Güclü qar çovqunu, Beyləqan şəhər stadionunun azarkeşlər üçün nəzərdə tutulan sektorunun çardağının uçmasına səbəb olub. APA-nın Qarabağ müxbiri xəbər verir ki, 1500 yerlik tribunanın çardağı tamamilə uçub.
Beyləqan Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Telman Məsdanov APA-ya stadionun dekabrın 25-dən təmirə dayandırıldığını deyib.