Hazırda ölkədəki xəstələrin 1229 nəfəri QİCS mərhələsindədir. İndiyədək Azərbaycanda İİV infeksiyasından 719 nəfər dünyasını dəyişib.
Bu infeksiyaya yoluxmaların 49 faizi inyeksion narkotik nəticəsində, 41 faizi heteroseksual, 2 faizində homoseksual yol, 1,8 faizi anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 6,2 faizində yoluxma yolu müəyyən edilməyib.
N.Zülfüqarov deyib ki, 01.06.2015-ci il tarixindən etibarən Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 62 302 şəxs İİV-ə görə müayinəyə cəlb edilib. Nəticədə 45 nəfərdə İİV-ə yoluxma təsdiqlənib.