Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatlarda ölkəmizdə guya dini etiqad azadlığının məhdudlaşdırılması, dini mərasimlərin keçirilməsinin qarşısının alınması, hətta Aşura mərasiminin qadağan edilməsi, dindarlara qarşı təzyiq göstərilməsi və digər həqiqətə uyğun olmayan məsələlər haqqında danışılır.