Cümə axşamı günü, 01 oktyabr 2026
     

Tarixdə iz buraxanlar: Babək

Image


Görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi Babək Ərdəbil şəhəri yaxınlığındakı Bilalabad kəndində anadan olub. Atası tacir Abdullah, anası Bərumənd xanımdır. Tarixin ən böyük cahangirlərindən biri olan Babək uşaq ikən atasını itirib, anası Bərumənd xanım onu çətinliklə böyüdüb. Kiçik yaşlarında yetim qalan Babək feodalların mal-qarasını otarıb, sənətkar yanında şagird olub. Xalqın ağır həyatı onda yerli zülmkarlara, ərəb istilaçılarına və Xilafətə qarşı nifrət hissi oyadıb.
Abbasilər dövründə Azərbaycanda, eləcə də Xilafətin hakimiyyəti altında olan başqa ölkələrdə xalq kütlələrinin istismarı daha da güclənmişdi. VIII əsrin 90-cı illərində Azərbaycanda yadellilərə qarşı başlanan mübarizəni Xilafət qoşunları amansızlıqla yatırtdı. IX əsrin əvvəllərində ərəb zülmünə qarşı mübarizə yenidən gücləndi. Tarixdə Xürrəmilər hərəkatı adı ilə məşhur olan bu böyük kəndli müharibəsi 807-ci ildə Azərbaycanda başlayıb və tezliklə Həmədan, İsfahan, Rey və s. yerləri də əhatə edib. Xürrəmilər İslamı rədd edir, kəndliləri feodal əsarətindən qurtarmaq, "ümumi bərabərlik" yaratmaq barədə fikirlər irəli sürürdülər. Onların əsas məqsədi yadelliləri ölkədən qovmaq idi. Xürrəmilər hərəkatının bu dövrü Cavidanın adı ilə bağlıdır.
Bir dəfə Cavidan Zəncandan Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babəkin anasının evində qalır. Görür ki, onun müxtəlif tapşırıqlarını yerinə yetirən Babək çox bacarıqlı və zirək oğlandır. O, Cavidanın xoşuna gəlir, bu da gənc Babəkin gələcək müqəddəratını həll edir. Cavidan Babəkin anasına təklif edir ki, oğlunu ona qulluq etməyə versin, bunun müqabilində ona hər ay müəyyən məbləğdə pul ödəsin. Bərumənd xanım razılaşır, Babək də Bəzzə gedib Cavidanın malikanəsini idarə etməyə başlayır. Az sonra Cavidan öz daimi rəqibi Əbu İmranla vuruşmada ölümcül yaralanır və üç gündən sonra vəfat edir. Cavidanın gənc arvadı ərinin ölümündən sonra Babəklə danışır ki, Cavidanın tərəfdarlarına rəhbərliyi öz öhdəsinə götürsün. Sonra qadın Cavidanın tərəfdarlarını ölən rəhbərin yanına toplayıb deyir ki, onların ağası Cavidan ölüm ayağında ona bu vəsiyyəti edib: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir. Mən onu öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm."
Cavidanın tərəfdarları onun dul arvadının sözünə inanıb şərtlərini danışıqsız qəbul etdilər. Bundan sonra isə Babəkin icma rəhbərliyini qəbul etməsi mərasimi başlandı. Qadının əmri ilə bir inək gətirdilər, onu kəsdilər, dərisini soyub yerə sərdilər. Sonra dərinin ortasına bir şərab qədəhi qoyuldu, qadın da onun içərisinə çörək doğradı. Bu hazırlıq görüldükdən sonra qadın Cavidanın hər bir tərəfdarını adı ilə çağırmağa başladı və ona əmr etdi ki, dərinin üstünə çıxsın, qədəhdən bir tikə çörək götürüb yesin və onun ardınca bu sözləri təkrar etsin: "Mən Cavidanın ruhuna inandığım kimi, sənə də inanıram, ey Babəkin ruhu!" Bundan sonra hər biri Babəkin əlindən öpür və ona baş əyirdi. Sonra məclis quruldu. Bu məclisdə Bərumənd xanım Babəki öz yanında oturtdu və ona bir budaq reyhan verdi, bu isə kəbin mərasiminin simvolu idi. Mənbələrin məlumatına görə, bu əhvalat 816-cı ildə olub.
Cavidanın ölümündən sonra Xürrəmilər hərəkatına Babək başçılıq etdi (816-838-ci illər). Babək Bəzzdə Xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman onun tərəfdarlarının sayı çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun işarəsini gözləsinlər. İşarə veriləndə Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. O vaxtdan başlayaraq hərəkat sürətlə genişləndi. Piyada və süvarilərdən güclü xalq qoşunu təşkil olundu. Babəkin rəhbərliyi ilə xürrəmilər 20 ildən artıq yadelli qəsbkarlara qarşı müharibə apararaq Xilafətin 6 ordusunu darmadağın ediblər. Babəkin başçılıq etdiyi azadlıq müharibəsi Xilafəti zəiflətdi və onun parçalanmasını sürətləndirdi. Babək hərəkatı Yaxın və Orta Şərqdə ən qüdrətli antifeodal hərəkat idi. Üsyançılar yerli və ərəb feodallarının qüvvələrini əzdilər. Xürrəmilərin əsas kütləsini Azərbaycanın və qonşu vilayətlərin kəndliləri, sənətkarları və şəhər yoxsulları təşkil edirdi. Döyüşlərə xalq içərisindən çıxan sənətkarlar başçılıq edirdilər. Təkcə Azərbaycanın cənubunda və Deyləmdə Babək tərəfdarlarının sayı 300 minə yaxın idi. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-cı ilədək Xilafəti hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra xürrəmilər Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını uğurla seçib. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə edib, Xilafətdə arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşibdir. Dinəvəri bildirir ki, bu zaman "Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular, fəqət ona qalib gələ bilmirdilər. Babək onları dağıdır və onların sərkərdələrini öldürürdü". Məmun iyirmi illik hökmranlığı ərzində Xilafətdə çoxlu üsyanları yatırtmalı olub. O, üsyanların öhdəsindən gələ bilsə də, öz hökmranlığının axırlarında çox böyük bir ərazi tutan xürrəmilərə qarşı heç bir iş görə bilməyib. 833-cü ildə Xəlifə Məmun öz qardaşı Mötəsimi taxta vəliəhd təyin edərək və ona vəsiyyətnamə qoyaraq vəfat etdi. Bu vəsiyyətnamənin baş maddəsi xürrəmilərə qarşı müharibəyə diqqət vermək sərəncamı idi.
Mötəsim xəlifə elan edildikdən sonra, öz sələfindən fərqli olaraq, Babəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin gücünü bildiyinə görə, uzun sürən müharibəyə hazırlandı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına verdi. Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə türk mənşəli Afşin Heydər ibn Kavusu xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Afşinin ordusu ərzaq, sursat və silahla təchiz olundu.
Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaların bərpasını sürətləndirsin. Qalalar bərpa edildikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndə köçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. Paytaxtdan Ərdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarını xüsusi mühafizə bölmələri müşayiət edirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum təhlükəsini aradan qaldırmalı idi.
Babəkin öz doğma yerlərində vuruşan və bu yerlərə yaxşı bələd olan qoşunları qalaları möhkəmləndirməklə məşğul olan ərəb qarnizonlarına tez-tez hücum edirdilər. Əbu Səid Məhəmmədin qoşununa qarşı Müaviyənin komandanlığı altında bir xürrəmi dəstəsi göndərilmişdi. O, ərəblərin bir neçə istehkam məntəqəsinə basqın edib əsir tutaraq öz bazasına
qayıtdı. Əbu Səid öz qoşununu topladı və Müaviyənin dəstəsini təqib edərək Sindabay yerində ona çatdı. Vuruşmada ərəblər Müaviyənin dəstəsini məğlub etdilər. Əsir alınan xürrəmilərin başları kəsilib paytaxta göndərildi. Bu, xürrəmilərin Xilafətin nizami qoşunları ilə vuruşmada uğradıqları ilk məğlubiyyət idi.
836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Afşin başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxarmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan qış aylarını adətən Həştadsər dağı yaxınlığında, öz kəndində keçirərdi. Afşin casuslardan öyrənəndə ki, Tarxan Babəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşüb, bir casusunu onun ardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum edib onu öldürdü və başını kəsib Afşinə göndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük bir zərbə oldu.
Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını dəyişdi. Müharibənin müvəffəqiyyətinə inanmayan xəlifə Mötəsim Afşinə bir-birinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunları arasında komandana qarşı narazılıqlar başladı. Afşin, əsgərlərin narazılığına baxmayaraq, verdiyi sərəncamlarda daim xəlifəyə istinad edirdi və xürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar qurmaq və Bəzzə tərəf yol çəkməklə məşğul idi, çünki yolun olmaması ərəb qoşunlarının ərzaq, su və yemlə təchiz edilməsini daim təhlükə qarşısında qoyurdu. Çox vaxt ərəblər qurudulan çörəklə dolanırdılar. Bunu bilən Babək bir dəfə Afşinə bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamlara baxsın. Xürrəm ərəb düşərgəsindəki istehkamlara ətraflı baxdıqdan sonra Afşin onu geriyə buraxdı və xahiş etdi ki, Babəkə onun salamını yetirsin.
Afşinin Babəklə bu cür münasibəti ərəb qoşununa və xüsusilə sərkərdələrə şübhəli göründü. Buna görə də İslamın düşməninə qarşı müharibədə Afşinin hərəkətləri tez-tez kəskin surətdə tənqid olunurdu.
Sonralar qeyd ediləcəyi kimi, Afşin Babəklə müharibənin axırıncı ilində, Təbəristan hakimi Məzyərlə olduğu kimi, gizli danışıqlar aparırdı. Onun məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Fəqət Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi. Odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum əmrini verməyə məcbur oldu.
Xürrəmilərin qəhrəmanlığına və igidliyinə baxmayaraq, ərəblərin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin Babəkə aman təklif etdi. Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib sülh təklif etdi. Babək Afşinin təklifini ikinci dəfə rədd etdi. Bir neçə gün sonra - 26 avqust 837-ci ildə ərəb qoşunları Bəzzə girdi. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri yandırsınlar. Nəticədə bir ev, bir qala salamat qalmadı. 7.600 xürrəmi ailələri ilə birlikdə Babəkin bir neçə oğlu əsir alındı. Bəzz uğrunda vuruşmada 80 min üsyançı, 100 mindən artıq ərəb əsgəri məhv oldu.
Kiçik dəstə ilə mühasirədən çıxan Babək Araza doğru çəkildi. O, tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfinə yollandı. Afşin Babəkin qaçdığını bilən kimi Arran və Beyləqan hökmdarına xəbər göndərdi ki, Babək bir neçə adamla qaçıb və sizin yanınızdan ötüb keçəcəkdir, onlara əmr etdi ki, bütün şübhəliləri tutub saxlasınlar.
Babək Bizans ərazisinə gedib çatmağı düşünürdü. Onun Bizans imperatoru ilə yazışmaları vardı. Babək və onunla gedənlər təqib olunduqlarından şübhələnməyərək dincəlmək üçün bir yerdə istirahətə dayandılar və bu zaman Afşinin göndərdiyi dəstə onlara hücum etdi. Babək, qardaşı Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxa bildi. Onlar çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və həmin vilayətin hökmdarı Knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bura sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra istədiyini edərsən." Ac və yorğun olan Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız doğru deyil, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər. Çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xəlifimiz yoxdur".
Erməni soylu Səhl Afşinə xəbər göndərdi ki, Babək onun yanındadır, bir neçə gündən sonra isə Səhlin təşkil etdiyi ovda Babək tutuldu.Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər. Çox keçmədən Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi. Satqın erməni Səhl ibn Sumbat öz satqınlığına görə xəlifə sarayından böyük mükafat aldı.
Afşin Babəkin və onun qardaşının əsir alındığını Mötəsimə xəbər verdi. Xəlifə də onların paytaxta gətirilməsini əmr etdi. Afşin İraqa getməyə hazırlaşarkən Babəkə dedi: "Mən səninlə İraqa yola düşmək istəyirəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək dedi: "Mən öz şəhərimə baxmaq istərdim". 837-ci il sentyabrın 15-də Babək dağıdılan və yandırılan Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Daha sonra Babək və qardaşı Abdullah 838-ci il yanvarın 4-də Samirə qalasına gətirildilər. Burada Babək dindiriləndən sonra ağır işgəncələrlə edam edildi. Məsudinin yazdığına görə, xəlifə Mötəsim Babəkin əsir alındığını xəbər aldıqda çox sevinmiş, qələbə haqqında ölkənin hər yerinə xəbər göndərmişdi.
Babək Azərbaycan vilayətinin Bəzzəyn dağında meydana çıxıb. Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz olub. Təbərinin əsərində, "Bəbəkin ölkəsi Bəzzəyn, Arran və Beyləqandır" - deyilir. Biruni yazır ki, "Bəzz, Babək əl-Xürrəminin ölkəsidir". Bütün tədqiqatçılar Bəzzin Ərdəbilə yaxın bir yerdə olduğunu qeyd edirlər.
Müvəffəqiyyətsizliklə nəticələnməsinə baxmayaraq, Babək hərəkatı bütün Xilafəti lərzəyə salıb, Şərqdə ərəb hökmranlığına ağır zərbə vurub. Babək hərəkatı dövründə Xilafətin təxminən 500 min əsgəri məhv edilib. Xilafətin əsasını sarsıdan Babək hərəkatı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir.
Fazil QARAOĞLU,
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ