlik, çeviklik kimi müsbət keyfiyyətləri aşılayıb. Ən önəmlisi isə bu oyunların insanların əmək fəaliyyəti və məişəti ilə vəhdət təşkil etməsi idi. Qeyd etdiyimiz kimi, bu oyunlar uşaq, yeniyetmə və gənclərin fiziki inkişafına, sağlam böyüməsinə əsl töhfə idi. Daha güclü və sağlam olmaq üçün xüsusi idman kurslarına getməyə ehtiyac qalmırdı”.

Etnoqraf Ənvər Çingizoğlunun da qeyd etdiyinə görə, bu gün uşaqların uzaq düşdüyü uşaq oyunlarının yenidən qaytarılması vacibdir. O hesab edir ki, bu oyunlar uşaqlarımızın keçmişimizə bağlanmasında əsaslı rol oynaya bilər. “Bizim uşaqlığımız o qədər əlvan, rəngarəng keçib ki, indi o vaxt oynadığımız oyunları unutmuruq. O oyunlar bizi formalaşdırırdı. Mən bu gün uşaqların məşğuliyyətinə baxaraq görürəm ki, az qala hamısı eyni cür hərəkət edirlər. Əksər uşaqların günü kompyuter qarşısında, planşet və mobil telefonla keçir. Bunun əvəzinə onlar xalq uşaq oyunları oynaya bilərlər. Bu onların həyatını daha rəngarəng edər. Bu gün texnologiyanın inkişaf etdiyi əksər xarici ölkələrdə kompyuter oyunlarından asılılığa, aludəliyə qarşı mübarizə aparılır. Dünyanın bir çox ölkəsində kompyuter oyunları və internet aludəliyi ilə bağlı müalicə mərkəzləri də fəaliyyətə başlayıb” - deyə bildirən etnoqrafın sözlərinə görə, televiziyalarda bu oyunlar reklam edilməli, internet resurslarında xalq uşaq oyunlarının görüntüləri yerləşdirilməlidir ki, bu oyunlar uşaqları özünə cəlb edə bilsin. Onun sözlərinə görə, folklorçular, etnoqraflar, pedaqoq və psixoloqlar bir araya gəlib uşaqlarımızı kompyuter oyunlarının caynağından qoparın milli uşaq oyunlarına cəlb etməyin yollarını araşdırıb tapmalıdırlar: “Hesab edirəm ki, bu barədə nə isə işlər görülməlidir. Zəngin xalq uşaq oyunlarımızın, ümumiyyətlə, oyunlarımızın izinin itməsinin qarşısını almalıyıq. Məlumdur ki, zəngin milli adət-ənənələrə malik Azərbaycan türklərinin folkloruna nəzər yetirsək, bütün Türk dünyasının malik olduğu ortaq dəyərlərdən başqa, özünəməxsus folklorumuz mövcuddur. Xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, xalqın müxtəlif dövrlərdə adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatıb. O oyunları yaşatmalıyıq ki, həm bugünkü, həm də sabahkı uşaqlar o oyunları həyatlarının bir parçasına çevirsinlər. Folklorşünas alimlər yazırlar ki, xalq oyunları, bütövlükdə xalqın oyun-tamaşa mədəniyyətinə dair ilk məlumatlara bir sıra qədim mənbələrdə rast gəlmək mümkündür. Deyim ki, bir sıra Şərq alimlərinin yaradıcılıq irsində xalq oyunları haqqında informasiyalar verilir. Biz Kəsrəvi, Səalabi və Əl-Biruninin, XII əsrdə isə dahi Azərbaycan şairi Nizami Gəncəvi və digər mütəfəkkirlərin adlarını çəkə bilərik. Vaxt vardı ki, uşaq və yeniyetmələr uşaq oyunlarını məharətlə oynayırdılar. Bu gün qədim “Çövkan” oyununun dövlət tərəfindən qorunması, onun UNECO-ya daxil edilməsi müsbət haldır. Bu artıq o deməkdir ki, “Çövkan” əsrlər sonra da yaşayacaq. Bu gün bəzən “Dirədöymə” oyununu oynayanlara da rast gəlinir. Ancaq uşaqlıqdan bələd olduğumuz “Çiling ağac”, “Top al qaç”, “Sərrast vur”, “Motal-motal”, “Qələndar, ay Qələndar”, “Əl üstə kimin əli” kimi oyunlar sıradan çıxmaq üzrədir. Nə qədər ki, bu oyunlar yaddaşlarda yaşayır, onları uşaqlar arasında təbliğ etmək lazımdır. Bu işə orta məktəblər də qarışmalıdırlar. Heç olmasa idman dərslərində bu oyunları yada salmaq lazımdır ki, unudulmasınlar. Maraqlıdır ki, bu oyunlar elə sistemləşib ki, orada bütün fəsillərin izlərini görmək olur. Məsələn, “Bənövşə” oyunu yazla bağlıdır. Belə danışırlar ki, yaz fəslinin gəlişi ilə əlaqədar uşaqların, cavanların həyatında yeni bir gün başlayır – "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, min bir həvəslə gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzər, yaxalarına bənövşə taxar, saçlarına min bir rəngli, min bir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dır, – deyə ana və bacılarına, qohum-qonşuya paylayar, nişanlı qızları sevindirər, şənlik edər, mahnı oxuyarlar:

Boynu bükük bənövşəm,

Könlü sökük bənövşəm.

Qar üstündən boylanan,

A dərdlərə haylanan,

Yaz ətirli bənövşəm!

Yaz ətirli bənövşəm!

Bu zaman yaz çiçəyi bənövşənin adından götürülən sözlü-nəğməli "Bənövşə" oyunu oynayarlar. Bənövşə, bizdən sizə kim düşə? Bu oyun çox maraqlıdır. Çox arzu edərdim ki, xalq uşaq oyunlarına qayıdaq. Çünki bu irsi uşaqlarımıza ötürmək çox vacibdir. Xalq uşaq oyunlarını itirməməliyik, əksinə, onları daha geniş təbliğ etməli, uşaqlarımıza mənimsətməliyik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ