Cümə axşamı günü, 01 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yer kürəsinin yaranmasına dair
Tarix: 28.01.2016 / 01:07
Bölmə: Sosial
Amerika geoloqu F.Teylor, alman geofiziki A.Bekener, rus alimi B.Belousov və bir çox tanınan elm adamları bir zaman Yer kürəsinin su altında olduğunu təsdiq edib, fəqət bugünə qədər bu hadisəni təsdiq edən bir nişanə göstərə bilməyiblər. Bu da bir həqiqətdir ki, Mezozoy dövrünün ortalarına qədər materiklər hazırda Atlantik və Hind okeanlarına ayrılan nəhəng bir supermaterik şəklində olub.
Elmdə Pankey adlanan bu materik sonradan parçalanaraq ayrı-ayrı bloklar şəklində - bir hissəsi qərbə doğru, digər hissəsi isə qütblərə doğru çəkilərək yerin müasir formasını almaqda əsas olub.
İslama görə, təbiət heç bir canlı varlıqdan asılı olmayıb, Uca Yaradan tərəfindən tənzim edilən bir varlıqdır. İnsan təbiətin bir hissəsi - onun ən ali canlısıdır. Bu da bir həqiqətdir ki, insan təbiətsiz bir gün də yaşaya bilməz. Fəqət o, hər şeyi təbiətdən hazır halda mənimsəməsinə baxmayaraq, təbiətin korlanmasını, çirklənməsini, təbii sərvətin və ehtiyatların tükənməsini fikirləşmədən öz təsirini təbiətə artırıb. Beləcə, zaman keçdikcə təbiətdən yersiz istifadənin qarşısı alınmayıb, antropogen dəyişkənliklər daha böyük vüsət alıbdır. Bu dəyişkənliklər də tədricən ağır nəticələrə səbəb olub. Yəni insanlığın yanlış fəaliyyəti nəticəsində dünyanın qlobal ekoloji fəlakət qarşısında qalması tam mənada reallaşmağa başlayıb və günümüzdə daha da kəskinləşib.
Kibernetikanın banisi Horbert Viner yazırdı ki, gələcəyə yaxşı münasibətimizin olması üçün biz özümüzə keçmiş haqqında tam hesabat verməliyik. Tarixin heç bir dövründə təbiət indiki qədər dağıdıcı təsirə məruz qalmayıb. Ekoloji böhranın kulminasiyaya çatdığı bir dövrdə ətraf mühitin vəziyyətinin müxtəlif səviyyəli proqnozlarına maraq kəskin surətdə artıb. Biz bu artımı insanlığın destruktiv, dağıdıcı fəaliyyətinə bağlayır, bir də çox-çox məsuliyyət altına girərək ilahiyyat mövzusunda bütün insanlığın yanlış yolda olduğu düşüncəsindəyik.
İnsanlar hələ qədim çağlardan ətrafında gördüyü varlığa maraq göstərib, yaşamına təsir edən hadisələrin yaranma səbəbini anlamağa çalışıb, xeyir və ya ziyan verən hadisələrə təsir etmə yollarını axtarıblar. Dünyanın hansı guşəsində olursa olsun, onu və yanındakıları qoynunda yaşadan təbiətin müəyyən qüvvə tərəfindən idarə olunduğunu dərk edən insan, şüuraltı qorunma instiktilə firavan yaşamağa yardım edən və xəta-bəladan qurtara bilən ibadətgahlar yaradıb. Çünki qədim insanlar hər şeyin bir sahibi, idarə edəni, bir sözlə hər bir varlığın yiyəsi olduğuna inanırdılar.
Tək Tanrıya ibadət etməyi təbliğ edən səmavi din zaman keçdikcə daha geniş sahəyə yayılaraq bir çox xalqın inancına çevrilib. Səmavi din dedikdə ayrı-ayrı zamanlarda İlahidən mələklər vasitəsilə peyğəmbərlərə göndərilən Uca Yaradnın buyruqları nəzərdə tutulur. Bir olan Tanrı dininə ibadət edən insanlar sonralar səmavi dini parçalayıb hansı dini qəbul etsələr də, yeni inancları içində qədim tanrıçılıq dininin əsas xüsusiyyətlərini yaşatmağa davam ediblər.
Göründüyü kimi, biz yuxarıdakı qeydlərimizdə heç bir Tanrı elçisinə üstünlük vermədik, hətta onların adlarını belə çəkmədik, ancaq Uca Yaradanın bir olduğunu vurğulamağa
çalışdıq. Bu da bir həqiqətdir ki, göndərilən dini kitablar Tək Tanrıçılığı bütün insanlığa ünvanlayıblar. Doğrusu, "elçilik sistemi" xüsusi cəhətlərlə seçilir: Tanrının vəhy etdiyi elçi Onunla əhd bağlayır, o, Tək Tanrını tanıyacaq, insanlıq ilə bərabər təkcə Ona sitayiş edəcək, Tanrı da elçinin məxsus olduğu insanlığı bəlalardan qoruyacaqdır.
Hz.İbrahim yəhudi və ya xristian deyildi, Tövrat və İncil ondan sonra endirilib. O, Tək Tanrıya ibadət edən bir hənif idi. Bütün insanlar, hansı dinə mənsub olmalarına baxmayaraq Hz.İbrahimin Hebrondakı məzarını birlikdə ziyarət edirlər. Yəni Tək Tanrıçılığı qəbul edirlər. Bu da bir həqiqətdir ki, bütün peyğəmbərlər Uca Yaradanın bir olduğunu təbliğ ediblər. Heç şübhəsiz, bir Yaradanın bir dini olar. Halbuki bu gün dünyada sitayiş edilən dinlərin sayını saymaqla bitməz.
Müqəddəs dinin əsasını dini inanc təşkil edir və o dəyişməzdir. Yəni başqa xəyala düşmək qeyri-məqbuldur. Bütün peyğəmbərlər eyni inanca qulluq edib və Tək Tanrıdan başqa Tanrının olmadığını, Onun yerin, göyün, kainatın yaradıcısı olduğunu təbliğ ediblər. İnsanlıq Tək Tanrını qəbul etməyə, Onun bütün peyğəmbərlərini sevməyə borcludur. Çox təəssüflər olsun ki, insanlıq bu qaydalara tam əməl etmir.
Peyğmbərləri insanlar yox, Tanrı seçir. Tanrı həm də insan şüurunun dövrünə uyğun müqəddəs Kitab - inanc göndərir. Yəni əslində din tək dindir, məqsəd-məram eynidir, amma dövrünə uyğundur və bu dinin məqsədi-məramı insan kamilliyi mərhələsidir ki, bu da müqəddəs kitablara inamdır.
Tanrı Öz buyruğunu peyğəmbərlər vasitəsilə bütün insanlığa göndərib. Və biz əminik ki, bütün insanlıq, nə qədər gec deyil - bəlkə də artıq gecdir, çünki təbiətdə baş verən fəlakətlər insanlığa çox şey deməlidir - bir dinə qulluq etməklə Tək Tanrıçılığı qəbul etməli, müqəddəs dini parçalamamalı, bütün insanlıq sidq ürəkdən Ulu Tanrısına sitayiş etməlidir.
Tək Tanrıçılığa qarşı yönələn bütün məsələlər yaşadığımız zamanda daha çox şüurlu və planlı surətdə siyasi-iqtisadi hegemonluq və qısqanclıq zəminində özünü daha kəskin göstərir. Müqəddəs dinə diqqətlə yanaşılarsa, məlum olar ki, o bütün dünyada düzgün yayılmır. Təbii ki, bu ya qəsdən, ya da onu bilməməzlikdən irəli gəlir. Heç şübhəsiz, sözün əsl mənasında əsl ilahiyyatçı Uca Tanrının bir olduğunu, bir Tanrının bir dini olduğunu bilir, fəqət bu həqiqəti geniş açıqlamaqdan çəkinir, insanlığın yanlış yolda olduğuna göz yumur. Bax bu, Uca Yaradan qarşısında çox böyük günahdır! Çünki bütün peyğəmbərlər müxtəlif vaxtlarda, müxtəlif xalqlardan gəlmələrinə baxmayaraq, insanlığı Tək Tanrıya inanmağa, Onun qanunları ilə yaşamağa çağırıblar. Bu, hər şeydən əvvəl, dinin dəyişməzliyini ortaya qoyur və insanlığı Tək Tanrıya, Onun peyğəmbərlərinə, kitablarına inanmağa dəvət edir. Bugünkü müharibələr, münaqişələr və təbiətdə baş verən fəlakətlər insanlığın Uca Yaradanın əmr və tövsiyyələrinə qarşı çıxdığına görə baş verir. Tarix boyu da belə olub.
Heç şübhəsiz, Uca Yaradanın Kəlamı bütün insanlığın yaddaşına həkk olunmalı, bizi ürəyimizdən idarə etməlidir. Uca Yaradanın Kəlamı insanlığın üzərinə böyük məsuliyyət qoyur. Dediyimiz kimi, Uca Yaradan birdir, bir Yaradanın isə bir dini olar. Yəni bütün insanlıq bir dinə qulluq etməli, Uca Yaradanın xeyirxahlıq yoluna qayıtmalıdır.
Bizə görə, bütün dünya ictimaiyyətinin ümumi təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı müqəddəs din üzrə Beynəlxalq bir komitə yaratmalı, yaradılan bu komitə də mövcud olan dinlərin rəhbərlərini və bu mövzuda obyektiv düşünən ilahiyyatçıları bir adaya yerləşdirib ilk öncə onların təhlükəsizliyini təmin etməli, onların sərbəst çalışmaları üçün bütün şəraitlərin yaradılmasını, onların uyğun gördükləri zamanın onlara ayrılmasını təmin etməlidir. Qoy onlar bütün səmavi kitabları böyük məsuliyyətlə incələsinlər və yekdilliklə uyğun gördükləri bir dini, yəni Tək Tanrıçılığı bütün dünya ictimaiyyətinə, insanlığa təklif etsinlər. Zatən Uca Yaradan bütün insanları tək bir candan, yəni Hz.Adəmdən yaradıb. Yəni insanlar qan qardaşıdırlar. Bu da bir həqiqətdir ki, müxtəlif irqlərə mənsub insanların tək bir kökdən gəldiklərini, eyni atadan törəmiş olduqlarını bütün dünya ictimaiyyəti qəbul edir. Yəni Uca Yaradan irq, dil, bölgə fərqi güdmədən bütün insanlığa xitab edən müqəddəs dinin birləşdirici bir din olduğunu ortaya qoyub. Heç şübhəsiz, bütün insanlıq Tək Tanrıçılığı qəbul edib bir dinə, Uca Yaradanın dininə itaət etməli, insanlığın tarix boyu yanlış yolda olduğuna görə bir olan Tanrıdan əfv diləməlidir. Bəlkə o zaman Uca Yaradan bütün insanlığı əfv etdi.
Bu gün Tək Tanrıçılığı özündə ehtiva edən mədəniyyətlərin vahid bir məcraya yönəldilməsinə çox böyük mənəvi ehtiyac vardır. Bu, insanlığın psixologiyasında yeni bir mərhələnin - qardaşlığın başlanğıcı olar. Bu formalaşma yer üzünün, insanlığın ayaqda qalmasına yardım edər. Hesab edirik ki, bu gün dünyada baş verən təbii fəlakətlərin və qırğınların səbəbi insanlığın Tək Tanrıçılıq dini-mənəvi dəyərlərə qulluq etməməsindədir.
Tarixi şüur tarixi dövrlərin, zamanların, daha döğrusu, keçmişlə indinin, indi ilə gələcəyin əlaqəsini ehtiva edir. Tarixi şüurda elə müxtəlif formalar əhatə edilir ki, insan bu formalarda keçmişini və gələcəyini dərk edir. Ona görə də insanlıq qeyri-adi düşüncələrə sahib elm adamlarının düşüncə və təkliflərini layiqincə dəyərləndirməli, keçmişinə laqeyd olmamalıdır. Çünki "keçmişinə güllə atsan, gələcək səni topa tutar."
Bizim bu yazını yazmaqda məqsədimiz Uca Yaradanın Müqəddəs Kitabımız Qurani-Kərimdə insanlığa: "Ərşi su üzərində ikən, hansınız daha yaxşı iş görəcəksiniz deyə sizi imtahan etmək üçün göyləri və yeri altı gündə yaradan Odur" - bildirdiyi kəlamını isbat edən nişanənin Azərbaycanda olduğunu oxucularımıza çatdırmaqdır. İlk dəfə bizim tərəfimizdən müşahidə edilən bu nişanə istər-istəməz insanı daha dərindən düşünməyə vadar edir. Bu, çox ciddi və dünyəvi bir məsələdir. Heç şübhəsiz, Uca Yaradanın kəlamını isbat edən nişanə Azərbaycanımızın adını daha yüksəklərə qaldıracaqdır. Hətta oranı ziyarətgah halına gətirmək olar. Onu da qeyd edək ki, bizim bir zamanlar Yer kürəsinin su altında olduğunu əks etdirən bir layihəmiz vardır. Bu da bir həqiqətdir ki, Hz.Nuh peyğəmbərin gəmisinin Ağrı dağına yaxınlaşması, gəmidə olan insanların burada məskunlaşması, Nuh peyğəmbərin məzarının Naxçıvanda tapılması və ondan sonrakı proseslər Azərbaycan torpağının müqəddəs torpaq olduğuna bir sübutdur.
Yeri gəlmişkən onu da qeyd edək ki, Uca Yaradanın bizlərə nazil etdiyi müqəddəs Kitabımızda deyilən fikir və ifadələrin elmi açılışı zaman-zaman görkəmli alimlər tərəfindən araşdırılıb, onların aldıqları nəticələrin doğruluğu dəfələrlə sübuta yetirilibdir. Bu mənada əksər ərazisi tarixən bizlərə mənsub olan Xəzər dənizinin yaranma tarixini, onun su səviyyəsinin dinamikasını Uca Yaradanın kəlamına təsdiq olaraq vermək istərdik.
Minilliklər ərzində Xəzərdə suyun səviyyəsi daim dəyişib. Dəniz sahillərindəki bir sıra əlamətlər və abidələr, tarix boyu suyun səviyyəsinin müntəzəm olaraq dəyişdiyinə şahidlik edir. 1979-cu ildə nəşr edilən Azərbaycanın atlasında Xəzərə illik su mədaxili 371 kub km,
məxarici isə 388 kub km göstərilib. Belə olduqda su məxarici mədaxildən 17 kub km çox alınır. Bu da Xəzərin su səviyyəsinin aşağıya meyl etməsini göstərir.
Bir qədər də uzağa gedib tarixin dərinliklərinə nəzər salsaq, görərik ki, Xəzər öz səviyyəsində olan dəyişikliklərin salnaməsini özü yazır. Bu yazılar həm yüksəklikdə, həm də su altında olan qayalarda qalan izləridir. Xəzərin çox maraqlı və əfsanəvi bir tarixi vardır.
Əvvəllər Xəzər dənizi olmayıb. Trias geoloji dövrünün sonlarında, təxminən 180 milyon il bundan əvvəl Yer kürəsinin tektonik formalaşması, iqlim dəyişmələri və başqa dəyişikliklər nəticəsində Yer kürəsinin böyük hissəsindəki quru sahəsi - İspaniyadan tutmuş İndoneziyaya qədər böyük ərazi, o cümlədən Alp, Qafqaz, Pamir və Himalay dağlarının yeri suyun altında olub. 56 milyon il bundan əvvəl Vyanadan, Azov və Aral dənizləri daxil olmaqla Turan ovalığına qədər sahədə böyük bir dəniz əmələ gəlib. Bu dəniz tarixdə Sarmat dənizi adlandırılır. Qafqazın hündür dağları Sarmat dənizində ada kimi görünürmüş. Milyon-milyon illər keçdikdə, suyun çəkilməsi nəticəsində Sarmat dənizi iki hövzəyə ayrılıb. Bunlar indiki Xəzər və Qara dənizlərdi. Mütəxəssislərin yazdığına görə, Xəzərin Qara dənizlə əlaqəsi kəsildikdən sonra onun suyu sürətlə azalmağa başlayıb. Xəzərin indiki quzey hissəsi Abşeron yarımadasına qədər quruyub, su yalnız onun güney hissəsində qalıb. Bu cəhətinə görə də Xəzərin o dövrü "Abşeron dənizi" adlandırılır.
Azərbaycan tarixi kitabında da maraqlı məlumatlar vardır. Kitabın XIV əsrin əvvəllərinə aid fəslində belə yazılır: "Bakı Xəzər dənizinin ən mühüm liman şəhəri idi. Şəhərin ətrafında qala divarları tikilmişdi. Cənub tərəfindəki divarlar lap dənizin sahilində idi..." Bu gün bu sahilin qaladan nə qədər uzaqlaşdığı göz qabağındadır.
Bu aləmdə insanın xidmətinə verilən təbii varlıq və hadisələr, insanı daha çox bilgilər əldə edib, bunların təmin edəcəyi imkan və nemətlərdən ən gözəl şəkildə faydalanmağa sövq edir. Bu, bir tərəfdən dünyəvi tərəqqi üçün lazımdır. Digər tərəfdən də onu kainatdakı incəlikləri və xariqələri mümkün qədər müşahidə etmək yolu ilə nizamın qurucusu olan Uca Yaradanın varlığını, Onun qüdrətinin sonsuzluğunu anlamağa - güclü bir inama sahib olmağa çağırır.
Təkrar edirik, bu gün Tək Tanrıçılığı özündə ehtiva edən mədəniyyətlərin vahid bir məcraya yönəldilməsinə böyük ehtiyac vardır. Yəni möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi multikulturalizm bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilməlidir. Bu, insanlığın psixologiyasında yeni bir mərhələnin - qardaşlığın başlanğıcı olar. Bu formalaşma yer üzünün, insanlığın ayaqda qalmasına yardım edər. Hesab edirik ki, bu gün dünyada baş verən təbii fəlakətlərin və qırğınların baş verməsi insanlığın Tək Tanrıçılıq dini-mənəvi dəyərlərə qulluq etməməsindəndir. Odur ki, tam səmimiyyətlə və açıq ürəklə: "İnsanlıq Tək Tanrıçılığı qəbul edib bir dinə itaət etməkdə gecikməməlidir!" - deyir, bu müqəddəs işin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edilməsini diləyirik.
Fazil QARAOĞLU,
professor
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ