Cümə günü, 02 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Erməni saxtakarlığını ifşa edən alimlər, haqqın qələbəsi...
Tarix: 01.12.2015 / 01:14
Bölmə: Sosial
(Əvvəli ötən saylarımızda)
Azərbaycan tarixinin ən önəmli dövrü Albaniya dövləti ilə bağlıdır. Bu günlərdə görkəmli bir tarixçimizdən soruşduq ki, albanlar kimlərdir? Cavab verdi ki, canı canımızdan, qanı qanımızdan, soyu soyumuzdan olanlar.
Onu da əlavə etdi ki, albanlar türklərin qardaşı, eyni kökdən, eyni soydan olanlardır. Ulularımızın bizə əmanət qoyub getdiyi alban abidələri, alban xaç daşları, kilsələr, tikililər, maddi mədəniyyət nümunələri bizim üçün olduqca dəyərlidir. Ümumiyyətlə, tariximizin hər dövrü, hər mərhələsi, hər çağı əzizdir.
Yerli və xarici albanşünasların əsər və məqalələri əsasında "Vikipediya" Açıq Ensiklopediyasında müasir alimlərimizin alban xaç daşları ilə bağlı yerləşdirdiyi məqalədə mövzu davam etdirilərək yazılır ki, ikinci xaç daş (o bir qədər kiçikdir) IX əsrdə Sünikdə, Martiros kəndi yaxınlığında Sünik knyazı Qriqor Amir Nerseyin qəbri üstündə qoyulub. O, alban knyazı Nerinin stellasına oxşar həll olunub: aşağıya doğru azca daralır, yuxarıdakı tamamlayıcı tağ nazik uzun sütubcuqlara dayanır. Tədqiqatçılar yazır ki, burda da pilləli dağdan xaç yüksəlir, onun mərkəzi zoğundan stilizə olunmuş əncir yarpaqları ayrılır, yarpaqların aşağı hissəsi sarma kimi burulub. Xaçın yuxarı budağından iki belə yarpaq asılıb. Xaçın ortasında xonça yerləşir. Onun kiçik qabarıq hissəsi dörd budaqlı xaçın əsasını təşkil edir": Budaqların ucunda səkkizşüalı xonçalar-mərkəzi xonçanın hər tərəfində simvolik yerləşən planetlər durur. Mərkəzi xonça günəşi, sonsuz fəza işığını, cənnət sferasını təmsil edir.
Yenivəng xaç daşları da kompozisiya həll baxımından Cuğa xaç daşlarına oxşayır. Bu daşların əksərində birinci planda tanrı fiquru yerləşir. Lakin bu qabarıq təsvirlərin, demək olar ki, üz hissəsi tamamilə sınıb. Bu xaç daşlardan birinin təsvirini M.D.Axundov verib: Tanrı təsvirinin yalnız sıx saçları, halə və başın arxasına doğru gedən üç yastı zolaq görünür. Bu yastı zolaqlar başın arxasında xaç fiquru təşkil edirdi. Tanrının başından çıxan üç enli şüadan, üç kürdədən yaranan xaç nə qədər xristian dininin simvolu olsa da, müəyyən qədər də mitraist dini yükü daşıyırdı. Xaç daş tamamilə Azərbaycan naxış şəbəkəsi ilə örtülüb. Yenivəng (ermənilər hazırda bu məbədi Noravank adı ilə dünyaya qədim erməni məbədi kimi təqdim edir) xaç daşlarının əsas səciyyəvi və fərqləndirici cəhəti xaçın təpəsində və əsasında kişi (güman ki İsa) sifətinin təsviridir. Bu təsvirlərin başı üzərində ay, çox güman ki, mitraist haçalar yerləşir. Xristian simvolikası baxımından ən son və kamil Yenivəng xaç daşları XIII əsrə aiddir. Əksərinin üzərində alban yazıları olan bu xaç daşları əraziyə ermənilərin köçürülməsindən sonra ya tamamilə məhv edilmiş, ya da alban yazıları sındırılaraq daşların tarixi əhəmiyyəti öldürülüb. Bu xaç daşlarından görünür ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasında səcdə edilən xristian tanrısı və Mitra vahid dini-bədii obrazda birləşən eyni bir tanrının törəmələridir. Qeyd edilməlidir ki, haqqında bəhs etdiyimiz bu alban stellalarının mühüm bədii sənət nümunəsi və tarixi əhəmiyyəti olanları hələ SSRİ dövründə xüsusi canfəşanlıqla Ermənistana (Qərbi Azərbaycan torpaqları) daşınmışdı. Xırda bir faktı nəzərə çatdırmağımız yetər. Tədqiqatçı memarlarımız Gədəbəy rayonundakı Həmşivəng məbədinin ərazisində Artsak xaç daşına bənzər xaç daşı aşkarlayıb. Lakin daş hətta tədqiq belə edilmədən Ermənistan rəhbərliyinin göstərişi ilə gecə ilə vertolyotla bizim alimlərin gözü qabağında oğurlanaraq Ermənistana aparılıb. Son dövrlərdə isə Qarabağdakı bu tip Azərbaycan abidələrinin mənimsənilməsi faktları dəfələrlə mətbuat səhifələrində özünə yer tapıb.
Azərbaycan və Dağıstan başdaşlarının böyük bir qrupu da göstərilən stellalar tipinə aiddir. Onlardan Qazax rayonunda yerləşən iki xaç daş (və ya başdaşı) tədqiqatçılar A.Axundova və M.D.Axundov tərəfindən araşdırılıb. Həmin xaç daşlardan daha böyük olan birincisi aşağıya doğru ensizləşir və yarımdairəvi tağla qurtarır. O simvolik olaraq dörd qata bölünür, birinci hamar qatın xeyli hissəsi torpaq altında qalıb. Bu qatda altı xonça var ki, onların da hər birindən üçbucaq şəkilli həyat ağacı-xaç yüksəlir. Sonra dağ simvolu olan altı üçbucaqla doldurulmuş iki müstəqil kəmər keçir. Yuxarıda aralarında dörd altıguşəli ulduz yerləşən beş xaçdan ibarət kəmər keçir. Onların da üstündə iki eşməli zolaqla yaranan böyük tağça-mehrab yerləşir. Birincisi stellanı yarımdairəvi şəkildə haşiyələyir, ikincisi yuxarıda burularaq mərkəzində altıguşəli ulduzları olan iki dərin xonça əmələ gətirir. Yanaşı dayanan haşiyələr xüsusi çatmatağlı tağça təşkil edir. Taxğçanın müstəvisi yeddi cərgə həndəsi fiqurlarla doldurulub. Birinci cərgə doqquz üçbucaqdan-simvolik dağlar zəncirindən, beş cərgə kənarları yumrulanmış yazılı düzbucaqlardan, yeddinci cərgə isə tağçanın yuxarı səthini dolduran yazılardan (Quran surələrindən) ibarətdir. Kufi xəttinə qədərki yazı manerasında ərəb hərfləri ilə icra olunmuş, dini məzmunlu yazı doqquz üçbucağın təpəsində yerləşir. Bu yenə də dağdan çıxan simvolik həyat ağacı- xaçdır. Birinci böyük başdaşın yanında həmçinin aşağıya doğru daralan, nisbətən kiçik ölçülü, lakin birincisinə çox oxşayan ikinci xaç daş yerləşir. O da simvolik olaraq dörd hissəyə bölünüb; birinci hissə hamardır, ikinci hissə incə dekorlu düzbucaqlardan ibarətdir, onların haşiyələri üçbucaqlar və s. həndəsi fiqurların mürəkkəb çarpazlaşmasına əsaslanıb. Onun üstündə birinci daşa uyğun çatmatağlı böyük tağça yerləşir. Tağça hər üç tərəfdən biçimi yarımdairələrin çarpazlaşmasından yaranan və incə icra olunmuş haşiyə ilə əhatə olunub. Onun daxili sahəsi kufi yazısına qədərki ərəb hərfləri ilə yerinə yetirilmiş və Quran ayələri içərisinə alınmış yeddi cərgə ilə doldurulub. Tağçanın içərisində yuxarıya doğru yönəlmiş üç üçbucaqdan qalxan stilizə olunmuş üç həyat ağacı - xaç təsvir olunub. Ortadakı xaçın üstündə Kür-Araz çayları arası üçün daha çox xarakterik olan yəhərəoxşar ikiqat sarma günəş yerləşir. Hər iki xaç daşın yan səthlərində simvolik həyat ağacları - xaçlar təsvir olunub. Hər iki xaç daş Azərbaycan tarixi üçün olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, xaç daşlarda Azərbaycanda xristianlıqdan islama keçid dövrü əks olunub. Xaç daşlar tamamilə xristian kanonları əsasında həll edilsə də, yuxarı əsas hissəsində xaç yox, Quran surələri həkk edilib. Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası ərazisi) Gümrü şəhəri yaxınlığındakı Azərbaycan başdaşı ilə yuxarıda təsvir edilən iki xaç daş arasında analogiya aparan A.Axundova maraqlı nəticələr əldə edib. "Stella üçbucaq şəklində tamamlanır, onun yuxarısında altguşəli ulduzlu iki xonça yerləşir. Xonçaların üstündə çevrilmiş aypara var. Üç göy cismi- bürc göyləri təmsil edir. Xonçanın altında Quran ayələri yazılmış üfüqi tağça var. Tağçanın mərkəzindən stellanın axırına qədər aşağıya doğru qabağa çıxan düzbucaqlı zolaq keçir. Əgər iki xonça arasına alınmış fiquru və çevrilmiş ayparanı nəzərə alsaq, əmələ gəlmiş təsvir həm qılınca, hə də ondan daha çox xaça oxşayır. Lakin xaç xristian xaçı deyil. Belə ki, qəbir daşı müsəlman başdaşıdır, başdaşındakı təsvir isə yenə də simvolizə olunmuş həyat ağacıdır. Digər maraqlı bir cəhət isə bu daşın ətrafında çoxlu yarımdairəvi şəkildə tamamlanan müsəlman qəbir daşlarının olmasıdır."Bu abidələrin yerləşdikləri ərazilərdən həmin ərazilərin yerli əhalisi-Azərbaycan türkləri deportasiya olunduğundan, Azərbaycan tarixi və mədəniyyətinin tədqiqi üçün çox qiymətli olan bu sənət əsərlərinin taleyi haqqında heç bir məlumat yoxdur".
Xaç daşları və xaçkarların fərqinin izahını verən tədqiqatçılar "Vikipediya"da yerləşdirdikləri məqalədə bildirir ki, alban xaç daşlarının obrazları bir çox əsrlər ərzində əvvəlcə dini simvolika stellalarının obrazlarında üzvi şəkildə çarpazlaşmış iki, sonralar isə üç dinin təsiri altında təşəkkül edib. Xaç daşların bütün özümlülüyü, orijinallığı və xaçkarlardan əsaslı fərqi də bundan irəli gəlir. Hərçənd ki, hər ikisi xristian dininə etiqad edən xalqların xatirə abidələridir: "Alban qəbir, xatirə və sərhəd stellalarının, xaç daşlarının yaranmasında, mütəxəssislərin qeyd etdiyi kimi, üzərində dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəstlik simvolikasının təsvirləri qalan xristianlıqdan əvvəlki stellalar müəyyən rol oynayıb. Əvvəllər günəş, məhsuldarlıq, həyat ağacı simvolu olan xaç onların yeni xristian dininə aid olduğunu təsdiq edir.
Əgər erməni xaçkarlarında simvolik və bədii traktovkanın əsasında bütün kompozisiyanın və bəzək tərtibatının tabe olduğu xaç təsviri durursa, alban xaç daşlarında xaç obrazı adətdən dərinlik və hündürlük üzrə ümumi, çoxpilləli bədii traktovkada əriyib itən bir neçə - 2, 4, 6 kiçik xaçlara xırdalanaraq sanki bəzək tərtibatına qarışır. Bu xaçlar öz həllinə görə xristianlıqdan əvvəlki həyat ağaclarının təsvirlərinə yaxınlaşır. Xaç daşlarda xaç əsas deyil, əksinə, stellanın tam bitkin bədii həll olunmuş obrazıdır.
Əgər xaçın adətən çatmatağlı tağçada, bir növ, stilizə olunmuş müsəlman mehrabında yerləşdiyini, onun yuxarısında və aşağısında tamamilə bütpərəstliyə məxsus mövzuda təsvirlərin olduğunu nəzərə alsaq, xaç daşların xaçkarlardan əsas fərqi aydınlaşmış olar. Xaçkarların obrazı həmişə birmənalı olaraq xristian dininin bədii kanonlarına tabe olurdu. Alban xaç daşları axar-baxarlı plastikliyi, fikir dərinliyi və əsrlər ərzində təşəkkül tapmış xalq etiqadı və ənənələri əsasında yaranmış memarlıq, incəsənət və dini simvolikanın üzvi sintezi nəticəsində meydana çıxan memarlıq-bədii məsələlərin həllindəki cəsarətliliyi ilə heyrət doğurur. Mütəxəssislər alban xaç daşlarını bədii tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə dörd qrupa bölürlər ki, onlar da Xaçın, Artsak, Cuğa və Yenivəng xaç daşlarıdır. XIX əsrin əvvəllərində Cənubi Qafqazda kök salmış ermənilər özlərinin "böyük fəlsəfi təfəkkürə malik xalq" və digər millətlərdən üstün olduqlarını göstərmək üçün son zamanlar öz dini rəmzlərinin, xaçlarının təkmilləşdirilməsi ilə məşğul olurlar. Onlar sadə, heç bir bədii məna kəsb etməyən erməni xaçlarının bu cür yeniləşməsində alban xaç daşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə edirlər. Qeyd etmək yerinə düşərdi ki, erməni dini simvolları və rəmzləri, xüsusilə xaç təsvirləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni-Qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməyib. Ona görə də erməni-Qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmır. Bu xaçlar sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitədən başqa bir şey deyil. Alban stellalarını araşdıran mütəxəssislər belə bir nəticəyə gəlmişlər ki, onlar qədim antropomorf incəsənət əsərlərindən əmələ gəlib. Azərbaycanın Şamaxı rayonu ərazisində aşkarlanmış tunc dövrünə aid üç metr hündürlüyündəki daş qadın bütü müəyyən mənada bunu sübut edir. Həmin daş əsər AMEA-nın Tarix İnstitutunun şöbə müdiri R.Göyüşov tərəfindən tədqiq edilib. Tədqiqatçı qeyd edir ki, bu qədim incəsənət əsərinin sözsüz ki, dini əhəmiyyəti olub. Erkən orta əsrlər alban stellalarının antropomorf mənşəyi haqqında müxtəlif araşdırmaçıların fikirləri ərazisinin böyük hissəsi, həmçinin tarixi Qafqaz Albaniyasına aid olan Azərbaycan və Dağıstanın bir çox qəbir daşları ilə təsdiq olunur. Dağıstanın bir çox stellaları düzgün insan başı nəzərə çarpdırılmış antropomorf formada həkk olunub.
Araşdırılmış üç müsəlman başdaşı və onların ətrafında yerləşən bir çox stellalar göstərib ki, dini-bədii vasitələrin müxtəlifliyinə baxmayaraq, onlar bütün tarixi Azərbaycan ərazisində yayılmış islamdan əvvəlki dövrə aid stellalar-xaç daşlar ilə vahid forma və simvolikada həll olunub. Bütün bunlar istər xristian və istərsə də müsəlman başdaşları öz yaradıcılığında daha qədim mədəniyyətlərin mərasim simvolikasından azad olmayan bir xalqın - Azərbaycan xalqının xatirə yaradıcılığının xarakterik əlamətidir. Qafqaz albanlarının (sonrakı dövrdə Azərbaycan türklərinin) mifologiyasında dünyanın çoxpilləli idrakı onları hündürlüyü eninə nisbətən-ikidən beşə qədər və daha çox dartılmış nisbətlərlə stellalar (xaç daş, başdaşı, niçandaş və s.) yaratmağa məcbur edib. Ermənistanın monoteist xristian plastikasında isə xaçkarlar daha yığcam nisbətlərdə yaradılırdı. Xaçkarların hündürlüyü eninə nisbətən 1,25-dən 1,75 dəfəyə qədər artıq olurdu. Tək-tək hallarda enindən iki dəfə hündür götürülürdü. Xristian ikonoqrafiyası, müsəlman dekoru və bütpərəstlik simvolikasının, xristianlıq və ya islam dininə sərbəst etiqad edən albanların (azərbaycanlıların) xatirə əsərlərində çarpazlaşması onların əsas fərqləndirici əlamətidir ki, bu da Cuğadakı və Azərbaycanın başqa yerlərindəki qəbiristanlıqların yüzlərlə stellalarında xüsusi əyanilik və maraqla izlənir".
Bir daha vurğulayaq ki, alban xaç daşları ilə bağlı hazırladığımız yazı Azərbaycanın və dünyanın albanşünas alimlərinin fikirləri əsasında hazırlanıb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
Tarix: 01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
Tarix: 01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
Tarix: 01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
Tarix: 01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
Tarix: 01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
Tarix: 01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
Tarix: 30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
Tarix: 30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
Tarix: 01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
Tarix: 01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
SON XƏBƏRLƏR
01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...
01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı
- AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…
01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər
01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi
- Peskov sirr “sızdırdı”...
01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...
01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...
01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...
01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi -
Rusiya oyuna sürüklənib?..
01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...
01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...
Uydurma olmaya...
01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...
01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur...
"ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...
01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...
01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb
01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...
01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ
- “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi
01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır"
- Hikmət Hacıyev
01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...
01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir
01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...
01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...
01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək"
- Zakir Həsənov
01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı
01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib
- FOTO
01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...
01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...
01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...
01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"
01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” –
Nizami Təhməzov
01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir...
Siyasi dustaqlar...
01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər
01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq”
- Paşinyan
01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...
01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...
01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək
01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb
01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”
01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi
- Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…
01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…
01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
- Prezident
01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi
01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı
- AQTA araşdırmalara başladı...
01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır"
- Xələf Xələfov
01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"
01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir"
- Prezident
01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"
01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır"
- Prezident
01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi
01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…
01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib
- FOTO/YENİLƏNDİ
01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib
- ya onları partladacağıq, ya da…
01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu"
- Emi Karlon
01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi
– BMT-dəki görüşün pərdəarxası açılır…
01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...
01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə
- 30 nəfər xəstəxanaya müraciət etdi...
01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik
- İran səfiri Gürcüstan XİN-ə çağırıldı…
30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı
- ABŞ qoşunları İraqdan çıxarıldı...
30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...
30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...
30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi
- elektrik 2 dəfə bahalaşa bilər...
30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..
30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb -
ümid qaldı Azərbaycana...
30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...
30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı
- FOTO
30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir
- Seçki xofu artır...
30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...
30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...
30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi -
"Axios tam yalan yazıb"...
30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir -
ssenari...
30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! -
Dirçəliş yoxdu...
30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi
30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir
30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb
- VİDEO
30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq -
təhlükə 10 faizə çatır...
30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir -
əvəzində İran dronları...
30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər
- pilotun biri digərini bıçaqladı…
30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...
30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
XƏBƏR ARXİVİ