"Avromed” şirkətinin baş direktoru Əzizə Baxşiyeva bəzi saytların yaydığı məlumatlarla bağlı xüsusi bəyanat verib. Bəyanatda bildirilir:
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində manatın üzən məzənnə rejiminə keçməsibarədə qərar qəbul etmişdir.Yeni situasiyada hökumətin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və devalvasiyanın ölkə iqtisadiyyatına və xüsusilə də ölkə vətəndaşlarına təsirini minimuma endirmək üçün ölkə başçısı Prezident İlham Əliyev hökumət üzvləri ilə müşavirə keçirmiş və lazımi göstərişlər vermişdir. Hökumətin bütün qurumları, o cümlədən hüquq-mühafizə orqanları öz funksiyalarına uyğun olaraq devalvasiya hadisəsindən sui-istifadə hallarının qarşını almaq üçün təcili tədbirlər görür və bu tədbirlər öz faydasını verməkdədir. Lakin devalvasiya ilə bağlı yaranmış yeni situasiyadan təkcə ayrı-ayrı cinayətkar elementlər yox, təəssüf ki, həm də bəzi on-line media orqanları sui-istifadə etməyə cəhd göstərirlər. Ölkədə 20-yə yaxın "xəbər saytları” məlum vəziyyətdən sui-istifadə edərək yalan məlumatlar yayımlayır. Bununla da bir tərəfdən, əhali arasında çaşqınlıq yaratmaq, digər tərəfdən də bir sıra dövlət məmurları, şirkətlər və müəssisələr barəsində böhtanlar yazmaqla öz reketçilik fəaliyyətlərini daha da genişləndirmişlər. "Ənənəvi” olaraq ucuz "sensasiyaçılıq” yolu ilə böhtan, yanlış və qərəzli informasiyalar yayımlamağaalışmış və bu yolla öz çirkin niyyətlərinə nail olmağa çalışan bir sıra saytların bugünkü səhifələrində şirkətimiz tərəfindən dərman preparatlarının qiymətlərinin qanuna zidd olaraq bahalaşdığını iddia edən reket saytlar bir tərəfdən, dövlət tərəfindən tənzimlənmiş qiymətlər əsasında vətəndaşların zəruri dərman preparatları ilə təmin olunması üçün bütün imkanlarını səfərbər etmiş şirkətimizin işgüzar nüfuzuna xələl gətirir, digər tərəfdən, ölkədə dərman preparatlarının qiymətlərinin tənzimlənməsini və dərman preparatlarının qanuna müvafiq şəkildə satışına nəzarəti həyata keçirən dövlət qurumlarının gərgin fəaliyyətinə kölgə salmağa cəhd göstərirlər.