Prezident İlham Əliyev tərəfindən elan olunan "Multikulturalizm ili” çərçivəsində bu gün Bakıda Heydər Məscidində cümə namazı qılınıb. Trend AzTV telekanalına istinadən məlumat verir ki, vəhdət namazı adlandırılan bu namazda məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda bir sırada namaz qılıb, dualar ediblər.