Cümə axşamı günü, 01 oktyabr 2026
     

Xınalıq dilindən Çin dilinə qədər uzanan multikulturalizm yolu...

Image


1800 kilometr yol qət etdik. 7 gün ərzində 23 rayonda olduq. İcra başçıları, sakinlər, müəllim və şagirdlərlə görüşdük. Onlara Bakg Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş, alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabını hədiyyə verdik.
Kitaba ətraflı ön söz yazan Fridrix fon Dits yeni aşkar edilmiş Oğuz tsiklopunu Homerin qədim tsiklopu ilə müqayisə edib. 52 bənddən ibarət olan müqayisəli ön sözü oxuyanda məlum olur ki, "Kitabi-Dədə Qorqud" dastanı Homer üçün mənbə rolunu oynayıb, sadəcə, birinci dastan elm aləminə ikincidən gec tanıdılıb. Fridrix fon Ditsin qələmə aldığı ön sözün 51-ci bəndindən oxuyuruq: "Mən inanıram ki, Homer Təpəgöz nağılını Asiyaya səyahətində eşitmişdir. Homer tərcüməçi vasitəsi ilə danışdığına görə, təsvir ona natamam şəkildə çatdırılmış ola bilər və o da yalnız əsas cizgiləri öz Polifemininə vermişdir. Ola bilsin ki, o bu əhvalatı İonien yaxınlığında özü eşitmişdir. Çünki oğuzların bir qəbiləsi kim bilir hansı ad altında, Priamın müttəfiqi olmuş və Troyanın mühasirəsi zamanı yunanlara qarşı vuruşmuşdur. Beləliklə də, Təpəgöz nağılı kiçik Asiyaya gətirilmiş, Homerin vaxtında yeni bir xatirə kimi yadda qalmış, Homer bundan istədiyi kimi istifadə etmişdir. Belə aydın olur ki, mükəmməl bir Siklop nağılı qədim zamanlarda Homerə dəxli olmadan bəzi xalqlar arasında geniş yayılmışdır və buna görə də, yunanların yazılarında oxunanları məhz yunanlara aid etmək olduqca ədalətsizlikdir. Mən yunanların bir çox elmi təsəvvür və məlumatlarına əsasən sübut etmişəm ki, bunlar Yaxın Şərqlilərdən əxz edilmişdir".
Türkoloq növbəti cümlələri ilə məntiqinə sanki möhür vurur. O qeyd edir ki, "Krallığın yazıları kitabı"nda, "Asiya haqqında xatirələr" kitabında Asiya ilə tam bir əlaqəli nağıl, yaxud əfsanəyə çevrilmiş hekayə görürük, yunanlar bundan sikloplar adı ilə heç əlaqəsi olmadan danışırlar: "Çünki onlar siklopların 3 növündən söz açsalar da, Oğuzların bizə qoyub getdiyi bir bütövünü yarada bilməyiblər".
Belə möhtəşəm müqayisənin müəllifi hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə anılacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin 2015-ci il boyu qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sərəncam çərçivəsində Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin rəhbərliyi və təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi. "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı və təşviqatı həm ölkə daxilində, həm də xaricdə geniş səviyyədə aparıldı. Bu mövzuda Beynəlxalq kollokvium, alim, tələbə, şagird konfransları keçirildi, dəyirmi masalar və elmi mühazirələr təşkil olundu.
Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi ""Kitabi - Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının 25 dildə tərcümə olunması da bu qəbildən olan işlər arasında hadisəyə çevrildi. Azərbaycanda yaşayan müxtəlif xalqların və dünya xalqlarının dillərində nəşr olunan kitab multikultural əhəmiyyətinə görə, xüsusi fərqlənir. Ardından daha böyük hadisə baş verdi: Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-ci il Azərbaycanda Multikulturalizm ili elan edildi.
Multikulturalizm ilinin ilk ayı və ikinci on günlüyü. Əlimizdə 25 kitab var - möhtəşəm xalq dastanının 12 boyundan birinin - Basatın Təpəgözü öldürdüyü boyun 25 dildə tərcüməsi. Dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü ilə kitabın bölgə rəsmilərinə və əhaliyə hədiyyə olunması tapşırığını alırıq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Nurlan Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun iki əməkdaşı - Tural Şahbazov və bu yazının müəllifi yanvarın 12-dən regionlara səfərə başlayırıq. Marşrutumuz: Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ağdaş, Ucar, Göyçay, Yevlax, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Goranboy, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ. Marşrutu bir xətt boyunca cızmaq obyektiv səbəblərdən alınmırdı. Qazaxdan Balakənə qayıtmaq, İsmayıllıdan Ağsuya yol almaq kəsişən xətlər boyunca hərəkət etməkdir. İlk baxışdan belə hərəkət yorğunluq yaradır. Səmimiyyətimizə inanın, biz yorulmadıq, əksinə, zövq yaşadıq... Multikulturalizm ilində mənəviyyat dastanı ətrafında maarifləndirmə yolu tutaraq missionerlik etmək hər kəsə nəsib olan xoşbəxtlik deyil.
Əvvəlcə şəhər və rayonların icra başçıları, müavinləri ilə görüşdük. Onlara kitab barəsində geniş məlumat verdik. Rayonların qəsəbə-kəndlərində, təhsil müəssisələrində nəşrin təqdimat və təbliğatının keçirilməsinin vacibliyi ətrafında danışdıq. Söz sözə dəstək oldu. Olduğumuz bütün rayonların rəhbərləri 25 dildə nəşr olunan "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabının Multikultiralizm ilində birgəyaşayış mədəniyyətimizin təbliğatı istiqamətində dəyərli istinad olduğunu vurğuladılar, bu istinada söykənərək geniş tədbirlər keçirəcəklərini bildirdilər.
Bilik Fondunun nümayəndələri olan məktəb direktorlarının rəhbərlik etdikləri təhsil ocaqlarında da olduq. Şamaxı rayonu Kamil Nəbiyev adına Məlhəm kənd tam orta məktəbində tat kökənli şagirdlərlə görüşümüz, İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində malakan məktəblilərlə ünsiyyətimiz uzun zaman yaddaşımızda qalacaq təəssüratlar yaratdı.
Mingəçevir Texniki Humanitar liseyinin şagirdləri isə artıq bir neçə dəfə qorqudşünaslığa töhfə verəcək layihələrin fəal iştirakçıları olublar. Qardaşlaşmış məktəblərə hədiyyə etdiyimiz 25 dilə çevrilmiş kitabın təqdimatı zamanı məlum oldu ki, şagirdlər Fridrix fon Ditsi, Dədə Qorqudu, Basatı, Təpəgözü, Bəkili, Qazan xanı kifayət qədər yaxşı tanıyırlar. Onların "Kitabi-Dədə Qorqud" qəhrəmanları barədə səsləndirdikləri fikirləri dinləmək qürurverici idi.
Qəbələnin Niç kəndində, Zaqatalanın Əliabad qəsəbəsi və Car kəndində udi, ingiloy, avar məktəbliləri ilə görüşlərimizin təəssüratı bizdə inşa müsabiqəsi ideyası yaratdı. Ümumilikdə, 14 məktəbdə olduq. Birlikdə belə qərara gəldik ki, 25 xalqın dilində nəşr olunan Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabı ilə bağlı məlumatlar əsasında şagirdlər inşa yazaraq, Bilik Fonduna təqdim etsinlər. Bilik Fondu da münsiflər heyəti yaradaraq, müsabiqədə qalib olan məktəbliləri mükafatlandırsın. Bu da multikulturalizm ilinə məktəblilərin verdiyi ilk töhvələrdən biri olar.
Ardı da olacaq, səfərimizin də, yazının da. Missiyamızı davam etdirəcəyik. Növbəti istiqamət şimal, cənub və aran bölgələridir. Azərbaycanlının həyat tərzi olan multikulturalizmin dəyərini mənəviyyat dastanımız "Kitabi-Dədə Qorqud" vasitəsi ilə insanlara aşılamaq gələcəyə xidmətdir. Gələcəksə sabahdır. Henrix Fridrix fon Ditsə, bütün Qorqud ellərinə dərin ehtiram və məhəbbətlə sabaha doğru yol almışıq.
Ceyhun Musaoğlu,
Azərbaycan
Respublikasının
Prezidenti yanında Bilik Fondunun Perspektiv
inkişaf və layihələrin
monitorinqi qrupunun rəhbəri, mətbuat katibi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ