Onun sözlərinə görə, hazırda böyük məscidlərin bir çoxunda belə kameralar var. M.Qurbanlı bunların təhlükəsizlik tədbirləri ilə əlaqədar quraşdırıldığını qeyd edib: "Məscidlərdə veb-kameralar olmalıdır. Orada hər hansı təxribat törətmək planını bu cür kameralar vasitəsilə aşkar etmək, aradan qaldırmaq olar. Bunu zaman-zaman əksər məscidlərdə tətbiq etmək lazımdır".
Komitə sədri qeyd edib ki, rayonlardakı məscidlərdə də bu cür veb-kameraların quraşdırılması nəzərdə tutulur: "Əksər rayon mərkəzlərində cümə məscidləri var. Əsasən, böyük məscidlərdə veb-kameraların quraşdırılması planlaşdırılır. Bunu tədricən daha geniş şəkildə tətbiq etmək lazım gələcək".