Bakıda doğuş zamanı ana və uşağın ölməsi faktına görə cinayət işi başlanıb. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 1-də Bakı Sağlamlıq Mərkəzində 1984-cü il təvəllüdlü Günay Ağayevanın doğuş zamanı qəflətən səhhətinin pisləşməsi nəticəsində bətnindəki uşaq dünyasını dəyişib. Ananın üzərində qeysəriyə əməliyyatı həyata keçirilib və əməliyyatdan sonra göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq ana da dünyasını dəyişib.
Həmin faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.