Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 12.01.2016 / 01:39
Bölmə: Sosial
Danılmaz faktdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası ölkədəki inkişafa müsbət təsirini göstərib. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları hazırlanıb. Bu dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionların tarazlı və davamlı inkişafına, sosial infrastrukturun yenidən qurulmasına, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişinə səbəb olub.
Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf paytaxtımızdan, onun ətraf kəndlərindən də yan ötməyib. Prezidentin Sərəncamı ilə təsdiqini tapan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" qarşıda duran vəzifələrin davamlı yerinə yetirilməsi məqsədilə hazırlanıb.
Dövlət proqramlarının uğurlu icrası nəticəsində, Bakının bütün rayonları kimi, bu gün Suraxanı rayonu da inkişaf dövrünü yaşayır. Rayonun ümumi mənzərəsində nəzərəçarpacaq dəyişikliklər görülən işlərin davamlı və sürətli olmasından xəbər verir. Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunun qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Rayon ərazisində dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilir, ölkədəki inkişaf prosesinə layiqli töhfələr verilir. Hazırda rayonda orta əməkhaqqı 546,4 manatdır.
212 min nəfərə yaxın əhalisi olan Suraxanı rayonuna Bülbülə, Əmircan, Qaraçuxur, Yeni Suraxanı, Yeni Günəşli, Hövsan, Zığ qəsəbələri və "Dədə Qorqud" yaşayış sahəsi aiddir. Bu qəsəbələrin hər birinin sürətli sosial-iqtisadi inkişafı Suraxanı rayonunun simasının daha da dəyişməsinə, onun ölkənin abad və inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə gətirib çıxarıb. Necə deyərlər, Suraxanı rayonunda aparılan geniş abadlıq-quruculuq işləri onun simasına yeni nəfəs, yeni ruh gətirməkdədir.
Suraxanı Azərbaycanın neft rayonlarından biri hesab edilir. Burada bir ildə 338,3 min ton xam neft, 232,1 milyon kubmetr qaz istehsal edilir. Rayon ərazisində neft və qaz istehsalı ilə "Bahar Enerji" və "Suraxanı Oyl" əməliyyat şirkətləri, "Qaraçuxur iriləşdirilmiş neft mədəni", "Abşeron Operating Company", "Qazmaservis və Logistika" İdarəsi, Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsi məşğul olurlar. Neft və qaz istehsalı isə, öz növbəsində, rayonda minlərlə insanın işlə təmin edilməsində və onların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında önəmli rol oynamaqdadır. Suraxanı həm də iri sənaye rayonudur. Burada 60-a yaxın sənaye müəssisəsi fəaliyyət göstərir. Suraxanı rayonu ərazisindəki müəssisələrdə istehsal edilən məhsullar həm Azərbaycanın daxili tələbatının ödənilməsində önəmli rol oynayır, həm də onlar xaricə ixrac edilir. Məsələn, rayonda fəaliyyət göstərən Transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun məhsulları dünyanın müxtəlif ölkələrinə, o cümlədən qonşu Türkmənistan, Gürcüstan, Qazaxıstan, həmçinin Ukrayna, Bəhreyn, Cənubi Afrika Respublikası, İraq, Rusiya və Kanadaya ixrac edilir. Bu da Suraxanı rayonunun Azərbaycanın sosial-iqtisadi inkişafına özünün əvəzsiz töhfəsini verməsinə gətirib çıxarıb.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 24 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanıb, başa çatdırılan və başlanan tədbirlər proqramın 44,5 faizini təşkil edib.
Etiraf edək ki, ötən ilin əvvəlində həm sosial-iqtisadi sahədə dövlət proqramlarının icrası istiqamətində, həm də AO-ya hazırlıq mərhələsində görüləcək işlər həm çox, həm də məsuliyyətli idi. Həmin səbəbdən RİH vaxt itirmədən rayonun sosial-iqtisadi inkişafına yönələn əməli tədbirlərə start verdi, abadlıq-quruculuq işlərini uğurla həyata keçirməyə başladı.
Belə ki, ilk olaraq AO məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar S.Bəhlulzadə, İ.Məmmədov, Ş.Məhərrəmov, O.Əliyev və X.Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasad və hasarları yenidən quruldu, ağlay daşlarla üzləndi, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salındı. Qısa bir zamanda Əmircan qəsəbəsi, T.Bayram parkı əsaslı təmir olundu. Bülbülə qəsəbəsindəki 24 saylı poliklinikanın qarşısında yeni park salındı. S.Bəhlulzadə, İ.Məmmədov və X.Ələkbərov küçələrində 12 min kv.m. yaşıllıq salındı. S.Bəhlulzadə və O.Əliyev küçələrində isə 27.7 min kv.m. sahəyə asfalt döşəndi, 5042 p.m. bordür düzüldü, 3252 kv.m. səki asfaltlandı, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkildi, işıq dirəkləri və çılçıraqlar quraşdırıldı və s. abadlıq-quruculuq işləri görüldü.
Qaraçuxur qəsəbəsində C.Qurbanov, İ.Musayev, Z.Şərifov, A.Fətullayev, N.İsmayılov, F.Kərimzadə və A.Şadinski küçələrində, Yeni Günəşli yaşayış sahəsində abadlıq-quruculuq işləri görülüb, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, ərazi müxtəlif tullantılardan təmizlənib. Ötən il ərzində abadlıq-quruculuq işləri rayonun digər qəsəbələrində də aparılıb.
Həmişə olduğu kimi, rayonda ekoloji məsələlərin həlli istiqamətində davamlı işlər aparılır. Prezidentin müvafiq sərəncamları və Dövlət Proqramına əsasən, Bülbülə və Zığ göllərinin təmizlənməsi, ətrafların abadlaşması davam etdirilir. Ərazidə 10 illərlə neftlə çirklənən 817 hektar torpaq sahəsi texniki rekultivasiya olunub, 24 ədəd gölməçə qurudulub, neft kollektorları təmir edilib.
Rayon ərazisində tədris və idman müəssisələrinin inşası və köhnələrinin təmiri RİH-nin daim diqqət mərkəzindədir. Belə ki, 2015-ci ilin 9 ayı ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət tədris korpusu, idman və akt zalları tikilərək istifadəyə verilib. Əmircan qəsəbəsində 5 saylı və Yeni Günəşli yaşayış massivində 262 saylı uşaq bağçaları əsaslı təmir olunub. Qaraçuxur və Bülbülə qəsəbələrində idman zalları, Yeni Günəşli "V" sahəsində idman meydançası, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçası, şahmat məktəbi və Yanğından Mühafizə Bölməsinin tikintisi uğurla davam etdirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan 1-ci "Ümumrespublika Yaşıllaşdırma Marafonu" çərçivəsində ağacəkmə kampaniyası davam etdirilib. Bu istiqamətdə 11 ümumrayon iməcliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib.
Hər il olduğu kimi, ötən ilin 9 ayı ərzində rayon əhalisinin sosial müdafiəsi də RİH-nin diqqət mərkəzində olub. Belə ki, müvafiq dövrdə Rayon Əhalisinin Sosial Müdafiəsi Mərkəzində 7796 sakinə 4.57 milyon manatdan artıq sosial müavinət ödənilib. 2173 ailəyə 3.04 milyon manat ünvanlı sosial yardım göstərilib. 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib. 58 nəfər güzəştli vətəndaş reabilitasiya mərkəzi və sanatoriyalarda istirahət ediblər. Rayonda orta aylıq təqaüdün məbləği 194.5 manat olub. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət edən 592 nəfərdən 476 nəfəri işlə təmin edilib, 71 nəfərə işsiz statusu verilib. 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub və s.
2015-ci ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığı Suraxanı rayonunda uğurla icra edilib. Aşkarlanan xəstəliklər üzrə 6751 nəfər sakin ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə cəlb olunub, 704 nəfərin sağlamlığı bərpa edilib.
Rayonda Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları ilə təchiz edilən kitabxana, konfrans salonu və təlim kursları artıq 7 ildir rayon əhalisinə xidmət göstərir.
Mərkəzdə ötən ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, Azərbaycan tarixinin öyrənilməsi məqsədilə 9-11-ci sinif şagirdlərinə 38 açıq dərs və digər maarifləndirmə tədbirləri keçirilib.
Rayonda 2015-ci ilin 9 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi müasir əlaqə və informasiya vasitələrindən, "Şikayət və təkliflər" səyyar poçt qutusundan geniş istifadə edilib, 205 elektron məktuba cavab verilib. Bu müddət ərzində RİH başçısı tərəfindən 759 nəfər sakin qəbul edilib, 27 səyyar görüş keçirilib. Ümumiyyətlə, rayon üzrə qarşıda duran məsələlər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Şuranın iclasında müzakirə olunur.
Qeyd edək ki, 2016-cı il Suraxanı rayonunda əlamətdar hadisə kimi başlayıb. Belə ki, yanvarın 11-də Prezident İlham Əliyev rayonda "ATEF Şirkətlər Qrupu"nun iri qabaritli transfarmator zavodunun açılışında iştirak etdi, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.
Lakin əldə olunan bu nailiyyətlərlə yanaşı, problemlər də var. Rayonda mövcud olan ən ciddi problem ərazidə qəzalı evlərdə yaşayan sakinlərə (xüsusilə Zığ qəsəbəsində) köməklik göstərilməsi məsələsidir. Bunu nəzərə alan Suraxanı Rayon İcra Hakimiyyəti Zığ qəsəbəsindəki evlərə texniki baxış keçirib, ərazinin relyefini nəzərə alaraq 40 evin qəzalı vəziyyətdə olmasını aşkarlayıb. 22 qəzalı evin boşaldılmasına dair məhkəmə iddiaları təmin edilib, 22 ailə kirayə evlərə köçürülüb.
Göründüyü kimi, əldə olunan nailiyyətlərlə yanaşı, mövcud problemlərin həlli də RİH-nin diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, Suraxanı rayonu artıq mazutla dolu gölməçələr yox, paytaxtın nümunəvi təhsil, tibb, idman ocaqlarının, biznes strukturlarının, müasir sənaye müəssisələrinin, iaşə və digər obyektlərin fəaliyyəti ilə keyfiyyətcə yeni-müasir rayon statusunu qazanıb.
Neftin qiymətinin kəskin aşağı düşməsi və manatın məzənnəsinin azalması şəraitində yeni - 2016-cı ildə Suraxanı Rayon İcra Hakimiyyətinə yeni-yeni uğurlar arzulayırıq.
Namiq QULİYEV
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
Tarix: 30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir"
- Siyavuş Novruzov
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi
- FOTO
30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?...
- VIDEO
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ