Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İşğalçı rusların dərsini verən Səfəvi hökmdarı - II Şah Abbas
Tarix: 11.12.2015 / 01:20
Bölmə: Sosial
Azərbaycanın orta əsrlər tarixinin ən parlaq dövrlərindən biri də Səfəvi İmperiyasının 7-ci hökmdarı II Şah Abbasla bağlıdır. Çoxəsrlik Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri və mübahisəsiz, birincisi Səfəvi İmperiyası hesab olunur. 1501-ci ildə Azərbaycanın böyük dövlət xadimi, sərkərdəsi, şairi I Şah İsmayılın qurduğu və dövrünün ən qüdrətli dövlətlərindən birinə çevirdiyi Səfəvi İmperiyası müasir dövlətçiliyimizin ən güclü istinadı kimi qəbul olunmaqdadır.
Məhz Azərbaycan türk tayfa birliklərinin birbaşa iştirakı ilə yaradılan və olduqca mürəkkəb tarixi şəraitdə 236 il ərzində mövcudluğunu saxlamış Səfəvi İmperiyası bu coğrafiyada növbəti dönəmlərdə qurulmuş dövlətlər üçün əvəzsiz baza kimi öz aktuallığını heç vaxt itirməyib. Təsadüfi deyil ki, Səfəvi İmperiyasından sonra yaradılmış Azərbaycan Əfşar İmperiyası (1736-1796) və Azərbaycan Qacariyyə Dövləti (1796-1925) ilk növbədə Şah İsmayılın qurduğu səltənətin hüdudlarını bərpa etmək, o cümlədən, genişləndirmək üzərində düşünüblər.
Səfəvi İmperiyasının ilk hökmdarı I Şah İsmayıldan (1501-24) başlayaraq, xələfləri - Təhmasib Şah (1524-76), II Şah İsmayıl (1576-78), Şah Məhəmməd Xudabəndə (1578-87) və I Şah Abbas (1587-1629) dönəmlərinin tarixi saray salnaməçiləri tərəfindən yetərincə qələmə alınaraq gələcək nəsillərə ötürülüb. Lakin I Şah Səfinin (1629-42) hakimiyyəti illərində dövlət idarəçiliyində dərinləşən böhran o illərdə sarayda və ölkədə cərəyan etmiş proseslərin tarixə köçürülməsi işini də arxa plana keçirib. O səbəbdən, XVII əsrin 30-cu illərindən sonra Səfəvi İmperiyasının tarixi və onun hökmdarlarının fəaliyyətinə dair məlumatlar sələfləri ilə müqayisədə xeyli azdır. Bununla belə, bəzi tarixçilərin və əcnəbi səyyahların qeydləri Səfəvi tarixinin qeyd olunan dönəminə aid, az da olsa, təsəvvür yaranmasına imkan verir. Lakin bütün hallarda vurğulanmalıdır ki, o dövrə dair əldə olan məlumatlar ayrı-ayrı epizodları əks etdirir və sistemli şəkildə ümumiləşdirilməyib.
I Şah Abbasdan sonra taxta keçən nəvəsi I Şah Səfi (1629-42) dönəmində Səfəvi İmperiyasında növbəti böhran yarandı və sürətlə dərinləşdi. Bunun əsas səbəbi I Şah Səfinin mənfi şəxsi keyfiyyətləri və dövlət işlərini başlı-başına buraxması idi. Nəticədə I Şah Abbasın vaxtında qazanılmış hərbi-siyasi-iqtisadi uğurlar ard-arda itirildi. Səfəvi İmperiyasının qərbindəki ərazilər yenidən Osmanlı Dövlətinin işğalına məruz qaldı və hətta Bağdad da təkrar osmanlıların nəzarətinə keçdi. Eyni zamanda, əvvəl imperiyanın ucqarlarında qalxan üsyanlar tədricən dövlətin mərkəzi ərazilərinə də yayılmağa başladı və ölkədə xaotik vəziyyət yarandı. İqtisadiyyatın dağılması üzündən xəzinənin boşalması, korrupsiyanın güclənməsi və dövlət məmurlarının yararsızlığı baş qaldıran problemlərin həllinə imkan vermirdi. Böhranın son həddə çatdığı bir vaxtda I Şah Səfi keçirdiyi qeyri-sağlam həyat tərzinin nəticəsi olaraq, 1642-də ildə dünyasını dəyişdi və onu Səfəvi taxtında oğlu II Şah Abbas əvəzlədi.
II Şah Abbas 1632-ci ilin dekabrında İsfahanda doğulub. Qaydalara uyğun olaraq, digər şahzadələr kimi sarayın hərəmxanasında saxlanıb və orada ilk təlim-tərbiyəni alıb. 1642-ci ildə atası I Şah Səfinin qəfil ölümü həm dövlətin, həm də Abbasın taleyində yeni səhifə açır. I Şah Səfinin Səfəvi nəslinin kişi cinsindən olan bütün mümkün varisləri amansızlıqla qətlə yetirməsi 10 yaşlı Abbasın taxta çıxmasını labüdləşdirir.
Təbii, 10 yaşlı şahın atasından ağır vəziyyətdə qəbul etdiyi ölkəni nəinki tezliklə dirçəltmək, heç normal idarə etmək imkanı da yox idi. Ona görə də II Şah Abbasın hakimiyyətdə olduğu ilk illərdə dövlət işləri ilə saray əyanları məşğul olurdular. Tədricən hakimiyyət iplərini öz əlinə keçirən gənc şah Səfəvi İmperiyasının yenidən ayağa qalxması istiqamətində qəti hərəkətlərə keçir. 1647-ci ildə imperiyanın şərq hüdudlarına müntəzəm basqınlar edən moğollara qarşı hərbi hazırlıqlara başlayan II Şah Abbas bu işləri uğurla tamamlayır və növbəti il işğal altında olan Qəndəharı azad etməyi bacarır.
Bu uğurdan sonra II Şah Abbas regiondakı prosesləri düzgün dəyərləndirərək, güclənməkdə olan Rusiya dövlətinin cənuba doğru genişlənmək planlarının gerçəkləşməsinə imkan verməmək üçün qəti addımlar atır. Rus kazaklarının Səfəvi tacirlərinə həm Şimali Qafqazda, həm də Xəzər dənizində müntəzəm basqınları, eyni zamanda Rusiyanın o bölgədə yeni qalalar inşa etmək təşəbbüsləri II Şah Abbası tələsməyin vacibliyinə inandırdı. Rusların Terek çayının sahilində - Səfəvi hüdudlarına çox yaxın ərazidə Sunca qalasını bərpa etmələri və möhkəmləndirmələri iki dövlət arasında müharibəni qaçılmaz zərurətə çevirdi.
Sözsüz ki, Səfəvi İmperiyasının nüfuz zonasına müdaxilə edən Rusiya bu hərəkətinin qarşı tərəfdən cavabsız qalmayacağını bilirdi. Bu səbəbdən müharibə hazırlıqlarına başlayan rus dövləti Şimali Qafqazda və ona bitişik ərazilərdəki kazak qüvvələrini səfərbər etməyə çalışırdı. Bundan başqa, ruslar digər ərazilərdən də potensial müharibə zonasına əlavə hərbi birliklər cəlb edirdilər.
Bu fonda Səfəvi dövləti də savaş hazırlıqları içərisində idi. 1651-ci ildə II Şah Abbasın əmri ilə ruslara qarşı hərbi kampaniyanın təşkili və ümumi rəhbərlik Şirvan hakimi Xosrov xana həvalə edildi. Onun topladığı qoşun Tərki yurdunun şamxalı Surxay xanın qüvvələrindən, Endirey məliki Qazan Alp, Qaytaq usmisi Əmirxan Sultanın dəstələrindən, o cümlədən bir neçə dağlı camaatının hərbi birliklərindən formalaşdırılmışdı.
Bundan başqa, Xosrov xan Şamaxıda və Dərbənddə toplanmış ümumilkdə 800 əsgəri və Səfəvi ordusundan 800 sərbazı iki topla birlikdə şamxal Surxayın ixtiyarına verir. Xosrov xanın topladığı qoşundakı əsgərlərin sayı Noqay və Kumık uluslarından qoşulmuş dəstələrlə birlikdə 12 min nəfər civarında idi. Hərəkətə keçən qoşun 1651-ci il oktyabrın 12-də Sunca çayına yetişir. Eyniadlı qalada müdafiə mövqeyi tutan ruslar öz sıralarına Qafqaz kazakları, kabardinlər və başqa uluslardan dəstələr cəlb etməklə əhəmiyyətli dərəcədə güclənmişdilər. Bu səbəbdən şamxal Surxayın həmin il noyabrın ilk günlərində Sunca qalasına etdiyi həmlələr nəticəsiz qaldı. Qoşunu yenidən toparlamağa ehtiyac olduğunu görən şamxal Surxay noyabrın 7-də Sunca qalasının həndəvərindən geri çəkilməyi qərara aldı.
Ancaq ilk hücumun uğursuzluğundan sonra II Şah Abbas soyuqqanlılığını itirməyərək, növbəti həmləyə daha ciddi hazırlaşmağa başladı. Şimali Qafqazda formalaşdırılmış ordudakı əsgərlərin sayını dağlı uluslarının hesabına artıraraq, 20 min nəfərə çatdıran şah silah təchizatını da əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail oldu. Hazırlıqlar yekunlaşdıqdan sonra Səfəvi ordusu yenə də şamxal Surxayın rəhbərliyi altında 1653-cü il martın 7-də Sunca qalasını mühasirəyə aldı. Rusların qalada bir neçə min nəfərlik hərbi kontingent yerləşdirmələrinə baxmayaraq, onlar bu dəfə Səfəvi qoşunlarına müqavimət göstərə bilmədilər. Vəziyyətin ümidsizləşdiyini görən rus hərbi komandanlığının ətraf bölgələrdən Sunca qalasının müdafiəçilərinə kömək üçün əlavə qüvvələr göndərmək cəhdləri səfəvilərin manevrləri sayəsində boşa çıxdı. Aramsız həmlələr qarşısında böyük itki verən rusların son bölüyü, nəhayət, 1653-cü il martın 25-də Sunca qalasını tərk etdi.
Dövlətin hüdudlarını şimala doğru genişləndirməyi düşünən II Şah Abbas o ərəfədə Səfəvi İmperiyasının paytaxtı İsfahanda böyük ordu toplayaraq Həştərxanın fəthinə hazırlaşırdı. Lakin moğolların yenidən Səfəvilərin şərq sərhədlərinə hücumu və Qəndaharı təkrar mühasirəyə alması şahı hərbi qüvvələri bu istiqamətə göndərməyə vadar etdi.
II Şah Abbasın hökmdar kimi qeyd olunası ən müsbət işlərindən biri kimi dövlətin zəifləməsindən sui-istifadə edərək mərkəzi hakimiyyətə itaətsizlik göstərən və müsəlman əhaliyə qanlı divan tutan gürcü knyazlarını sərt şəkildə cəzalandırmasını göstərmək olar. Səfəvi İmperiyasının nüfuz və hakimiyyətini Gürcüstanda yenidən bərpa etməyi qarşıya məqsəd qoyan II Şah Abbas buna nail olur. 1662-ci ildə separatçı knyazları bir-bir sıradan çıxaran hökmdar müsəlman əhalinin müdafiəsinin də qayğısına qalır. Onun göstərişi ilə Gürcüstanda dövlətin daimi hərbi qarnizonunun yerləşdirilməsi üçün yeni qalalar tikilir.
Əlbəttə, II Şah Abbasın hakimiyyət dövrünü nəzərdən keçirərkən Səfəvi-Osmanlı münasibətlərinə toxunmamaq mümkün deyil. Amma çox əlamətdar haldır ki, Səfəvilərin 7-ci hökmdranın dövründə iki türk imperiyası arasında münasibətlər ən yüksək səviyyəyə çatıb.
O dövrün Səfəvi-Osmanlı münasibətlərinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəfli özünün "Qəsri-Şirin sülhündən sonra Səfəvi-Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında" geniş tədqiqat əsərində maraqlı məlumatlar verib. Həmin əsərdə II Şah Abbasın Osmanlı İmperiyası ilə münasibətlərə ciddi önəm verdiyi və qarşılıqlı etimada zərbə vuracaq addımlar atmadığı diqqətə çatdırılıb: "1648-ci ildə II Şah Abbas Qəndəhar yürüşü zamanı Bəstamda olan zaman Osmanlı sultanı İbrahimin elçisini qəbul etmişdi. Osmanlı sultanı Səfəvi şahının Qəndəhar hərbi yürüşündən ehtiyat edərək gələcəkdə onun Bağdadı da geri almaq fikrinə düşəcəyindən şübhələnirdi. O, II Şah Abbasa yazdığı məktubda tərəflər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin vacib olduğunu israrla təkid edirdi və ona bir fil də göndərilməsini xahiş edirdi.
II Şah Abbas cavab olaraq Osmanlı elçisi ilə Sultanın sarayına Qasım bəyin oğlu Məhəmmədqulu bəyi yola salıb, ona buyurdu ki, Qəzvindəki fili Osmanlı sultanına aparsın. II Şah Abbas Sultan İbrahimə ünvanladığı məktubda iki dövlət arasındakı dostluq əlaqələrindən bəhs etmiş və bu məsələdə sözünün üstündə möhkəm dayandığını ifadə etməklə, onun rahatsızlığını aradan qaldırmağa cəhd göstərmişdir".
Müəllif o dövrün türk mənbələrəinə əsaslanaraq, iki imperiya arasında münasibətlərin yaxşı olduğnu təsdiqləyən faktları da oxuculara təqdim edib: "İ.H.Uzunçarşılının fikrincə, 1649-cu ildə IV Mehmedin taxta çıxmasını təbrik etmək üçün II Şah Abbasın Mahmud xan adlı elçisi İstanbula gəldi və 2 fil hədiyyə gətirdi. Bu faktlar bir daha təsdiq edir ki, XVII yüzilliyin 40-cı illərində Səfəvi və Osmanlı dövlətləri arasında qarşılıqlı siyasi əlaqələr davam etdirilmiş, tərəflər bir-birini ən mühüm siyasi hadisələrlə bağlı məlumatlandırmış və lazımi hədiyyələr göndərərək normal münasibətlər saxlamışlar".
Təəssüf ki, II Şah Abbasın 34 yaşında dünyasını dəyişməsi onun Səfəvi İmperiyasının qüdrətlənməsinə və gerçək bir cahan dövlətinə çevrilməsinə yönəlik planlarının həyata keçməsinə imkan vermədi. Ondan sonra taxta çıxan növbəti şahlar isə bu vətənpərvər hökmdarın başladığı işləri davam etdirmək iqtidarında olmadılar.
Araz ZEYNALOV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ