Cümə günü, 02 oktyabr 2026
     

Dostlarının "Qoca qartal", ermənilərin "Sedoy" dediyi kəşfiyyatçı polis...

Image


- Alo, salam.
- Salam. Buyurun eşidirəm, kimdi danışan?
- Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə" qəzetindən polis kaptanı Hafiz.
- Kim???
Xəttin o başında səs sanki qırıldı. Qəfil başlayan doludan qorxub hara pənah aparacağını bilməyən və ucsuz-bucaqsız səhrada yalqız qalan, əli yerdən-göydən üzülən, saman çöpünə də ümid kimi baxan bir Allah bəndəsinin keçirdiyi şaşqınlığı, təəssüflər olsun ki, qələmə almaq gücündə deyiləm.
Bilirdim ki, adımın çəkilməyi səsini eşidib üzünü görmədiyim insanın hələ qaysaq tutmayan yarasına duz basıb onu ürəyi ilə əlbəyaxa edəcək. Ancaq adımı deməyə məcbur idim. Çünki adaşımın ömür-gün yoldaşından, şəhid Azərbaycan polisinin ömür yolu haqqında bəzi mətləbləri öyrənmək istəyirdim.
Xaçmaz şəhərində yaşayan, təqaüddə olan polis mayoru Yolçu Hüseynov tərəfindən redaksiyamıza gələn məktubda Hafiz haqqında heç olmasa qısametrajlı filmin çəkilməsi arzu olunurdu. Və onun bir fikri diqqətimi xüsusilə cəlb etdi. Məktubunda veteran həmkarımız yazırdı: "O mənimlə Səbail rayonunun 8-ci PB-də xidmət edirdi. Ailəli idi. Hafiz haqqında bildiklərimi, gördüklərimi deməyə, həmçinin onun haqqında çəkiləcək filmin hazırlanması üçün təqaüdümün bir hissəsini verməyə hazıram".
Polis veteranıyla danışdıqdan sonra qəti qərara gəldim ki, əslində, adına unutqanlıq deyilən məfhum yoxdur. Bir hadisənin, sevincin və dərdin birləşdirdiyi insanların illər keçəndən sonra bir-birini xatırlaması, ötənləri yada salması bundan sonra həyatımızdakı "unudaram"ların uydurmadan savayı heç nə olmadığını isbatlayır.
İnsan unutmur, sadəcə, yaşantıları, üzləşdiyi çətinliklər, problemlər onu nəyisə tez, nəyisə gec xatırlamağa sövq edir.
Və biz olanları xatırlamaqla sayğımızı nümayiş etdirmiş oluruq...
Elə o məktubdan sonra adaşımın xatirəsini yenidən yad etmək üçün axtarışa başladım. Səbail və Binəqədi RPİ-lərin hazırda xidmətdə olan, təqaüdə çıxan əməkdaşları ilə görüşüb Hafiz Abdullayev haqqında məlumat aldıqdan sonra onun ailəsi ilə tanış olmaq qərarına gəldim.
1954-cü ildə Ağdamda doğulmuşdu. Dörd qardaş, bir bacı idilər. Kiçik yaşlarından "Mən milis olacam" deyib tutdurmuşdu. "Milis güclü olmalıdır",- deyib həm dərslərini yaxşı oxuyur, həm də idmanla məşğul olurdu. Uca boyu, enli kürəyi, qorxmazlığı ilə cavanlar arasında xüsusilə seçilirdi.
Arzusu onu Volqaqrada apardı. Burada Milis məktəbini bitirdi. Məktəbi bitirdikdən sonra Bakıya qayıdıb Səbail RPİ-nin 8-ci PB-də sahə inspektoru kimi xidmətə başladı. Həmin illər SSRİ-də vəziyyət get-gedə kəskinləşdikcə milli zəmində baş verən münaqişələr də qızışırdı. Bu hadisələrin isə ən pik nöqtəsi Ermənistanda yaşayan azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla qovulması oldu. Böyük bir qaçqın köçünün özü ilə gətirdiyi problemin onsuz da vəziyyəti çətin olan Azərbaycanda qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət düşürdü. Vəziyyətə nəzarət etmək çətin olsa da, soydaşlarının harayına çatmaq üçün Hafiz də həmkarlarının cərgəsinə qoşuldu.
Hafiz bu köçün hələ son olmadığını sanki əvvəlcədən görürdü. Bununçün də gənc əməkdaşlara silahla davranmağı, əlbəyaxa döyüş fəndlərini öyrədir, onları əsl peşəkar kimi yetişdirmək üçün əlindən gələni edirdi.
Qarabağda, xüsusən də Xankəndində ermənilərin fəallaşması, sərsəm tələblər irəli sürməsi mövcud vəziyyətdən istifadə edib öz arzularını gerçəkləşdirmək üçün SSRİ rəhbərliyini ələ almaq cəhdləri Azərbaycanın ərazi bütövlüyünə qəsdin başlanğıcı demək idi. Get-gedə çevrəsi genişlənən münaqişə müharibəyə çevrilmişdi. Çünki ermənilər illər boyu buna hazırlaşmışdılar.
O yaxşı başa düşürdü ki, milis zabiti kimi, Vətənin müdafiəsində ön sıralarda olmalıdır. Məhz elə buna görə də cəbhəni, döyüşməyi üstün tutdu. Çaykəndin, Ağdərənin azad edilməsində xüsusi qəhrəmanlıq göstərdi. Vaxtsız ağaran saçlarını görüb dostları ona "Qoca qartal" deyirdilər. "Qoca qartal" düşmən tərəfindən yandırılan, zəbt edilən torpaqların itkisi ilə barışa bilmirdi. İlk silahı Vətənə sevgi, istək olan, lakin vahid komandanlıq altında birləşdirilməyən oğullarla, rabitəsiz, pələsəng könüllülərlə vətənin müdafiəsini təşkil etmək, onu qorumaq çox çətin olsa da, döyüş alnına yazılanlar ölümdən qorxmurdular.
Yazdıqlarım adaşımın ömür-gün yoldaşı Vüqarə xanımın dediklərindəndir. Yaddaşını silkələyib keçənləri xatırlaya-xatırlaya o illərə qayıtdıqca sanki çiyinlərindən ağır bir yük asılıbmış kimi aram-aram danışır Vüqarə xanım. Masanın üstündəki şəkillərdən bizə boylanan həmkarımızın baxışlarından hələ düşməndən ala bilmədiyimiz qısası görürəm. Elə bilirəm ki, şəkillər də od tutub alışacaq. Bir də diqqətimi Hafiz haqqında yazılar çıxan qəzetlər çəkir. Saralmış qəzetlərdən boy verən yazılarda onun qəhrəmanlığından bəhs edilir.
Hafiz əsl kəşfiyyatçı idi. Ermənilər onun adına "Sedoy" deyirdilər. Həm də başına pul qoymuşdular. Qapanlının yaxınlığında yerləşən kənddə ermənilərin silah anbarını partlatdıqdan sonra düşmən daha da azğınlaşmışdı, necə olursa olsun, Hafizi ya ölü, ya da diri ələ keçirmək istəyirdilər. İgid döyüşçü sanki ölümünü hiss edirdi. Dünyasını bir il öncə dəyişən anasının Ağdamdakı qəbrini gizli şəkildə ziyarət etdikdən bir gün sonra girdiyi ağır döyüş onun sonuncu döyüşü olacaqdı.
Tərtərin Qapanlı kəndi uğrunda döyüşdə düşməni geriyə oturdan Hafizgil döyüşün səngidiyini düşünsələr də, yenidən xeyli texnika və canlı qüvvə ilə hücuma keçən düşmənin həmləsinə cavab vermək üçün son gülləyə qədər döyüşməyi qarşılarına məqsəd qoydular. Düşmənin iki döyüş maşını sıradan çıxarıldı. Lakin düşmən tankının atdığı mərmi Hafizi ağır yaraladı. O, dostlarından onu buraxıb getmələrini xahiş etsə də, döyüş yoldaşları onu tək qoymadılar.
Hafiz "Atəşkəs"dən bir gün əvvəl həyata gözlərini əbədi yumdu. Vətən dağları "Qoca qartal"sız qaldı...
Yazıma nöqtə qoymaq fikrində deyiləm. Yenə də diqqətimi masanın üzərindəki şəkillərdən biri çəkir. Şəkildə iki oğlan uşağı vardı. Sanki bunlar kimdi sualımı Vüqarə xanım hiss edib deyir: "Aslanla Emildi". Bu şəklin maraqlı tarixçəsi var: "Yay idi. Hafiz döyüşdən təzəcə gəlmişdi. Uşaqlar onları gəzməyə aparmağını istəyəndə, yorğun olmasına baxmayaraq, razılaşdı".
Vüqarə xanım onu da deyir ki, Hafizin maraqlı hobbisi vardı. O, müxtəlif ölkələrin markalarını yığırdı. Həmişə maraqlı kitabları oxumağı, mütaliə etməyi sevərdi.
Hafiz Şiraslan oğlu Abdullayev ölümündən sonra möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub. DİN rəhbərliyi, döyüş yoldaşları onları unutmur, bayramlarda, əlamətdar günlərdə, polisin peşə bayramında zəng edib hal-əhval tuturlar.
İndi baba Hafizin ocağında nəvə Hafiz böyüyür. Bax bu, hafizlər ailəsi üçün ən böyük təsəlli, Hafizin ruhunu oxşayan ən gözəl mükafatdır.
Demək, Vətən uğrunda ölmək, şəhid olmaq ölümsüzlüyün zirvəsinə ucalmaqdır. Bir də ki, insanlar xatırlamaya bilər. Amma: "Vətən unudulmur, Vətən unutmur".
Hafiz Təmirov,
polis kapitanı





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ