Cümə axşamı günü, 01 oktyabr 2026
     

Müəllim ömrü

Image


(Əziz müəllimim Xuraman Vəliyevaya)

Ən parlaq ulduzdu, nur saçan aydı
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.
Həlimlik gözünün qarasındadı,
Əzizlik qəlbinin parasındadı.
Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi müəllim ömrü.
Günəş hərarətli, dağ vüqarlıdı
Saçları dalğındı, bəyaz qarlıdı.
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü.
Həyatda hər zaman gözləri toxdu.
Ürək ovsunlayan sözləri çoxdu.
Dünyanın varında istəyi yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü.
Bu könül yazısında şair İbrahim Yusifoğlunun şeirinin hər misrasını epiqraf olaraq vermək istədim. Şeir müəllim kimdi sualına verilmiş ən yaddaqalan cavabdır.
"Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza. Əlimiz qələm tutmaq istəyəndə ürəklərindən güc, hərarət veriblər əllərimizə. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə. Bəlkə ona görə də həyatda ən çox həsəd apardığımız peşə sahibləri müəllimlərdir". Şairin səmimiyyətə köklənmiş misraları, sanki bu peşəni sevənlərin adından yazılıb.
Şərəfli müəllim peşəsi haqqında yazmaq məsuliyyətli olduğu qədər də həyəcanvericidir. Mövhumata, cahilliyə, nadanlığa qarşı ilk haqq səsini ucaldan, bağlı qapıları açmaq üçün elmin gücünə arxalanmağı yeganə çıxış yolu kimi göstərən, "Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz" deyən böyük Nizaminin fikirlərinə söykənib millətin taleyini düşünənlərin ön sırasında olub müəllimlər. Bax, elə əsl fədakarlıq, vətəndaşlıq yanğısı da budur.
Seyyid Əzimin, Cəlil Məmmədquluzadənin, Sabirin yaradıcılığında müəllim ömrünün keşməkeşləri, onun düşdüyü çətinliklər dövrün, zamanın tələbi deyildi. Sadəcə olaraq, müsəlman dünyasının bir parçası olan Azərbaycanda elm, kitab adlı ziyanı gözümçıxdıya salnlarla mübarizədə onlar daha böyük qətiyyət nümayiş etdirirdilər. Cəmiyyətdə mövqeyini möhkəmləndirən, əsrlərlə davam edən, hətta mental dəyərlərə daban-dabana zidd olan bəzi uydurmalar zamanının bayraqdarı kimi maariflənmək adlı təbili həyəcanla çalan müəllimlərin ömrünə balta çalsa da, onlar mübarizəyə davam deməklə, xalqın və gələcək hədəflərin naminə özlərini oda atdılar.
Əslində, dünənlə bu günü, dünənin və bugünün müəllimini müqayisə etmək fikrindən çox uzağam. Çünki o möhtəşəm sözün hər bir hərfində əbədilik var.
Adətən deyirlər ki, "Müəllim təzə ruhları işləyən ustadır, nəsillər yaradır, ölkələr deyil, könüllər fəth edir". Necə xoşbəxt insanlarıq ki, qucağımızı açanda bizlərə qaçaraq gələn şagirdlərimiz var. Necə bəxtəvər insanlarıq ki, bütün peşə sahiblərini bu cəmiyyət üçün biz müəllimlər yetişdiririk. Necə deyərlər, "Balıq tutmaq istəyənə balıq vermirik, balıq tutmağın ən usta yollarını öyrədirik". Xalqımızın, millətimizin, cəmiyyətimizin gələcəyini həvalə edəcək gənclər yetişdiririk. Bunun sevinci ömürləri uzadan ən əvəzolunmaz iksirə bərabərdir. Bu yerdə böyük Atatürkün yaşadığı bir hadisəni sizlərlə paylaşmaq lap yerinə düşər. "Bir gün xarici dövlətlərin birindən Atatürkün qonağı gəlir. Atatürk həmin qonağı gecikmədən qarşılasın deyə sürücüsü hava limanına gedən ən qısa yollardan istifadə edir. Yolun müəyyən hissəsində görürlər ki, xalq kütləsi Atatürkü görmək üçün yollara çıxıb. Sürücüsü getmək istərkən Atatürk bildirir ki, "Yox, mən xalqımla görüşməliyəm". Maşınından enən Atatürk görür ki, gənc bir qadının qucağında 3-4 yaşlı körpə ağlayır. Səbəbini soruşanda, anası bildirir ki, "Çoçuq sizin maşınınızda gəzmək istədiyi üçün ağlayır".
Atatürk göstəriş verir ki, körpəni onun maşınında gəzdirsinlər. Sürücüsü qarşılayacağı qonaqların olduğunu xatırladanda böyük öndər deyir:
"Həmin qonaqlar bugünkü Türkiyə üçün önəmlidir. Bu çoçuq isə Türkiyənin gələcəyidir. Gələcək Türkiyəm üçün bu çocuğu gəzdirməliyik". Böyük şəxsiyyətin müəllimlər haqqında söylədiyi dərin bir kəlamı diqqətinizə çatdırmaq istəyirəm: "Milləti qoruyanlar yalnız və ancaq müəllimlərdir. Müəllimdən və tərbiyəçidən məhrum olmuş bir millət hələ bir millət adını almamışdır". Dahi şəxsiyyətlərin hər biri öz müəllimlərinə dərin hörmət bəsləmiş, onların adını fəxarət hissi ilə anmışlar. Dahi Aristotel deyib: "Valideynlərim məni göydən yerə gətirib, müəllimlərim isə məni yerdən göyə qaldırıb". M.T.Sidqi isə belə bir müqayisə verirdi ki, "Məktəb də bir cismə bənzər ki, onun da ruhu müəllimlərdir".
Dahilərin fikrinə əlavəm olmasa da, könlümdən bu yerdə keçənləri yazmaq istəyirəm: "Müəllimlərin də ruhu onların şagirdləridir. Bir məktəb müəllimləri və şagirdləri ilə mövcuddur".
Sinfə valideyn kimi daxil olmağı bacarmayan birisi müəllim kimi heç vaxt daxil ola bilməz. Fərqli tərbiyə alan şagirdləri anlamaq üçün müəllim ilk növbədə onlara valideyn qayğısı ilə yanaşmalı, psixoloq kimi anlamağa çalışmalıdır. Əks halda, müəllim-şagird münasibətini formalaşdırmaq kimi baryerlə üzləşmək sonda gözlədiyimiz nəticənin tam əksi ola bilər.
Müəllim şagirdlərini doğma övladlarından qətiyyən ayırmamalıdır, onlara sirdaş, dərddaş olmalı, aralarında dostluq münasibətləri qurmalıdır. Ancaq bu halda vətənini, millətini, dövlətini sevən vətəndaş, valideynlərinə namuslu, qeyrətli övlad, təhsilimiz üçün savadlı elm nümayəndəsi yetişdirə bilərik.
Görkəmli pedaqoq Uşinski deyirdi: "Müəllim özündə müəllimliyi yaşatmaq istəyirsə, müntəzəm olaraq öz üzərində işləməlidir".
Fikrimcə, bir müəllimin öz üzərində işləməsi şagirdləri üçün çəkdiyi zəhmətidir. Öyrətmək önəmlidir. Öyrətməyən şəxs müəllimliyi yaşada bilməz. Ən önəmlisi isə budur ki, yetişdirdiyimiz şagirdlərimizə elm və təhsil, təlim-tərbiyə ilə yanaşı, həyat dərslərini də öyrətməliyik. Şagirdlərimizin tərbiyəsində göstərdiyimiz tələskənlik ən böyük səhvimiz olar. Ona görə səbr, təmkin, həvəs əsas şərtdir.
Müəllim əməyi şagird məhəbbəti, valideyn alqışı, dövlət nəzarəti ilə qiymətləndirilir. Onlarla müəllim dövlət mükafatına layiq görülmüş, fəxri ad almışdır. Bu gün dövlətimizdə müəllim adı iftixarla çəkilir, dövlət qayğısı ilə əhatə olunur. Etiraf edək ki, müəllimin qayğıya, xüsusən də dövlətin qayğısına çox ehtiyacı var.
Azərbaycan müəlliminin fədakarlığını, Vətənə və dövlətə sevgisini yüksək qiymətləndirən ulu öndərimizin bu fikirləri müəllim adına verilən ən böyük dəyərdir: "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, ən bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaşlar yetişdirir".
Aynur Səfərli,
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının əməkdaşı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ