Dolların və avronun manata nisbətən məzənnəsinin artmasından sonra dərmanların qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları, şirkətlər tərəfindən müraciət olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O qeyd edib ki, bu günlərdə Tarif Şurasının bu günlərdə növbəti iclası olacaq:
"Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycanda qeydiyyatdan keçən dərman vsasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları var. Bu qaydalara əsasən valyutann məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq”.