Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bəzi internet saytları Azərbaycanın ailə dəyərlərini, mənəvi-əxlaqi sistemini hədəfə alıb...
Tarix: 30.12.2015 / 01:40
Bölmə: Sosial
Əhməd Qəşəmoğlu: "Bu mənəvi-psixoloji silahdan istifadə edənlər cəmiyyətimiz üçün böyük problem yaradır"
Azərbaycan xalqı öz dünyagörüşü, həyata, ailəyə, nənə-babaya, valideynə, qardaş-bacıya, bibi-xalaya, əmi-dayıya, yaxın və uzaq qohumlara, qonşulara xüsusi münasibətilə seçilib. Azərbaycan ailəsi cəmiyyətin güzgüsü, dövlətin, dövlətçiliyin dayağı, mənəviyyatın aynası olub desəm yanılmaram. Bu da faktdır ki, ailələrimiz öz təmizliyi, mənəvi-əxlaqi keyfiyyət göstəricisi ilə hər zaman nümunə olub.
Qadına, qıza, anaya, ataya, oğula münasibət saf niyyətlər timsalında qurulub. Azərbaycan ailəsi zaman-zaman əxlaqsızlığa, milli-mənəvi dəyərlərimizə zərbə vuran amillərə qarşı olub, bu hallarla mübarizə aparıb.
Azərbaycanda ailənin qorunması, yüzillər boyu hökm sürən ənənələrin, ailə dəyərlərinin mühafizəsi vacibdir və ailələrin böyük əksəriyyəti bunu haqlı olaraq müdafiə edir.
Bilirik ki, bu gün həyatımıza sirayət edən internet-kommunikasiya vasitələri cəmiyyətimizə fayda verməklə yanaşı, ziyansız da ötüşmür. İnformasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək bir sıra uğura nail ola bilirik. Ancaq təəssüflər olsun ki, bəzən İKT nailiyyətlərindən başqa məqsədlərlə istifadə edənlər də tapılır. Əfsuslar olsun ki, cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini laxlatmaq, onu başqa istiqamətə yönəltmək cəhdində bulunanlar az deyil.
İKT-dən zərərli təbliğat üçün istifadə edənlər cəmiyyətə olduqca ağır zərbə vurur, yeniyetmə və gənclərin mənəviyyatına ziyan vurmaq məqsədi güdür...
Ölkəmizdə İKT yüksək səviyyədə inkişaf edir və istifadəçilərə xidmət göstərir. Bu gün Azərbaycanda insanların çox hissəsi internet istifadəçisidir və sosial şəbəkələrdən istifadə edilir. Sosial şəbəkələrdə aparılan təbliğat, dövriyyəyə buraxılan mövzular insanların marağını cəlb etməyə hesablanıb. Bu gün sosial şəbəkələrdə, ayrı-ayrı internet saytlarında, çatlarda aparılan söhbətlər, qabardılan mövzular, məsələlər olduqca həssaslıq tələb edir. Sirr deyil ki, Azərbaycanda internetdən istifadə azaddır və insanların internetə girişi sərbəstdir. Amma bu sərbəstlikdən sui-istifadə edənlər də var. Bu təşkilatlar, adamlar müxtəlif saytlar açaraq müxtəlif qeyri-əxlaqi, ailə dəyərləri ilə ziddiyyət təşkil edən bəzi mövzuları gündəmə gətirir. Ağrı ilə deyək ki, adlarını çəkmədiyimiz bu saytlarda ailə qaydaları ilə uzlaşmayan məsələlər təqdim edilir. Bir neçə sayt var ki, bu saytlarda intim mövzular, insanların seks hekayətlərinin yayımlanması həyata keçirilir. Məsələn, bu saytlarda təqdim edilən kiçik və orta həcmli hekayətlərin bəhs etdiyi mövzular qardaş-bacı, ata-qız, ana-oğul, gəlin-qayınata, gəlin-qayın, qaynana-kürəkən, habelə digər yaxın qohumlar arasında "yaşanan" seks olaylarıdır. Bəzən görürsən ki, müxtəlif saytlarda eyni hekayət fərqli adlar altında təqdim edilir, məzmun dəyişmir, amma qəhrəmanların adları dəyişir.
Bir neçə həftə əvvəl bir nəfər oxucumuz bizimlə əlaqə saxlayaraq belə saytların mövcud olduğunu və bu ətrafda araşdırma aparmağımızı xahiş etdi. Oxucumuz bildirdi ki, təsadüfən bu saytlardan birinə daxil olub və burada yazılan seks hekayətlərini oxuyub. Bundan ciddi narahatlıq keçirən oxucumuz bildirir ki, Azərbaycanda ailə dəyərlərinə hər zaman böyük hörmətlə yanaşılıb və bu cür təbliğatın neqativ təsirləri qaçılmazdır.
"Bu, xaricdən idarə olunan xüsusi texnologiya vasitəsilə baş verir..."
Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanda belə saytların mövcudluğu yeniyetmə və gənclərə mənəvi-psixoloji cəhətdən təsir edir. Onun bildirdiyinə görə, bu texnologiya xüsusi olaraq insanları mənəviyyatsızlığa sürükləmək cəhdidir. Psixoloqun sözlərinə görə, internetdə əxlaqi dəyərlərə zidd olan saytlar qondarma hekayələrlə gənclərin, yeniyetmə və uşaqların psixikasına zərbə vurur: "Sizin qeyd etdiyiniz saytlar haqqında məlumatı olanların hər biri kimi mən də narahatam. Bilirsiniz ki, Azərbaycan ailəsi tamamilə başqa cürdür və burada mənəvi-əxlaqi xətt öndədir. Müxtəlif saytlarda yazılan hekayətlər qardaş-bacı arasında, ana-oğul arasında, qaynana-kürəkən arasında intim münasibəti təbliğ edir. Təsəvvür edin ki, yüzlərlə hekayə bu məzmundadır. Bu fəlakətdir. Onu bildirim ki, ayrı-ayrı şəxslər bu saytlarda qeydiyyatdan keçib öz hekayətini təqdim etmir. Düşünürəm ki, bu, xaricdən idarə olunan xüsusi texnologiya vasitəsilə baş verir. Saytları açırlar, sonra da admin vasitəsilə bu hekayələri quraşdırıb ayrı-ayrı qız, oğlan, qadın, kişi adı ilə dövriyyəyə buraxırlar. Azərbaycan ailəsi, Azərbaycan cəmiyyəti qadına, qıza hər zaman hörmətlə yanaşır. Qardaş bacısının, oğul ananın qeyrətini, təəssübünü çəkir. Biz gözümüzü açıb belə görmüşük. Amma bu saytlarda yazılır ki, qardaş evdə bacısı ilə intim əlaqədə oldu, yaxud ana və oğul arasında cinsi yaxınlıq oldu. Bu şeylər ağlagəlməz dərəcədə dəhşətlidir. Bu halın bizim cəmiyyətin mənzərəsini əks etdirmədiyinə inanıram. Hekayələri oxusanız görərsiniz ki, burada əks olunan hadisələr xaricdə istehsal edilən pornoqrafik, intim filmlərin mövzusu ilə tam uyğundur. Əsasən o filmlərdə baş verənləri bu saytlara material yükləyən adminlər olduğu kimi yazıya çevirir. Bu hekayətlər sadəcə uydurmadır. Amma onu da vurğulamalıyam ki, bu uydurmaların təhrik gücü çoxdur. Onları quraşdıranlar bu mövzunu gündəmə gətirərək onu gənclər, yeniyetlər arasında təbliğ edir. Gənclərin, yeniyetmə və uşaqların hamısında şüur eyni səviyyədə inkişaf etməyib, təbii ki, xəstə düşüncədə olanlar da yox deyil, təqdim edilən hekayətlərdəki hadisələri təkrar etmək istəyinə düşənlər də ola bilər. Bu qaçılmazdır. Son vaxtlar eşidirəm ki, bəzi analar yeniyetmə oğul və qızlarını bir yerdə evdə qoymaq istəmir. Deyirlər ki, birdən neqativ hal baş verər. Analar da o saytlardan xəbərdardır. Bu da narahatlıq doğurur. Ümumiyyətlə, hesab edirəm ki, bu cür saytlarla bağlı əlaqədar qurumlar tədbir görməlidir. Bu saytlar ya qapadılmalı, ya da yayımına müəyyən məhdudiyyətlər qoyulmalıdır. Dövlətimiz bununla bağlı tədbirlər görsə yaxşı olar. Çünki cəmiyyətimizin başının üstündə dolaşan bu bəla ziyansız ötüşmür".
Mənəviyyatımızı təhdid edənlər...
N.Allahverdiyevanın sözlərinə görə, mətbuat özü də bu kimi hallarla barışmaz olmalıdır. Psixoloqun bildirdiyinə görə, dünyanın bir çox ölkələrində seks saytları açıqdır və bu da neqativ təsirini göstərir: "Bir sıra ölkələrdə bu kimi saytlar nəzarətsizdir və ona görə də tez-tez oxuyuruq ki, dünyanın harasındasa qardaş-bacısını, ata qızını zorlayıb. Bu məsələyə nəzarət edilməlidir. Bizim öz mətbuatımızda da dəfələrlə seksual xarakterli hadisələr haqqında məlumatlar gedib. Bu saytların yazdıqlarından "ilhamlanan" ata qızına, qardaş bacısına təcavüz edir. Təbii, onlar xəstə təfəkkürlü və əxlaqsızlığa meylli adamlardır. O xəstəliyin üzə çıxmasına bəzi saytlardakı mənfur hekayətlər təkan verir. Bu halın gətirdiyi bəlanı indi o qədər də hiss etmirik, ancaq gələcəkdə bu ağrını daha dərindən hiss edəcəyik. Bəlanı beşikdə boğmaq lazımdır. Azərbaycan dövləti ailə dəyərlərinə, insanların mənəvi-psixoloji, sosioloji vəziyyətinin yüksəldilməsinə, cəmiyyətin yüksək səviyyədə inkişafına, gənclərin əxlaqlı, savadlı olmasına xüsusi diqqət yetirir. Fikrimcə, erotik saytların bu şəkildə cəmiyyətə qarşı hərəkətə keçməsi, bizi təhdid etməsi mənəviyyatımıza, mənəvi-əxlaqi dəyərlərimizə zərbə vurması qəbuledilməzdir. Bir daha vurğulayıram ki, bununla bağlı tədbir görülməlidir".
"Bu yoluxucu xəstəliyə uşaq və gənclər yoluxa bilər..."
Görkəmli sosioloq, professor Əhməd Qəşəmoğlu (Məmmədov) "Bakı-Xəbər"ə bildirdi ki, barəsində danışılan mövzu ilə bağlı uzun illərdir mübarizə aparır. Onun bildirdiyinə görə, bəzi internet saytlarının bu cür əxlaqsız hekayələri yaymaqda məqsədi Azərbaycan cəmiyyətinə zərbə vurmaqdır. Professor Qəşəmoğlunun sözlərinə görə, bu saytlar mənəviyyatsızlıq yayır: "Təəssüflər olsun ki, bizim cəmiyyəti belə bir məsələ təhdid edir. Buna qarşı müharibə etmişəm dəfələrlə. Hələ 10-15 il əvvəl Bakıda sarı mətbuat nümunələri çap edilirdi və burada əxlaqsızlığı təbliğ edən yazılar dərc edilirdi. Bununla bağlı o dövrdə Mətbuat və İnformasiya Nazirliyinin rəsmilərinə müraciət etdim, lakin məsələ həll edilmədi. Sonra o dövrdə Azərbaycan Prezidenti olan mərhum Heydər Əliyevə müraciət etdim, onun göstərişi ilə bu mətbuat orqanları qapadıldı. İndi onun başqa bir forması internetdə təzahür edir. Bu, mənəviyyatsızlıq aşılayan sosial-siyasi layihədir. Cəmiyyəti sarsıtmağa yönələn bu siyasi texnologiyanın fəsadları olduqca böyükdür. Xaricdən idarə olunan xüsusi texnologiya mənəviyyat sistemimizi dağıtmağa yönəlib. Özü də bu texnologiyanı çox məqsədli, savadlı, əsaslandırılmış şəkildə təbliğ edirlər. Keçmiş dövrlərdə bu cür hallar SSRİ-yə qarşı da edilib. Bu sosial-siyasi texnologiya birbaşa uşaq və gənclərin psixikasına təsir edir. Hətta o vaxt SSRİ ilə bağlı bir film çəkmişdilər ki, azyaşlı qardaş-bacı bir evdə qalır və onların arasında barəsində danışdığımız hal baş verir. Bu təbliğatla bağlıdır. Mən hesab edirəm ki, bu yoluxucu xəstəlikdir və uşaqların mənəvi-psixoloji halına təsir edir. Bu yoluxucu xəstəliyə uşaq və gənclər yoluxa bilər. Hesab edirəm ki, bu yoluxucu xəstəliyə qarşı hər birimiz mübarizə aparmalıyıq. Haqqında danışılan və adını qeyd etmədiyimiz saytlarda gedən erotik hekayətləri oxuyan uşaq və yeniyetmələrin bəziləri bu halı təkrar etmək istəyər. Bu qaçılmazdır. Bu mənəvi-psixoloji silahdan istifadə edənlər cəmiyyətimiz üçün böyük problem yaradır. Bu saytların fəaliyyətini pisləyirəm və hesab edirəm ki, onlara qarşı mübarizə gücləndirilməlidir. Bir sosioloq kimi bundan narahatam".
Azərbaycan xalqı üçün ailə müqəddəs, toxunulmazdır. Hardasa neqativ hadisə baş verirsə, hansı ailədəsə bəlli saytların təbliğatına uyan adamlar əxlaqsızlıq edirsə, bu böyük bəladır. Bu bəlanı aradan qaldırmaq üçün əlaqədar qurumların müdaxiləsinə ehtiyac var. Düşünürük ki, ictimailəşdirdiyimiz bu mövzuya rəsmi qurumlar reaksiya verəcək və bu saytlarla bağlı tədbirlər görəcək.
Əli TURABOV
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ