Cümə axşamı günü, 01 oktyabr 2026
     

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Image


İbrət alınacaq keşməkeşli bəşər tarixi göstərir ki, müxtəlif dünyagörüşə, dini-sakral baxış və milli-mənəvi dəyərlərə malik xalqlar həmişə bir-birilə ünsiyyət bağlamağa, ortaq mədəni dəyərləri bölüşməyə, sosial-iqtisadi əlaqələri qurmağa çalışıblar. Məhz bu nəcib təşəbbüslərin nəticəsi kimi dünyanı sarsıdacaq bir çox fəlakətlərin, müharibə və münaqişələrin qarşısı alınıb.
Bu baxımdan fərqli mədəniyyət və dini dünyagörüşlər arasında ortaq təmas nöqtələrinin inkişafı qloballaşan müasir dünyada sülhün, sabitliyin və dinc yanaşı yaşamağın qarantı kimi vacib amilə çevrilib.
Tarixən başqa millət və dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq xalqımızın milli-mənəvi və islami dəyərlərindən qaynaqlanır. İftixarla qeyd edək ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb. Hazırda bu dəyər millətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi üçün müstəqil Azərbaycanın prioritet istiqamətlərindən biridir.
Tolerantlığın geniş məna tutumuna lakonik izah verən mərhum prezident Heydər Əliyev deyib: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyat və mədəniyyətlərinə dözümlülük deməkdir".
Müstəqilliyimizin ilk illərində mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan Konstitusiyada (1995-ci il) cəmiyyətdə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının bərqərar olması istiqamətində xüsusi maddələr təsbit olundu. 2009-cu ildə isə Konstitusiyanın 18 və 48-ci maddələrinə edilən əlavə və dəyişikliklər hər bir Azərbaycan vətəndaşının vicdan azadlığının daha etibarlı qorunmasına xidmət etdi. Və nəhayət, "Dini etiqad azadlığı haqqında" AR Qanununa edilən düzəlişlər bu sahədə mövcud olan hüquqi aktların işləkliyinə stimul verməklə, "Azərbaycan modeli"nin örnək kimi qəbul edilməsinə şərait yaratdı. Nəticədə müstəqilliyimizin ilk illərində bizə tolerantlıqdan tövsiyə və bəzən də qəbuledilməz tələblər edən müasir Qərb politoloqları artıq Avropadakı dini-etnik qarşıdurmaları səngitmək üçün ölkəmizin tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Arqumentlərimizi 4 il bundan qabaq Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan modeli haqqında səslənən obyektiv fikirlər təsdiq edir.
Hər sahədə olduğu kimi, dini və milli tolerantlıq istiqamətində aparılan islahatlar ölkəmizdə bu sahədə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaratdı. Bakıda "Sivilizasiyaların dialoqu", "İslamda dözümlülük" mövzusunda keçirilən beynəlxalq konfranslar, İSESKO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, paytaxtımızda müxtəlif beynəlxalq humanitar forumların, İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı və digər mötəbər tədbirlərin keçirilməsi dövlətin bu sahədə apardığı siyasətin tərkib hissəsinə çevrilməsini təsdiq edir. Ölkəmizdə bütün milli və dini azadlıqların durumunu xarakterizə edən Prezident İlham Əliyev deyib: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır". Fərəhlə qeyd edək ki, əldə etdiyimiz bu nailiyyət barədə insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında xüsusilə qeyd olunub.
Bütün bunlarla yanaşı, o da qeyd edilməlidir ki, istər müstəqilliyimizin ilk illəri, istərsə də hazırkı dövrdə bəzən dini təbliğin Quran hikməti və bəşər qanunları vəhdətində yetərincə olmaması səbəbindən müəyyən daxili və xarici ekstremist qüvvələr məharətlə istifadə edib və indi də buna cəhd edirlər. Belə ki, keçən əsrin 90-cı illərində Bakı və Sumqayıtda fəaliyyət göstərən "Əbu Bəkr" məscidləri, onlarla azərbaycanlı gəncin İŞİD quruplaşması sırasında "cihad" etməsi, Bakının Nardaran qəsəbəsində baş verən antidövlət, antimilli hadisələri dini ekstremizmin nəinki vətəndaşların, ümumən dövlətin təhlükəsizliyinə ciddi təhdid olduğunu göstərdi. Bununla əlaqədar olaraq 2015-ci il dekabrın 25-də "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanun qəbul edilməsini xüsusilə vurğulamaq lazımdır. Bu qanunun qəbulu ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən etməklə yanaşı, həm də dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanları və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirdi. Qeyd edək ki, Azərbaycan Respublikasının indiyədək qoşulduğu bir sıra beynəlxalq konvensiyalar, qəbul etdiyi qanunlar da terrorçuluğun, ekstremizmin bütün təzahürlərinə qarşı mübarizəni nəzərdə tutur.

Multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, fəqət, xalqımızın əxlaq kateqoriyasına çevrilən bu dəyər hazırda özünün intibah dövrünü Azərbaycan mühitində yaşayır.
Məlumdur ki, bu il Azərbaycanda multikulturalizm ili elan olunub. Bu həm də mərhəmət, şəfqət və xoşməramlılıq ili kimi bütün dünyaya ölkəmiz tərəfindən göndərilən bir mesajdır. Deməli, Prezident İlham Əliyevin: "Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq" fikrinə uyğun olaraq respublikamız öz enerji, iqtisadi və milli təhlükəsizliyini qorumaqla yanaşı, multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizliyin ümumi mahiyyəti, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunmasından ibarətdir. Burada əsas prinsip ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəldilməsi, bütün xalq və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək verilməsidir.
Qeyd edək ki, cari ilin multikulturalizm ili elan edilməsi ilə əlaqədar artıq beynəlxalq tədbirlərə start verilib. Belə ki, fevralın 8-dən 15-dək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş- 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb. BBMM-nın şöbə müdiri Hikmət Babayevin açıqlamasına görə, Bakı, Quba, Xaçmaz və Qusarda keçirilən tədbirlərdə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya və Gürcüstanın ali təhsil ocaqlarından professor-tələbə heyətləri iştirak edirlər. Hazırda qış məktəbinin tədris hissəsində "Almaniya multikulturalizminin aktual məsələləri və Azərbaycan təcrübəsi", "Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi", "Yeni dünya nizamı və multikulturalizm" və digər mövzularda mühazirələr dinlənilir. Qeyd edək ki, yaxın günlərdə AMEA-nın nəzdində multikulturalizm problemləri üzrə elmi-tədqiqat virtual mərkəz və digər qurumlar da təsis ediləcək.

Müstəqillik dövründə xalqımızın öz kökü və islami dəyərlərə qayıdışı, insan haqq və azadlıqlarının qanunla qorunması nəticəsində əldə etdiyimiz dini-dünyəvi tolerantlıq və multikulturalizmin örnəkliyi həm də cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə, müxtəlif inanclara sahib ölkə vətəndaşlarının bütövlüyü və birliyinə xidmət edir. Qloballaşma şəraitində həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların ölkəmizə uzunmüddətli sərmayə qoyması da şübhəsiz ki, ölkədəki daxili sabitlik və onu reallaşdıran dini və milli tolerantlıq sayəsində mümkün olub.
Təəssüf ki, tolerantlıq və multikulturalizm sahəsindəki uğurlarımız düşmənlərimiz və qərəzli opponentlərimizi rahat buraxmır. Antiislam və anti-Azərbaycan siyasəti yürüdən bu dairələr, əksinə, XXI əsrdə(!) ABŞ-da qaradərililərə qərəzli münasibətə, Avropada müsəlmanların müqəddəs dəyərlərinin təhqiri və miqrantların aşağılanmasına və s. neqativ hallara reaksiya vermirlər. Maraqlıdır ki, müsəlman ölkələrinə demokratiya dərsləri verən Qərbin beynəlxalq təşkilatları yaxın keçmişə qədər yaşadıqları Avropada tolerantlığın vəziyyəti, müsəlmanlara qarşı diskriminasiyaya aid faktların olması haqqında hesabatlar hazırlamırdılar. Belə hesabatlar Azərbaycan və bir sıra dövlətlərin haqlı tələbilə yalnız son illərdə hazırlanır. Qərbsayağı demokratiyanın ölkələrə zorla tətbiq olunmasının yolverilməzliyini dərk edən AŞPA-nın yeni sədri Pedro Aqramunt bu yaxınlarda deyib: "Avropanı təkəbbürlü olmamağa və Qərbsayağı demokratiyanı ölkələrə zorla diktə etməməyə çağırıram. Biz belə hallardan çəkinməliyik. Hər ölkənin öz tarixi və inkişaf yolu olduğundan, Qərbsayağı demokratiya modelini hansısa ölkəyə zorla tətbiq etdirməməliyik... Çünki biz bu cür siyasətimizlə bir çox ölkələri özümüzdən uzaqlaşdıra bilərik".
Tarixi dünyəvi - dini dəyərlərini, sivilizasion irsini və qanunun aliliyini qoruyan müasir Azərbaycan hazırda dünyanı sarsıdan çətin sosial-iqtisadi-siyasi şəraitdə dünya hüquq məkanına uğurla inteqrasiya edir. Müxtəliflikdə bir harmoniya olan Azərbaycanın tolerantlıq modeli artıq bu məkanda təkcə mənəvi borca deyil, eyni zamanda millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün siyasi və hüquqi tələbata çevrilib. Azərbaycanda tolerantlıq dil, din, düşüncə və irqindən asılı olmayaraq hər bir vətəndaşa, diskriminasiyaya məruz qoymadan sosial-iqtisadi inkişaf üçün şərait yaradan və qanunla qorunan ləyaqətliliyin özüdür, yaşam tərzidir. Bunu 2015-ci il noyabrın 18-də Stokholmda keçirilən "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda keçirilən beynəlxalq konfrans bir daha sübut etdi. Əminəm ki, bunu 2016-multikulturalizm ilinin nəticələri də sübut edəcək.
Vaqif CƏLİLOĞLU, T.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ