Azərbaycanda təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə sanksiyalar müəyyənləşdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.
Yeni layihəyə əsasən, təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə 200 manatdan 300 manatdək cərimə tətbiq ediləcək.