Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Saxta erməni dövlətçiliyi ideyası ilə mübarizədə real azərbaycançılıq ideyasının rolu...
Tarix: 17.02.2016 / 00:44
Bölmə: Sosial
Azərbaycançılıq ulularımızı zaman-zaman düşmənə qalib gəlmək, savaşlarda zəfər çalmaq ovqatına kökləyib. Tariximizdə çox müharibələr olub, qalib də gəldik, məğlub da olduq, amma heç zaman qürurumuzu, mənəviyyatımızı itirmədik. Azərbaycan xalqının qonaqpərvərliyi, genişürəkliliyi başqa xalqların ana yurdumuza pənah gətirməsinə səbəb olub. Onların sırasında üzümüzə ağ olan, bizə yağı kəsilən ermənilər də var. Başqa xalqlar bizimlə qaynayıb qarışsa da, qardaşlıq, dostluq şəraitində yaşasa da, bir tikəni yarıya bölüb yesək də, ermənilər özlərini bu sıraya aid etmədilər. Yurdumuza köçər-köçməz, torpaq iddialarına başladılar, "bura bizim torpaqlardır" deyib haray çəkdilər. 200 ilə yaxındır ki, ermənilər öz saxta və qondarma dövlətçilik ideyasını ortaya atıb. "Böyük Ermənistan" xülyası ilə yatıb duran saxta erməni dövlətçiliyi təmsilçiləri də bu çürük fikri davam etdirməklə məşğul olub. Tarixi torpaqlarımızı öz caynağına keçirən ermənilər buna yalan, hiylə və məkrlə nail olub. Ermənilər Qarabağa dünən gəlib, sonra isə havadarlarının köməyilə torpaqlarımızı yağmalayıb. Saxta erməni dövlətçiliyilə Azərbaycan ziyalıları tarixən mübarizə aparıb. Bu mübarizəni isə şiddətləndirən azərbaycançılıq ideologiyası olub.
Tarixçilər bildirir ki, erməni dövlətçiliyinin heç bir sağlam əsası yoxdur, o, saxtakarlıqlar üzərində hiylə və məkr hesabına qurulub. Tədqiqatçılar yazır ki, erməni deyilən toplum, daha doğrusu, haylar tarixdə hiyləgər olduqlarına və məkrlərinə, xəyanətlərinə görə tanınıb. Azərbaycan türklərinin qurduğu və sərhədlərini genişləndirdiyi, bayrağı altına çoxlu sayda xalqın nümayəndəsini topladığı dövlətlərin hər birində ermənilərə də yer verilib. Başqa xalqların övladları biz türklərlə birgə o dövlətlərin inkişafına çalışsa da, ermənilər xəyanət ediblər. Satqın bir toplum olan ermənilərin də bu gün qurduğu dövlətçilik təpədən-dırnağa saxtakarlıq üzərində qurulub. Azərbaycan torpaqları hesabına saxta Ermənistan Respublikası yaradan ermənilər "Böyük Ermənistan" xülyasını reallaşdırmağa çalışır. Amma bütün dünyanın ağıllı, mütərəqqi adamları, şəxsiyyətləri ermənilərin bu əsassız istəyinə gülür. Saxta erməni dövlətçiliyinin apardığı ziyanlı təbliğatın ən böyük qolunu "erməni soyqırımı" iddiası, yaxud qondarma "erməni soyqırımı" tutur. Saxta erməni dövlətçiliyinin dünyanın gözünə kül kimi üfürdüyü bu iddia çox gülünc görünür. Onlar iddia edir ki, guya Birinci Dünya Müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilər sistemli şəkildə məhv edilib. Uzun illərdir saxta erməni dövlətçiliyi bu yalanı əlində bayraq edib. Onların bu yalançı iddialarını qəbul edən, "soyqırımı" tanıyan ölkələr heç bir tarixi həqiqətə söykənmir, onlar bunu bəzi siyasi faktorların təsiri ilə qəbul edib. Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, xüsusən də diaspor qurumları öz yalan və məkrlərindən istifadə edərək "soyqırım"ı bəzi dövlətlərdə qəbul etdirdilər. Amma bunu erməni saxtakarlığı kimi də qəbul edən və erməni yalanını ifşa edən dövlətlər də çoxdur. Deyim ki, saxta erməni dövlətçiliyi və onların uydurma ideyalarının məhv edilməsində azərbaycançılıq ideologiyasının böyük tarixi rolu var. Tarixən erməni saxtakarlığı ilə mübarizədə azərbaycançılıq ideologiyasının böyük rolu olub və bu ideologiyaya xidmət edənlər fərqlənib. Azərbaycançılıq ideologiyasının həm Azərbaycan cəmiyyətində, həm də dünyanın müxtəlif yerlərində geniş səviyyədə təbliğ olunması nəticəsində saxta erməni təbliğatının qarşısı alınır.
Tarixçilər qeyd edir ki, azərbaycançılıq ideologiyasının tarixi xidmətləri nəticəsində indi dünyanın bir çox nüfuzlu elm qurumları erməni saxtakarlığını ifşa edir. Sevindirici haldır ki, dünyada ermənilərə inam azalıb. Artıq bu gün erməni yalanına inanmayanların sayı intensiv surətdə artır. Azərbaycan dövlətinin, dövlət qurumlarının, diaspor təşkilatlarının həyata keçirdiyi məqsədyönlü iş sayəsində ermənilərin iç üzü açılır. Dünyanın bir sıra ölkələrində çalışan fikir adamları, siyasətçilər hesab edir ki, bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiya yaradılmalıdır. Erməni saxtakarlığı artıq dünyanın bütün ağıllı adamlarına bəllidir. Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm adamları var ki, onlar erməni saxtakarlığını ifşa ediblər. Uzun illərdir Azərbaycan torpaqları erməni tapdağı altındadır. Artıq dünyanın bir çox dövləti ermənilərin saxtakar niyyətlərini bilir. Ermənilər öz saxta dövlətçilik ideyalarını ortaya atdıqdan sonra bu hala qarşı müqavimət başlayıb. Azərbaycançılıq ideologiyasının hər zaman saxta erməni dövlətçiliyinə qarşı mübarizə apardığını deyən Azərbaycanın tanınan ziyalıları, mütəfəkkirləri erməni xislətini ifşa edib. Hər dəfə ermənilər öz layiqli cavablarını alıb. Tarixçilər qeyd edir ki, on doqquzuncu əsrin sonlarından başlayaraq ermənilər öz xülyalarını meydana atmağa başlayıb. Hələ 1905-ci ildə erməni-müsəlman davası baş verib. Elə o vaxtdan ermənilər saxta erməni dövlətçiliyi qurmaq iddiasını ortaya qoyub. Bizim torpaqlarımız üzərində özlərinə qondarma bir respublika qurublar. 1905-ci ildə öz doğma dədə-baba yurdlarından Azərbaycan türklərini qovublar. 1905-1918-ci illər arasında bir neçə dəfə erməni-azərbaycanlı müharibəsi, qarşıdurması olub. Sonda qalib biz oluruq. Çünki bizim sağlam təmələ, ali prinsiplərə, dostluğa və qardaşlığa söykənən ideologiyamız var. Azərbaycançılıq ideologiyasının tarixi çox qədimdir. Bu ideologiya çərçivəsində hər zaman saxta erməni dövlətçiliyinə qarşı müqavimət göstərilib.
Saxta erməni dövlətçiliyinin iddia etdiyi əsas məsələlərdən biri Qafqaz Albaniyası ilə bağlıdır. Araşdırmaçıların belə bir fikri var: "Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar". Öz tarixlərini "qədimləşdirməyə" və hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri də bilmədən gülünc nəticələr çıxarır. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasında I əsrdə xristianlığı yayan və Şəki yaxınlığında şəhid edilən həvari Müqəddəs Yelisey olub. Onun isə ermənilərə heç bir aidiyyəti yoxdur. Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul edən ölkə olması barədə mif yaradıb. Bu uydurmanı inadkarlıqla təbliğ edirlər. Hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl Ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olub. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul edib. Onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olub, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirib. Bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoyan IX Abqar edib. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə, bu, 314-cü ildən tez olmayıb". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər. Bəzi irəvanlı tarixçilər iddia edir ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, bəlkə də hələ öz dövlətçiliyi olmayıb. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilib, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.
Tarixçilərin bildirdiyinə görə, Qafqaz Albaniyasının beşiyi Azərbaycan sayılır və onun qədim paytaxtı Qəbələ də Azərbaycan ərazisində yerləşir. Qəbələ bu gün dünyanın diqqət mərkəzində olan bir şəhərdir. Bura Qafqaz Albaniyasının ilk ünvanıdır, xristianlığın da. Buradakı qədim xristian məbədləri öz əzəmətilə erməni iddialarını alt-üst edir. Ermənilər bu yerlərə gəlmədir. Bilirik ki, onlar bizim mədəniyyətimizi, folklorumuzu, musiqimizi, mətbəximizi, başlıcası isə, torpaqlarımızı oğurlayıb. Azərbaycan xalqı islamlaşsa da, onun qəlbinin dərinliklərində o məbədlərə də hörmət var. Azərbaycanda yaşayan azsaylı xalqların bir çoxu həmin məbədlərdə ibadət edir. Azərbaycan çox güclü dövlətdir. Bu güclü dövlət də xalqın arxasında dağ kimi dayanıb. Bizim tarixçilər, alimlər tarixi mənbələri araşdırıb erməni saxtakarlığına layiqli cavab verə bilir. Xarici ölkə arxivlərində saxta erməni dövlətçiliyilə mübarizə aparan babalarımızın haqq işilə bağlı o qədər sənədlər var ki... Görürük ki, saxta erməni dövlətilə mübarizə tarixi azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biri olub. Azərbaycançılıq ideologiyasının geniş təbliğatı nəticəsində bu gün də erməni saxtakarlığına qarşı böyük işlər görürük. Hesab edirəm ki, azərbaycançılıq ideologiyası saxta erməni dövlətçiliyinə qarşı mübarizədən geri çəkilməyəcək. Bu ideologiyanın bu sahədə tarixi rolu böyükdür, indən sonra da olacaq.
Tədqiqatçılar hesab edir ki, saxta erməni dövlətçiliyilə mübarizə aparan azərbaycançılıq ideologiyasına xidmət etmək hər bir Azərbaycan vətəndaşının, canı ilə bu torpağa bağlı olanların başlıca vəzifəsi olmalıdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ