Bazar ertəsi günü, 16 noyabr 2026
     

Azərbaycanda erkən nikaha görə 52 cinayət işi açılıb

Image


Azərbaycanda 2015-ci ildə erkən nikah hallarına görə 52 cinayət işi açılıb. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Məcburi erkən nikahların baş verməsi halları ilə bağlı komitəyə Azərbaycanın regionlarından ərizələrin daxil olduğunu deyən E.Səfərov qeyd edib ki, son bir neçə il ərzində komitənin regional mərkəzləri tərəfindən 30-dan çox erkən nikah faktının qarşısı alınıb. Hər fakt üzrə zorakılığın qarşısının alınması üçün tədbirlər görülüb.

O, əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tələbə qəbulunda gender məsələləri ilə bağlı apardığı araşdırmaların nəticələri də bəzi rayonlarda erkən nikahlarla bağlı vəziyyətin o qədər də uğurlu olmadığını göstərir: "Biz ölkənin gender xəritəsində cənub, cənub-qərb regionları və Bakının ətrafındakı ümumi təhsil müəssisələrinin 9-11-ci siniflərində qızların sayının azaldığını görürük. Bu sahədə ciddi addımların atılması üçün təşəbbüslər irəli sürmək lazımdır”.

E.Səfərov qeyd edib ki, dünyanın 158 ölkəsində nikaha daxil olma yaşı 18-dir. Avropanın 40 ölkəsində isə qadın və kişilər üçün bərabər yaş senzi tətbiq edilərək 18 və daha çox yaş müəyyən edilib: "Məsələn, Fransa, Finlandiya və Braziliyada nikah yaşı 21 yaşa bərabərdir. Lakin bəzi ölkələrdə müəyyən istisnalar da nəzərdə tutulub. Məsələn, Xorvatiya, Serbiya və İspaniyada məhkəmənin icazəsi ilə, Gürcüstan, Sloveniya, Böyük Britaniyada isə valideynlərin icazəsi ilə 16 yaşda nikaha daxil olmaq olar. Nikah yaş senzinin enməsi üçün bəzi ölkələrdə valideynlərin, bəzilərində isə məhkəmənin razılığı tələb olunur. Demək olar ki, bütün müsəlman ölkələrində də nikah yaş senzi 18 yaş müəyyən edilib. Məsələn, Qazaxıstan, Qırğızıstan, Mərakeş və başqa müsəlman ölkələrində nikah üçün yaş senzi 18 ildir. Tunisdə isə kişilər və qadınlar 20 yaşda nikaha daxil ola bilərlər”.

Komitə rəsmisi deyib ki, 2011-ci ildə Azərbaycanda qadın və kişilər üçün nikah yaşı bərabərləşdirilərək hər ikisi üçün 18 müəyyənləşdirilib. Üzrlü səbəblər olduğu halda nikah yaşı 1 il azaldıla bilər: "2009-cu ildə Komitə BMT-nin Uşaq Fondu ilə birgə erkən nikahlarla və Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə aid tədqiqat keçirdi. Bu tədqiqat çərçivəsində şəhərlərdə və ölkənin regionlarında erkən nikahlarla bağlı cari vəziyyət qiymətləndirildi. Tədqiqatın nəticələri zamanı ölkənin qanunvericiliyində bəzi boşluqlar aşkar edilmişdi və onların aradan qaldırılması üçün təkliflər də hazırlandı”.

"Məcburi erkən nikah faktı ətraflı araşdırılmalıdır”

Cəmiyyətdə belə stereotip formalaşıb ki, erkən nikahlar doğumun artımına təsir edir. Lakin, bu, belə deyil. Dünyada erkən nikah 30%-dən çox halda ananın və ya uşağın ölümü, yaxud uşağın fiziki xəstəliklərlə doğulması ilə başa çatır.

BMT-nin məlumatına görə, inkişaf edən ölkələrdə 15-19 yaşlı qızların ölümünün əsas səbəbi hamiləliyin və doğuşun mürəkkəbləşməsidir. Hər il 16 milyon yeniyetmə qız uşaq dünyaya gətirir ki, onların da təxminən 90%-i artıq ərdə olmuş olur. YUNİSEF-in qiymətləndirmələrinə görə, həmin qızların təxminən 50 000-i ölür. Belə ölüm hadisələri, əsasən, gəlir səviyyəsi aşağı və orta olan ölkələrdə baş verir.

Erkən nikahlar qızların təhsilinin effektiv tamamlanmasına mane olur, onları peşəkar və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı imkanlardan məhrum edir, erkən hamiləliyin baş verməsi riskini yaradır, qızların seksual zorakılığa məruz qalması riskini yüksəldir.

Erkən nikahlar yalnız nikaha daxil olan şəxslərin həyatına deyil, həm də gələcək nəsilə, onların fiziki sağlamlığına təsir göstərir.

E.Səfərovun sözlərinə görə, Azərbaycanda 15-17 yaşlı qadınlar tərəfindən 2008-ci ildə 3633 uşaq, 2009-cu ildə 3538, 2010-cu ildə 4103, 2011-ci ildə 4392, 2012-ci ildə 3236, 2013-cü ildə 2855, 2014-cü ildə isə 3296 uşaq doğulub: "Göründüyü kimi, erkən nikahlardan doğulan uşaqların sayı artmır, bu sahədə müsbət tendensiya var. Erkən nikahların sayının azadılması üçün dövlət tərəfindən edilən təşəbbüslər müsbət nəticələr verir. Lakin erkən nikahlardan doğulan uşaqların sayı azalsa da, məcburi erkən nikah faktı hər halda ətraflı araşdırılmalıdır”.

"Dövlət idarələri tez-tez erkən nikah hadisələrini yalnız uşağın doğulması və onun qeydiyyatı zamanı aşkar edə bilir”

E.Səfərovun sözlərinə görə, Azərbaycanda erkən nikahlar və məişət zorakılığı üzrə məlumatların toplanılmasında obyektiv çətinliklər var: "Təəssüf ki, çox qurbanlar, həmçinin onların valideynləri bəzi səbəblərə görə bu faktları gizlədirlər. Məsələn, dövlət idarələri erkən nikahları yalnız uşağın doğulması və onun qeydiyyatı zamanı aşkar edə bilir. Bu problemlər yalnız ailənin, yaşayış yerinin problemi deyil və ya hansısa başqa səbəblərlə bağlı deyil. Əsas problem və səbəb cəmiyyətdə hələ də çox güclü olan stereotiplərdir”.

O, qeyd edib ki, hazırda ölkədə məişət zorakılığının qarşısının alınması üzrə möhkəm qanunverici baza yaradılıb. Eyni zamanda, məişət zorakılığının və erkən nikahlara operativ reaksiya verməyə imkan verən regional monitorinq komissiyaları təsis edilib. Monitorinq komissiyaları məişət zorakılığı ilə mübarizə sahəsində regionlarda dövlət təşkilatlarının fəaliyyətini birləşdirməyə və erkən nikah faktlarının qarşısını almağa imkan verir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ