Piyadalar çalışmalıdır ki, yollarda olarkən axşam saatlarında geyimlərində işıq qaytarıcılar olsun. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.