Cümə günü, 02 oktyabr 2026
     

"Donuz qripi" təhlükəsi bizim üçün bu qədər realdır ki...

Image


Adil Qeybulla: "Vətəndaşlarımız qonşu ölkəyə səfər edərkən tibbi maskalardan istifadə etsin"

"Donuz qripi" tənəffüs yollarının xəstəliyidir"

"Donuz qripi" bir addımlığımızdadır. Cənub qonşumuz İranda "donuz qripi" yayılıb. Yayılan məlumatlara görə, İranda "donuz qripi" Azərbaycan sərhədlərinə yaxınlaşır. Belə ki, artıq Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində 5 nəfər "donuz qripi" diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə İran mediası xəbər verir. Mazandaran Tibb Universitetinin rektor müavini doktor Möhsin Ərabi deyib ki, hər gün bir və ya iki nəfər "donuz qripi" ilə bağlı müraciət edir: "İndiyədək bu qripə görə Mazandaran əyalətində ölüm halı olmayıb və qrip artıq nəzarətə götürülüb".
M.Ərabi onu da əlavə edib ki, qripə yoluxmuş xəstələrin hamısı müalicə aldıqdan sonra evə buraxılıb və həkim nəzarətindədir.
Qeyd edək ki, İranda "donuz qripi"ndən son üç həftədə 40 nəfər ölüb. 35 nəfər Kirman əyalətində, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib.
Xatırladaq ki, Azərbaycanda "donuz qripi" xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanıb. Səhiyyə naziri Oqtay Şirəliyev son günlər Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında donuz qripinin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə respublikanın bütün tibb müəssisələrinin rəhbərlərinə "donuz qripi" xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılır. Eyni zamanda, qripə şübhəli şəxslərin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi sənəddə öz əksini tapıb.
Əmrdə ağır kəskin respirator xəstəlik halları baş verdiyi halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə məlumat verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyaya çatdırılması, gigiyena və epidemiologiya mərkəzlərinə əhalinin kütləvi məskunlaşdığı yerlərdə dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.
Sənəddə bildirilir ki, yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işləri aparılmalı, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli bokslar tam hazır vəziyyətə gətirilməli, bu bokslar müvafiq qurumlar tərəfindən dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməlidir.
Nazirliyin məlumatında o da bildirilir ki, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır. Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb.
Professor, tibbi ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, ilk növbədə sərhəd-keçid məntəqələrində güclü nəzarət olmalı, həkim-ekspert qrupları çalışmalıdır: "İrandan Azərbaycana gələnlər ciddi şəkildə yoxlanmalı, yoluxma şübhəsi olanlara poliklinikalara müraciət edərək lazımi analizləri verməsi tövsiyə edilməli və belə vətəndaşlar həkim nəzarətindən kənar qalmamalıdır. Virusun əlamətləri yuxarı tənəffüs yollarının xəstəliklərinə oxşar olduğundan, vətəndaşlar çox zaman ciddi əhəmiyyət vermir, adi soyuqdəymə sanıb müalicə olunmağı lazım bilmirlər. Amma adi soyuqdəymə sandığımız xəstəlik ağır fəsadlar verə bilir. Məlumdur ki, İranla Azərbaycan geniş iqtisadi əlaqələrə malikdir. Xüsusilə də sərhəd bölgələrində yaşayan vətəndaşlarımız tez-tez İran ərazisinə keçir. Orada "donuz qripi"nin yayılması rəsmi şəkildə təsdiqlənibsə, vətəndaşlarımız ehtiyatlı olmalıdır. Sanitar-gigiyenik tələblərə diqqətlə yanaşmalıdırlar. Məsləhətdir ki, vətəndaşlarımız qonşu ölkəyə səfər edərkən tibbi maskalardan istifadə etsin. Çünki bu virus hava-damcı yolu ilə yayılır. "Donuz qripi" tənəffüs yollarının xəstəliyidir və H1N1 virusu ilə yoluxma səbəbindən inkişaf edir. Bu virus tipik "donuz qripi" virusundan fərqlənir. Virusun bəzən donuz fermalarında işləyən insanlara yoluxmasına rast gəlinir, amma bu onların həyatı üçün ciddi təhlükə yaratmır. Hətta xəstə insanlardan digərlərinə yoluxma hallarına da az-az rast gəlinir. Amma H1N1 tipik "donuz qripi" viruslarından fərqli olaraq asan və sürətlə yayılır. 2009-cu ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı N1N1 virusunun pandemiyasını rəsmən elan edib. H1N1 virusuna qarşı vaksin işlənib və hazırda bir çox ölkələrdə tətbiq edilir".
Həmsöhbətimizin sözlərinə görə, "donuz qripi"nə yoluxan insanın nəfəs alması, asqırması zamanı virus hava ilə sağlam insanın burun boşluğuna və ya gözlərinə düşə bilər ki, bu da yoluxmanı təmin edir: "Viruslar bərk səthlərdə də qala bilir və belə səthlərə toxunan əllər yuyulmasa, yemək zamanı yoluxma vasitəsi ola bilər. Ona görə də vətəndaşlar hər zaman şəxsi gigiyena qaydalarına riayət etməlidir. Hətta adi vaxtlarda da, heç bir xəstəlik əlaməti yoxdursa belə, evə gələrkən əllərini sabunla yaxşı-yaxşı yumalı, yuyulmamış əllə qida qəbul etməməli, asqırarkən ağzını dəsmalla tutmalı, mümkün qədər ictimai yerlərdə tibbi maskalardan istifadə etməlidirlər. Bununla həm öz sağlamlığını təminat altına alar, həm də ətrafdakıları yoluxma risqindən azad edərlər".
Günel CƏLİLOVA





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ