çərşənbə günü, 30 sentyabr 2026
     

Şə­hid Ay­dın­dan ata­sı Əmir­sol­tan Ab­dul­la­ye­və qa­lan xa­ti­rə­lər...

Image


Fa­ti­mə yu­xu­dan sə­hər er­kən oyan­mış­dı. Ba­la­ca ca­nı evə sı­ğış­mır­dı. Özü­nün tez­dən oyan­dı­ğı bəs de­yil­di, hə­lə səs-küy sa­lıb ev­də­ki­lə­ri də oyat­mış­dı. Ba­la­ca qız sü­rət­lə otaq­dan-ota­ğa qa­çır, oy­na­maq is­tə­yir­di. Gah ata-ana­sı­nın, gah da ba­ba-nə­nə­si­nin ya­nı­na ge­dir­di:

- Ba­ba, dur mə­ni hə­yə­tə apar.

Fa­ti­mə sə­hər-sə­hər hə­yə­tə get­mə­yi çox se­vir­di, üs­tə­lik də ba­ba­nı dar­tıb ma­ğa­za­ya apa­rır, kön­lü is­tə­yən­dən al­dı­rır­dı.

Ba­ba çox əz­gin idi, özü­nü elə də yax­şı hiss et­mir­di. Dü­nən iş­dən evə gə­lən­də ya­ğı­şa dü­şüb əməl­li­cə is­lan­mış­dı. Ba­zar gü­nü ol­du­ğun­dan din­cəl­mək is­tə­yir­di. Ba­la­ca nə­və­si isə ona aman ver­mək is­tə­mir­di. O, nə­və­si­ni bir­tə­hər di­lə tut­maq is­tə­yir­di ki, ge­dib ya­ta­ğı­na uzan­sın.

- Fa­ti­mə, ana, ni­yə tez oyan­mı­san, ba­yı­ra bax, hə­lə qa­ran­lıq­dır, in­di çö­lə çıx­maq ol­maz. Bir az­dan mən sə­ni oya­da­ram, bə­ra­bər ge­də­rik.

Şi­rin-şıl­taq Fa­ti­mə ba­ba­sı­na sa­kit­cə qu­laq asır, ara­bir qaş-qa­baq sal­la­yır, son­ra isə üzü gün ki­mi açı­lır­dı. Ba­ba onu di­lə tu­tub ya­ta­ğı­na gön­dər­di. Am­ma özü heç cür ya­ta bil­mə­di. Çox na­ra­hat idi. Aya­ğa du­rub işıq­la­rı sön­dür­dü. Çün­ki ba­la­ca oya­nan ki­mi bü­tün işıq­la­rı yan­dır­mış­dı. Son­ra gə­lib ye­ni­dən ye­ri­nə uzan­dı, sü­mük­lə­ri sı­zıl­da­yır­dı. Əmir­sol­tan ki­şi dü­nən yol­la gə­lən­də fik­rin­də can­lan­dır­dı­ğı bə­zi ha­di­sə və xa­ti­rə­lə­ri ye­ni­dən için­dən ke­çir­mə­yə baş­la­dı. Ya­ğış ya­ğa-ya­ğa çə­tir­siz ya­ğı­şın al­tı ilə evə tə­lə­sir­di. Yo­lun kə­na­rın­da ba­şı­na çə­tir tut­muş bir gənc də ge­dir­di. Hər­bi qi­ya­fə­də idi. Əmir­sol­tan ki­şi gən­cin ar­xa­sın­ca xey­li bax­dı, ki­şi­nin ürə­yi­nin ba­şı sö­kül­dü. Oğ­lan ne­cə də Ay­dı­na bən­zə­yir­di. Ata az qa­la hər­bi ge­yim­li oğ­la­nın ar­dın­ca qa­çıb:

"Da­yan, ay oğul, bir ayaq sax­la" - de­mək is­tə­yir­di. Am­ma oğ­lan şı­dır­ğı ya­ğı­şın al­tı ilə iti ad­dım­lar­la irə­li­lə­yir­di ki, bir­cə tez­cə mən­zil ba­şı­na ye­tiş­sin. Əmir­sol­tan ki­şi özü­nü ta­mam unut­muş­du. Oğ­la­nın ar­xa­sın­ca bax­dı­ğı müd­dət­də ta­ma­mi­lə is­lan­mış­dı. Ki­şi köv­rəl­di. Göz ya­şı ilə ya­ğış dam­la­la­rı bir-bi­ri­nə qa­rı­şıb ya­na­ğı aşa­ğı sü­zü­lür­dü.

Ki­şi evə ça­tan­da hal­dan düş­müş­dü, tez əyin-ba­şı­nı də­yi­şib is­ti çay iç­di. Çay içə-içə fik­ri hər­bi qi­ya­fə­li oğ­la­nın ya­nın­da idi. "O, Ay­dı­na ne­cə də bən­zə­yir­di", - de­yə do­da­qal­tı da­nış­dı. Hə­yat yol­da­şı əri­ni bir­tə­hər gö­rüb so­ruş­du:

- Sol­tan, nə olub, ni­yə be­lə­sən?

- Heç, - de­yə ki­şi ar­va­dı­nın sö­zü­nü kəs­di.

Axı ar­va­dı­na ne­cə de­yəy­di ki, kü­çə­də gör­dü­yü oğ­lan Ay­dı­na bən­zə­yir­di. De­mə­yə ta­bı-ta­qə­ti yox idi. Bi­lir­di ki, gör­dük­lə­ri­ni di­lə gə­tir­sə, ar­va­dı sı­zım-sı­zım sı­zıl­da­ya­caq.

- Se­vil, din­cəl­mək is­tə­yi­rəm, çox üşü­mü­şəm.

Ki­şi yat­ma­ğa get­di, bu ar­va­da be­lə gə­lir­di. Əs­lin­də, əri xa­ti­rə­lə­ri ilə baş-ba­şa qal­maq üçün ya­taq ota­ğı­na ge­dir­di. Yu­xu­su gəl­mir­di də, onun yu­xu­mu ge­dər­di göz­lə­ri­nə...

Ay­dın göz­lə­ri qar­şı­sın­da can­lan­dı, üzü­ağ, al­nıa­çıq ata­sı­nın düz gö­zü­nün içi­nə ba­xır­dı. Ata ça­lı­şır­dı ki, gö­zü­nü qırp­ma­sın, ona elə gə­lir­di ki, gö­zü­nü qırp­sa, Ay­dı­nın xə­ya­lı ay­na ki­mi çi­lik­lə­nib ye­rə tö­kü­lə­cək. Ata eh­ti­yat edir­di.

Əmir­sol­tan ki­şi Ay­dı­nı tam ola­raq göz­lə­ri qar­şı­sın­da can­lan­dı­rar­kən qu­laq­la­rın­da da onun sə­si­ni duy­du:

- Ata, mən ba­ba­la­rım ki­mi pəh­lə­van ola­ca­ğam.

- Ay­dı­nım, sən hə­lə uşaq­san, nə bi­lir­sən ba­ba­la­rın kim olub?

- Bi­li­rəm, ni­yə bil­mi­rəm, sən da­nış­mı­san da on­lar haq­qın­da, nə­nəm, bi­bi­lə­rim, əmi­lə­rim də da­nı­şıb. Odur ki, mən də Bəh­ram ba­bam ki­mi pəh­lə­van ola­ca­ğam.

- Əh­sən! Ay­dın, de­mək sən ar­tıq bö­yü­mü­sən...

Əmir­sol­tan ki­şi Ay­dın­la bağ­lı dü­şün­dük­cə, ona elə gə­lir­di ki, oğ­lu sağ-sa­la­mat­dır. Çün­ki onu sağ-sa­la­mat yo­la sal­mış­dı. O hə­mi­şə Ay­dı­nın al­nın­dan öpər­di.

Ata Ay­dı­nın hə­lə 20 ya­şı olan­da an­la­mış­dı ki, oğ­lu ar­tıq ki­şi­lə­şib, qar­şı­sın­da­kı çıl­ğın gənc yox, əsl ki­şi­dir, bay­ra­ğa, tor­pa­ğa, və­tə­nə bağ­lı cə­sur bir gənc­dir.

Əmir­sol­tan ki­şi son vaxt­lar Ay­dın­la bağ­lı xa­ti­rə­lə­ri­ni ya­zır­dı ki, ya­dın­dan çıx­ma­sın. Elə hə­min ge­cə də gün­də­li­yi­nə gör­dük­lə­ri­ni, Ay­dın­lı gün­lə­rin­dən bə­zi xa­ti­rə­lə­ri kö­çür­mə­yə baş­la­dı.

- Bu­gün­kü oğ­lan mə­ni özüm­dən qo­par­dı. Elə bil­dim ge­dən Ay­dın­dır. Nit­qim qu­ru­muş­du. Ay­dı­nı hər yer­də gö­rü­rəm, bir an da ol­sa göz­lə­rim qar­şı­sın­dan çə­kil­mir. Onun mə­na­lı göz­lə­rin­də hə­mi­şə qü­rur gör­düm. Uşaq­lıq­dan qü­rur­lu idi ba­lam. Hə­lə 20 ya­şı olan­da onun əsl xa­rak­te­ri bu­lud alt­dan gü­nəş çı­xan ki­mi üzə çıx­dı. Onun­la cid­di söh­bə­ti­miz ol­du. Bu söh­bət Ay­dı­nın ta­le­yi­ni hər­bi­yə bağ­la­ma­ğı ilə əla­qə­dar idi. On­da bir az cid­di da­nış­dıq və mən bir an­lıq hiss et­dim ki, qar­şım­da­kı 20 yaş­lı oğ­lan yox, mərd­lik, cə­sur­luq nü­mu­nə­si olan bir gənc­dir. Ay­dın qı­sa öm­rü­nü çox mə­na­lı ya­şa­dı. Çün­ki uzun mə­na­sız ömür­dən­sə qı­sa mə­na­lı ömür ya­şa­maq da­ha gö­zəl­dir. Mən oğ­lum Ay­dı­nın qı­sa, la­kin mə­na­lı, ne­çə-ne­çə əsr­lə­rə sığ­ma­yan öm­rü ilə fəxr edir, qü­rur du­yu­ram. Ay­dın­la həf­təa­ra­sı te­le­fon­la da­nı­şır­dıq. Bir də­fə ye­nə zəng vu­rub hal-əh­val tut­dum, və­ziy­yə­ti­ni so­ruş­dum. Təx­mi­nən 2013-cü ilin iyun, ya iyul ayı olar­dı. Ay­dın mə­nə de­di ki, ata, xə­bə­rin var, İrə­van­da "bunt" ya­rat­mı­şam. Dü­zü na­ra­hat ol­dum ki, o, İrə­va­na ne­cə ge­dib, han­sı yol­la ge­dib...

- Sən İrə­va­na nə vaxt get­din ki?

- Mən ora get­mə­mi­şəm, sa­də­cə, mə­nim vur­du­ğum er­mə­ni dı­ğa­sı ai­lə­nin tək öv­la­dı olub. Ona gö­rə də baş­qa əs­gər va­li­deyn­lə­ri də o oğ­la­nın va­li­deyn­lə­ri­nə qo­şu­lub İrə­van­da Er­mə­nis­ta­nın Mü­da­fiə Na­zir­li­yi qar­şı­sın­da nü­ma­yiş ke­çi­rib. On­lar de­yib­lər ki, qay­ta­rın azər­bay­can­lı­la­rın tor­pa­ğı­nı özü­nə, uşaq­la­rı­mı­zı öl­dür­mə­yə son qo­yun.

Ay­dın­la te­le­fon­la da­nış­dı­ğım gü­nün ax­şa­mı te­le­vi­zor­da "Xə­bər­lər"ə ba­xır­dım və gör­düm ki, hə­qi­qə­tən də əs­gər ata-ana­la­rı İrə­van­da pi­ket ke­çi­rir.

Ay­dın bir də­fə mə­zu­niy­yət­dən qa­yı­dan­da özü ilə bay­ra­ğı­mız­la ya­na­şı, ulu ön­dər Hey­dər Əli­ye­vin şək­li­ni də apar­dı. Mən on­dan so­ruş­dum:

- Ay­dın, bun­la­rı sən­gər­də ha­ra­da sax­la­ya­caq­san ki, apa­rır­san? Bə­yəm ora­da elə şə­ra­it var ki?

- Ata, mən on­la­rı ürə­yi­min üs­tün­də sax­la­ya­ca­ğam. Sağ­lıq ol­sun, tor­paq­la­rı­mız alı­nan­da bu bay­ra­ğı qə­lə­bə bay­ra­ğı ki­mi ilk alı­nan tor­pa­ğı­mı­za ta­xa­ca­ğam.

O hə­min bay­raq idi ki, id­man ya­rış­la­rı­na ge­dən­də özü ilə apa­rır­dı.

Ay­dın şei­ri çox se­vir­di. Hət­ta özü də ara­da ya­zır­dı:

Ey mə­nim hər də­fə ya­nım­dan ke­çən,

Mə­nə ba­xıb de­mə dər­din dağ ol­sun!

Mən özüm keç­dim ki, şi­rin ca­nım­dan,

Mən sağ ol­ma­sam da, və­tən sağ ol­sun!

 

Qəb­ri­min üs­tü­nə çö­küb ağ­la­ma,

Ey şə­hid bö­yü­dən xal­qın ana­sı.

Sən də boy­nu­nu bü­küb da­yan­ma,

Oğ­lun­la fəxr elə, şə­hid ata­sı.

Ay­dın şə­hid olan­dan son­ra özü­mə qa­pıl­ma­ğa baş­la­mı­şam. Fik­rim da­ğı­nıq­dır, elə hey xə­ya­lım­da, içim­də Ay­dın­la da­nı­şı­ram, onun­la gö­rü­şü­rəm. Heç re­al dün­ya­ya qa­yıt­maq is­tə­mi­rəm. Çün­ki xə­yal­lar­dan ayıl­sam gö­rü­rəm ki, Ay­dın yox­dur, am­ma xə­yal­lar­da Ay­dın sağ-sa­la­mat­dır. Tən­ha­lıq mə­ni mən­gə­nə ki­mi sı­xan­da öz-özü­mə "gö­rə­sən ya­şa­ma­ğa də­yər­mi?" - de­yə su­al ve­ri­rəm. Son­ra isə "də­yər" de­yib özü­mə tə­səl­li ve­ri­rəm. Çün­ki sə­mi­mi, meh­ri­ban ai­ləm var. Xal­qı­na, və­tə­ni­nə, el-oba­sı­na la­yiq öv­lad­lar bö­yüt­mü­şəm. Gül-çi­çək qo­xu­lu, şi­rin-şə­kər Ley­li, Meh­ri, Fa­ti­mə, Ni­had ki­mi nə­və­lə­rim bö­yü­yür. Ən baş­lı­ca­sı, cə­sur, qorx­maz, və­tən bay­ra­ğı­nı se­vən şə­hid gi­zir Ay­dın Ab­dul­la­ye­vin ata­sı­yam. De­mə­li, ya­şa­ma­ğa də­yər!

Çox vaxt in­di­ki ki­mi ge­cə­lər ra­hat olu­ram. Bax­ma­ya­raq ai­ləm, ba­la­la­rım ət­ra­fım­da­dır, hər qay­ğı­ma qa­lır­lar, am­ma ye­nə fik­rim son­be­şi­yi­min ru­hu ilə həm­söh­bət olur. Ha­mı­nı yu­xu­ya ve­rən­dən son­ra Ay­dın­la həm­söh­bət ol­maq is­tə­yi­rəm. Bə­zən da­nı­şı­rıq, sö­zü­müz tu­tur, ata-ba­la dərd­lə­şi­rik. Bə­zən də Ay­dın mə­nim­lə da­nış­maq is­tə­mir. O, su­al­la­rı­ma ca­vab ver­mir, nə so­ru­şu­ram ca­vab əvə­zi­nə su­sur. Bil­mi­rəm ni­yə? Elə bil gö­zü yol­da qoy­du­ğu ni­şan­lı­sı Kö­nül­lə də söz­lə­şib­lər, o da te­le­fon zəng­lə­ri­mə ca­vab ver­mir. Be­lə olan­da üzü­mü göy­lə­rə tu­tub alı­şıb ya­nan ul­duz­lar­dan kö­mək is­tə­yi­rəm. Ya­dım­da­dır, mən uşaq olan­da Mə­di­nə nə­nəm mə­nə na­ğıl da­nı­şan­da əli­ni gö­yə tuş­la­yıb ul­duz­la­rı gös­tə­rib de­yər­di:

- Ağıl­lı ba­lam, göy­də hə­rə­nin bir ul­du­zu var. Bax, ay ba­la, o ul­duz sə­nin­dir.

Nə­nəm müt­ləq ul­duz­la­rın için­dən ən par­la­ğı­nı se­çib mə­nə gös­tə­rər­di. Be­lə olan­da se­vin­cim­dən nə­nə­mi qu­caq­la­yar­dım, nə­nəm də şi­rin söz­lər de­yib, nə­va­ziş gös­tə­rib sa­çı­ma sı­ğal çə­kər, mə­ni əziz­lə­yər­di. Mə­nim də gö­zü­mə yu­xu ge­dər­di. Am­ma in­di mən ul­du­zu­mun ye­ri­ni itir­mi­şəm. Nə­nəm də sağ de­yil ki, ul­du­zu­mun ye­ri­ni on­dan so­ru­şam. Uşaq­lı­ğı­ma qa­yıt­maq is­tə­yi­rəm, kön­lüm­dən ke­çir ki, uşaq olub kən­də qa­yı­dım, tor­paq dax­ma­da otu­rub, sə­ma­nı seyr edib gö­yün ən­gin­li­yin­də öz ul­du­zum­la göz-gö­zə qa­lım.

Ay­dın şə­hid olan­dan hər ge­cə onun da ul­du­zu­nu ax­ta­rı­ram, ta­pa bil­mi­rəm. Nə­nəm hə­mi­şə de­yir­di ki, in­san dün­ya­dan kö­çən­də onun ul­du­zu axıb ye­rə dü­şür. Yə­ni ul­du­zu sə­ma­dan köç edir.

Bə­zən ge­cə­lər ya­ta bil­mi­rəm, nə qə­dər ça­lı­şı­ram gö­zü­mə yu­xu get­mir ki, get­mir. On­da da ge­yi­nib dü­şü­rəm aşa­ğı­ya. Bi­na­mı­zın qar­şı­sı­na Ay­dı­nın xa­ti­rə löv­hə­si vu­ru­lub, şək­lin qar­şı­sın­da da­ya­nıb sa­at­lar­la onun göz­lə­ri­nə ba­xı­ram. O öz ba­xış­la­rı ilə mə­nə tə­səl­li ve­rir, "da­rıx­ma ata, hər şey yax­şı ola­caq", - de­yir.

Dün­ya­nın işi­ni kim bi­lir, oğ­lum,

Er­mə­ni düş­mən­dir, us­ta­dı ke­şiş.

Sə­nin ba­ba­la­rın pəh­lə­van olub,

Gör nə­lər söy­lə­yir biz­lə­rə keç­miş.

 

Şə­hi­dim, cən­nət­dir mə­ka­nın in­di,

Sə­nin­lə fəxr edir öz oban Şab­ran.

Ay­dı­nım, igi­dim, həm cə­sur ba­lam,

Qəb­ri­nə do­la­nır öz doğ­ma anan.

 

Bil­mir­sən içim­də han­sı tu­fan var,

Ay oğul, ürə­yim dağ-dağ olub­dur.

İnan ki, ru­hu­na baş əyir ha­mı,

Ad-sa­nın ən gö­zəl so­raq olub­dur.

Əmir­sol­tan ki­şi Ay­dı­na ara­bir şe­ir­lər də ya­zır­dı. Çün­ki oğ­lu şei­ri çox se­vir­di. Ona elə gə­lir­di ki, ha­mı ya­tan­dan son­ra Ay­dı­nın ru­hu evə qa­yı­dır və o, ata­sı­nın xa­ti­rə­lə­ri­ni yaz­dı­ğı dəf­tə­ri və­rəq­lə­yir. Hər ge­cə nə isə ya­zır­dı ki, Ay­dı­nın ru­hu əli­boş qa­yıt­ma­sın. O ya­tan­da göz­lə­ri­ni elə bərk-bərk yu­mur­du ki, Ay­dın yu­xu­sun­dan çı­xıb get­mə­sin. Am­ma o, oğ­lu­nu çox na­dir hal­lar­da yu­xu­da gö­rür­dü.

Əmir­sol­tan ki­şi bir də­fə yu­xu­da gör­dü ki, Ay­dın evə qa­yı­dıb və di­van­da otu­rub te­le­fon­da mey­xa­na­ya qu­laq asır. Rə­şad Dağ­lı­nı din­lə­yir. Son­ra da de­yir ki, ata, Rə­şad Dağ­lı ca­ma­at için­də özü­nü apar­ma­ğı ba­ca­rır, ar­tıq-əs­kik da­nış­mır, mey­xa­na­sı da gö­zəl­dir, Ni­za­mi Rəm­zi­nin yo­lu ilə ge­dir.

Sə­hər oya­nan­dan xey­li son­ra ge­cə gör­dü­yü yu­xu ya­dı­na düş­dü. Ata öz-özü­nə dü­şün­dü ki, kaş Ay­dın ya­ra­la­nay­dı, lap bir aya­ğı, bir əli ol­ma­yay­dı, am­ma sağ-sa­la­mat evə qa­yı­day­dı. Son­ra isə bu fik­ri özün­dən qov­du. Bi­lir­di ki, Ay­dın o və­ziy­yət­də qa­yıt­sa idi, bu ha­lı ilə ba­rış­ma­ya­caq­dı.

Ata­nın oğ­lu ilə bağ­lı xa­ti­rə­lə­ri bi­tib tü­kən­mir­di. Hər açı­lan sa­bah özü ilə ye­ni­dən Ay­dı­nın xa­ti­rə­lə­ri­ni gə­ti­rir­di. Ay­dı­nın xa­ti­rə­si ata qəl­bin­də sol­maz və unu­dul­maz­dı. O xa­ti­rə­lər hə­mi­şə ba­har öm­rü ya­şa­yır...

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 22:43
İraqda 23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları bölgədən çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ