Bazar ertəsi günü, 16 noyabr 2026
     

Təhsildəki islahatlar bizə nə vəd edir?

Image


İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində dövlətin son iki ildə atdığı mühüm addımlar kifayət qədər müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Dünyanı iqtisadi böhran bürüdüyü, neftin qiymətlərinin 3 dəfəyə yaxın aşağı düşdüyü bir dövrdə neft ölkəsi olan Azərbaycan məhz qeyri-neft sektorunun hesabına cari ili 4% iqtisadi artımla başa vurur.

Heç şübhəsiz ki, bu göstərici getdikcə daha da yüksələcək və Azərbaycan iqtisadiyyatının bütün sahələrindəki uğurları ilə öz şöhrətini daha da artıracaq. Bunun üçün ölkəmizin bütün imkanları, dövlət başçısının möhkəm iradəsi və buna söykənən tarixi çağırışları var. "Azərbaycanın gələcək iqtisadi inkişafını sənaye və kənd təsərrüfatı təmin edəcək” deyən Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışını yada salaq. Dövlət başçısı növbəti mərhələdə qarşımızda duran əsas fəaliyyət istiqamətlərini elmi araşdırmalarla zənginləşdirməyin vacibliyini vurğulayaraq Azərbaycan alimlərini yeni-yeni axtarışlara və tədqiqatlar üzərində işləməyə çağırdı.

Sözsüz, Prezident İlham Əliyevinn bu çağırışlarında həm də təhsil işçilərinin payı var. Azərbaycanın yeni əsaslara və sahələrə söykənəcək gələcək iqtisadi inkişafından danışırıqsa, deməli, birinci növbədə təhsilin səviyyəsini artırmağın yolları barədə düşünməliyik. Gələcəyin alimləri indi ali təhsil ocaqlarında, orta məktəblərdədirlər. Dövlətimiz də məhz bu reallıqdan çıxış edərək Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirir, bu sahədə davamlı islahatlar aparılmasına xüsusi maraq göstərilir. Prezident İlham Əliyevin təhsillə bağlı çıxışlarına diqqət yetirsək, görərik ki, onun bütün fikirləri bir əsas hədəfdən qaynaqlanır - Neft kapitalını insan kapitalına çevirmək!

Bu istiqamətdə son illər ərzində bir çox addımlar atılıb. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə çoxalması, müəllimlərin əmək haqlarının, tələbə, magistr və aspirantların təqaüdlərinnin nəzərəçarpacaq dərəcədə artırılması, yeni-yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, dünya təhsil sisteminə inteqrasiya istiqamətində görülən işlər və s. məhz yuxarıda qeyd etdiyimiz hədəfə hesablanmış dövlət qayğısının bariz nümunələridir.

Son dövrlər təbii sərvətlər ətrafında dünyada cərəyan edən hadisələr göstərir ki, Azərbaycan Prezidentinin hələ 12 il əvvəl müəyyən etdiyi yeni inkişaf istiqamətləri tamamilə doğrudur. Bu istiqamətlər üzrə arzulanan nəticələrin əldə olunması üçün isə şübhəsiz ki, birinci növbədə təhsilin səviyyəsi diqqət mərkəzində olmalıdır.

Bəs hazırda vəziyyət necədir? Təhsil sahəsi 2015-ci ili hansı nəticələrlə başa vurur?..

Prezidentin İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq son iki ildə təhsil sahəsində başlanan islahatların mahiyyəti, qısa müddətdə ölkədə təhsilin beynəlxalq standartlara uyğun formalaşdırılmasını və onun keyfiyyətinin müasir tələblərə cavab verə biləcək bir səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Təkcə yola saldığımız il ərzində ölkə başçısı təhsil sistemində aparılan islahatları sürətləndirmək və təhsilin keyfiyyətini artırmağa yönəlmiş 10-a qədər fərman və sərəncam imzalayıb.

Son iki il ərzində aparılan islahatların nəticələri də kifayət qədər diqqət çəkəndir. Hər kəsə bəllidir ki, təhsildə ən ciddi məsələlərdən biri və bəlkə də birincisi yüksək peşə hazırlığı olan müəllimlərin seçilməsidir ki, bu işin də təməli başlanan islahatlarla çox fundamental şəkildə qoyulub. Bu gün yaxşı müəllim o müəllimdir ki, o, hər gün öz peşə hazırlığını artırmağa və bununla da şagirdlərə və tələbələrə yüksək biliklər verməyə qadir olsun. Burada ən öncül məsələlərdən biri isə budur ki, islahatlar belə müəllimin əməyinin lazımınca dəyərləndirilməsini nəzərdə tutur.

Bu yolda atılan addımlar və ilkin nəticələr artıq ortadadır. Prezident İlham Əliyevin "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. İlkin olaraq 8965 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Gəlin razılaşaq ki, islahatların ilk mərhəlləsində əldə olunan nəticələr kifayət qədər yüksəkdir.

Bundan sonrakı mərhələdə yüksək əmək haqqı alan müəllim belə öz peşə hazırlığını artırmaq hesabına daha yüksək əmək haqqı almaq şansıına malik olacaqdır. Bu şərait mövcud müəllim heyəti arasında ciddi rəqabətin yaranmasına gətirib çıxaracaqdır ki, bu yarışda da yalnız yüksək bilik və peşə hazırlığına malik olan müəllimin qalib gəlməsi mümkündür. Şagirdi bilik və peşə səviyyəsi aşağı olan müəllimə etibar etmək, xəstəni tibbi təhsili "3” qiymətə "başa vurmuş” həkimə etibar etmək kimidir.

Təhsil sistemində aparılan islahatlar artıq ölkədə müəllim peşəsinə marağın kifayət qədər yüksəlməsinə səbəb olub. Faktlara nəzər salaq: Cari ildə müəllimlik ixtisaslarını seçən abituriyentlərin orta balı artmış, 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı isə ötən ilə nisbətən 37 faiz çox olmuşdur. Müşahidələrimiz göstərir ki, müəllim işləmək istəyənlərin sayı ildən ilə artır. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olmuşdur. Digər tərəfdən, islahatlara uyğun şəffaf, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi də müəllim peşəsinə marağın artmasına bilavasitə təsir etmişdir. Bütün bunların nəticəsidir ki, cari ildə vakant yerlərin tutulma səviyyəsi 38 faiz artmışdır.

Apardığımız araşdırmalar kənd məktəblərindəki vəziyyətə də işıq salır. Kənd məktəblərində işə qəbul olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilmişdir ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 25 faiz artması deməkdir.

Bu il ali məktəblərə qəbul imtahanlarının nəticələri də gələcəyə ümidlə baxmağa imkan verir. Ötən illə müqayisədə kifayət qədər ciddi keyfiyyət dəyişikliyi müşahidə olundu. Misal üçün 700 bal toplamış abituriyentlərin sayının ötən illə müqayisədə iki dəfə artmasını, keçid ballarının 200-ə yüksəldilməsini və ayrı-ayrı bölgələr üzrə ali məktəblərə qəbul sayında nəzərəçarpan yüksəlişi göstərmək olar ki, bütün bunları da Azərbaycanın təhsil sahəsində son iki ildə aparılmış islahatların nəticəsi kimi qiymətləndirə bilərik.

Bu sıraya şagirdlərimizin beynəlxlaq elmi yarışlar və olimpiadalarda əldə etdikləri yüksək nəticələrin getdikcə artmasını da əlavə etsək, Azərbaycanın gələcəyindən narahat olmaya bilərik. Təhsil sistemimizdə aparılan islahatlar yaxın gələcəkdə milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan, onları inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüskar və yeniliklərə meyilli, nəzəri və praktiki biliklərə yiyələnmiş, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaga inkan verəcəkdir. Bu isə cəmiyyətin inkişafını təmin edən əsas məsələdir...

Fikrət Yusifov

"Ekonomiks” Beynəlxalq İqtisafdi Araşdırmalar Birliyinin sədri,

İqtisad elmləri doktoru, professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ