Bunlar İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala - Balakən və Talış uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Bu zonalar güclü zəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir.
Balakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı - Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı - Şamaxı - Cəngi rayonlarında, qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur.
Hesabatda o da qeyd edilib ki, Azərbaycan ərazisinin Yer qabığının qabarma variyasiyalarının təhlili tədqiqatın məqsədi ilə yüksək dəqiqli 3 ədəd qravimetrik stansiyaları (Scrintex AutoGrav C G – 5) açılıb.