Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dağ İlməzli məktəbi - erməni işğalında qalmış böyük tariximizin bir səhifəsi...
Tarix: 17.02.2016 / 01:30
Bölmə: Sosial
"Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır"
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Tarixi
İlməzli İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənddir. Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.
Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə qədim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik forması olan maz sözündən əmələ gəlmişdir. Azərbaycan dilində r~z səs əvəzlənməsinin (yor~ yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd etmək olar ki, maz, mar sözünün fonetik formasıdır. Mürəkkəb quruluşlu toponimdir.
Mədəniyyəti
İlməzli kəndi Dağ Borçalının elmə, təsilə ən çox maraq göstərən kəndlərindən biri idi. Belə ki, İlməzli orta məktəbi o dövr üçün, demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi. Bundan başqa, İlməzli orta məktəbinin nəzdində internat da fəaliyyət göstərirdi ki, bu da kənar kəndlərdən gələn şagirdlər üçün nəzərdə tutulurdu.İlməzli orta məktəbində dövrünün çox savadlı müəllim kollektivi var idi.
Əhalisi
Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914-cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 1931-ci ildə 565 nəfər, 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır.
Qeydlər "Vikipediya"dan götürülüb
Bəlkə də çox gecdi, daha doğrusu, itirdiklərimizi yazıya almaqda hər birimiz gecikmişik. Hələ dünyanın düz vaxtında doğulduğumuz torpaqların tarixi, toponimi, folkloru haqqında heç nə bilmədik. Nə demədilər, nə də ki, öyrənmək istəmədik. Bir də ayıldıq ki, sonuncu deportasiya dalğasının qurbanına çevrilmişik. Dərdə baxın ki, doğma yurddan didərgin salınan qardaşın birinə qaçqın, digərinə məcburi köçkün dedilər..
Sapı özümüzdən olan balataların köntöy baxışları, tənəli sözləri ilə də üzbəüz gəldik. İtirdiklərimizin ağrısı, acısı illər sonra içimizi elə göynətdi ki, heç doğma yurd yerlərində soyuq sularından içdiyimiz bulaqların suyu dişimizi elə göynətməmişdi. Alnımıza Vətənsizlik damğası vuruldu. Ürəyimizdən paslı qıfıllar asıldı. 1813-dən bəri pələsəng olanların sırasına qatıldıq. Bir az da ağrılı desəm, diriykən : "Yüz ilin, min ilin ölüsünə qarışdıq". Əbəs yerə deməyiblər: "Vətənsiz insan cansız bədən kimidir".
Belə notlarla başlamağıma görə, yəqin ki, məni qınamazsınız. Məqsədim heç də böyüklərimizi, ağsaqqallarımızı, ağbirçəklərimizi qınamaq deyil. Qınamıram ki, niyə dəmiri isti-isti döyməyiblər, niyə səslərini çıxarıb dünyaya hay salmayıblar.
Bilirəm, yaxşı bilirəm ki, dünyanın gözünü kor ediblər. O haqqı görənləri və deyənləri eşitmək istəmir. Dilinə, dininə görə ayrıseçkilik bizi fəlakətə sürükləyir. Təəssüflər ki, hələ də nüvə silahları ilə öyünürük. Görəsən dünyanı məhv etməyin fərqindəyikmi?
Bütün bunlar öz yerində. İllər öncəyə qayıtmağıma, keçənləri xatırlamağıma, mənə bunları yazıya almağa vadar edənlərə "çox sağ olun" demək istəyirəm.
Onlar Bakıda doğuldular. Canım Azərbaycanımın Baş Kəndində. Mən isə indi Ermənistan adlanan qədim Azərbaycan torpaqlarında, adına Dağ İlməzli deyilən, böyük ürəkli insanların doğulduğu bir kənddə.
Tarixi türk yurdu, qədim Dağ İlməzli.
İnanıram ki, illər öncə zor gücünə ayrıldığımız yurd yerləri uca Allaha üz tutub dönməyimizi Ondan diləyəcəklər. Və biz o torpaqlara qayıdacağıq.
Əziz oxucum, mən sənə Dağ İlməzli kəndinin yaranması haqqında geniş məlumat verə bilməsəm də, 1988-ci ilə qədər həmin kənddə fəaliyyət göstərmiş azərbaycanlıların oxuduğu təhsil ocağının yaranma tarixindən bəhs edəcək, Azərbaycanın ictimai, siyasi və iqtisadi həyatında, elmi tərəqqisində böyük xidmətləri olan məzunlarından söhbət açacağam.
Bu sətirlərin müəllifinə sözügedən məktəbin məzunu olmaq qismət olmasa da (sonuncu deportasiya imkan vermədi), məktəbə ilk qədəmlərimi qoyduğum günü yaxşı xatırlayıram. Uşaq yaddaşında hər şey diri qalsa da, təəssüflər olsun ki, mənimlə birlikdə ilk dəfə parta arxasına əyləşən, sevinə-sevinə əlifbanın ilk hərflərini öyrənməyə can atan sinif yoldaşlarımı xatırlaya bilmirəm.
Bəlkə də anam Təmirova Güləbatın məktəbin müəllimi olduğu üçün İlməzli məktəbi mənə buna görə daha doğma, daha əziz idi...
Bu ideyamı gerçəkləşdirmək üçün xeyirdə-şərdə görüşdüyüm ilməzlilərlə bu barədə söhbət etdim, məlumat topladım. Bilirdim ki, məsuliyyətli və ağır bir işin qulpundan yapışmışam. İşlərimin çoxluğuna baxmayaraq, bu da vətənə xidmət, itirdiklərimizə sayğıdır deyib araşdırmağa, axtarmağa başladım.
İlk üz tutduğum ilməzlilərin daha sıx məskunlaşdığı Şamaxının Günəşli (Saqiyan) kəndi oldu. Bir az da obrazlı desəm, bu yaxınlarda qarlı bir qış günündə uzun illər İlməzli məktəbində müəllim, direktor işləmiş Şəmistan Şəmilovun qapısını döydüm.
Qışın soyuğuna baxmayaraq, əli bu gün də işdən-gücdən soyumayan müəllimin ömür-gün yoldaşı Simnaz nənəyə: "Şəmistan müəllim evdədimi", - deyəndə hiss etdim ki, xəyal onu çox uzaqlara apardı. "Deyəsən, tanımadınız", - dedim. Gülümsədi. "Yox, oxşatdım. Bizim kənddə Ağbaba mahalından Güləbatın adlı bir müəllim vardı, Xoca kişinin gəlini, səni ona oxşatdım.". "Bəli, mən Xoca kişinin nəvəsiyəm. Atamın adı da Ziyadxandır". Simnaz nənə boynumu qucaqlayıb dərin bir ah çəkdi.
...Şəmistan müəllim məni tanımadı. 80-nin belini qıran müəllim üzümə baxa-baxa yaddaşını alt-üst edib məni tanımağa çalışırdı. Tanışlıq verdim...
"Ayə, Təmirov, sən məni necə tapdıın", - deyib gözlərinin yaşını sildi. Süfrəyə çay gələnə qədər dinib-danışmadı. Kövrəlmişdi...
Handan-hana dillənib valideynlərimi, qardaşlarımı, nə işlə məşğul olduğumu xəbər aldı.
Gəlişimin məqsədi onu çox sevindirmişdi. Yarı zarafat, yarı ciddi: "Bilirdim ki, Təmirovlardan kimsə Dağ İlməzlinin, onun sözün əsl mənasında, elm ocağı olmuş məktəbinin haqqında yazacaq. Və nə yaxşı ki, sən axtardın, sən aradın, sən yazacaqsan", - dedi...
Beləcə, illərdən-illərə körpü salıb Dağ İlməzliyə qayıtdıq, toylu-düyünlü, xınalı-xonçalı, şirinli-acılı xatirələri çözələdik.
Şəmistan müəllim deyir ki, Dağ İlməzli məktəbinin əsası 1927-ci (1929) ildə qoyulub. Məktəb əvvəllər bir mərtəbədən ibarət olub. 1961-ci ildən sonra şagirdlərin sayı çoxaldıqca ikinci mərtəbənin tikintisinə başlanıb. Məktəb tam hazır olandan sonra, ilməzlilərlə yanaşı, ətrafdakı kəndlərdən-Soyuqbulaqdan, Çüçəkənddən, Qızıldaşdan, Mollaevlidən, Qaraisadan, Qalağalıdan bura 10 illik təhsil almağa gəliblər. Hətta onların burada dərsdən sonra qalmaları üçün internat da tikilibmiş. Yerli kadrlar olmadığı üçün əvvəllər məktəbdə İrəvandan gələn müəllimlər dərs deyirmiş. Sonradan kadr çatışmazlığı yerli kontingentin hesabına aradan qaldırılır və beləcə, İlməzli məktəbi güclü təhsil ocağı kimi ad-san qazanır. İrəvandan gələn yoxlamaları heyrətə gətirən səbəblərdən biri də məktəbin məzunlarının əksəriyyətinin İrəvanda, Bakıda, Gəncədə ali məktəblərə qəbul olunmasıydı.
Əlbəttə, bütün bunlar İlməzli məktəbinin savadlı, öyrətməyi bacaran müəllimlərinin uğurundan, fədakar əməyindən xəbər verirdi.
İlməzli məktəbində 1980-ci ildən sonra erməni dili də tədris olunmağa başlayıb. Yaxşı xatırlayıram. Anam kimya-biologiya fənni ilə yanaşı, erməni dilini də tədris edirdi. Yəni biz düşmənin dilini onlardan qat-qat yaxşı bilirdik...
Məlumat üçün bildirim ki, Azərbaycan dilçiliyində öz dəst-xətti olan akademik Afat Qurbanov, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Mövlud Süleymanlı və bir çox tanınmış elm xadimləri İlməzli məktəbinin məzunlarıdır.
Və bu ziyalıları yetişdirən Sədi müəllimin, İlyas müəllimin, Mədəd müəllimin, Xalid müəllimin, Müsəllim müəllimin, İmdad müəllimin, Vəliyəddin müəllimin, Hacı müəllimin, Rüstəm müəllimin, Mustafa müəllimin adını hörmətlə anırıq.
Xüsusi qeyd etmək istəyirəm ki, Dağ İlməzlidə "Dəlimözdülər" və "Kazımovlar" kimi tanınan nəsillərin nümayəndələri elm sahəsində çox böyük uğurlara imza atıblar.
Onu da diqqətinizə çatdırım ki, məktəbin məzunları sonradan kəndə qayıdıb müəllimləri ilə çiyin-çiyinə müxtəlif fənləri tədris ediblər.
Oxucuların marağına səbəb olacaq daha bir faktı xatırlatmaq istəyirəm. Kalinino rayonunda (İndi Taşir adlanır) azərbaycanlıların təhsil alması üçün 10 illik tam orta məktəb rayonda və ətraf kəndlərdə yaşayan azərbaycanlıların təkidi və şübhəsiz ki, Moskvanın icazəsi ilə 1975-ci ildə açılıb.
Bu kiçik yazımda Dağ İlməzli məktəbi və onun məzunları ilə sizləri tanış edə bildimsə, nə mutlu mənə.
İnşallah, yaxın gələcəkdə, "Dağ İlməzli məktəbinin müəllimləri və məzunları" adlı toplu ilə görüşünüzə gələcəyik. Bax, onda bir-birimizi daha yaxından tanıyacağıq.
Hafiz Təmirov (Hacxalıl),
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ