Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu ötən ilin 1 iyunundan bu ilin fevral ayının əvvəlinə qədər 94400 nəfər tibbi müayinədən keçib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə 1 iyun-31 dekabr 2015-ci il tarixlərindən müayinələrdən keçmiş 84600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Keçən il müayinədən keçmiş 5534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub.
Eyni zamanda, cari ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. Yanvar ayında müayinələrdən keçmiş 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkar olunub.