"Son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi komissiya” yaradılıb”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
O bildirib ki, komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar: "Hazırda 2356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır".