Azərbaycanda dəfn üçün müavinətin həcmi 10 faiz artırılacaq. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əmək pensiyasının baza hissəsi kimi dəfn üçün müavinətin həcmi də 10 faiz artırılacaq.