Bazar günü günü, 12 iyul 2026
     

Dövlət rəsmisi Bakıya murdar ət gətirən şəbəkənin ifşa olunacağına qətiyyətlə söz verdi

Image


Bu günlərdə mənşəyi naməlum olan, qida üçün təhlükəli 5 ton dondurulmuş heyvan cəmdəyi Bakıya satış üçün gətirilərkən ifşa olundu. 5 ton əti paytaxta göndərən Bərdə rayon sakini Seyfəddin Əsgərov həmin əti Bakı şəhərindəki zooparka göndərdiyini iddia etsə də, mənşəyi naməlum ətin izi ilə S. Əsgərovun evinə gedib çıxan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları onun fərdi yaşayış evinin anbarından müddəti keçmiş daha 20 ton ət aşkarlayaraq götürdülər.

Elə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, rəis müavini Azər Süleymanovun Movqe.az-a müsahibəsi də bu mövzuda oldu...

- Azər müəllim, bir neçə gün öncə, sizin qurum ictimaiyyətin rəğbətlə qarşıladığı, belə deyək, ürəkdən "çox sağ ol” dediyi bir işə imza atdı. Ardı-ardına ölkənin müxtəlif yerlərindən Bakıya gətirilən murdar olmuş, mənşəyi naməlum olan ət satışının qarşısını aldınız. Maraqlıdır, bununla bağlı sizin quruma siqnallar daxil olur, yoxsa, bu barədə konkret rəhbərlik səviyyəsində tapşırıq verilib?

- Bu, bizim üzərimizə qoyulan vəzifədir. Hər zaman olduğu kimi, bu gün də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir. Çalışırıq ki, ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən, qida təhlükəsizliyinə ciddi nəzarət edək.

Eyni zamanda kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırıqlarına müvafiq olaraq bu sahədə baş verən qanunsuzluqların qarşısını alaq. Tamamilə doğru buyurdunuz ki, 30 noyabr 2015-ci il tarixində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu "Mersedes” markalı yük avtomaşını saxlanıldı. Cəmdəklərə baxış keçirilən zaman heç bir müşayətedici baytarlıq və digər sənədlərin olmadığı müəyyən edilmişdir. Həmçinin heyvan cəmdəklərinin mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi rəngi dəyişmiş, göyərmiş, qeyri-spesifik iyə malik olduğu məlum olmuşdur. Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün Respublika Baytarlıq Laboratoriyasına 18 nümunə təqdim edilmişdir. Götürülən nümunələrdə bakterioloji, mikroskopiki və kimya-toksikoloji müayinələr aparılmışdır. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliyinin törədicisi müəyyən olunmuşdur. Biokimyəvi müaynə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də götürülən nümünələrdən 13-nün ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilmişdir. Aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan ət nümunələri qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermiədiyi üçün satış məqsədi ilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsnə qərar verilmişdir. Həmin ətdən əlavə dekabrın 1-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bərdə rayonu S.Vurğun küçəsi 9 nömrəli evin sakini Novruzov Seyfəddin Vəliyəddin oğluna məxus olan həyətdə dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kamerada 20 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilmişdir. Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyinin məlum olmadığı, orqanoleptik göstəricilərinin standartlara cavab vermədiyi məlum olmuşdur. Bu ətin də zərərsizləşdirilməsnə qərar verilmişdir. Biz bu reydləri mütəmadi olaraq davam etdirməyi nəzərdə tutmuşuq. Təbii ki, bizim də regionlarda əlaqələrimiz olduğundan, bu cür faktlar olduqda DBX-a siqnallar daxil olur. Dərhal insan orqanizmi üçün zərərli ətlərin satışa çıxardılmasının qarşısı alınır. Bu işlə məşğul olan qurumlar bilsinlər ki, biz onların bu cür qanunsuzluqlarının qarşısını almaq, ifşa etmək üçün bütün qüvvələrimizi səfərbər etmişik. Bizə bəllidir ki, bu bir nəfərin işi deyil, onların himəyadarları var, onlar uzun müddət işlərini davam etdirirlər. Bu şəbəkənin aşkar edilməsi, onların qanunsuz əməllərinin cəzasız qalmaması üçün toplanılan materiallar Respublika Prokurorluğuna göndəriləcəkdir.

- Sizin qurumun da məlumatından məlum olur ki, o ətlər, nəinki, insanın, heç heyvanın yeməsi üçün məsləhət bilinməyib zərərsizləşdirildi. Sizin qurumun və hüquq mühafizə orqanlarının sayəsində biz murdar olmuş, zərərli infeksiyalar mənbəyi olan əti yeməkdən xilas olduq. Sizdə məlumat varmı, ümumiyyətlə, o cür ətlər Bakıya hansı müəssisələrə təhvil vermək üçün gətirilir?

- Yəqin ki, hüquq mühafizə orqanlarının araşdırması zamanı onların bu ətləri hara təhvil verdiyi üzə çıxacaqdır. Onların bunu satış üçün gətirdiyi dəqiqdir. Amma hansı müəssisəyə, kolbasa sexlərinə, yaxud hara verdikləri dəqiq məlum deyil.

- Sizin rəhbərlik etdiyiniz qurum reydləri davam etdirəcək. Ümumiyyətlə, son bir ayda reydlər zamanı qida üçün təhlükəki olan nə qədər ət aşkarlanaraq məhv edilib?

- Təkcə son bir ay ərzində 23 tondan yuxarı toyuq əti, 25 tondan yuxarı mənşəyi naməlum olan ət zərərsizləşdirilib. İlin əvvəlindən bu günə qədər xeyli miqdarda ət məhsulları, heyvanların daxili orqanları toyuq məhsulları və sair bizim qurumun yerli strukturları tərəfindən götürülərək zərərsizləşdirilib. Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və onun yerli qurumları ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir. Dekabrın 3-də belə bir reyd Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilmişdir. Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum olmuşdur ki, heyvan öldükdən sonra onun başı kəsilmiş və satış üçün nəzərdə tutulmuşdur. Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcəkdir.

- Azər müəllim, sizin keçirdiyiniz reydlər bir daha sübut etdi ki, biz, yəni əhali ət, ət məhsulları alanda kifayət qədər diqqətli olmalıyıq. Bu cür ət və ət məhsullarını qəbul etməkdən necə qoruyaq?

- Mənim əhaliyə tövsiyəm ondan ibarətdir ki, ət alarkən mütləq satışdakı ətin baytarlıq möhürünün olub-olmadığına diqqət yetirsinlər. Eyni zamanda baytarlıq arayışını tələb etsinlər.

- Üzərində baytar möhürü olan ətin təhlükəsizliyinə istehlakçı tam əmin ola bilərmi?

- Əmin olsunlar ki, baytar möhürü vurulan ətlərdə insan orqanizmi üçün təhlükəli infeksiyalar yoxdur. Həmçinin həmin ət murdar olmuş heyvanların əti deyil. Əhali ət alarkən, bu məqama diqqət yetirməlidir. Bizim qurumumuz nəzarətində olan ət kəsimi məntəqələrinə tam şəkildə nəzarəti təmin edir. Eləcə də, ət satışı ilə məşğul olan obyektlədə də satışa nəzarət var. Heç bir baytar həkim bu məsuliyyəti üzərinə götürüb, qanunsuzluğa yol verməz.

- Məlumatlara görə, murdar olmuş heyvan ətləri Bakıda restoran, kafe tipli iaşə obyektlərinə verilir. Sizin qurumun rayon baytarlıq idarələri bu cür obyektlərdə istifadə edilən ətin keyfiyyətinə tam nəzarət edə bilirmi?

- Təbii ki, həmin obyektlərdə istifadə olunan ətlər də, baytar nəzarətindən keçməlidir. Bəli, həmin iaşə obyektlərində istifadə edilən ət və digər məhsullara həm səhiyyə, həm də bizim qurum tərəfindən nəzarət olunur. Bizim baytarlar həmin iaşə obyektlərinin anbarlarına baxış keçirir, ətin müayinə sənədlərinin olub-olmadığı araşdırılır.

- Baytarlıq sahəsi qida sektoru ilə bağlı olduğundan, ictimaiyyətin elə medianın da daim diqqətdə saxladığı sektordur. Bu sahədə olan problemləri aradan qaldırmaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədov qarşınıza konkret tapşırıqlar qoyubmu?

- Bizim əsas işimiz respublikada heyvanlardan insanlara keçən yoluxucu xəstəliklərin qarşısının alınmasıdır. Həmçinin, qida təhlükəsizliyinin təmin olunması bizim bir nömrəli vəzifəmiz olduğundan, cənab nazir ciddi surətdə bizdən bu işlərin həyata keçirilməsini qarşısımıza məqsəd qoyub. Biz də bu işlərin həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Reydlərin və digər tədbirlərin aparılması cənab nazirin nəzarəti altındadır. Biz bu barədə vaxtaşırı cənab nazirə məlumat veririk.

- Sizin qurumun üzərinə düşən əsas missiya, ölkənin epizootik vəziyyətinin sabitliyini təmin etməkdən ibarətdir. Sizcə rəhbərlik etdiyiniz qurum bu işin öhdəsindən lazımınca gələ bilirmi?

- Mən öz işimizi qənaətbəxş hesab edirəm. Gəlin ölkəmizdə epizootik durumu qonşu ölkələrlə müqayisə edək. Biz bu məsələdə Beynəlxalq Epizootik Büronun məlumatlarını əsas götürürük. Beynəlxalq Epizootik Büronun məlumatlarında bizə qonşu ölkələrdə hansı xəstəliklərin yayıldığı aydın görünür. Bizdə vəziyyət, qonşu ölkələrdən çox yaxşıdır.

- Ölkədə epizootik vəziyyətinin sabitliyini təmin etmək üçün qurumun üzərinə hansı vəzifələr düşür?

- "Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunu var. Bundan başqa ölkədə epizootik vəziyyətinin sabitliyinin təmin olunması ilə bağlı

aktlar, qərarlar və əsasnamələr var. Həmin sənədlərlə üzərimizə düşən bütün vəzifələri yerinə yetiririk.

- Azər müəllim, son vaxtlar Azərbaycanla qonşu ölkələrdə, iqtisadi əlaqələr olan dövlətlərdə müxtəlif yoluxucu xəstəliklər aşkarlanır. Ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edilməsini təmin etmək üçün hansı işlər görülür?

- Biz Beynəlxalq Epizootik Büro ilə sıx əlaqə saxlayırıq. Qonşu ölkələrdə yoluxucu xəstəliyin yayılması barədə məlumatı biz dırhal alırıq. Sərhədlərimiz də nəzarətdədir. Yadınızdadırsa, yayda Türkiyədə və İranda bir neçə vilayətdə quş qrip aşkarlandı. Dərhal biz həmin vilayətlərdən ölkəmizə quş ətinin idxalına müvəqqəti məhdudiyyət qoyduq.

- Ümumiyyətlə, hazırda DBX Beynəlxalq Epizootik Büronun tövsiyəsi ilə hansı ölkələrdən və hansı xəstəliklərə görə, ət və ət məhsullarının ölkəyə idxalına tətbiq edilmiş qərarı qüvvədə saxlayır?

- Hazırda Türkiyənin beş əyalətində dabaq xəstəliyi yayıldığından, onun ətrafındakı əlavə 8 əyalətindən diri heyvanların və heyvandarlıq məhsullarının gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq etmişik. Naxçıvan Muxtar Respublikasından hazırda sərhədi keçən yük maşınları dezinfeksiya edilir ki, xəstəlik bizim ərazimizə keçməsin. Bizim nazirlik tərəfindən təsdiqlənmiş epizodik tədbirlər planımız var. Dövlət tərəfindən maliyyələşdirilən 12 adda xəstəliklə bağlı vaksinasiya tədbirləri aparılır. Tədbirlər başa çatdıqdan, Beynəlxalq Epizodik Büro tərəfindən xəstəliyin qarşısının alınması barədə məlumat verildikdən sonra, biz məhdudiyyəti aradan götürürük. Məsələn, Ukraynadan donuz ətinin gətirilməsinə icazə vermirik. Bu da həmin ölkədə qeydə alınmış xəstəliklə əlaqədardır ki, biz qərarı qüvvədə saxlayırıq.

- Xəstəlik demişkən, ötən il nodulyar dermatit xəstəliyi ölkəmizdə heyvandarlıq sahəsinə xeyli ziyan vurdu. Bu xəstəliyin yenidən baş qaldırmasının qarşısınl almaq üçün hazırda da hansısa tədbirlər aparılırmı?

- 2014-cü ildə ilk dəfə idi ki, bu xəstəlik qeydə alınırdı. Biz bu xəstəliyin qarşısının alınması üçün apardığımız tədbirin effekt verdiyi də göz qabağındadır. 2015-ci ildə bu xəstəlik qeydə alınmadı. Bildiyiniz kimi, cənab nazirin göstərişi ilə vaksin alındı, heyvanlar nodulyar dermatit xəstəliyinə görə vaksin olundu. Məlumat üçün deyim ki, 2016-cı il üçşün də nodulyar dermait üçün vaksinlər alınıb, hazırdır. Anbarımızdadır. Biz onu yanvar-fevral ayından tətbiq edəcəyik.

- Ümumiyyətlə, mətbuatda tez-tez ölkəmizə gətirilən yemlərə, xüsusilə soyaların genetik modifikasiyaya uğradığı barədə xəbərlər dolaşır. Bu xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

- Ölkəmizə gətirilən heyvandarlıq məhsullarının tərkibində GMO yoxdur. Yem və yem əlavələrinin də tərkibində GMO və digər qanunsuz preparatlar aşkarlanmayıb. Biz idxal zamanı bunu yoxlayırıq, hələ ki bu fakta rast gılinməyib.

- Azərbaycanda elə quş əti istehsalı ilə bağlı da müxtəlif şaiyələr dolaşır. Kimisi quşların tez böyüməsi, çəkisinin çox gəlməsi üçün onlara təhlükəli preparatların verildiyini söyləyir, kimisi də broyler məhsullarının insan sağlamlığı üçün xərçəng kimi təhlükəli xəstəlik təhdidi yaratdığını deyir. Deyilənlərə inanaq, yoxsa inanmayaq?

- Ölkəmizdə quşçuluqda istifadə olunan bütün yemlər yoxlanılır. Yemin tərkibinə yem əlavələri, vitaminlər qatılır. Bu bütün dünyada tətbiq olunur. Amma bunun üçün norma var. Normada qatıldıqda insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. Məlumat üçün deyim ki, onlar da yemlərdə və ətin tərkibində yoxlanılır. Hələ ki kənara çıxma müşahidə olunmayıb.

- Elə yumurta ilə bağlı da bu cür fikirlər səsləndirilir. DBX quş əti və yumurta istehsalına nəzarəti hansı formada həyata keçirdir?

- Bu toyuq yumurtasına da aiddir. Bunlar şaiyələrdir. Əgər ətin tərkibində qeydə alınmayıbsa, yumurtada da bu cür mənfi nəticələr təbii ki, ortaya çıxmır.

- Ölkəmizə idxal olunan ət və ət məhsullarının, yemin tərkibinin yoxlanılması həm də müasir diaqnostik labaratoriya tələb edir. Azərbaycanın idxal olunmuş məhsulları yoxlamaq üçün müasir, standartlara cavab verən, idxal-ixrac əməliyyatlarını dünya standarlarına uyğun şəkildə həyata keçirməyə imkan verən labaratoriyası var?

- Respublika Baytarlıq laboratoriyası, cənab Heydər Əsədovun rəhbərliyi altında, dövlətin vəsaiti hesabına tamamilə yenidən qurulub. İnşallah, bu laboratoriyanın ayın sonunda açılışı olacaq. Sizə deyə bilərəm ki, bu laboratoriyanın MDB də analoqu yoxdur.

- Bəs o laboratoriyanı işlədək kadr necə?

- Xaricdə bunun üçün kadrlar da hazırlanıb. Laboratoriyanın işləməsi üçün yetəri qədər kadrımız var.

- Azər müəllim, Azərbaycanda kolbasa istehsalı ilə məşğul olan müəssisələr ən çox tənqid olunan istehsalçılardır. Yəqin ki, oxucularımız üçün də maraqlıdır, ölkəmizdə gigiyenik, təhlükəsiz kolbasaların istehsal edilməsində sizin qurumun üzərinə düşən vəzifə hansıdır? Çünki, el arasında belə bir deyim var, "mürdar olmuş heyvanlar kolbasa sexlərinə ötürülür”. Kolbasa istehsal edən sexlərin istifadə etdikləri xammal, ət və sairin keyfiyyətinə tam nəzarət var, yoxsa yox? Yəni ölkəmizdə istehsal olunan kolbasaları tam rahatlıqla yeyə bilərik, yoxsa bilmərik?

- Bizim qurumun nəzarətində olan bütün kolbasa istehsalı müəssisələrində istifadə olunan ətə nəzarət var. Amma söhbət bizdə qeydiyyatda olan kolbasa istehsalı ilə məşğul olan müəssisələrdən gedir. Amma təbii ki, kustar üsulla kolbasa hazırlayan sexlər də var. Əhalidən xahiş edirik ki, belə emal müəssisələri barədə məlumat əldə etdikdə, bizə xəbər versinlər. Qeydiyyatda olan kolbasa müəssisələrində murdar ətdən istifadə mümkünsüzdür.

- Rayon baytarları həmişə satışda olan ətləri yoxladıqlarını iddia etsələr də, elə onların gözü önündə baytar möhürü olmayan ətlər satılır. Xüsusilə məhəllə sallaqxanalarında kəsilən ətlərə baytar nəzarəti yoxdur. Məhəllə sallaqxanaları nə vaxt baytarlar tərəfindən nəzarətə götürüləcək?

- Bunun üçün dövlət səviyyəsində də işlər görülür. Kəsim sexləri inşa edilir. Bu iş başa çatdıqdan sonra, məhəllə daxili ət kəsiminin qarşısını tam olaraq almaq mümkün olacaq.

- Baytar həkimdən söz düşmüşkən, sovet dövründə bu peşəyə təlabat çox olduğundan, yaxşı kadrlar hazırlanırdı. Amma indi bu peşəni seçmək istəyənlərə demək olar ki, rast gəlinmir. İxtisaslı baytar kadrların hazırlığı ilə bağlı ümumiyyətlə problem, kadr çatışmazlığı varmı? Əmək bazarında baytar həkimlərə tələbat nə dərəcədədir?

- Bəli, hazırda xüsusilə bölgələrdə baytar həkimlərə ehtiyacımız var. Bu sahədə kadr çatışmazlığı yaranıb.

- «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanunu var. Yaxın gələcəkdə bu qanuna hansısa dəyişikliklərlə bağlı təkliflər hazırlamaq planınız varmı? Yoxsa, qanunu bu sahə üzrə mükəmməl qanunvericilik bazası hesab edirsiniz?

- Bunun üçün qanuna dəyişikliklər nəzərdə tutulur. Təkliflər hazırlanıb, nazirliyə təqdim edilib, yəqin ki, müvafiq qurumlarla razılaşdırıldıqdan sonra yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək. Qida təhlükəsizliyi, heyvanların identifikasiyası sistemi və sairlə bağlı qanuna dəyişikliklər gözlənilir.

Zülfiyyə Quluyeva



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

12.07.2026 / 11:32
İranın 6 şəhərində partlayışlar baş verib

12.07.2026 / 11:10
İrandan ABŞ-a xəbərdarlıq - Sözünüzə əməl edin, əks halda bədəlini ödəyəcəksiniz...

12.07.2026 / 10:52
DÇ-2026 - Yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşdi...

12.07.2026 / 10:37
ABŞ İranı yenə vurdu – İran 5 ölkədə hərbi hədəflərə zərbə endirdi...

12.07.2026 / 10:19
Qazaxıstanda Neolit dövrünə aid məzarlar tapılıb

12.07.2026 / 09:55
SEPAH Hörmüzdə daha bir gəmini vurub

12.07.2026 / 07:31
Almaniyada Ukrayna üçün dron istehsal edən gizli fabrik?..

12.07.2026 / 07:17
1900 LGBT+ sərnişini daşıyan Amerika kruiz gəmisi Türkiyə və Misir sahillərinə buraxılmadı

12.07.2026 / 06:46
Hörmüzdə gəmilərə hücum edən "sistemin yaramaz elementləri" imiş - İran tərəfi belə deyir…

12.07.2026 / 06:31
İnqilab Keşikçiləri Hörmüzü yenidən bağladı - “əlavə xəbərdarlığa qədər…”

11.07.2026 / 23:18
Rusiya Ukraynaya göndərilən silahları izləmək üçün NATO ölkələrində minlərlə kameranı ələ keçirdi...

11.07.2026 / 22:40
Polşa Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağını qadağan edir - Navrotski parlamentə çağırış etdi...

11.07.2026 / 21:10
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb

11.07.2026 / 21:05
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı çökdürür - bir gecədə 28 gəmi vuruldu... +VİDEO

11.07.2026 / 20:46
İstilər Eyfel qülləsinin də “dəngəsini” pozdu

11.07.2026 / 20:02
Prezident: "Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir"

11.07.2026 / 19:58
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir" - Prezident

11.07.2026 / 19:56
ABŞ konqresmeni İordan çayının qərb sahilində israilli köçkünlər tərəfindən girov götürüldü...

11.07.2026 / 19:53
Prezident İlham Əliyev: "Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır"

11.07.2026 / 19:51
"Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır" - Prezident

11.07.2026 / 19:45
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

11.07.2026 / 19:03
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub - FOTO

11.07.2026 / 18:01
“Xankəndi” hotelinin açılışı oldu - FOTO

11.07.2026 / 17:35
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO

11.07.2026 / 17:25
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub

11.07.2026 / 16:17
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

11.07.2026 / 16:01
Prezident Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış oldu - FOTO

11.07.2026 / 15:32
Prezident Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - FOTO

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 15:07
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub - FOTO

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ