Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycanda da poçtalyon peşəsi "arxivə göndərilə" bilər

Image


Qeyri-ənənəvi poçt xidmətləri Azərbaycanda poçt sahəsinin gəlirlərini artırsa da, obyektiv səbəblərdən ənənəvi xidmətlərə tələbatın zəifləməsi poçtalyonların sayına təsir göstərib.

Dövlət Statistika Komitəsinin yeni nəşri olan "Azərbaycan rəqəmlərdə 2015” bülletenindəki statistik məlumatlar göstərir ki, poçt xidmətlərindən əldə olunan gəlir 2014-cü ildə 40,1 milyon manat təşkil edib. Halbuki 2010-cu ildə poçt xidmətlərindən əldə olunan gəlir 21,5 milyon manat olub.


Poçtalyonların sayı 2010-cu ildə 1342, 2014-cü ildə isə 1171 nəfərə düşüb

Poçt sahəsində qeyri-ənənəvi, o cümlədən yeni maliyyə xidmətlərinin genişlənməsi bu sahənin rentabelli fəaliyyətinə təkan verən əsas səbəblərdən biridir. Eyni zamanda 2014-cü ildə poçt şöbələrinin sayı 1 616, kənd yerlərində isə 1 236 vahid təşkil edib. Amma ənənəvi poçt xidmətlərinin geriləməsi, eyni zamanda kağız məktubların e-mail ünvanlardan göndərilən məktublarla əvəzlənməsi kimi səbəblər poçtalyonların sayına da təsirsiz ötüşməyib. Belə ki, poçtalyonların sayı 2010-cu ildə 1342, 2011-ci ildə 1316, 2012-ci ildə 1223, 2013-cü ildə 1230, 2014-cü ildə isə 1171 nəfər təşkil edib. Həmçinin kənd yerlərində bu rəqəm son 5 ildə illər üzrə analoji olaraq, 387, 437, 445, 476 və 413 nəfər təşkil edib. Göndərilən qəzet və jurnalların sayı 2010-cu ildə 5,3 milyon ədəd idisə, 2014-cü ildə 2,7 ədəd olub. Bundan başqa, göndərilən məktubların sayı 2010-cu ildə 7,1 milyon ədəd olduğu halda, 2014-cü ildə 6,1 milyona düşüb. Bağlamalar 2010-cu ildə 162,0 min ədədlə ölçülübsə, 2014-cü ildə 117,1 min ədədə enib.


Qlobal hədəf - milli poçtların inkişafı

Bütün bunlara rəğmən, bu gün dünyada milli poçtların inkişaf etdirilməsi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu gün qlobal poçt dünyası yeni yolların, həll və xidmətlərin axtarışındadır. Ümumiyyətlə, poçt ən qədim tarixə malik bir rabitə, əlaqə, kommunikasiya və ünsiyyət vasitəsidir. Müxtəlif dövlətlər və millətlər arasında poçt əlaqələri min illərdir ki, mövcuddur. Poçt daim inkişaf edir və təkmilləşir. Bu sahədə yeni texnologiyalar tətbiq olunur, qeyri-ənənəvi xidmət növləri yaranır. İnformasiya texnologiyalarının son dövrlər sıçrayışla inkişaf etməsi poçt sahəsinə də kəskin təsir etməkdədir. Əhali arasında elektron ünsiyyət vasitələrinin - internetin, mobil telefonların sayının artması adi məktubların sayının azalmasına səbəb olsa da, poçt yeni yaranmış şəraitə daim adaptasiya olunaraq yeni xidmətlər (logistika, elektron ticarət, bank-maliyyə və s.) təklif etməyə başlayıb. Poçt sahəsi cəmiyyətdə kəskin dəyişən mühitə uyğunlaşaraq öz formasını dəyişir, eyni zamanda aktuallığını saxlamaqdadır. Bu xidmət növü dövlətin, iqtisadiyyatın sosial yönümlü sahələrindən biridir. Məsələn, Universal poçt xidmətlərinin (UPX) göstərilməsi qeyri-rentabellidir, lakin əhaliyə onun göstərilməsi məcburidir.


Poçtalyon peşəsi "arxivləşdirilir”

Buna baxmayaraq, poçtalyon peşəsinə tələbat getdikcə azalır. Yeni texnologiyalar bəzi ixtisasları, eləcə də mütəxəssisləri artıq "arxivə göndərir". Belə ki, analitiklər kompüter texnologiyalarının hazırda qismən əvəzlədiyi bəzi ixtisaslara çox yaxın gələcəkdə ehtiyac qalmayacağını bildirirlər. Təxmini tərtib edilən siyahının ilk yerində poçtalyon peşəsi durur. Hesab olunur ki, məktubların elektron qaydada göndərilməsi ilə kağız sənədlərə, o cümlədən, onları daşıyan və paylayan şəxsə praktiki olaraq tələbat ortadan qalxır. Amma o da qeyd edilir ki, bu peşə sahiblərinə tələbat yalnız bir halda tamamilə yox ola bilər. Bunun üçün bütün pensiyaçılar təqaüdlərini bank kartlarına köçürmələr vasitəsilə almalıdırlar. Düzdür, Azərbaycanda 5 il ərzində poçtalyonların sayının 171 nəfər azalması ciddi görünməyə bilər, amma bu fakt gələcəkdə poçtalyon peşəsinin sıradan çıxmayacağını da istisna etmir.


"Rusiya Poçtu” son 10 ilin ən böyük ixtisarını planlaşdırır

Bu gün poçtalyonlara tələbatın azalmasını formalaşdıran digər amillər də var. Buna səbəb ilk növbədə insanların yeni həyat tərzinə uyğunlaşmasıdır. Məsələn, əvvəllər dünyada və ölkə daxilində baş verən ictimai, siyasi, mədəni hadisələrlə bağlı məlumatlar əsasən qəzet və jurnallardan alınırdı, abunə edilmiş mətbu nəşrlər isə poçtalyon vasitəsilə ünvanına çatdırılırdı. Bu, bayram və digər münasibətlə yazılan təbrik açıqcalarına da aiddir. Eyni zamanda texnologiyaların bütün sahələrə tətbiqi ilə proseslərin avtomatlaşdırılması insan əməyinin minimuma endirilməsinə şərait yaradır. Analoji hal bütün ölkələrdə müşahidə edilir. Məsələn, Rusiyada federal müəssisə son illər ərzində ən böyük personal ixtisarını planlaşdırır: "Rusiya Poçtu” üzrə ştat 10 il ərzində 1/3-ə qədər azalacaq.


ABŞ-da poçt çeşidləyiciləri də keçmişdə qalacaqlar, poçtalyon isə tələb olunmayan peşələr siyahısına düşüb

ABŞ-da isə poçt çeşidləyiciləri də keçmişdə qalacaqlar: 2018-ci ilə bu sahədə 30 faiz və ya 54,5 min insanın ixtisarı gözlənilir. Poçtalyon peşəsi, həmçinin ABŞ-da ən tələb olunmayan peşələr siyahısına düşüb. İnformasiya vasitələrinin gəlişi, o cümlədən internet və mobil rabitələrin hesabına "piyada poçtalyon” işi 26 faiz azalacaq. Eyni zamanda "Washingtonpost"un yazdığına görə, Birləşmiş Ştatlar Poçt Xidməti (USPS) uzun illər ağır maliyyə gərginliyi altında olub.


NALC: "Bu, iş qatilliyidir”

Statisktik rəqəmlər də təsdiq edir ki, ABŞ-da 2009-cu ildən 2014-cü ilə qədər həm şəhər, həm də kəndlərdə məktubdaşıyanların sayı 7 faiz azalıb. Çətin maliyyə səbəbləri üzündən USPS poçt xidmətində şənbə çatdırılmasını aradan qaldırmağın tərəfdarıdır. Məktub Daşıyıcılarının Milli Assosiasiyası (National Association of Letter Carriers - NALC) isə qeyd edir: "Bu, iş qatilliyidir. Şənbə günü çatdırılmasının ləğvi şəhərlərdə və kənd yerlərində 80 min poçt iş yerini aradan qaldıracaq”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ