Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ay­dın­lı və Ay­dın­sız gün­lə­rin xa­ti­rə­lə­ri...

Image


Ya­ğış as­fal­tı yu­yub güz­gü­yə dön­dər­miş­di. Gü­nəş as­falt­da bərq vu­rur­du. Ley­san­dan son­ra gün ya­man qız­mış­dı, hər ya­nı yan­dı­rıb ya­xır­dı. Qız­mar yay gün­lə­rin­dən bi­ri idi. Ay­dı­nın və­fa­tın­dan ay­lar öt­müş­dü. Bir yan­dan dəh­şət­li is­ti, bir yan­dan da ha­lı­nın üz­gün­lü­yü Kö­nü­lü əl­dən sal­mış­dı. Hər də­fə ona elə gə­lir­di ki, ax­şam ya­tıb sə­hər oya­na­caq ki, Ay­dı­nın şə­hid ol­du­ğu ya­lan­dır, va­hi­mə­li yu­xu­dan baş­qa bir şey de­yil.

Hər gün bu xə­yal­la baş-ba­şa qa­lır­dı qız. Hər gün Kö­nül yol göz­lə­yir­di. Kö­nül həs­rət da­ğı­nın zir­və­lə­ri­nə çı­xıb o ge­dən yol­la­ra boy­la­nır­dı. De­yir­di ki, bəl­kə qa­yı­dar. Ay­dı­nı in­saf­sız əcəl elə apar­ma­yıb ki, bir də Kö­nü­lə ge­ri qay­tar­sın. Kö­nül Ay­dın­sız özü­nü su­dan ay­rı düş­müş ba­lıq ki­mi hiss edir­di. Hər gün Ay­dın­sız­lıq­la mü­ba­ri­zə apa­rır­dı. Am­ma bu mü­ba­ri­zə­də əli­ya­lın idi qız. Əz­ra­yıl Ay­dı­nı onun əlin­dən al­maq­la ar­tıq öz gü­cü­nü ona gös­tər­miş­di. Ay­dın­dan son­ra  ana­sı Pə­ri xa­nı­mın və­fa­tı qı­zı əməl­li-baş­lı sar­sıt­mış­dı. Kö­nül iki qə­bi­ris­tan­lıq ara­sın­da qal­mış­dı. Bir gün ana­sı­nın, bir gün də Ay­dı­nın qəb­ri üs­tə ge­dir­di. On­lar ay­rı-ay­rı qə­bi­ris­tan­lıq­da dəfn edil­di­yin­dən, Kö­nül hər gün yol­lar­da qal­mış­dı. Özü də qə­bir üs­tə ge­dən­də heç kə­si özü ilə gö­tür­məz­di, rə­fi­qə­lə­ri, qo­hum­la­rı yal­va­rır­dı ki:

- Kö­nül, tək get­mə, nə za­man get­sən, lap hər gün is­tə­sən sə­nin­lə ge­də­rik, bir­cə ora tək get­mə.

Heç kə­si eşit­mək is­tə­mir­di Kö­nül. Elə öz bil­di­yi­ni edir­di. Hər də­fə Ay­dı­nın qəb­ri­ni zi­ya­rə­tə ge­dən­də ya­nıb kü­lə dö­nür­dü. Ni­şan­lı­sı­nın qəb­ri üs­tə sa­at­lar­la göz ya­şı tö­kən Kö­nül heç cür tə­səl­li ta­pa bil­mir­di. Yer ona dar­lıq edir­di.

Üzü­nü Ay­dı­nın baş da­şı­na söy­kə­yib hön­kü­rən Kö­nü­lün kön­lü doğ­ru­dan da pə­ri­şan idi.

Üzü­mü qoy­du­ğum tor­paq so­yuq­dur,

Ba­şı­mı qoy­du­ğum mə­za­rın ki­mi.

Kön­lüm­də bir çi­çək bi­tir­din öm­rün,

Çi­çək­lik gör­mə­dim gül­za­rın ki­mi.

 

Ay­rı­lıq bir so­yuq yel idi əs­di,

Hic­ran qa­nad­la­nıb yol­la­rı kəs­di.

Ay­dı­nım da şə­hid­li­yə tə­ləs­di,

Sə­fər gör­mə­miş­dim gü­za­rın ki­mi.

Ay­dın haq­qın­da da­nış­ma­ğa Kö­nü­lün o qə­dər sö­zü var­dı ki... Am­ma göz ya­şın­dan aman yox idi ki, dil­lən­sin. Kö­nül də­fə­lər­lə tək-tən­ha Ay­dı­nın qəb­ri üs­tə ge­dən­də Se­vil xa­nım, Əmir­sol­tan ki­şi qı­zı yol­dan ge­ri qay­ta­rıb:

- Ay qı­zım, tək get­mə qə­bi­ris­tan­lı­ğa, nə vaxt get­mək is­tə­sən gəl bir­gə ge­dək, - de­yə onu di­lə tu­tur­du­lar. Ata-ana is­tə­mir­di ki, Kö­nül özü­nü üzüb qə­bi­ris­tan­lıq yol­la­rın­da qal­sın. Am­ma Kö­nül inad gös­tə­rir­di.

- Mən Ay­dı­nın qəb­ri üs­tü­nə get­mə­səm ölə­rəm. Nə olar yo­lu­mu kəs­mə­yin. Mən onun mə­za­rı­nı zi­ya­rət et­mə­səm özü­mü çox pis hiss edi­rəm. Ge­dib ora­da Ay­dın­la gö­rü­şüb da­nı­şı­ram. O qə­dər gö­zəl ar­zu­la­rı­mız var ki...

Son­ra isə Kö­nül hön­kü­rüb ağ­la­yır, üzü­nü Se­vil ana­ya tu­ta­raq:

- Mə­nim gü­na­hım nə idi, ana? Ni­yə mən bu qə­dər əzab çək­mə­li­yəm? Mə­nim Ay­dı­nı­mı ni­yə cəb­hə böl­gə­si­nə gön­dər­din, ni­yə qoy­dun get­mə­yə? Mə­nim bağ­rım çat­la­yır, ana, sən Ay­dı­nı yo­lun­dan sax­la­ya bi­lər­din, - de­yə Kö­nül üzü­nü Se­vil ana­ya tu­tur­du.

Se­vil ana qı­zın su­al­la­rın­dan də­rin sar­sın­tı ke­çi­rir­di. On­suz da Ay­dı­nın şə­hid ol­ma­sı onun sağ­lam­lı­ğın­da də­rin iz­lər bu­rax­mış­dı. Ay­dı­nın və­fa­tın­dan son­ra ana par­kin­son xəs­tə­li­yi­nə dü­çar ol­muş­du. Se­vil ana bir­dən-bi­rə elə qo­cal­mış­dı ki, elə bil bir ne­çə il əv­vəl­ki şən, de­yib-gü­lən, "a bəx­tə­vər qay­na­na" mah­nı­sı­na oy­na­yan o de­yil­di. Ay­dın onun qəd­di­ni əyib, özü­nü də sa­ğal­maz xəs­tə­li­yə müb­tə­la et­miş­di. Bir yan­dan da qı­zın su­al­la­rı ana­nın və­ziy­yə­ti­ni da­ha da ağır­laş­dı­rır­dı. Kö­nü­lün su­al­la­rı çox aman­sız idi ana üçün. Ana ba­la it­ki­si­nə ha­mı­dan çox ya­nır. Əl­bət­tə, su nə bi­lər od nə çə­kir... Ana­nın on­suz da bağ­rı köz-köz idi. Bir yan­dan da Kö­nü­lün ley­sa­na dö­nən göz yaş­la­rı ana­nın ra­hat­lı­ğı­nı, yu­xu­su­nu əlin­dən al­mış­dı.

Kö­nül Ay­dı­nın mə­za­rı ba­şı­na tək ge­dən­də onun­la da­nı­şa bi­lir, gün­lər­lə da­vam edən sus­qun­lu­ğu­na ara ve­rir­di.

Gül­lü yas­tı­ğı­mı göz ya­şım yu­yur,

Fi­kir­li gə­zi­rəm hər yer­də sən­siz.

Nə bir əma­nə­tin qal­dı ya­nım­da,

Öl­mü­rəm, dö­zü­rəm hər dər­də sən­siz.

Kö­nül bu şei­ri de­yən­də elə hön­kür­dü ki, ya­xın­lı­ğa qo­nan gö­yər­çin­lər, kük­nar ağa­cı­nın bu­da­ğın­da cik­kil­də­şən bir cüt qum­ru ha­va­ya qalx­dı. Kö­nül ni­şan­lı­sı­nın mə­za­rı ba­şın­da gö­zü do­ya­na­can ağ­la­yıb son­ra pa­yi-pi­ya­da yo­lu əli­nə alıb gə­lir­di,  xey­li pi­ya­da gə­lib yo­lu ya­rı­la­yan­dan son­ra isə av­to­bu­sa mi­nir­di. Fik­ri da­ğı­nıq, ha­lı xa­rab, saç­la­rı pə­ri­şan, göz­lə­ri yaş­lı idi. Kö­nül evə qa­yı­dan­da yol­da keç­miş si­nif yol­da­şı­na rast gəl­di. Qız Kö­nü­lü sol­ğun gö­rüb kef­siz­ləş­di:

- Har­dan gə­lir­sən, Kö­nül, ni­yə be­lə kə­dər­li­sən?

- Har­dan gə­lə­cə­yəm, ni­şan­lı­mın mə­za­rı üs­tün­dən.

- Ay qız, hər gün yol­lar­da qa­lıb­san, ay­da bir də­fə get. Ya­zıq­san, özü­nü üz­mə.

Kö­nül ona məs­lə­hət ve­rən rə­fi­qə­si­nin sö­zü­nü ya­rım­çıq kəs­di:

- O mə­nim üçün öl­mə­yib. Mən onu hə­mi­şə göz­lə­yə­cə­yəm, gəl­mə­sə də...

Kö­nül sö­zü­nü tə­lə­sik de­yib qız­dan uzaq­laş­dı. O hə­lə də göz­lə­yir, ni­şan­lı­sı­nın gəl­mə­yə­cə­yi­ni bi­lə-bi­lə. O,   ni­şan­lı­sı ilə fəxr edir.

Kö­nül hər də­fə qə­bir üs­tün­dən evə qa­yı­dan­da gör­dük­lə­ri­ni, ke­çir­di­yi hiss­lə­ri, ya­şa­dıq­la­rı­nı "Ay­dın­lı və Ay­dın­sız gün­lər" ad­lı gün­də­li­yi­nə qeyd edir­di. Bu gün­də­lik­də elə sir­li, müb­həm duy­ğu­lar var idi ki...

Kö­nül adə­ti üz­rə bu də­fə də gün­də­li­yi­ni si­yir­mə­dən gö­tü­rüb ya­zı ma­sa­sı­nın ar­xa­sı­na keç­di. Gün­də­li­yin hər sə­hi­fə­sin­dən Ay­dın boy­la­nır­dı san­ki...

Kö­nül yaz­ma­ğa baş­la­dı: "Ay­dın so­nun­cu də­fə zəng edən­də "gə­lən ay toy­mu­zu edə­rik" de­miş­di. Se­vin­cim ye­rə-gö­yə sı­ğış­mır­dı. Ye­ni ni­şan­lan­mış­dıq, ölüm gir­di ara­mı­za.

Ay­dı­nım, sə­ni hər gün elə ar­zu­la­yı­ram ki... Sən ata­mın ya­nı­na el­çi­lə­ri­ni gön­də­rən­də se­vin­ci­min həd­di-hü­du­du yox idi. Ge­cəm-gün­dü­züm se­vinc için­də ke­çir­di. Mən də ai­lə hə­ya­tı qu­ra­caq­dım, mə­nim də is­ti yu­vam ola­caq­dı, heç ol­ma­sa gö­züm yol­lar­dan yı­ğı­şa­caq­dı. Ata-ana­mın nə­və­si ola­caq­dı. Sən ha­ra­da ol­say­dın, mən də ora­da ola­caq­dım... Yox, sən mə­ni cəb­hə böl­gə­si­nə apar­maq is­tə­mir­din. Heç ad gü­nün­də ica­zə ver­mə­din ki, ge­dib sə­ni ora­da təb­rik edim. Toy gü­nü­müz ya­xın­laş­dıq­ca, hə­yə­ca­nım da­ha da ar­tır­dı. Ay­dın, sən mən­dən də çox səbr­siz­lə­şir­din. To­yu­mu­zun yük­sək sə­viy­yə­də keç­mə­si­ni is­tə­yir­din. Ar­tıq hər şey həll olun­muş­du, bir­cə sə­nin gə­li­şin­dən baş­qa. Sən gəl­mə­din, heç vaxt dön­mə­din ge­ri­yə. Əh­di­nə və­fa­sız ol­dun... Yol­la­ra çox bax­dım, lap çox. Yol­lar sə­ni apar­dı­ğı ki­mi ge­ri qay­ta­ra bil­mə­di. Ta­bu­tun gəl­di o yol­la ge­ri. Da­ha bax­mı­ram yol­la­ra, in­di ürə­yi­mə ba­xı­ram. Sən çox­dan­dır ürə­yim­də­sən. Ürə­yi­mi ha­mı­dan giz­lə­di­rəm, çün­ki is­tə­mi­rəm ki, in­san­lar sev­gi­mə şə­rik ol­sun. Hər gün sə­nin­lə da­nı­şı­ram, de­yir­sən yol­la­ra bax­ma. Mən də yol­la­ra yox, ürə­yi­mə ba­xı­ram da­ha. Sən ge­dən­də "bu əl­cək­lə­ri yax­şı sax­la" - de­yib boks əl­cək­lə­ri­ni mə­nə əma­nət et­miş­din. Söz ver­miş­din ki, mü­ha­ri­bə bi­tən­dən son­ra ye­ni­dən id­ma­na qa­yı­da­caq­san. De­yir­din ki, Kö­nül, sə­ni də id­ma­na apa­ra­ca­ğam. Mən də za­ra­fat­ca de­yir­dim ki, Ay­dın, id­ma­na apar, son­ra da hər­bi­yə yaz­dır. Mə­nim hər­bi­yə ma­ra­ğım var idi əs­lin­də. Sə­nin­lə ar­zu­la­rı­mız çox idi, lap çox. Hər də­fə cür­bə­cür xə­yal­lar qu­rur­duq. Hə­mi­şə sən de­yir­din ki, bi­zim bir çə­tən uşa­ğı­mız ola­caq, mən çox uşaq is­tə­yi­rəm. Dəh­şə­tə gə­lir­dim ki, bu qə­dər uşa­ğı ney­nə­yi­rik? Sən çox ürə­yia­çıq, sə­mi­mi oğ­lan idin, Ay­dı­nım. Mən sə­nə hə­mi­şə ürək­dən bağ­lı ol­mu­şam".

Kö­nül ata-ana­nın gö­zü­nün ağı-qa­ra­sı ye­ga­nə öv­la­dı idi. Sev­gi için­də bəs­lən­miş­di, na­zı naz ki­mi çə­kil­miş­di hə­mi­şə. Bir sö­zü iki ol­maz­dı ev­də. Ər­kö­yün idi. Bu xa­siy­yət­lə­ri onun­la ta­nış ola­na qə­dər da­vam et­di. On­lar ilk ba­xış­dan sev­di­lər bir-bi­ri­ni, ni­şan­lan­dı­lar. Ər­kö­yün qız yol göz­lə­yən, qu­la­ğı te­le­fon zən­gin­də olan ni­şan­lı qı­za çev­ril­di. Bir az fi­kir­li, bir az qay­ğı­lı gö­rün­dü. Onun qay­ğı­lı, fi­kir­li do­laş­ma­sı, hər gün yol­la­ra bax­ma­sı ata-ana­sı­nı çox üzür­dü. Kö­nül hər gün Ay­dı­nın yo­lu­nu göz­lə­yir­di. Heç vaxt te­le­fo­nu məş­ğul et­məz­di. Ev­də ata-ana­sı­na:

- İki-üç də­qi­qə da­nış­dı­nız bə­si­niz­dir. Bir­dən Ay­dın zəng vu­rar. Onun vax­tı har­da­dır ki, sa­at­lar­la te­le­fo­nu əli­nə gö­tü­rüb zəng vur­sun, - de­yir­di.

Kö­nül Ay­dı­na məf­tun ol­muş­du. Ni­şan­lı­sı­nın xa­siy­yə­ti, ağır tə­biə­ti, ona diq­qət­li ol­ma­sı, na­zı­nı çək­mə­si Kö­nü­lü fə­rəh­lən­di­rir­di. On­suz da bi­na­dan-baş­dan Kö­nül na­zı çə­kil­mə­yə öy­rəş­miş­di. Ay­dı­nın da ona son­suz qay­ğı­sı qı­zın hə­ya­tın­da ye­ni sə­hi­fə aç­mış­dı. Bu sə­hi­fə­nin mü­əl­li­fi Ay­dın idi. Vaxt ol­muş­du ki, Ay­dın Ba­kı­da olan­da ge­cə sa­at 12-nin ta­ma­mın­da ni­şan­lı­sı­na çi­çək apar­mış­dı:

- Ge­cən xe­yir, qa­ra qız.

Ay­dın Kö­nü­lü cır­nat­maq üçün ona qa­ra qız de­yir­di.

- Ge­cən xe­yir.

- Aç qa­pı­nı.

- Nə?

- Hə­yət dar­va­za­nı­zın ağ­zın­da­yam. Tak­si ilə gəl­mi­şəm, sa­at 12-yə az qa­lıb, tez aç qa­pı­nı.

Kö­nül tə­lə­sik qa­pı­ya cu­mub dar­va­za­nın qa­pı­sı­nı aç­mış­dı. Qar­şı­sın­da qu­ca­ğın­da bir dəs­tə çi­çək tu­tan ni­şan­lı­sı­nı gö­rüb ya­man hə­yə­can­lan­mış­dı Kö­nül.

- Sa­bah Tər­tə­rə qa­yıt­ma­lı­yam, sə­hər er­kən yo­la dü­şə­cə­yəm. Ona gö­rə ge­cə gəl­dim ki, sə­nin­lə sa­ğol­la­şım. Bu sə­nin gü­lün, Kö­nü­lüm, qəl­bim də ki, çox­dan sən­də­dir. Mən ge­di­rəm, Kö­nü­lüm, sağ­lıq ol­sun, tez­lik­lə gö­rü­şə­rik, - de­yib ni­şan­lı­sı ilə vi­da­laş­dı. Tak­si sə­hər­dən bə­ri onu göz­lə­yir­di.

Kö­nül tit­rək bar­maq­la­rı­nı ya­na­ğı­na apa­rıb göz­lə­rin­dən yu­var­la­nan yaş­la­rı sil­mə­yə ça­lış­dı. Yaş ha­ra qu­ru­yur­du ki? Elə bir ba­har bu­lu­du Kö­nü­lün göz­lə­ri­nə köç­müş­dü. Qa­pı ağ­zın­da qu­ca­ğın­da çi­çək qı­zı­nın hey­kə­lə dön­dü­yü­nü gö­rən ana hə­yə­can­la qı­zı­nı səs­lə­di.

- Ay ba­la, ge­cə­nin bu vax­tı dar­va­za­nın ya­nın­da nə edir­sən? Ba­yaq ki­min­lə da­nı­şır­dın? O gü­lü kim gə­ti­rib?

Kö­nül mun­cuq ki­mi ard-ar­da dü­zü­lən söz­lər­dən han­sı­na bi­rin­ci ca­vab ve­rə­cə­yi­ni bil­mir­di.

- Kö­nül, sə­nin­lə de­yi­ləm? Sa­at­dan xə­bə­rin var?

- Ay ana, Ay­dın gəl­miş­di, sa­bah tez­dən Tər­tə­rə qa­yı­dır. Gü­lü də o gə­ti­rib.

- Bəs ni­yə evə də­vət edib bir stə­kan çay ver­mə­din, bir­dən ac­lı­ğı olar­dı uşa­ğın.

- Val­lah, ana, heç im­kan ver­mə­di ki, bir kəl­mə da­nı­şam, tez sa­ğol­la­şıb get­di, tak­si şo­fe­ri göz­lə­mək is­tə­mir­di.

Kö­nül ota­ğı­na ke­çib gü­lü gül­da­na qoy­du. Qı­zıl­gül­lər elə gö­zəl idi ki, qız onun gö­zəl­li­yi­nə bax­maq­dan doy­mur­du. Ni­şan­lı­sı zövq­lü oğ­lan idi. Hə­mi­şə ona hər şe­yin gö­zü­nü alır­dı. Ay­dı­nın al­dı­ğı hə­diy­yə­lər çox se­çi­lir­di. 

Kö­nül heç cü­rə ya­ta bil­mir­di. Sa­bah ni­şan­lı­sı­nın Tər­tə­rə qa­yıt­ma­sı xə­bə­ri qı­zın yu­xu­su­nu ər­şə çək­miş­di. Ca­nın­da qə­ri­bə bir qor­xu var­dı. Fi­kir­lə­şir­di ki, Al­lah elə­mə­sin, ni­şan­lı­sı­nın ba­şı­na bir iş gə­lər, on­dan son­ra ya­şa­maz Kö­nül. Qız ni­şan­lı­sı­nı yax­şı ta­nı­yır­dı, bi­lir­di ki, bir er­mə­ni yox, min er­mə­ni də ol­sa, Ay­dı­nın gö­zü­nü qor­xu­da, yo­lun­dan dön­də­rə bil­məz. Sən­gər so­yuq olan­da qəl­bi­nin də­rin­li­yin­də giz­lət­di­yi, pün­han­la­dı­ğı sev­gi­si­nin odu­na qı­zı­nır­dı Ay­dın. Bu­nu özü de­miş­di pı­çıl­tı ilə Kö­nü­lə.

Qə­fil gə­lən te­le­fon zən­gi onun fik­ri­ni ya­rım­çıq qır­dı. Zəng vu­ran ni­şan­lı­sı idi.

- Kö­nü­lüm, ar­tıq evə çat­mı­şam. Na­ra­hat ol­ma, hər şey yax­şı ola­caq. Al­lah qoy­sa tez­lik­lə qa­yı­da­ca­ğam.

On­lar bir ne­çə gün əv­vəl ni­şan­lan­mış­dı­lar. Kö­nü­lün ana­sı Pə­ri xa­nım qı­zı­na de­yir­di:

- Ay­dın rə­fi­qə­min oğ­lu­dur de­yə de­mi­rəm, o çox lə­ya­qət­li oğ­lan­dır. Qı­zım, elə oğ­la­nın yo­lu­nu əbə­di ola­raq göz­lə­mə­yə də­yər.

- Ay ana, Ay­dın tez qa­yı­da­caq. Gə­lən ay to­yu­muz­dur axı. Bi­li­rəm ki, mən­dən çox o na­ra­hat­dır.

Ana qı­zı­nın Ay­dı­na ürək­dən bağ­lı ol­du­ğu­nu yax­şı bi­lir­di. Qı­zı­nın gö­zü­nün yol­lar­dan yı­ğış­ma­sı, ni­şan­lı­sı­nın sağ-sa­la­mat oca­ğı­na qa­yıt­ma­sı­nı ana uca Ya­ra­dan­dan tə­mən­na et­di...

Əs­lin­də, Kö­nül ina­nır­dı ki, Ay­dın sağ-sa­la­mat ge­ri dö­nə­cək. O heç cür Ay­dı­nı şə­hid ki­mi ta­but­da tə­səv­vür et­mir­di.   De­yir­di ki, Ay­dın əgər "qa­yı­da­ca­ğam" de­yib­sə, müt­ləq qa­yı­da­caq.

Kim kü­süb, kim ge­dib qa­pı­nı çır­pıb,

Qı­rı­lıb kön­lü­mün ay­na­sı, Tan­rı!

Mən nə­lər çə­ki­rəm özün bi­lir­sən,

Nə çə­kir şə­hi­din ana­sı, Tan­rı?!

 

Ay­dın baş ta­cı­dır mə­həb­bə­ti­min,

Qəb­ri ni­şa­nı­dır bil ül­fə­ti­min.

Mə­nim o oğ­la­na sə­da­qə­ti­min

Gö­zü yol­da qa­lıb so­na­sı, Tan­rım.

 

Nə müd­dət göz­lə­dim ta­bu­tu gəl­di,

Qə­fil­cə üs­tü­mə bir qu­tu gəl­di.

Qəl­bi­mə əbə­di fər­ya­dı gəl­di,

Ca­nım­dı od­la­ra ya­na­sı, Tan­rım! 

De­yir­lər o qız ha­mı­dan kü­süb qa­pa­nıb özü­nə. Hər gün an­caq özü ilə da­nı­şır. Ki­min­lə da­nış­ma­lı­dır ki, Kö­nül? Ay­dı­nı ax­ta­rır, gə­zir hər yer­də. Kim­dir ona so­raq ve­rən Ay­dın­dan?

Kö­nül gün­də­li­yi­nə ağ­la­ya-ağ­la­ya be­lə bir cüm­lə yaz­dı: "Şə­hid ana­sı yu­va­sı da­ğıl­mış qu­şa bən­zə­yir, quş yu­va­sı­nı, şə­hid ana­sı da ba­la­sı­nı ax­ta­rır! "Sən­gər so­yuq olan­da qəl­bi­nin də­rin­li­yin­də giz­lət­di­yi, pün­han­la­dı­ğı sev­gi­si­nin odu­na qı­zı­nır­dı Ay­dın".

Kö­nül əbə­di ay­rı­lıq­la hə­lə də mü­ca­di­lə apa­rır. O, kök­sü­nə "Ay­dın­lı və Ay­dın­sız gün­lər" gün­də­li­yi­ni sı­xıb acı-acı ağ­la­yır­dı. Kö­nül za­ma­nı da­yan­dır­maq is­tə­yir­di. Am­ma güc­süz idi tə­bii... Ay­dın­dan ona bir cüt boks əl­cə­yi, bir də müb­həm, sir­li duy­ğu­lar üzə­ri­nə dü­zü­lən ağ­lar, gü­lə­yən, kö­nül­dağ­la­yan xa­ti­rə­lər qa­lıb. Bu xa­ti­rə­lər­dir Kö­nü­lü ya­şa­dan...

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
İraqda 23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları bölgədən çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ