şənbə günü, 11 iyul 2026
     

Qon­şu­la­rın unut­ma­dı­ğı, hə­mi­şə xa­tır­la­dı­ğı şə­hid Ay­dın...

Image


Ay­dın şə­hid olan­dan son­ra qon­şu­la­rın Əmir­sol­tan ki­şi­nin ai­lə­si­nə diq­qə­ti da­ha da art­mış­dı. İl­lər bo­yu meh­ri­ban qon­şu ki­mi ya­şa­dıq­la­rı Ab­dul­la­yev­lər ai­lə­si­nə hər kəs hör­mət­lə ya­na­şır­dı. Çün­ki bu ai­lə ha­mı­nın xe­yir-şə­ri­nə ya­rı­yır, se­vin­ci­nə se­vi­nir, kə­də­ri­nə ya­nır­dı. Əmir­sol­tan ki­şi və Se­vil ana­nın üç oğ­lu mə­həl­lə­də adı hör­mət­lə, sev­gi ilə çə­ki­lən ca­van­lar­dan idi. On­lar ki­çik yaş­la­rın­dan hə­rə­kət­lə­ri­nə, dav­ra­nış­la­rı­na fi­kir ve­rir, qon­şu­nun buy­ru­ğu­na ça­tır, yaş­lı in­san­la­ra kö­mək edir­di­lər.

Han­sı yaş­lı qa­dın əlin­də zən­bil bi­na­nın hə­yə­tin­də gö­rü­nür­dü­sə, dər­hal Ni­cat, Ca­vad, Ay­dın ona kö­mək edər, zən­bi­li­ni evi­nə qal­dı­rar, qul­lu­ğun­da du­rar­dı. Hə­lə heç kəs bu üç qar­daş­dan han­sı­sa bir na­la­yiq hə­rə­kət gör­mə­miş­di. Çün­ki va­li­deyn­lə­ri on­la­rı elə tər­bi­yə et­miş­di ki, uşaq­la­rı bö­yü­yün-ki­çi­yin ye­ri­ni bi­lir, ar­tıq hə­rə­kə­tə yol ver­mir­di­lər. Əmir­sol­tan ki­şi­nin oğul­la­rı mə­həl­lə­də ya­şa­yan di­gər ya­şıd­la­rın­dan çox fərq­lə­nir­di. Ay­dın isə ta­ma­mi­lə baş­qa bir oğ­lan idi.

Cəb­hə­nin Tər­tər is­ti­qa­mə­tin­də düş­mən­lə üz­bə­üz möv­qe­də tor­paq­la­rı­mı­zı, qız-gə­li­ni­mi­zin qey­rə­ti­ni qo­ru­yan oğul­lar sı­ra­sın­da Ay­dı­nın da ol­ma­sı qon­şu­la­rı qü­rur­lan­dı­rır­dı. Ki­şi­lər hə­yət­də bir ye­rə yı­ğı­şıb söh­bət edən­də, is­tər-is­tə­məz, mə­həl­lə ca­van­la­rı haq­qın­da da da­nı­şır­dı­lar. Be­lə olan­da hə­mi­şə söh­bə­ti hər­lə­yib-fır­la­yıb Ay­dı­nın üs­tü­nə gə­ti­rir­di­lər.

Hə­yət­də­ki yaş­lı ki­şi­lər­dən bi­ri hə­mi­şə de­yir­di:

- Əmir­sol­ta­nın ki­çik oğ­lu Ay­dı­nı Al­lah sax­la­sın. Nə ya­şı var, am­ma ge­dib tor­paq­la­rı­mı­zı qo­ru­yur. Ay­dın da baş­qa­la­rı ki­mi əs­gər­lik­dən qa­yıt­dıq­dan son­ra çay­xa­na açıb iş­lə­də­rək gün­də­lik çö­rək pu­lu­nu qa­za­nar­dı. Ma­şal­lah, ba­ca­rıq­lı oğ­lan­dır, am­ma gör­dü­nüz, əs­gər­lik­dən gə­lən­dən bir az son­ra hər­bi­yə qa­yıt­dı.

Söh­bə­tə baş­qa bir ki­şi də qo­şu­lur:

- Öz ara­mız­dır, Əmir­sol­ta­nın özü də və­tən­pər­vər adam­dır. Ya­dı­nı­za gə­lir, o vaxt qaç­qın­lar Ba­kı­ya gə­lən­də Əmir­sol­tan nə qə­dər ada­ma kö­mək et­di. A ki­şi, evin­dən pal-pal­tar, yor­ğan-dö­şək apa­rıb ca­maa­tı yer­ləş­di­rir­di, öz ci­bi­nin pu­lu­na çö­rək alıb ve­rir­di ca­maa­ta. Pis vaxt­lar idi on­da. Er­mə­nis­tan­dan soy­daş­la­rı­mız de­por­ta­si­ya olu­nan­da on­la­rın xey­li his­sə­si Gü­nəş­li­yə pə­nah gə­tir­miş­di, Əmir­sol­tan on­la­ra da da­yaq ol­du.

La­çın qaç­qı­nı olan bir ki­şi Əmir­sol­tan ki­şi­nin Gü­nəş­li Mən­zil-İs­tis­mar İda­rə­sin­də mü­hən­dis iş­lə­di­yi dövr­lər­dən da­nış­dı:

- Biz o vaxt qaç­qın ki­mi bu­ra gəl­dik. Əş­ya­la­rı­mı­zı or­ta­lı­ğa tök­müş­dük, uşaq­la­rı­mız ac­lıq­dan, su­suz­luq­dan, yu­xu­suz­luq­dan əziy­yət çə­kir­di. Mə­nim rəh­mət­lik oğ­lum po­lis­də iş­lə­yir­di -de­yən ki­şi­ni qə­hər boğ­du.

Ki­şi­lər:

- Al­lah rəh­mət elə­sin, şə­hid­lər öl­mür, - de­yə ki­şi­yə tə­səl­li ol­ma­ğa ça­lış­dı­lar.

La­çın qaç­qı­nı­nın oğ­lu son­ra­dan şə­hid ol­muş­du. Odur ki, bu ba­rə­də da­nı­şan­da ki­şi çox kə­dər­lə­nir­di:

- Mə­nim po­lis oğ­lum Əmir­sol­ta­nın ya­nı­na gə­lib kö­mək is­tə­miş­di ki, bö­yük bir kül­fət­lə kü­çə­də qal­mı­şıq. On­da Əmir­sol­tan ki­şi qo­çaq­lıq et­di, bi­zim ai­lə­ni də, di­gər ai­lə­lə­ri də boş mən­zil­lə­rə yer­ləş­dir­di.

Be­lə söh­bət­lər hə­yət­də tez-tez edi­lir­di. Ay­dın mə­zu­niy­yə­tə gə­lən­də qon­şu­lar ha­mı­sı onun ba­şı­na top­la­şır­dı. Hə­mi­şə onu sor­ğu-sua­la tu­tur, ön xət­də­ki və­ziy­yət­lə ma­raq­la­nır­dı­lar.

Ay­dın hə­yə­tə gi­rən­də hə­mi­şə ilk ola­raq yaş­lı in­san­lar­la gö­rü­şür­dü. On­la­rın xe­yir-dua­sı­nı al­maq, nə­si­hət­lə­ri­ni eşit­mək is­tə­yir­di. Yaş­lı in­san­la­ra xü­su­si mü­na­si­bə­ti var idi onun.

Ay­dı­nın şə­hid ol­ma­sı xə­bə­ri qon­şu­la­ra ça­tar-çat­maz, uşaq­dan-bö­yü­yə qə­dər ha­mı hə­yə­tə qaç­dı. Mə­həl­lə­ni hə­yə­can bü­rü­müş­dü. Hər kəs igid Ay­dı­nın şə­hid ol­ma­sı xə­bə­ri­ni ürək yan­ğı­sı ilə qar­şı­la­yır, onun gənc ya­şın­da tor­pa­ğa get­mə­si­nə hey­fis­lə­nir­di­lər. Ay­dı­nın cə­na­zə­si­ni bü­tün Gü­nəş­li sa­kin­lə­ri qar­şı­la­dı. Ata-ana­sı­nın ağ­rı­sı­na hər kəs dər­man ol­ma­ğa ça­lı­şır­dı. Am­ma nə fay­da, heç bir şi­rin söz oğul it­ki­si­nin aç­dı­ğı də­rin ya­ra­nı sa­rı­ya bil­məz­di. Ay­dın dəfn olu­nan­dan son­ra da qon­şu­lar tez-tez on­la­ra baş çə­kir, ai­lə­si­nə da­yaq ol­ma­ğa ça­lı­şır­dı­lar. Hər kə­sin bir ar­zu­su var idi, Ay­dı­nın adı əbə­di­ləş­di­ril­sin. Qon­şu­lar çox is­tə­yir­di ki, Ay­dı­na büst qo­yul­sun, adı­na kü­çə, mək­təb ve­ril­sin, bi­na­nın qar­şı­sı­na xa­ti­rə löv­hə­si vu­rul­sun. İn­di qon­şu­lar bir ada­ma ün­van ve­rən­də:

- Ay­dın Ab­dul­la­yev vax­ti­lə ya­şa­dı­ğı bi­na­da ya­şa­yı­rıq, - de­yir­di­lər.

Ay­dı­nın şə­rəf­li adı bi­na­nın ün­va­nı­na çev­ril­miş­di.

Ay­dı­nın xa­ti­rə löv­hə­si bi­na­nın qar­şı­sı­na vu­ru­lan gün qon­şu­lar həd­siz se­vi­nir­di. Ay­dı­nın xa­ti­rə löv­hə­si vu­ru­lan­dan son­ra qon­şu­lar hər gün blok­dan çı­xan­da ayaq sax­la­yıb onun­la "sa­lam­la­şır", ge­dən­də isə "sa­ğol­la­şır"dı.

Gənc­lər də Ay­dın­gi­lin blo­ku­na gi­rən­də əv­vəl­cə özü­nü dü­zəl­dir, pa­pa­ğı­nı ba­şın­dan çı­xa­rıb şə­hi­din xa­ti­rə löv­hə­si önün­dən ke­çir­di­lər. Bu, mə­həl­lə­də bir qay­da ol­muş­du.

Bir gün ya­zağ­zı idi. Ha­va xoş ol­du­ğun­dan, hə­yə­tin ki­şi­lə­ri ye­nə bir ye­rə yı­ğı­şıb nərd, do­mi­no oy­na­yır, şi­rin-şi­rin söh­bət edir­di­lər.

Qon­şu Mür­vət Əsə­dov av­to­bus­dan dü­şüb hə­yə­tə gir­di, qon­şu­la­ra sa­lam ve­rib yu­xa­rı qalx­maq is­tə­yir­di ki, qon­şu­lar onu da söh­bə­tə qoş­maq is­tə­di­lər. Mür­vət ki­şi on­la­rın əl çək­mə­yə­cə­yi­ni gö­rüb:

- İm­kan ve­rin əlim­də­ki zən­bi­li evə qo­yum, bir stə­kan çay içib dü­şü­rəm. Ya­man yo­rul­mu­şam. Bağ­da o qə­dər işim var idi ki...

Ki­şi­lər eti­raz et­mə­di. Mür­vət ki­şi tə­lə­sik ad­dım­lar­la yu­xa­rı­ya qalx­dı. De­di­yi ki­mi, az son­ra hə­yə­tə dü­şüb qon­şu­la­ra qo­şul­du. Bu vaxt Əmir­sol­tan ki­şi Ay­dı­nın xa­ti­rə löv­hə­si­nin qar­şı­sın­da da­ya­nıb şək­li si­lir­di. Ata bu­nu özü­nə adət et­miş­di, blo­ka gi­rən­də də, çı­xan­da da Ay­dı­nın xa­ti­rə löv­hə­si­ni si­lir­di.

Mür­vət ki­şi Əmir­sol­tan ki­şi­ni səs­lə­di:

- Ay Sol­tan, bir bə­ri gəl­sə­nə.

- Gə­li­rəm qa­dan alım, - de­yən Əmir­sol­tan ki­şi on­la­ra sa­rı gəl­di. Al­tı­na bir kə­til çə­kib otur­du.

Mür­vət ki­şi qon­şu­su­nun ha­lı özün­də ol­ma­dı­ğı­nı gö­rüb ona tə­səl­li ver­di:

- Ay Sol­tan, ay qar­daş, dün­ya­nın bir gö­zü ağ­la­yır, bir gö­zü gü­lür. Özü­nü hə­lak et­mə. Al­lah Ay­dı­na rəh­mət elə­sin, o be­lə tez­lik­lə düş­mə­nə can ve­rə­si ba­la de­yil­di. Ta­le­yin işi­dir. A ki­şi, sə­nin oğ­lun Və­tən yo­lun­da şə­hid olub, Ni­ca­tın, Ca­va­dın, nə­və­lə­ri­nin ca­nı sağ ol­sun. Ay­dın on­suz da əbə­di ya­şa­ya­caq. Bu hə­yət­də biz­dən son­ra ya­şa­yan­lar da Ay­dı­nı yad­dan çı­xar­ma­ya­caq, on­lar da onu əbə­di ola­raq yad­da sax­la­ya­caq. Ha­mı­mız bi­li­rik ki, Ay­dın bi­zim gö­zü­mü­zün qa­ba­ğın­da bö­yü­yüb, bo­ya-ba­şa ça­tıb. Ən yax­şı uşaq­lar­dan bi­ri idi. Heç kəs de­yə bil­məz ki, Ay­dın­dan bir də­nə xo­şa­gəl­məz hə­rə­kət gör­mü­şəm. O ha­mı­dan se­çi­lir­di, heç qar­daş­la­rı­na da bən­zə­mir­di. Onun öz xa­siy­yə­ti var­dı. Sa­kit tə­bi­ət­li ol­sa da, mü­ba­riz oğ­lan idi. Ay­dın uşaq­lıq­dan ay­dın zə­ka­sı, gö­zəl tər­bi­yə­si, özü­nə ina­mı ilə se­çi­lir­di. Bə­zən uşaq­la­ra de­yir­dim ki, kim o ağa­cın ba­şı­na çı­xa bi­lər? Bə­zi­lə­ri tə­rəd­düd edir­di, am­ma Ay­dın cəld irə­li çı­xıb: "Mür­vət əmi, mən çı­xa bi­lə­rəm? Qo­yun mən çı­xım", - de­yir­di. Çox cə­sa­rət­li, hü­nər­li uşaq idi. Ay­dın hə­mi­şə sa­də idi. Kim bir iş da­lın­ca bu­yur­say­dı, müt­ləq ge­dib ye­ri­nə ye­ti­rər­di. Bu oğ­lan­da olan bü­tün yax­şı xa­siy­yət­lə­rin ha­mı­sı nü­mu­nə idi. İd­man­la məş­ğul olur­du. Bə­zən id­man­dan gec gə­lir­di, qar­şı­sı­na çı­xan qon­şu­la­ra sa­kit­cə sa­lam ve­rib ke­çir­di. Əs­gər­lik­də olan­da da Sol­tan­dan so­ru­şur­dum onu.

Əmir­sol­tan ki­şi söh­bə­tə qa­rı­şır:

- Çox sağ ol, Mür­vət ki­şi, Ay­dın si­zin ha­mı­nı­zın xət­ri­ni çox is­tə­yir­di. Evə zəng vu­ran­da da müt­ləq qon­şu­lar­la da ma­raq­la­nır­dı. Ha­mı­nız sağ olun ki, oğ­lu­ma be­lə bö­yük eh­ti­ram gös­tə­rir­si­niz.

Sa­kit­cə on­la­rın söh­bə­ti­nə qu­laq asan di­gər qon­şu Şü­kür İs­gən­də­rov da söh­bə­tə mü­da­xi­lə edir:

- Ay­dın elə bir gənc idi ki, onun ki­mi­lər in­di o qə­dər də çox de­yil. Mə­nim hər­bi ilə əla­qəm var, Ay­dın haq­qın­da elə ma­raq­lı ha­di­sə­lər bi­li­rəm ki... Mən özüm hərb­çi ol­mu­şam. Bi­lir­si­niz ki, Hey­dər Əli­ye­vin mə­lum mü­ra­ciə­tin­dən son­ra Su­ra­xa­nı ra­yo­nu kö­nül­lər ba­tal­yo­nu­nun şəx­si he­yət­lə iş üz­rə ba­tal­yon ko­man­di­ri­nin müa­vi­ni ki­mi əv­vəl­cə Fü­zu­li ra­yo­nu­nun 26 kən­di­nin iş­ğal­dan azad olun­ma­sı uğ­run­da dö­yüş­lər­də iş­ti­rak et­mi­şəm, atəş­kəs gü­nü­nə bir gün qal­mış Tər­tər ra­yo­nu­nun Qa­pan­lı kən­di ət­ra­fın­da ağır dö­yüş­lər­də ya­ra­lan­mı­şam. Siz bir dün­ya­nın işi­nə ba­xın ki, mən ya­ra­lan­dı­ğım Qa­pan­lı­da Ay­dın şə­hid ol­du... O vaxt mən hər­bi ge­yim­də evə bir ne­çə də­fə gəl­mi­şəm. Ay­dın hə­min vaxt­lar uşaq idi. Mə­nim ge­yi­mi­mə çox ma­raq­la, hə­vəs­lə ba­xır­dı. Son­ra iş elə gə­tir­di ki, mən onun id­man mü­əl­li­mi ol­dum. Asu­də vaxt­la­rı­mız­da Qa­ra­bağ­dan, dö­yüş­lər­dən, igid­lə­ri­mi­zin qəh­rə­man­lı­ğın­dan da­nı­şır­dım. Onun və­tən­pər­vər gənc ki­mi ye­tiş­mə­sin­də mə­nim də əmə­yim olub. Odur ki, onun­la hə­mi­şə fəxr edi­rəm. Ay­dın Tər­tər ca­maa­tı­nın qəl­bin­də də, bi­zim qəl­bi­miz­də də özü­nə bö­yük iz­lər qo­yub. Ay­dın həm tə­lə­bəm olub, həm də qon­şum, mən onun ürə­yi­nə, ru­hu­na bə­ləd idim. O hər an şə­hid ol­ma­ğa ha­zır idi.

Şü­kür mü­əl­lim da­nış­dıq­ca, hər kəs ma­raq­la ona qu­laq asır­dı.

Söh­bə­tin şi­rin ye­rin­də hə­yə­tə bir xa­nım da­xil ol­du. O, tak­si­dən dü­şər-düş­məz, ki­şi­lər aya­ğa dur­du­lar. Hə­min xa­nım  Ab­dul­la­yev­lər ai­lə­si­nin evi­ni so­ruş­du. Əmir­sol­tan ki­şi irə­li ye­ri­yib:

- Mən Ay­dı­nın ata­sı­yam, bu­yu­run ge­dək evə, - de­di

Xa­nım Əmir­sol­tan ki­şi ilə yu­xa­rı qalx­dı.

- Mən Ay­dı­na or­ta mək­təb­də dərs de­mi­şəm. Həm də əv­vəl­lər si­zin qon­şu­luq­da ya­şa­mı­şam, son­ra bur­dan kö­çüb get­dik. Bu gün­lər­də mək­tə­bə gəl­miş­dim, di­var­da Ay­dı­nın şək­li­ni gö­rüb çox pis və­ziy­yə­tə düş­düm. O mə­nim ən yax­şı şa­gird­lə­rim­dən bi­ri idi. Adım Kə­ma­lə­dir.

Kə­ma­lə xa­nı­mın gə­li­şi Se­vil ana­nı bir qə­dər dir­çəlt­di:

- Çox sağ ol, qı­zım, bi­zi ya­da sal­mı­san, Ay­dı­nın şə­hid ol­ma­ğı­na in­di yan­mı­ram, çün­ki onu si­zin ki­mi ya­da sa­lan adam­lar çox­dur. Elə bi­li­rəm ki, Ay­dın ya­şa­yır, ye­nə cəb­hə xət­tin­də­dir. On­suz da son il­lər o biz­dən uzaq­da olub.

- Çox sağ ol, ana, Ay­dı­nı xa­tır­la­maq bor­cu­muz­dur. Mə­nim bir ne­çə şa­gir­dim qəh­rə­man­lıq­la şə­hid olub. Mən on­la­rın ha­mı­sı­nın ana­sı­nın ağ saç­la­rın­dan və ağ üzün­dən öpü­rəm.

Mü­əl­li­mə da­nış­dıq­ca köv­rə­lir, dəs­mal­la göz yaş­la­rı­nı si­lir­di.

Qa­dın­lar çay süf­rə­si ar­xa­sın­da da­nı­şır, dərd­lə­şir, kə­dər­lə­ri­ni bö­lü­şür­dü­lər. Di­var­dan isə Ay­dı­nın əzə­mət­li şək­li mü­əl­li­mə­si­nə və ana­sı­na ba­xır­dı. Onun göz­lə­rin­də qə­tiy­yət, du­ru­şun­da vü­qar var idi.

- Se­vil ana, Ay­dın elə uşaq­lıq­dan vü­qar­lı idi. Hə­mi­şə qa­mə­ti­ni dik tu­tub ye­ri­yir­di. Heç vaxt onu boy­nu­bu­ruq, özü­nə­qa­pa­nan gör­mə­miş­dim. Hə­mi­şə ön­də idi. Nə yax­şı ki, be­lə bir oğ­la­nın ba­şı­na sı­ğal çə­kib vax­tın­da ona xoş söz­lər de­mi­şəm. Ay­dın Və­tən üçün do­ğul­muş­du. O bu gün hər bir ai­lə­nin oğ­lu­dur, hər bir ocaq­da onun se­vim­li ru­hu do­la­şır. Şə­hid­lər xal­qın­dır axı, ona gö­rə də hər oca­ğı zi­ya­rət edir­lər.

Mü­əl­li­mə gə­li­şi ilə Ab­dul­la­yev­lər ai­lə­si­nə hə­qi­qə­tən də bir yün­gül­lük gə­tir­di. Ata-ana ürək­lən­di ki, Ay­dın hər kö­nül­də, hər ürək­də ya­şa­yır. Şə­hi­di xalq, döv­lət ya­şa­dır.

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ