Cümə günü, 02 oktyabr 2026
     

Şəxsi maraqlar bəşəriyyəti hara aparır?

Image


Azərbaycanlı ixtiraçı-alim Rəsman Hacıyev çıxış yollarını necə görür?

Dünya alimlərinin və dövlət başçılarının Fransanın paytaxtı Parisdə 30 noyabr 2015-ci ildə BMT-nin qlobal iqlim dəyişikliyi ilə əlaqədar keçirdiyi konfransda həyəcan təbili ilə söylədikləri fikirləri azərbaycanlı ixtiraçı Rəsman Hacıyev on il öncə "Bakı-Xəbər" qəzetinin 17 avqust 2005-ci il tarixli nömrəsində dərc etdirdiyi məqalədə söyləyib və çıxış yollarını göstərib.
Lakin "Bakı-Xəbər"in 2005-ci ildə çap etdiyi məqaləyə maraq göstərən bir neçə Azərbaycan qəzetindən başqa nə o zaman, nə də indi buna əhəmiyyət verən yoxdur. Səbəb nədir? Problemin aktuallığını nəzərə alaraq ixtiraçının məqaləsini onun öz xahişi ilə təkrar oxucuların diqqətinə çatdırırıq.
Bəşəriyyət elmi-texniki cəhətdən inkişaf etdikcə qarşıda duran bir problemi həll etməklə, digər problemin yaranmasının təməl daşını qoyur. XX əsrin əvvəllərində ixtirasına böyük ehtiyac duyulan və haqlı olaraq əsrin texniki inqilabı adlandırılan daxili yanma mühərrikinin ixtira edilməsi insanlar qarşısında duran bir sıra problemləri həll etməklə yanaşı, digər qlobal problemlərin yaranmasına səbəb oldu.
Alimlər XX əsrin 60-70-ci illərində elmi əsaslarla izah etməyə çalışmışlar ki, yanacağın yaradılması və digər proseslərin getməsi nəticəsində atmosferə atılan külli miqdarda tullantılar (SO2, SO, N2, NO2, NO) əsrin sonunda və ondan sonra aşağıdakı qlobal problemlərin yaranmasına səbəb olacaq:
Yanacağın yandırılması nəticəsində atmosferə atılan tullantılar (SO2, SO qazları) parnik effektin yaranmasına və yer səthində temperaturun 2-3 dərəcə C yüksəlməsinə səbəb olacaq. Bu gün bu elmi proqnozun doğruluğuna heç kim şübhə edə bilməz.
Yanacağın yandırılması zamanı insan həyatı üçün zəruri əhəmiyyət kəsb edən oksigenin külli miqdarda istifadə olunması atmosferdə oksigen çatışmazlığına gətirib çıxaracaq. Bu elmi proqnozun sindromları artıq hiss olunmaqdadır. Elmi hesablamalara görə, yanacağın yandırılması nəticəsində 1860-cı ilə kimi 1,3 milyard ton, 1960-cı ilə kimi 12 milyard ton, 2000-ci ilə kimi 57 milyard ton, 2050-ci ilə kimi 230 milyard ton oksigen sərf olunacaq.
Yanacağın yandırılması və digər proseslərin getməsi nəticəsində atmosferə atılan tullantılar (NO2, NO qazlar) ozon qatının dağılmasına səbəb olacaq. Bu elmi proqnozun da sindromları artıq özünü büruzə verir. Ozon qatının tam dağılması yer səthində canlı orqanizmin məhv olması deməkdir.
Yanacağa olan böyük tələbat və onun günü-gündən artması (1 sutkada dünyada 70 milyon barrel neft işlədilir) sonda yanacaq böhranının baş verməsilə nəticələnəcək. Bu elmi proqnoz da öz təsdiqini tapmağa doğru gedir. Elmi hesablamalara görə (dünyada olan neft ehtiyatına əsasən), bu böhran halı 2030-2040-cı illərdə baş verəcək.
Yanacağın yandırılması nəticəsində atmosferə atılan tullantılar iqlim şəraitinin süni surətdə dəyişməsinə səbəb olacaq. Nəticədə bir regionda görünməmiş dərəcədə yağıntıların, kəskin temperatur dəyişikliyinin, tufan, qasırğa kimii təbii anomaliyaların baş verməsi özünü açıq şəkildə göstərəcək. Hər bir şəxs bu gün bu hadisələrin canlı şahididir.
Yer səthində iqlim şəraitinə süni surətdə təsir edən amillər nəticəsində planetdə istiləşmə faktoru özünü göstərəcək. Bu da Şimal buzlu okeanında buzun əriməsinə səbəb olacaq. Bu elmi proqnoz öz təsdiqini tapmağa doğru gedir.
Deyilənlərdən bir çoxu (parnik effektinin, oksigen çatışmazlığının hiss olunması, ozon qatının deşilməsi, kəskin temperatur dəyişikliyinin baş verməsi, bir regionda görünməmiş dərəcədə yağıntılar, tufan, qasırğa kimi təbii anomaliyalar) artıq günümüzün reallıqlarıdır. Bu hadisələr bu gün faciə xarakterlidir. Sabah böyüyərək fəlakət xarakterli olacaq.
Baş verən və verəcək qlobal problemlərin yaranma səbəblərini axtardıqda bunun daxili yanma mühərriki əsasında yaradılmış nəqliyyat vasitələrinin kütləvi istehsalına başladıqdan sonra meydana çıxdığını aydın şəkildə görmək olar. Deyilənlərə diqqətlə nəzər saldıqda görünür ki, bəşər qarşısında iki yol dayanır - biri məhvə aparır, digəri isə xilasa gedən yoldur.
Birinci yol - bəşər övladı daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrinin kütləvi istehsalını dayandırmır. Əksinə, yüksələn templə onu inkişaf etdirir. Beləliklə, qlobal problemləri həll etmək əvəzinə, onu daha da qloballaşdırır. Bu istiqamətdə inkişaf 2015-ci ildən sonra faciə erasından fəlakət erasına keçir. Bundan sonra insanların planetdə gedən bir sıra proseslər üzərində nəzarəti tam itmiş olur. Baş verən fəlakətlər önündə insanlar çox aciz və gücsüz görünür. Bu, məhvə doğru gedən yoldur.
İkinci yol - bəşər övladı daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrinin kütləvi istehsalını tədricən məhdudlaşdırır. Onun əvəzində ekoloji cəhətdən təmiz və zərərsiz veloelektromobil nəqliyyat vasitələrinin yaradılmasına və kütləvi istehsalına başlanır. 2015-ci ilə kimi avtomobillərin (birinci növbədə yüngül minik maşınları) veloelektromobillərlə əvəzlənməsi prosesi başa çatdırılır. Bununla da faciə erasından fəlakət erasına keçidin qarşısı alınır. Bu, xilasa doğru gedən yoldur.
Veloelektromobil - biomühərrik vasitəsilə insan bioenerjisinin (əzələ qüvvəsinin hərəkəti hesabına) elektrik enerjisinə çevrilməsi və alınan elektrik enerjisi hesabına hərəkətə gedən nəqliyyat vasitələrinin yaradılması deməkdir. Belə nəqliyyat vasitəsinin ilkin sınaq nümunəsi Azərbaycanda artıq yaradılıb. Maliyyə imkanlarının məhdudluğu ilə əlaqədar veloelektromobil minik maşınının həyata vəsiqə alması hələlik mümkün olmayıb.
Belə nəqliyyat vasitələrinin kütləvi istehsalına başlandıqdan sonra avtomobillərin istehsalına ehtiyac qalmayacaq və bununla da bəşəriyyət onu gözləyən faciə və fəlakətlərdən xilas olacaq.
İxtiraçı və yaradıcı bir insan kimi gördüklərimi, bildiklərimi və düşündüklərimi diqqətə çatdırdım. İnansaq da, inanmasaq da, seçdiyimiz yoldan asılı olaraq, elmi əsaslara söykənərək deyilən bu həqiqətlər baş verəcək. Allah bizi gözlənilən bu fəlakətlərdən hifz etsin.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ