Cümə axşamı günü, 01 oktyabr 2026
     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Image


İnsan doğulandan dünyadan köçənə qədər öyrənmək, öyrəndiyini paylaşmaq istəyi ilə yaşayır. Uşaqlar hər şeylə maraqlanır, gözü ilə gördüklərini, eşidib hiss etdiklərini maraqla, hətta bir qədər tələskənliklə öyrənir, sonra da böyüklərə suallar ünvanlayıb daha çox məlumat almaq istəyir. Əlbəttə, uşaqları maraqlandıran, diqqətini cəlb edən hər bir hadisəyə, məsələyə ətraflı izah verməliyik, əks təqdirdə onları nigaran qoymuş olarıq.
Uşağın mənəvi inkişafı, təfəkkürünün formalaşması, sağlam düşüncəsi, bunların daha da cilalanması, formalaşdırılması erkən yaş dövründən həyata keçirilməlidir. Övladının sağlam düşüncəli olmasını, onun gələcəyini aydın, işıqlı görmək istəyən hər bir valideyn uşağının ilk olaraq mənəvi inkişafına xüsusi diqqət yetirməlidir. Elə bir dövrdə yaşayırıq ki, uşağın cəmiyyətə qorxusuz buraxılması böyük problem kimi qarşımızda durur. Biz valideynlərin əsas vəzifələrindən biri sağlam mənəviyyatlı, sağlam düşüncəli uşaqlar, gənclər yetişdirməkdir. Bugünkü uşaq sabahkı gəncdir və onun mənəviyyatı körpəlikdən cilalanır. Bu gün qarşımızda ciddi məsələlər durur. Necə edək ki, internet resursları bolluğunda, çeşidli texnologiyaların həyatımıza, ailəmizə daxil olduğu bir zamanda, sosial şəbəkələrin, zərərli qrupların virtual aləmdə mövcud olduğu halda ziyanlı vərdişlərdən uzaq uşaqlar böyüdə bilək. Nəzərə alsaq ki, zərərli vərdişlər daha çoxdur, bu halda hər kəsin narahatlığı təbii qarşılanmalıdır. Bu qayğılar var və bizi narahat edir. Ancaq bundan üstün olan müsbət meyllər də var ki, bunlar uşaqların yetişməsinə, gələcəyinə nikbin baxmağımıza kömək edir, bizi qayğıların pəncəsindən qoparır. Uşaq və gənclərin mənəvi-fiziki inkişafından danışırıqsa, burada mütləq saysız müsbət təsirləri qeyd etməliyik. Uşaq və gənclərin mənəvi-fiziki inkişafında rolu olan faktorlar çoxdur. İlk olaraq vurğulayaq ki, uşaqların mənəvi inkişafının birinci mərhələsi ailə ilə bağlıdır. Ailədəki ab-hava, atmosfer, valideynlərin münasibəti uşaqların mənəvi inkişafına xüsusi təsir edir. Bu təsir həm müsbət, həm də mənfi tərəfdən özünü göstərə bilər. Ailə mühiti sağlamdırsa, bu sözsüz ki, özünü müxtəlif istiqamətlərdə büruzə verəcək, sağlam deyilsə, travmatik zədə kimi uşağı izləyəcək. Bu gün cəmiyyət sağlam insanlara ehtiyac duyur. Mənəvi-fiziki baxımdan sağlam olan vətəndaş dövlətə başucalığı gətirər. Azərbaycanda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki tərbiyəsinin inkişafına, formalaşmasına xüsusi əhəmiyyət verilir. Uşaq və gənclərin mənəvi tərbiyəsinin formalaşmasını həyata keçirən əsərlər, kitablar, şeirlər o dərəcədə sağlam olmalıdır ki, uşaqlarda humanizm formalaşdıra bilsin. Məktəbəqədər təhsil müəssisələrində, orta məktəblərdə uşaqların mənəvi tərbiyəsinin inkişafına son illər daha çox qayğı ilə yanaşılır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət uşaq və gənclərin mənəvi və fiziki inkişafına təkan verir. Hazırda uşaq bağçalarında uşaqların mənəvi tərbiyəsinin formalaşmasına səbəb olan vəsaitlərdən istifadə edilir, uşaqlara şeirlər, nağıllar öyrədilir, onlara yaxşı və pisin fərqləri izah edilir, dövlətimiz, bayrağımız sevdirilir.
Uşaq və gənclərin mənəvi və fiziki inkişafından danışırıqsa, mütləq bu məsələyə ətraflı yanaşmaq lazımdır. Bilirik ki, uşaqların öz vaxtını necə keçirməsi bir sıra hallarda valideyndən asılıdır. Uşağın rejimini ata-ana müəyyənləşdirir. Buna təbii yanaşmaq lazımdır. Ümumiyyətlə, mütəxəssislər uşaq və gəncləri iki qrupa bölür. Birinci qrupa vaxtını səmərəli keçirən, öz inkişafı üçün çalışan, özünü daim təkmilləşdirən gənclər, ikinci qrupa isə vaxtını boş əyləncələrə sərf edən gənclər daxildir. Bu uşaqlara da aiddir. Yəni uşaqlar da vaxtını ya dərs oxumağa, xarici dil öyrənməyə, intellektual oyunlar oynamağa, müxtəlif yaradıcılıq dərnəklərində məşğul olmağa, ya da kompyuter oyunlarına sərf edir. Ekspertlər bildirir ki, bəzi gənclər sosial şəbəkələrdə boşuna vaxt keçirir. Bu da onu deməyə əsas verir ki, heç də hər gənc sosial şəbəkələrdən səmərəli istifadə etmir. Bununla yanaşı, xalqa, cəmiyyətə, ətrafındakılara fayda verə bilən gənclər də çoxdur. Hər kəs bilir ki, dövlət uşaq və gənclərin inkişafına böyük qayğı ilə yanaşır. Yerli televiziyalar məktəblilər və tələbələr üçün intellektual yarışlar keçirir. Bu yarışlar uşaqların formalaşmasına, məlumatlanmasına, gələcəyə daha inamla addımlamasına stimul verir, şərait yaradır. Qeyd etmək lazımdır ki, savad, intellekt hər dövrün gəncində o dövrə uyğun şəkildə inkişaf edir. Mütəxəssislər hesab edir ki, müasir Azərbaycan gəncləri əxlaqi cəhətdən bir çox ölkələrdən irəlidədir. Həmçinin savadlı, peşə sahibi olan gənclərimizin səviyyəsi də əksər mütəxəssisləri qane edir. Gənclərin mənəvi inkişafında sabaha inam hissi xüsusi götürülməlidir. Onlarda sabaha inamı yaşlı nəsil
və dövlət formalaşdırmalıdır. Hesab edirik ki, dövlət öz üzərinə düşənləri proqram xarakterli məqsədyönlü layihələrlə reallaşdırır. Bilirik ki, son illər ölkəmizdə idmana, uşaq və gənclərin fiziki sağlamlığına böyük diqqət yetirilir. Mütəxəssislər bildirir ki, müasir gənclərimizin fiziki cəhətdən inkişafına təsir edən amillərə idman, təmiz hava, gəzinti kimi məsələlər daxildir. Bilirik ki, uşaq və gənclərin mənəvi inkişaf üçün savadı artıran kitablar, sərgilər, festivallar keçirilir, bilik yarışları təşkil edilir. Bundan başqa, təbiətlə tanışlıq da, tariximizi öyrənmək, xalqımızın yaratdıqları haqqında məlumat əldə etmək də gənclərin mənəviyyatına zənginlik gətirir.
Məlumdur ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Sirr deyil ki, ortada kifayət qədər uğurlar, dəyərli nəticələr var. Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramını, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını qeyd edə bilərik. Adıçəkilən sənədlər çərçivəsində çox işlər görülüb və görülməkdədir. Uşaq və gənclərin fiziki tərbiyəsində dövlətin gördüyü işlər misilsizdir. Əvvəlcə onu deyək ki, hazırda ümumtəhsil orta məktəblərinin, eləcə də kollec və ali təhsil ocaqlarının əksəriyyətində tələb olunan avadanlıqlarla təchiz olunan idman zalları fəaliyyət göstərir. Bu zallarda uşaq və gənclər öz fiziki sağlamlığının qeydinə qalır. Bundan başqa, qəsəbələrin çoxunda ayrıca idman zalları, futbol meydançaları var və bu məkanlarda da uşaq və gənclərin aktiv olduğunu müşahidə edirik. Bu gün fiziki inkişafla bağlı görülən tədbirlər sırasında idmanın inkişafına strateji yanaşma mövcuddur. Bu sahədə nəzərdən qaçmayan çox incə məqamlardan biri odur ki, gənclərin fiziki sağlamlığına yalnız paytaxtda və iri şəhərlərdə deyil, bölgələrdə, ucqarlarda, əyalətlərdə də ciddi fikir verilir. Son illər Azərbaycanın ən ucqar rayonlarında belə ən müasir standartlara cavab verən idman zalları və qurğuları dövlətin maliyyəsi və dəstəyi hesabına vətəndaşların, əsasən də yeniyetmə və gənclərin istifadəsinə verilir. Bu az iş deyil. Bəlli olduğu kimi, bu qurğularda məşq edən uşaq, yeniyetmə və gənclər arasında xeyli sayda peşəkar idmana gələnlər var. Bakı ilə yanaşı, bölgələrdə də ən yeni idman texnologiyaları ilə təchiz edilən olimpiya kompleksləri tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq aləmdə, ən mötəbər yarışlarda əldə etdiyi idman uğurlarına görə idman ölkəsi olaraq tanınır. Bu da dövlətimizin böyük uğurlarındandır. İdman hər bir dövləti tanıdan, təbliğ edən bir sahədir. Qeyd etdiyimiz kimi, ölkəmizin də bu sahədə xeyli nailiyyəti var.
Azərbaycanda uşaq və gənclərin mənəvi-fiziki inkişafını təhlil edərkən görülən işlərə qol-qanad, rövnəq verən çoxlu sayda faktla üzləşirsən. Uşaqlardan, onların məşğuliyyətindən, əqli, mənəvi, fiziki inkişafından danışırıqsa, burada məktəbəqədər təhsil ocaqlarının, uşaq intellekt kurslarının fəaliyyətini də vurğulamalıyıq. Uşaq bağçalarının bir çoxunda uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Dövlət nəzarətində olan uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompyuterlə, stolüstü elektron oyun vasitələri ilə təmin edilib. Bu gün dövlət uşaq bağçalarına xüsusi diqqət yetirir. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir. Sözümüzün canı odur ki, artıq uşaq bağçaları özünü təsdiqləyir və dövlətin uşaqlarla bağlı siyasətinə dayaq dura bilir. Xüsusi istedadı olan uşaqlara dövlətin diqqət və qayğısı yüksəkdir. Bir çox hallarda belə uşaqların istedadı bağçada üzə çıxır, onları müəllimlər istiqamətləndirir. Sevindirici haldır ki, 4-5, 6-7 yaşlı uşaqlar musiqiyə, rəqsə, yüngül atletikaya, gimnastikaya böyük maraq göstərir. Bu gün ayrı-ayrı musiqi ocaqlarında, idman qurumlarında məşğul olan uşaqların sayı günü-gündən çoxalır. Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar hazırlanıb həyata keçirilir. Bu layihələrin məqsədi dövlətin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə almasına, vətənpərvər vətəndaş kimi yetişməsinə yönələn siyasətini yerinə yetirməkdir. Azərbaycan dövlətinin bəlli gənclər siyasəti var və bu siyasətin də məqsədi, məramı aydındır. Gənclər siyasətinin əsas istiqamətlərindən danışarkən qeyd etməliyik ki, bu siyasət "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilib. Sənəddə gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması, fiziki inkişafı və digər əsas məsələlər yer alıb. Əlbəttə, bu kimi məsələlər gənclərə ciddi stimul verir.
Uşaq və gənclərin mənəvi və fiziki inkişafı haqda çox fikirlər söyləmək olar. Uşaqların, gənclərin bütün istiqamətlərdə sağlam yetişməsində mühitin də ayrıca yeri var. Sözsüz ki, yaşadığımız mühit kifayət qədər şəffaf olmalıdır ki, uşaq və gənclər özlərini tapsın. Bunun üçün də dövlət öz səylərini əsirgəmir, cəmiyyətin də bu mühüm məsələdə fəal olması lazımdır.
Uşaq və gənclərin fiziki-mənəvi inkişafı gələcəyimizin sağlam təməllər üzərində pərvəriş tapmasına əsasdır. Düşünürük ki, bu sahədə kifayət qədər uğurlar var və bu uğurların daha geniş miqyas alması arzuediləndir. Ailə, bağça, məktəb, cəmiyyət bu sahədə həmrəy olsalar, uğurlardan, nailiyyətlərdən, sağlam gələcəkdən danışa bilərik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ