Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bakı Texniki Kolleci Avropa təhsilinə inteqrasiya yolunu seçib
Tarix: 30.12.2015 / 01:55
Bölmə: Sosial
Direktor Fərrux Məmmədov: "Çalışırıq ki, Prezidentin bizə göstərdiyi etimadı əməli işimizlə doğruldaq"
Avtomobil nəqliyyatı fakültəsinin dekanı Raziyə Tağıyeva: "Psixologiyanı bilən müəllim tələbə ilə problem yaşamır"
Azərbaycan xalqı öz dünyagörüşü, həyata, ailəyə, nənə-babaya, valideynə, qardaş-bacıya, bibi-xalaya, əmi-dayıya, yaxın və uzaq qohumlara, qonşulara xüsusi münasibətilə seçilib. Azərbaycan ailəsi cəmiyyətin güzgüsü, dövlətin, dövlətçiliyin dayağı, mənəviyyatın aynası olub desəm yanılmaram. Bu da faktdır ki, ailələrimiz öz təmizliyi, mənəvi-əxlaqi keyfiyyət göstəricisi ilə hər zaman nümunə olub.
Əhali arasında kolleclər barədə informasiya bir az zəif olduğundan, bu təhsil ocaqlarına, belə təsəvvür yaranır ki, maraq azdır. Elə bu versiyanı yoxlamaq üçün kolleclərin birindən yazı hazırlamaq qərarına gəldik. Çox götür-qoy edəndən sonra yazının obyekti kimi Bakı Texniki Kollecini (keçmiş Politexnik texnikumu) seçdik. "Qarayev"lə "Koroğlu" metroları arasında yerləşən bu təhsil ocağının möhtəşəm binası uzaqdan diqqəti cəlb edir. Giriş qapısına yaxınlaşıb mühafizə xidmətinin nəzarətçisi Mirdaməd Rzayevə gəlişimizin məqsədini bildirdik. Bakı Dövlət Universitetinin 1987-ci il məzunu olan M.Rzayev kollecin direktor müavini Cəlal Qardaşovla əlaqə saxlayıb, gəlişimiz barədə məlumat verdi. Elə ilk baxışdan xoş təsir bağışlayan Cəlal müəllim məqsədimizi bilib, təşəkkür etdi və birlikdə kollecin direktoru teknika üzrə fəlsəfə doktoru, 40-ilə yaxın bu kollecdə işləyən, son 12 ili isə direktor olan Fərrux Məmmədovun yanına gəldik. Çox nurani bir görkəmi olan, üz-gözündən ziyalılıq yağan Fərrux Məmmədov bizimlə salamlaşandan sonra dərhal dedi: "Sizin bu xoş niyyətinizi alqışlayıram. Ancaq bizim haqqımızda yazmağa ehtiyac yoxdur. Biz nə eləmişik ki? Sadəcə öz peşə fəaliyyətimizi yerinə yetiririk".
Cavab olaraq bildirdim ki, "Fərrux müəllim, elə biz də peşə fəaliyyətimizi yerinə yetirmək üçün buradayıq. Yaxşı işə qiymət vermək isə hər bir vətəndaşın borcudur. Biz də haqqınızda yüksək fikirlər eşitdiyimizə görə yazmaq üçün sizin kolleci seçdik".
Qısa tanışlıqdan sonra F.Məmmədov C.Qardaşovdan xahiş etdi ki, "jurnalist üçün şərait yaradın və hər şeyi öz gözləri ilə görsün, gəzsin, baxsın, daha necə yazar özü bilər. Axırda yenə görüşərik, görək təssüratları necədir".
C.Qardaşovla birlikdə tanışlıq üçün kollecin təlim-tərbiyə işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlham Zeynalovla görüşdük. Söhbətimiz zamanı İ.Zeynalovun çox fəal ictimaiyyətçi, YAP-ın bütün tədbirlərinin təşkilatçısı və iştirakçısı, seçki kommissiyalarında yaxından iştirak etdiyini öyrəndik. İ.Zeynalov bildirdi ki, kollecdə 4 fakültə üzrə 1400-ə yaxın tələbə təhsil alır: "Hər bir tələbə ilə ciddi maraqlanırıq. Əgər valideynlər uşaqlarını bizə etibar ediblərsə, deməli bizim üçün onların gələcək taleyi çox əhəmiyyətlidir. Çünki onların gələcək həyata açılan yolları bu gün atacaqları addımdan asılıdır. Əgər bünövrə yaxşı qoyulsa, deməli, burda həm valideyn, həm də biz qazanırıq. Müəllim üçün tələbəsinin həyatda böyük uğur qazanmasından qiymətli nə ola bilər?"
C.Qardaşov söhbətə müdaxilə edir: "Tələbələrin biliklərə yiyələnməsi, öz sənətini mükəmməl öyrənməsi üçün kollecdə hər cürə şərait yaradılıb. Kollecdə 100-ə yaxın bacarıqlı, öz peşəsini sevən müəllim var ki, onlar tələbələrin elmə və seçdikləri ixtisasa yiyələnməsi üçün əllərindən gələni əsirgəmirlər. Hazırda fəaliyyət göstərən fizika və kimya lobaratoriyası, linqafon, bilologiya, dil-ədəbiyyat, coğrafiya, iqtisadiyyat kabinetləri ən müasir şəkildə qurulub. Kollecimizdə "Tərəqqi" medallı və "Qabaqcıl təhsil işçisi" olan müəllimlər də var".
Elə bu yerdə təklif etdim ki, həm deyilən kabinetlərlə, həm də qabaqcıl müəllimlərlə görüşək. Beləliklə, kolleci gəzməyə başladıq. Doğrudan da, hər yerdə səliqə-sahman, müasir tələblərə cavab verən auditoriyalar göz oxşayırdı. "Tərəqqi" medallı, mühəndis-texnoloq Vidadi Əmikişiyev bizdə çox xoş təəssürat yaratdı. Vidadi müəllimlə elə dərs zamanı, auditoriyada görüşdük. Dərhal hiss olunurdu ki, peşəsini sevən, dərs dediyi tələbələrə ürəkdən bağlanan əsl pedaqoqdur.
"Qabaqçıl təhsil işçisi", dil-ədəbiyyat müəllimi Mələk Nağıyeva da öz peşəsinin vurğunudur. Baxmayaraq ki, olduğumuz auditoriyada II kurs tələbələri neft və qaz yataqlarının istismarı ixtisasına yiyələnirlər, ancaq onlar Azərbaycan dili və nitq mədəniyyətinə M.Nağıyevanın sayəsində böyük məhəbbətlə yanaşırlar.
"Qabaqçıl təhsil işçisi", tarix müəllimi Nigar İbrahimova da tələbələrin sevimlisidir. Yüksək intellekti və peşəkarlığı sayəsində tələbələrin qəlbini ələ almağı bacarıb.
Daha bir "Qabaqçıl təhsil işçisi" Qalib Əhədov da uzun müddətdir bu təhsil ocağının işçisidir. Q.Əhədovdan da həm rəhbərlik, həm də şagirdləri çox razılıq etdilər.
Dəhlizdə Kollecin Həmkarlar Təşkilatının sədri Nadir Mustafayevlə rastlaşdıq. Haqqında müəllim və tələbələrdən yalnız xoş söz eşitdiyimiz Nadir müəllim təvazökarlıq edərək iş prosesindən danışmaq istəmədi. Çox təəssüf...
Müəllimlərdən sonra istədik ki, kollecdəki fakültələrdən biri ilə yaxından tanış olaq. Bu məqsədlə Avtomobil Nəqliyyatı fakültəsinin dekanı, ingilis dili müəllimi Raziyə Tağıyeva ilə görüşdük. İlahi, bu xanımın üzündə nə qədər nur var idi... Söhbətlərindən də hiss etdik ki, Raziyə xanım burada dekan yox, hər bir tələbənin sanki doğma anasıdır. Məlum oldu ki, R.Tağıyeva 1999-cu ildən bu kollecdə işləyir və son 6 ildir ki, dekan kimi fəaliyyət göstərir. Söhbətinin əvvəli də, axırı da "uşaqlarımız" oldu. Çünki hər bir tələbəyə öz uşağı kimi baxır. Elə ona görə də, Raziyə xanımı dinləmək xoş oldu: "Bilirsiniz, valideynlər uşaqlarını bizlərə etibar edir. Əgər biz o uşaqlara doğma uşaqlarımız kimi baxmasaq, onların qəlbini ələ almaq olmaz. Bunun üçün müəllim ilk növbədə psixologiyanı yaxşı bilməlidir ki, hər bir uşağın xarakterini, evdəki vəziyyətini, valideynlərinin münasibətini öyrənsin. Psixologiyanı bilən müəllim tələbə ilə problem yaşamır. Bu, birmənalıdır. Fakültəmizdə "Yol hərəkətinin təşkili" və "Nəqliyyatda daşımaların təşkili" ixtisasları üzrə 460 nəfər tələbə təhsil alır. Deməli, hər gün 460 xarakterlə üz-üzə qalırıq. Ona görə də, bu 460 tələbənin qəlbinə girmək, onu idarə etmək, sənin dediklərinə əməl etməsi üçün müəllim psixologiya və pedaqogikanı dərindən bilməlidir. Bir dəfə bir valideyn öz uşağını bura gətirəndə bildirdi ki, mən oğlumla bacarmıram, sizdən xahiş edirəm, bəlkə siz onunla bacara biləsiniz. Mən o uşaqla bir neçə dəfə fərdi qaydada söhbətlər apardım və artıq onun xarakterini öyrəndim. Çox qısa bir zamandan sonra həmin valideyn yanıma gəlib bildirdi ki, mən gözlərimə inana bilmirəm, uşaq az müddətdə əməlli-başlı dəyişib və evdə ataya-anaya çox böyük hörmətlə yanaşır. Təbii, hər bir ata-ana istəyər ki, övladı yaxşı olsun. Amma bunun yolları var. Axı, hər bir ata-ana psixoloq, pedaqoq deyil. Məşhur rus pedaqoqu A.S. Makarenko deyirdi ki, biz uşaqlarımızı nəinki öyüd-nəsihət verəndə, hətta davranışlarımızla da tərbiyə edirik. Bu baxımdan valideynin övlada sonsuz məhəbbəti, hələ onun ağıllı, savadlı uşaq böyüdəcəyinin təminatçısı deyil. Odur ki, biz müəllimlər bu yöndə valideynlərlə bərabər işləməliyik. Mən 460 tələbənin hər birinin həm özünü, həm də valideynlərini tanıyıram. Ona görə də onlarla işləmək mənim üçün çox asandır".
R.Tağıyeva ilə söhbət o qədər şirin və maraqlı oldu ki, vaxtın necə keçdiyini bilmədik. Axı bizim irəlidə görüşəcəyimiz müəllimlər var idi. Beləliklə, yenidən görüşmək ümidi ilə Raziyə xanıma təşəkkür edib, xudahafizləşirik. Ancaq sevindik ki, kollecdə öz peşəsi ilə yanaşı, tələbələri öz övladı kimi sevən Raziyə Tağıyeva kimi müəllimlərimiz var.
Fakültədən çıxandan sonra Cəlal müəllimdən kollecin idman sahəsindəki fəaliyyəti ilə maraqlandım. Axı bilirik ki, Prezident cənab İlham Əliyev gənclər arasında idmanın inkişaf etdirilməsi üçün böyük diqqət və qayğı göstərir. C.Qardaşov bu məqsədlə bizi kollecin bədən tərbiyə rəhbəri Aydın Kazımbəyovla tanış etdi. A.Kazımbəyovun idmana vurğunluğu və bu sahədən böyük həvəslə danışması bizim özümüzün də idmana həvəsimizi artırdı. Söhbət zamanı məlum oldu ki, A.Kazımbəyov ötənlərin peşəkar idmançısıdır.
O, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının "Fərxi bədən tərbiyəsi və idman işçisi"dir. Kollecdə isə fiziki tərbiyə və gənclərin çağrışa qədərki hazırlığı üzrə fənn birliyinin sədri, bədən tərbiyə rəhbəridir. A.Kazımbəyov qazandıqları idman nailiyyətlərindən və aldıqları fəxri fərmanlardan, diplomlardan elə həvəslə danışırdı ki, ona heyranlıqla qulaq asmamaq mümkün deyildi.
Kollecin idman nailiyyətləri müntəzəm olaraq dövri mətbuatda işıqlandırılıb və onların hər biri ilə A.Kazımbəyov bizləri də tanış etdi. Otağında isə az qala 4 divarın hamısı diplomlarla, fəxri fərmanlarla dolu idi. Tələbələr atletika, şahmat və dama yarışlarında həmişə uğurlu nəticələr əldə ediblər. Yayda keçirilən Avropa oyunlarında da kollecin tələbələri təşkilatı işlərdə fəal iştirak etmişlər. Tələbələrin uğurlarını əks etdirən və dəhlizdə asılmış fotostendlər isə, A.Kazımbəyovun şəxsi təşəbbüsü və əl işləri idi ki, baxanın zövqünü oxşayırdı.
Bütün bu gəzintilər və məlumatlar belə bir qənaətə gəlməyə əsas verdi ki, Bakı Texniki Kolleci öz işini günün tələbləri səviyyəsində qura bilib. Təbii ki, rəhbərlikdən həmişə çox şey asılıdır. Bu səbəbdən kollecin müasir tələblərə cavab verən bir sistemlə qurulub işləməsi, təbii ki, ilk növbədə direktor Fərrux Məmmədovun yorulmaz fəaliyyətinin nəticəsidir. Odur ki, sonda Fərrux Məmmədovun fikirlərini öyrənmək olduqca maraqlı idi. Nəhayət, kolleclə hərtərəfli tanışlıqdan sonra yenidən Fərrux müəllimlə üz-üzəyik: "Bildiyiniz kimi, kollecimiz Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərir. Bu o deməkdir ki, universitetin professorları bizim dəvətimizlə tələbələrimizə mühazirələr oxuya bilirlər, tələbələrimiz sənətə yiyələnmək üçün Texniki Universitetin maddi-texniki bazasından istifadə edirlər. Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev təhsilə, elmə çox böyük diqqət və qayğı ilə yanaşır. Çalışırıq ki, Prezidentin bizə göstərdiyi etimadı əməli işimizlə doğruldaq. Təhsil nazirliyi də bizə hərtərəfli qayğı göstərir. Gördüyünüz bu bina yay tətilində nazirlik tərəfindən əsaslı şəkildə təmir olundu. Kollecin həyəti abadlaşdırılıb, asfaltlanıb, böyük futbol meydançamız yaradılıb, bir sözlə, tələbələrin elmə və sənətə yiyələnməsi və sağlam ruhda böyümısi üçün bütün imkanlar yaradılıb. Auditoriyalar, lobarotoriyalar, fənn kabinetləri ən müasir avadanlıqlarla təmin olunub. Kollecimizdə 4 fakültə, 8 ixtisas fəaliyyət göstərir. Tələbələrin biliyinin qiymətləndirilməsi artıq müasir sistemlə həyata keçirilir. Bildiyiniz kimi, Azərbaycan təhsili tədricən Avropa təhsilinə inteqrasiya yolunu seçib.
Artıq Avropada olduğu kimi, bizim kollecdə də qiymətləndirmə kredit sistemi ilə həyata keçirilir. Bu nə deməkdir? Burada tələbənin dərsə davamiyyəti, özünü necə aparması, dərsdə sual-cavablarda necə iştirak eləməsi, sərbəst yazıları və s. müxtəlif ballarla qiymətləndirilir. Nəticədə tələbənin yekun qiyməti müəyyən edilir. Bu sistem artıq özünü doğruldur. Tələbələrin müxtəlif ədəbiyyatlardan istifadə etməsi üçün 18 minə yaxın kitab fondu olan kitabxanamız fəaliyyət göstərir. Artıq elektron kitabxana sisteminin yaradılmasına başlanıb. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən təşkil olunan treninqlərdə müəllimlərimiz müntəzəm iştirak edirlər. Təzəlikcə isə kollecin saytını yaratmışıq. Yaxın zamanlarda kollec barədə bütün məlumatları hər bir vətəndaş həmin saytdan ala biləcək".
Bütün bunlara qulaq asandan sonra Fərrux müəllimə belə dedik: - Deməli, işləyirsiniz və tələbələrin elmə və sənətə yiyələnməsi üçün bütün imkanlarınızı səfərbər etmisiniz.
F.Məmmədov:
- Axı, bizim başqa yolumuz da yoxdur. İşimiz ondan ibarətdir ki, bizə üz tutan tələbələri gələcək həyat yoluna hazırlayaq. Müstəqil dövlətimizə bacarıqlı, ixtisaslı kadrlar lazımdır. Bizim də əsas vəzifəmiz bu missiyanı həyata keçirməkdir.
Yaradılan şəraitə, bizə göstərilən diqqətə görə ilk və sonuncu iş yeri olan Bakı Texniki Kollecinin direktoru, əsl ziyalı, ömrünün 40 ilini bu kollecə həsr etmiş Fərrux Məmmədova və onun rəhbərlik etdiyi kollektivə böyük təşəkkürlər və uğurlar diləyərək, kolleci tərk edirik. İnanırıq ki, F.Məmmədov hazırkı sağlam kollektivlə, yaradılan belə yüksək şəraitlə hələ çox uğurlara imza atacaq.
Elçin MƏMMƏDLİ
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
Tarix: 30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi
- VİDEO
Tarix: 30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə
- araşdırma aparılır...
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...
Tarix: 28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...
SON XƏBƏRLƏR
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...
30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" -
Kilsə xarici təsirin yayılma alətinə çevrilib...
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ