Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli qiymətlərlə satılması hallarına rast gəlinir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanların fərqli qiymətlərlə satılması doğru deyil: "Qiymətləri dövlət tərəfindən tənzimlənən dərmanlar eyni qiymətə satılmalıdır. Dövlət tənzimlənməsinin də məqsədi məhz bundan ibarətdir. Bəzən apteklərdə dərmanların qiymətlərində 5-10 faizlik fərq olur. Amma bu, olmalı deyil”.
M.Quliyev bildirib ki, belə halların qarşısını almaq üçün Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin monitorinq qrupu olmalıdır və bu məsələləri araşdırmalıdır.