Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Image


Məlumdur ki, Azərbaycan tarixi sirli məqamlarla zəngindir. Bu günün özündə Azərbaycanın keçmişi, tarixi məkanları, abidələri, folkloru, ədəbiyyatı, musiqisi, xalçaları, qədim inancları və sair məsələlər tam olaraq açılmayıb. Qobustan, Gəmiqaya, Azıx, Qız qalası, İçərişəhər, Gülüstan, Əlincə qalaları və s. barədə aparılan araşdırmalar kifayət etmir ki, biz qədim tariximiz haqqında ətraflı məlumat əldə edək.
Azərbaycan ərazisindəki xalqların tarixinə uzun illər İran və Rusiya təsirinin olması səhv məlumatların yayılmasına şərait yaradıb. Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra sovetlər Azərbaycan ərazisində, fars rejimi də İran ərazisində xalqımıza məxsus qədim əlyazmaları məhv etməyə çalışıblar. Onlar bacardıqca bütün sənədləri öz arxivlərində gizlədiblər. Eyni zamanda, əsrlər boyu Azərbaycanda mövcud olan qədim kitablar, əlyazmalar, sənədlər xarici ölkələrə daşınıb. Bu gün Vatikan, Fransa, Rusiya, Türkiyə, İran, Almaniya, Gürcüstan və s. ölkələrin arxivlərində minlərlə sənəd saxlanır. Xalçalarımız, ölkəmiz ərazisindəki qədim əşyalar, silahlar, sənət əsərlərimiz və milli mədəni sərvətlərimiz dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanır. Təkcə Azərbaycanda mövcud olan 70-dən çox qədim tarixi abidəmiz və məkanlarımızın orijinal fotolarının olmaması tariximizə olan biganəlikdən irəli gəlir.
Ermənilərin ölkəmizə köçürülməsi, Azərbaycan ərazisində qədim xalqlar, sərkərdələr, döyüşlər, dinlərin tarixi, məkanların əsl həqiqətləri və digər məsələlər cəmiyyətdən uzun illər gizlin saxlanıb.
Məlumat üçün bildirək ki, bu gün gizli saxlanan tariximizin aşkar olunması və Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun rolu əvəzolunmazdır.

Azərbaycan dövlətçilik ənənələrinin təbliği və Heydər Əliyev Fondunun fəaliyyəti
İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Prezidentinin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Fərmanında əksini tapıb, qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilib. Heydər Əliyev Fondu özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim edib. Azərbaycan cəmiyyəti təşkilatın məqsədi, məramı barədə məlumatı hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, Fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənib. Bütün bunlar isə ölkə vətəndaşlarının, bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırıb. Beləliklə, Azərbaycanın sabahı naminə addım-addım reallaşdırılan strateji əhəmiyyətli layihələr Heydər Əliyev Fondunu Azərbaycanın milli dövlətçilik tarixinə ən parlaq örnəklərdən biri kimi daxil edib.
Azərbaycan haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmağa önəm verən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr sırasında "Qarabağ həqiqətləri" bukletlər toplusunun nəşri xüsusi əhəmiyyətə malikdir. Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması, onun nəticəsində ölkəmizə dəyən ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktları haqqında faktları əks etdirən və ingilis, fransız, alman, rus, macar dillərində nəşr olunmuş bukletlər indiyədək bir çox xarici ölkələrdə yayılıb.
"Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Azərbaycanın işğal olunan ərazilərindəki ziyarətgahlar və digər tarixi-mədəniyyət abidələri haqqında ətraflı məlumat verilir. M.Əliyeva azərbaycançılıq ideyalarının carçısı olaraq Azərbaycandan kənarda da amalını gerçəkləşdirmək yönümündə irimiqyaslı layihələri ilə çıxış edir. Onun təşəbbüsü ilə müasir dövrümüzdə Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Sözsüz ki, belə bir dövlətlərdə nümayəndəliklərin yaranması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əhəmiyyətlidir. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəaliyyətini davam etdirir. Bildiyimiz kimi, hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Praqa, Vaşinqton, Nyu-York, Varşava, London, Haaqa, Dubay, Kiyev və Tiflisdə Xocalı soyqırımının ildönümünə həsr olunan aksiyalar həyata keçirilir ki, bunların hər birində təşəbbüskar Heydər Əliyev Fondudur.
Geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşir. Bizlər Qərblə Şərqin dialoqunu öz gündəlik həyatımızda hiss edirik. Maraqlıdır ki, kifayət qədər sərt ziddiyyətlərlə davam edən belə bir dialoq Azərbaycan mədəniyyətində hər hansı çatışmazlıqlara gətirməyib, əksinə, bu, məmləkətdə bənzərsiz bir mədəni mühit formalaşdırıb. Çünki əsrlərdən üzü bəri yol gələn, zaman-zaman saf seçmə kimi daha da durulan, cilalanan zəngin Azərbaycan mədəniyyəti bütün kənar müdaxilələrə sinə gərmək gücündədir.
Azərbaycan da malik olduğu mədəni potensialla bu dialoqda öz sözünü deyir və mövqeyini möhkəmləndirir. Azərbaycan mədəniyyəti dünya mədəniyyəti nümunələrinə qarşı deyil. M.Əliyevanın dediyi kimi, bizlər öz mədəniyyətimizin, adət- ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünya mədəniyyəti nümunələrini qəbul edə bilmişik.

Mədəniyyətin təbliği sahəsində görülən işlər...
Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Regionlarda da muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçən il Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunub. 2008-ci ildə isə Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılıb. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun dəstəyi ilə Bakıda Lətif Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi inşa olunub.
Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək həyata keçirilib. İlk olaraq Fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam müsabiqəsi Azərbaycan tamaşaçıları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən də razılıqla qarşılanıb. Qədim muğam sənətinin qorunub saxlanması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Fond 2007-ci ildə də muğam müsabiqəsi keçirib.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2009 və 2010-cu illərdə avqustun 13-dən 23-dək Qəbələdə Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi keçirilib. On gün davam edən festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi axşamları, muğam konserti təşkil edilib. Musiqi festivalında dünyanın 15 ölkəsindən nümayəndələrin iştirak etməsi tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini sübuta yetirib.
Heydər Əliyev Fondu öz fəaliyyətini Azərbaycandan kənarda da genişləndirməkdədir. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyi 2007-ci ilin may ayında Moskvada açılıb. Bu, Heydər Əliyev Fondunun ölkə hüdudlarından kənarda ilk nümayəndəliyidir. Leyla Əliyevanın rəhbərlik etdiyi bu qurum mədəni və sosialyönümlü layihələr həyata keçirir. Nümayəndəlik fəaliyyətinin ilkin dövründə Moskva şəhərindəki 157 saylı etnomədəni komponentli məktəblə sıx əlaqə yaradıb, təhsil ocağına hərtərəfli dəstək və qayğı göstərib. Bundan başqa, nümayəndəlik Rusiya paytaxtındakı Azərbaycan-gürcü orta məktəbləri və uşaq evləri ilə də əlaqə saxlayır.
Heydər Əliyev Fondu mərhum prezident Heydər Əliyevin ideyalarına sadiq qalaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdirir, onun xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.
Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasətinə Heydər Əliyev Fondu da özünün dəyərli töhfələrini verməkdədir. Heydər Əliyev Fondunun milli təhsilimizin inkişafı ilə bağlı həyata keçirdiyi layihələr nəinki təhsil işçilərinin və şagirdlərin, bütün ölkə ictimaiyyətinin dərin rəğbətinə səbəb olub.
Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ