Bazar ertəsi günü, 16 noyabr 2026
     

Azərbaycanda sərxoşluğun fəsadları…

Image


Dünyada hər il təxminən 2,3 milyon nəfər alkoqollu içkilərin qəbulu nəticəsində dünyasını dəyişir. Bu isə dünyada baş verən bütün ölüm hallarının 3,8%-ni təşkil edir. Alkoqollu içkilərin istehlakı adambaşına düşən gəlirlərin səviyyəsinin daha yüksək olduğu ölkələrdə daha çox qeydə alınır.


ÜST: Azərbaycanda bir nəfərin içdiyi alkoqollu içkilərin 63 faizi araq olur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2014-cü ildə açıqladığı statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı insanlar arasında bir nəfərin içdiyi alkoqollu içkilərin 63 faizi araq, 29 faizi pivə, 8 faizi şərabdır. Ölkədə 15 yaşdan yuxarı hər bir nəfər kişiyə 6,1 litr, qadına 3,6 litr, hər iki cins üzrə 5,2 litr alkoqollu içki düşür. Kişilərin 25,1 faizi, qadınların 51,4 faizi, hər iki cinsin 38,7 faizi heç vaxt alkoqollu içki içməyib.

ÜST-nin 2012-ci ilin məlumatına istinadən verdiyi son statistikaya əsasən, ölkədə 15 yaşdan yuxarı hər 100 min nəfər əhali arasında alkoqollu içkinin qəbulu nəticəsində böyrəkdə yaranan problemlə əlaqədar kişilər arasında baş verən ölüm hallarının sayı 37,4 (hər 100 min nəfərə görə), qadınlar arasında isə 27,4-dür.


Azərbaycanda bir nəfər ildə təxminən 2 litr alkoqollu içki içir

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bütün ölkə üzrə bir ildə əhalinin hər bir nəfərinə (adambaşına) faktiki istehlak üçün 1,75 litr alkoqollu içki düşür.

Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Trend-ə bildirib ki, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycanda alkoqollu içkilər həddindən artıq çox istehsal və istehlak edilir.

Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən alkoqollu içkilərin əksəriyyətinin üzərinə xarici ölkələrin məhsullarının etiketləri yapışdırılır. Həmin içkilərin tərkibində də insan orqanizmi üçün ziyanlı olan sivuş yağları var. Bu yağlar isə beyinə və gözlərə çox pis təsir edir: "Araq hazırlanarkən elə edilməlidir ki, onun tərkibində sivuş yağı qalmasın. Tut arağı hazırlananda onu 3 dəfə çəkirlər. Tut arağını ikinci dəfə çəkəndə 100 litr olursa, 3-cü dəfə çəkəndə, haradasa 70 litr qalır. Bu da istehsal edən şəxs üçün itkiyə səbəb olur, ona görə də içkinin tərkibində olan yağı təmiz çıxarmırlar”.


Gənclərin hər 100 min nəfərindən 2-nə alkoqolizm diaqnozu qoyulub

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə Azərbaycanda (14-29 yaşlı) gənclərin hər 100 min nəfərindən 2-nə alkoqolizm diaqnozu qoyulub.

Səhiyyə Nazirliyindən isə Trend-ə bildiriblər ki, Azərbaycanda 2011-ci ildə 19 765, 2012-ci ildə 21 103, 2013-cü ildə 21 584 rəsmi qeydə alınmış alkoqolik olub. 2014-cü ildə Azərbaycanda ümumilikdə alkoqoliklərin sayı 22 278-ə yüksəlib.

Ölkədə qadın alkoqoliklərin də sayı artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış alkoqoliklərin 873-ü, 2013-cü ildə 891-i, 2014-cü ildə isə 901 nəfəri qadın olub.

Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1, 18-24 yaşlı 517, 25-29 yaşlı 1240, 30-34 yaşlı 1429, 35-39 yaşlı 1669, 40-44 yaşlı 2583, 45-49 yaşlı 3027, 50-54 yaşlı 3245, 55-59 yaşlı 3374, 60-64 yaşlı 2986, 65 yaşdan yuxarı 2207 nəfər alkoqolik var.


Alkoqoliklərin müalicəsi üçün onların özünün istəyinin olması lazımdır

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycanda alkoqoliklərin müalicəsi məcburi deyil, könüllü şəkildə aparılır. Buna görə də alkoqoliklərin müalicəsinin aparılması üçün onların özlərinin istəyinin olması vacibdir. Azərbaycanda alkoqoliklər daha çox xəstəliyin orta mərhələsində müalicə olunmaq üçün həkimə müraciət edirlər.

Sosioloq, professor Əhməd Qəşəmoğlunun sözlərinə görə, alkoqoliklərin sayının artmasında iki faktor mühüm rol oynaya bilər. Onlardan biri əvvəlki dövrlərdə statistik rəqəmlərin düzgün hesablanmaması ilə bağlı ola bilər. Digər amilin isə insanların ictimai, sosial, psixoloji vəziyyətlərindəki gərginliklə bağlı olması mümkündür: "İnsanların bir qrupu mənəvi yollarla özünə rahatlıq tapırsa, digər qrupu ancaq alkoqollu içkilər içməklə sakitlik tapır. Azərbaycanda insanlar üçün mənəvi faktorlar arxa plana keçməkdədir. Maddiyyat önə keçdikdə isə cəmiyyətdə gərginlik artır. Ona görə də Azərbaycanda bu bəlanın daha da genişlənməsinə imkan verməməyə çalışmaq lazımdır”.

İçkilərdən zəhərlənənlər arasında cavan qadınlar da olur

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, Azərbaycanda spirtli içkilərin qəbulu nəticəsində yaranan zəhərlənmə ilə əlaqədar mərkəzə il ərzində 50-60 müraciət daxil olur. Müraciət edənlərin çoxunu kişilər təşkil etsə də, onların arasında cavan qadınlar da olur. Qadınlar, əsasən, tərkibində spirtin çox da olmadığı içkilərin qəbulu nəticəsində zəhərlənirlər.

A.Maqsudov deyib ki, cavan qadınlar onlara tibbi yardım göstərildikdən sonra xəstəxanada qalmaq istəmədiklərindən evə buraxılırlar. Kişilər isə mərkəzə daha çox huşsuz vəziyyətdə təcili tibbi yardım maşınları tərəfindən gətirilirlər.


Azərbaycanda sərxoşlar tərəfindən törədilən cinayətlərin sayı azalıb

Azərbaycanda sərxoş şəxslər tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Rəsmi statistik məlumatlara əsasən, 2014-cü ildə sərxoş şəxslər tərəfindən 60 yol-nəqliyyat hadisəsi törədilib. 2013-cü ildə belə halların sayı 80, 2012-ci ildə isə 98 olub.

Bununla yanaşı, sərxoş şəxslər tərəfindən törədilən cinayət əməllərinin sayında da azalma müşahidə ediıir.

Azərbaycanda 2012-ci ildə cinayət törədənlərin 603-ü, 2013-cü ildə 602-si, 2014-cü ildə isə 593-ü sərxoş vəziyyətdə olub. 2014-cü ildə 14-18 yaşlı uşaqlar tərəfindən cinayətlərin 9-u sərxoş vəziyyətdə törədilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

16.11.2026 / 07:22
Babil İmperiyasının süqut etmə tarixi dəqiqləşdirildi - mübahisə bitdi

16.11.2026 / 07:11
Tramp-Putin-Tszinpin görüşünün tarixi bəlli oldu

16.11.2026 / 06:59
"Türkiyə özünü yeniləyir" - Yeni Partiya bu şüar altında Qurultay keçirdi

16.11.2026 / 06:49
İranın Tramp və administrasiya üzvlərinə qarşı sui-qəsd planı açıldı - bir çox yüksək rütbəli şəxs hərbi bazalara köçürüldü

16.11.2026 / 06:40
Zaxarova Consonun Moskvada çox içməsinə şahidlik etdi - “Elə deyirdi süz…”

15.11.2026 / 22:36
Estoniya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayır...

15.11.2026 / 22:10
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

15.11.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

15.11.2026 / 19:54
Prezident: "Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

15.11.2026 / 19:52
"Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır" - Prezident

15.11.2026 / 19:46
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik etdi

15.11.2026 / 18:43
Ağstafada sursat partladı - ölən və yaralanan var...

15.11.2026 / 18:30
Bayden memuarında Zelenskini “nankor”, Putini isə “yeniyetmə kimi” xarakterizə edib

15.11.2026 / 18:11
Rumıniya Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücuma görə Rusiyanı günahlandırdı – qırıcılar havaya qaldırıldı...

15.11.2026 / 17:15
Kremlin Avropaya xəbərdarlıq - razılaşma olmasa, məqsədimizə hərbi yolla nail olacağıq...

15.11.2026 / 16:31
"Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır" - Media və Yayım Şurası

15.11.2026 / 16:26
Təhsilin rəqəmsallaşmasındakı ciddi geriliyin əsas səbəbi məmur məsuliyyətsizliyidir - İlham Əhmədov yazır

15.11.2026 / 15:33
Rumıniya sahillərində azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu...

15.11.2026 / 14:35
Putinin nəvələrinin Zelenski soyadı daşıdığı ortaya çıxdı... Uşaqların sənədləri illər sonra dəyişdirildi...

15.11.2026 / 14:19
Əliyevin Strateji dünya təfdaşlığı kursu şaxələnir - Avropa, Amerika, Mərkəzi Asiya, Çin, sonra kim...

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:23
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ