Cümə axşamı günü, 01 oktyabr 2026
     

Bir daha "nə yaxşı ki, polis var"...

Image


Dövlət və cəmiyyət qarşısında mənəvi borcumuz...

2015-ci il arxada qaldı. Yeni ilin ilk ayında ötən ildə nəyi edə bildik, nəyi unutduq, 2015-ci il hansı rezonans doğuran olaylarla yadda qaldı və yaxud digər ölkələrdən fərqli ölkəmizdə ictimai qaydanın, vətəndaşların təhlükəsizliyinin, şəxsiyyətin toxunulmazlığının, insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərinin - toxunulmazlıq, pozulmazlıq və ayrılmazlıq dəyərlərinin necə mühafizə olunmasını bir vətəndaş, vətəndaş cəmiyyətinin üzvü kimi özümüzdən soruşa bilərik.
Mənim, bir QHT rəhbəri olaraq, ötən illə bağlı təəssüratlarım, heç nəyə məhəl qoymadan deyə bilərəm ki, yaxşıdır.
Daxili sabitliyin qorunub saxlanmasında Daxili İşlər orqanları strukturlarının qulluq funksiyalarının icraya yönəlməsi zamanı hərəkətləri fəaliyyətləri ilə bir araya sığmışsa, deməli, qəbul edilən qərar düzgündür. Düşünürəm ki, biz vətəndaşların da burada xidməti olmalı, hadisələrə reaksiyamız konstitusion vəzifələrimizlə uzlaşdığından, kənarda dayanıb qarşıdurmanı seyr etmək, ən azı, vicdanımıza xələl gətirə bilər.
Azərbaycan dünyanın siyasi xəritəsində kiçik bir dövlət olsa da, qədim tarixi, səxavətli və ləyaqətli xalqı var. Amma nə edək ki, dünyada baş verən məqsədli dominantlıq siyasəti bizə və dövlətçiliyimizə ögeydir. Təki, zaman bizə ögey olmasın. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan düz yoldadır və imkan vermərik ki, kimsə bizi bu yoldan kənara çəksin, daxili siyasətimizə müdaxilə etsin.
Dövlət həm daxili, həm də xarici siyasətini ölkənin qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar, hamının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və benəlxalq hüququn prinsipləri ilə dövlətlərarası münasibətləri tənzimləyir. Bu baxımdan Azərbaycan xalqı seçdiyi Prezidentə onun adından danışmaq hüququnu verib. Bunları ona görə qeyd etdim ki, etibar etdiyimiz dövlət başçısının siyasətinə zidd, kiçik qruplu insanlar bəzi bölgələrdə daxili siyasətin ahəngini pozmağa, başqa səmtə yönəltməyə, bəzən də ətrafını böyütmək xülyası ilə gücü çatmadığı yükü çiyninə qoymağa çalışır. Amma bu yükün nə qədər ağır və məsuliyyətli olduğunun fərqinə varmırlar. Arxaya boylanıb müstəqil tariximizin ilk dövrlərini gözlərinin önünə gətirsələr hər şey aydın olar.
Ölkənin konstitusiyası hər bir Azərbaycan vətəndaşına ölkə ərazisində sərbəst hərəkət etmək hüququnu, başqaları ilə birləşib sərbəst toplaşmaq azadlığını verir. Lakin bu hüquq və azadlıqlardan istifadə zamanı yenə ölkə konstitusiyasına, qanunlara, habelə başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəslənməli, qanunla müəyyən edilmiş vəzifələr yerinə yetirilməlidir.
Ümumilikdə cəmiyyətin formal əlaməti şüura və iradəvi xüsusiyyətlərə malik olan fərdlərin məcmusundan ibarət olur.
Əslində, fərdlərin cəmiyyətdə birləşməsi yalnız ümumi maraqlar xətrinə həyata keçirilməlidir. Lakin son zamanlar Siyəzən, Lənkəran və Quba rayonlarındakı aksiya təşkilatçılarının maraqları ümumilikdən kənar, şəxsi maraqlardan irəli gəlir. Yaranan çətinliklərin müvəqqəti olacağına səbr etmirlər. Cəmiyyətin mütəşəkkil maraqları fərdi maraqları ilə uzlaşmadıqda, cəmiyyətdə hökm sürən sabitliyin məhvərinə təhlükə yaranır. Təbii, belə olan halda Azərbaycan polisinin ictimai təhlükəsizliyin pozulduğu yerlərdə qərar tutması heç kimi, heç bir qrupu qıcıqlandırmamalıdır. Nə yaxşı ki, polis var! Yoxsa cəmiyyətlərdə xaosun qarşısını almaq çox çətin olardı. Qeyd etdiklərim ictimaiyyətin qənaətidir.
İnsan bir fərd olaraq deviant davranışlarını qayçılamağı bacarmalıdır. Bu mümkün olmayanda polisin müdaxiləsi mütləqdir. Hətta güc tətbiq etmək zərurəti yaranır. Bütün dünyada belədir. Polissiz cəmiyyəti təsəvvür etmək, hər kəsin qapıları arxadan bağlayıb evi tərk etməməyə bərabərdir. Əks təqdirdə cəmiyyətdə davaya bənzər hadisələrə imkan yaranacaq - xaos.
Respublika Daxili İşlər Nazirliyi 2015-ci ilin yekunu ilə bağlı strukturlarında geniş əməliyyat müşavirələri keçirir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Baş Dövlət Yol Polisi İdarəsində, Çevik Polis Alayı və digər strukturlarda geniş iclaslar keçirilir və keçiriləcək. Daxili işlər nazirinin və Kollegiya üzvlərinin iştirakı ilə keçirilən əməliyyat müşavirələrində general-polkovnik Ramil Usubov ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, ictimai asayişin mühafizəsi, cinayətkarlıqla mübarizədə dövlət siyasətinin formalaşdırılmasında polisin fəaliyyətindən danışıb, Prezidentin bu istiqamətdəki tapşırıqlarını və siyasi kursunu önə çəkərək qeyd edib ki, heç bir halda, heç bir kəsə qüvvədə olan qanunvericiliyin tələblərinə zidd davranmağa imkan verilməyəcək!
Əslində bu, hər bir Azərbaycan vətəndaşına bir tövsiyədir, neqativ niyyətli və düşüncəli şəxslərlə isə qanunun dili ilə danışmaq deməkdir.
Cənab nazirin qeyd etdikləri həm də bizi istəməyənlərin, dövlətimizin müasir siyasəti ilə razılaşmayan, qısqanclıq hissi ilə bizə yanaşan xudpəsənd rəqiblərimizin dəyirmanına su tökmək kimi dəyərləndirilməlidir.
Mən də ölkənin mövcud durumundan - devalvasiyadan və neftin qiymətinin gözlənilməz dərəcədə aşağı düşməsindən sonra sosial çətinliklərin hələ davam edəcəyindən narahatam. Amma cılız hisslər xalqın müəyyən təbəqəsinə, xalqın iradəsini ifadə edən konstitusiyamıza asi olmaqla davam etməməlidir. Bu çətinlikdə hər birimizin günahı var, daha çox iqtisadçıların. İqtisadçıların zamanla ayaqlaşmayan proqnozları - "öncəgörmələri" yanmış ocağa yağ tökməyə bərabərdir. Bəziləri "devalvasiyanın 3-cü mərhələsi gözləniləndir", bəzilərinin "dolların qiyməti yenə qalxacaq" və s. həqiqətə uyğun olmayan "rəyləri" də sabitliyin pozulmasına çağırışdır. "Nə etmək lazımdır" - üçün təklif verməyə qabiliyyət və bacarıqları yoxdursa, barı çaşqınlıq da yaratmasınlar.
Rəvayət olunur ki, islam ölkələrinin şahlarından biri oğlunu elmihal olmaq üçün nüfuzlu şərq alimlərinin yanına göndərir. Müəyyən müddətdən sonra şagird oğulu ata şahın hüzuruna gətirirlər: - Qibleyi- aləm, tam hazırlıqlıdır. Buyurun "süzgəcinizdən" kkeçirin" deyə danışməndlər şaha xitab edirlər.
Şah oğlu ilə bir az söhbət etdikdən sonra "Afərin" - deyə oğlunu bağrına basaraq əlindəki üzüyü ovcuna sıxıb sonuncu sualını verir:
- De görüm ovcumdakı nədir? Oğlu cavab verir: "Ovcunuzdakı girdə, ortası deşilmiş, dairəvi əşyadır və mədəndə çıxarılır.
Şah sevincdən özünü saxlaya bilməyib: "afərin oğlum, afərin! Artıq bir şey qalmadı. İndi de görüm, ovucumdakı nə ola bilər?" - deyə sol ovcunu irəli uzadır.
Oğul: Ata, bu dəyirman daşıdır.
Şah əsəbi halda: Ay oğul, bir məntiqin olsun, dəyirman daşı da heç atanın ovucuna sığışa bilərmi?
Bir vətəndaş kimi Azərbaycan dövləti ilə siyasi və hüquqi bağlılığımız olduğundan ona mənsubuq. Bu konstitusion müddəanın (52-ci maddə) mahiyyətinə görə "biz dövlətimizin övladlarıyıq" desəm, Allah xatirinə məni qınamayın, biz o şahın övladına bənzəyirik. Yaxşıyıq, amma bizə hələ məntiqdən dərs deməyə ehtiyac var. Axı dünyada baş verən böhran təbii fəlakət kimi hər yeri bürüyürsə, Azərbaycan dövləti bu təhlükədən necə qaça bilərdi? Zaman lazımdır ki, səbrlə bu çətinliyin öhdəsindən gələk.
Azərbaycanın bundan betər, ağır günləri olub. Səbr etmişik, səbr edək. Səbr Allahın müqəddəs adlarından biridir. "Bir meyvə ki, səbrlə yetişər, şəkər olar" - demiş dahi Sədi Şirazi.
Mənim də, sənin də, onun da o aksiyalarda iştirak edənlərin sırasında tanışımız, qardaşımız və qohumumuz var. Hər birimiz doğma və tanışlarımızı kənara çəkib başa salmalıyıq: "Bu çətinliklərdən qurtulmaq üçün təklifin yoxsa, yan keç, səbr elə. Qışqırıqlar, itaətsizliklər, asayiş keşikçiləri ilə yersiz qarşıdurmalar axı çıxış yolu deyil və bu minvalla problemlər həll olunmayacaq..." Bunu da bacarmırıqsa, onda çətinliklərin həllinə mane olacağıq və onun girovuna çevriləcəyik. Övladlarımızın, nəvələrimizin gələcəyi məqsədimizdən silinəcək.
Tərəfimizdən qanunların pozulması, hüquqlardan sui-istifadə və ya üzərimizə düşən vəzifələrin yerinə yetirilməməsi qanunla məsuliyyətə səbəb olur. Bu çoxcəhətli anlayışdır, hər bir şəxsin - məmurun da, dövlət qulluqçusunun da, bir sözlə hər birimizin cəmiyyət qarşısında mənəvi borcu, hüquq normalarına əməl olunması ilə bağlı olan əxlaqi və hüquqi kateqoriyadır. Ona görə, hər birimizin üzərinə öhdəlik qoyulur. Öhdəliyi icra etməmək məsuliyyət yaradır - pozitiv məsuliyyət. Əks təqdirdə dövlət məcburiyyətinin tətbiqinə məruz qala bilərik. Gəlin, faydalı hərəkətlərlə yadda qalaq. Hüquq pozuntusuna görə retrospektiv məsuliyyətdən uzaq olaq. Doğma Azərbaycanın gələciyini anlayaq.
Şəmsəddin Əliyev,
hüquqşünas-publisist





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ