Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Türklərin tarixdə qurduqları dövlətlər...
Tarix: 18.02.2016 / 01:58
Bölmə: Sosial
Son zamanlar Azərbaycanda türk millətinin tarixi üzrə aparılan elmi araşdırmalar nəticəsində müəyyən nailiyyətlər əldə edilib. Fəqət qədim mənbələrin azlığı və onların birtərəfli tədqiqi türk millətinin tarixinin subyektiv izahına gətirib çıxarıb. Əlbəttə, yazılı mənbələrin kifayət qədər olmaması türk millətinin tarixinin bütün sahələrini və dövrlərini eyni səviyyədə tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan verməz.
Biz türklər tarixdə çox sayda dövlət qurmaqla öyünürük. Lakin bu qurduğumuz dövlətlərin sayı üzərində bir fikrə gəlməyimiz mümkün olmayıb. Bəzimizə görə qurduğumuz dövlətlərin sayı 104-dür, bəzimizə görə 117-dir. Sayı baxımından anlaşmaq mümkün olmadıqda, şübhəsiz, tariximizin zaman və məkan çərçivəsi mövzusunda da anlaşmaq mümkün deyil. Çox güman ki, qanuni-nizamın daima yanında olunsaydı, qurulan türk dövlətlərinin sayı da bu qədər fərqli rəqəmlərlə ölçülməzdi. Çox sayda dövlət qurmaq çox sayda dövlət batırmaq anlamına gəlmirmi?
Orta Asiya tariximizə baxacaq olsaq, keçmiş zamanlarda xanədandan çox "hakim zümrə-sülalə" dəyişmələrinin olduğunu və dövlət iqtidarını ələ keçirən boyun öz adını o vaxtkı dövlətə verdiyini görərik. Əslində müxtəlif Hun dövlətləri, Göytürk, Qaraxanlı, Çingiz, Teymur - hamısı tək bir "Orta Asiya türk dövləti"ni xanədan qılan çevrilişlər baş verərək aldıqları yeni adlardır. Bunlar yeni dövlətlər deyillər. Sərhədləri, sahələri dəyişib, amma əsasları dəyişməyib yəni bu dövlətlər Asiyada türk milləti tərəfindən qurulub. Beləliklə aydın olur ki, hakimiyyətin dəyişməsinə baxmayaraq, dövlətin əhalisi və qayda-qanunu eyni qalıb. Buna görə də yeni hakimiyyətə gələn bir sülaləni ayrı bir dövlət saymaq doğru deyil. Dəyişən dövlət deyil, sülalədir. Bunların sayı yüzün üzərində olub, çoxu bir-birinin davamı mahiyyətində iqtidar olubdur. Ölkənin xanədan mənsubları arasında paylaşması dövlətin adı, tarixi, sayı və bütünlüyü anlayışında müxtəliflik yaradır.
Türk dövlətləri Asiya, Avropa, Afrika, Asiya-Avropa, Asiya-Afrika, Asiya-Afrika-Avropa qitələri üzərində qurulub.
Türk tarixi tədqiq edildiyi zaman imperatorluq, dövlət, atabəylik, bəylik və xanlıq kimi müxtəlif adlarla qurulan türk dövlətinin sayı 130-dur. Türk tarixçilərindən sorulduğu zaman onların da çoxunun bu fikirdə olduqları müşahidə olunur. Bunlardan başqa, heç şübhəsiz, tarix səhifələrindən ortaya çıxara bilmədiyimiz türk dövlətləri, quruluşları yenə də vardır. Bunları ortaya çıxara bilmək üçün xüsusilə Çin və Hind rəsmi mənbələrin ciddiyyətlə araşdırılması lazımdır.
Tarix boyu qurulan türk dövlətləri müxtəlif adlarla özlərini tanıdıblar. Dövlətin adı çox vaxt hakim qolun adı ilə adlandırılıb: Hun, Göytürk, Uyğur, Karluk, Qırğız, Başqırd; bəzən yaşadıqları sahə və mərkəz etdikləri yerin adı ilə adlandırılıbdır: Xarəzmlilər, Qəznəlilər, Altınordu dövləti, Buxara və Xivə xanlıqları; bəzən də qurucunun və ya qurucu sülalənin adı ilə adlandırılıb: Kutluk dövləti, Çingiz imperatorluğu, Tulunlular, Ahşitlər, Səlçuqlular, Teymur, Babür və başqaları.
Ümumiyyətlə, türk dövlətlərində qanun, haqq, ədalət və nizam ruhu hakim olub. Dövlət rəhbərlərinin rütbələri tanju, tanıkut, idikut, kağan, hakan, xan və bəydir. İslamı qəbul etdikdən sonra sultan, şah və padşah kimi rütbələr də bu siyahıya girib. Bu gün dövlət idarəsinin quruluşuna görə əsas sima Cumhur Başqanıdır - Prezidentdir. Dövlət rəhbərinə də yabqu, tekin, şad, tarhan, subaşı, bəy, bəylərbəyi, ağa kimi rütbələr verilib. Məmuriyyət adlarına: damğaçı, turaçı, kadı kimi bir çox rütbələr verilib.
Türklərdə qurultay qədim və mühüm bir təşkilatdır. O, zamanla müqayisədə bugünkü Böyük Millət Məclisi deməkdir. Xan qurultay tərəfindən seçilirdi. Sülh, müharibə elan etmək qurultayın vəzifəsi olub. Avropada çox yeni olan məclis sistemi miladdan əvvəl hunlarda və daha sonrakı türklərdə olub. Despotizm idarəsi sonradan meydana gəlib. Türklərdə demokratiyanın kökü çox qədimdədir. Bu gün də İslam dünyası içərisində bu idarəni quran yenə türklər olub.
Türklərin ən mühüm qurumlarından biri də əsgərlikdir. Dövlətin maddi və mənəvi gücünün mənbəyi ordudur. Ordu gücünün təməli də intizamdır. Hər bir türk varlığını bu ideala bağlamışdır. Bu təşkilat eyni zamanda fikri, vücudu, igidliyi, mərdliyi, şərəfi və şəxsiyyəti qazandırma ocağıdır. Buna görə də burada "əsgər ocağı," "kişi ocağı" deyimləri çox istifadə olunur.
Bizim bugünkü ordu quruluşumuzun əsasları keçmişdən qalmadır. Bu quruluşu minlərcə il əvvəl türklər öz təcrübələrini bir-birinə qataraq işləyib, bütün dünyaya nümunə olublar. Onbaşı, yüzbaşı, minbaşı kimi rütbələr, tümən, ordu kimi birlik və quruluş terminləri islamdan əvvəlki türk dövlətlərində və xüsusilə hunlarla Çingiz imperatorluğunda eynən istifadə olunub. Türklüyün keçmiş varlıqlarını, dəyərlərini əsgərlik və ordu saxlayıb, yaşadıb.
Tarix dövrləri içərisində qurulan böyük-kiçik türk dövlətlərinin sayı az deyil. Türklər torpağıyla, fərdlərilə və hər cür varlıqlarıyla türk olan bir çox milli dövlətlər qurduqları kimi, müxtəlif ölkələrdə hakim zümrə olaraq da bir çox xanədanlar və səltənətlər də qurublar. Çində, Hindistanda, İranda, Misirdə, Ön Asiya, Şərqi və Orta Avropa məmləkətlərində bunların sayları və nümunələri çoxdur. Türklər yer üzündəki tanınan yerlərin bir çox ölkələrini özlərinə hakimiyyət və səltənət sahəsi ediblər. Türk tarixini ilk tədqiq edənlərdən, qədirbilən türk millətinin şəxsiyyətini daima minnətlə anacağı böyük türkçü Süleyman paşanın da dediyi kimi, türk soyu hər qitəyə nüfuz və iqtidarını çatdırıb, cahan tarixində sərvətli bir varlıq olaraq yer alıb. Bu da bir həqiqətdir ki, türklər hakim olaraq yaşadıqları hər dövrdə və hər sahədə qonşu və ya uzaq dövlətlərlə olan istər siyasi, istərsə də əsgəri - hər cür münasibətlərində şərəfli varlıq olduqlarını ortaya qoyublar. Başqa dövlətlərlə bağladıqları müqavilələrə sadiq qalmağı şərəf idealı biliblər. Onlar digər dövlətlərin hüququna hörmət göstərib, milli varlıqlarına və mənfəətlərinə toxunmayıb, sülh yolundan çəkinməyiblər.
Böyük Malazgird döyüşündə Alparslana əsir düşən Bizansın məğrur İmperatoru Romen Diyocen türk hökmdarının böyüklüyə yaraşan bir hərəkətlə onunla bir qonaq kimi davrandığını və sərbəst buraxdığını gördükdə çaşıb qalıb. Çünki o fürsət öz əlinə keçsəydi, əksini edərdi. Qarşısına gətirilən Romen Diyogenə Alparslanın ilk sözü: "Sülhü niyə pozdun?" - deyə soruşmaq olub.
Xaçlı səfərində qarşısına çıxanı əzmək, yandırıb-yaxmaq ehtirasıyla hərəkət edən Pyer Lermit komandanlığındakı xaçlı orduları ilə döyüşən Qılınc Arslanın əsirlərə, rahiblərə, qadınlara və uşaqlara toxunulmaması üçün günlük əmrlər çıxardığı və bu kimilərin İznik qalasında qorunduğu türk tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb. Daha sonrakı bir səfərdə xaçlıların Qılınc Arslanın zövcəsi tərəfindən aylarca müdafiə edilən İznik qalasına girdikləri zaman öz əsirlərinin burada sağ-salamat olduqlarını heyrətlə gördükdən sonra sanki bir şükran, minnətdarlıq imiş kimi silahsız İznik xalqını qılıncdan keçirmələri də məşhurdur.
Böyük Fatih İstanbula girdiyi zaman xristianların sərbəst olduqlarını, qapılarını örtməyə belə lüzum görmədən hər kəsin öz evində rahat və təhlükəsizlik içərisində yaşaya biləcəyini, canlarına, mallarına və kilsələrinə toxunulmayacağını bildirmişdi. Bu gün də aradan 500 il keçdiyinə baxmayaraq, İstanbulun keçmiş Bizans əsərləri hələ qalmaqdadır. Halbuki, xristianlar xaclı səfərlərinin birində İstanbula gələrək xalqı qılıncdan keçirdilər, hər tərəfi yandırıb-yaxdılar, sənət əsərləri ilə dolu olan gözəl şəhəri viranəyə çevirdilər, məscidləri atlarına axur etdilər.
Türklər yüksək mərdlik duyğusu ilə bağlı olduqları dövlətlərarası hüquq prinsipləri uğrunda döyüşlər də aparıblar. Poltava müharibəsində ruslara məğlub olan İsveç kralı Dəmirbaş Şarl yanındakılarla birlikdə Osmanlı torpaqlarına sığındı. Ruslar onu qovurdular. Osmanlılar Şarlı və adamlarını qoruduqlarına görə ruslarla o məşhur Pürut döyüşünü keçirmək məcburiyyətində qalıblar (1711-ci il).
Türkün tarixi daha bir çox mədəni hərəkətlər və mərdlik nümunələrilə olduqca zəngindir.
İslamdan əvvəl və sonra Türküstanda və ya başqa ölkələrdə böyük-kiçik çox sayda dövlətlər qurulub. Bunların çoxu milli dövlətlər, bəyliklər və xanlıqlar olduğu kimi, ayrı-ayrı ölkələrdə də hakim zümrə olaraq qurulan türk dövlətləri və hökmdar sülalələri vardır. Çində və Hindistanda qurulan dövlətlər, Misirdə Tulun oğulları, ahşitlər və məmluklar, İranda afşarlar, qacarlar və digərləri bunlardandır.
Alparslanın böyük Malazgird döyüşündən sonra, 1071-ci ildə Anadoluda qurulan Danışmend oğulları, mengüclər və saltuk bəylikləri, sonra qurulan atabəylər idarəsi və yenə Anadolu Səlçuq dövlətinin parçalanmasından sonra yaranan on altı bəylik, Şərqi Anadolu və Mosul ətrafında qurulan qaraqoyunlular və ağqoyunlular dövlətləri təşkilatlı dövlətlər kimi türkün tarixinə düşüb. Bunlardan bir qisminin ömrü qısa olubsa da, böyük önəm qazanan bəyliklər də vardır. Xüsusilə Konya və ətrafında qurulan Karaman öğulları bəyliyi, 1256-dan 1483-cü ilə qədər 227 il yaşayan, ilhanlılar və osmanlılarla müharibələr edən, siyasi münasibətlərdə olan, mədəniyyət əsərləri buraxan təşkilatlı bir dövlətdir.
Türk dövlətlərinin müxtəlif adlarla ortaya çıxması türk kütlələrinin ara-sıra başına keçən və ailə təşkilatı ilə dövlət quran təşkilatçıların işidir. Bunların bir və ya bir neçə yüz il öz təşkilatlarını idarə etdikləri zaman xalqı öz milləti kimi saymaları, türklərin ayrı-ayrı millət və ya dövlətlərdən ibarət olduğunu zənn etmək səhvdir. Məsələn, Anadolu türklüyü bir zaman bütövlükdə Səlçuq oğullarının, müxtəlif adlarla ayrı-ayrı, uzun və ya qısa müddətli bir çox bəylərin və ən son olaraq da 600 ildən artıq Osman oğullarının adını daşıyıb. Osmanlı dövlətlərində Osman oğulları damğasını daşıyan və həqiqətdə sayları məhdud olan bu xanədanın Türkiyədən çəkilib getmələrilə yerində qalan Anadolu və Rumeli türklüyü Türkiyə Cumhuriyyəti adıyla yeni bir dövlət olaraq ortaya çıxdı. Dövlət nümunəsi türkün xasiyyətindəki dinamikliyi, suveren yaşamaq arzusunu, təbiət ilə cəmiyyət və dövlətlərarası şəraitlərin dəyişmələri qarşısında davamlılığını, ölməzliyini göstərir. Qısası, türk bir dövlət halında dahiliyini inkişaf etdirib və dövlət halında böyük işlər görərək özünə mənəvi bir dünya, bir tarix yaradıb. Əgər biz tarixdə qurulan türk dövlətlərindən və onları quranlardan ibrət almasaq, həqiqi tarixin bütün nemətlərindən məhrum qalarıq.
İndiyə qədər aparılan tarixi araşdırmalarda ən çox diqqət verilən yerlər Ön Asiyadır. Ön Asiya məmləkətlərindən sayılan İran, Mesopotamiya və Anadoluda tarixin qədim dövrlərində qurulan bir çox dövlətlər və mədəniyyətlər vardır. Bunları quranların bu yerlərə Orta Asiyadan gəldikləri daha çox səs toplamaqdadır. Türklərin ana yurdu Orta Asiya olduğuna görə tarixin ən qədim türk dövlətinin də buralarda qurulması təbiidir.
Heç şübhəsiz, insanlıq tarixinin ən keçmiş çağlarından günümüzə qədər öz mənliyini və varlığını davamlı qılmaq, soyu təmiz, özü-sözü təmiz, ürəyi-ruhu təmiz, insanlıq məfkurəsinin ən yüksək xüsusiyyətlərinə sahib Ulu Türk Milləti tarixdən əvvəl də var idi, tarix boyunca da olmuşdur və dünya durduqca olmağa davam edəcəkdir.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ